Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru. == Həyatı == Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
== Məzmun == Kinolent Sov. İKP-nin XXVI qurultayına və Azərbaycan KP XXX qurultayına həsr edilmişdir. Filmdə kənd əməkçilərinin onuncu beşillikdə sosializm yarışına başçılıq edən və rekord məhsul götürülməsini təmin edən respublikanın Abşeron, Bərdə, Sabirabad və Ağcabədi rayonlarının partiya təşkilatlarından, bu rayonun əmək qəhrəmanlarından — İ.Məmmədov, T.Hümbətova, R.Səfərəliyev və başqaları haqqında danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Eyvaz Borçalı Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. == Məzmun == İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu, Şəki qəzası – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az.-əbcəd او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az.-əbcəd مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir. Məşədi İbad obrazının musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulmuşdur. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunmuş və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
== Məzmun == Kinolent Sov. İKP-nin XXVI qurultayına və Azərbaycan KP XXX qurultayına həsr edilmişdir. Filmdə kənd əməkçilərinin onuncu beşillikdə sosializm yarışına başçılıq edən və rekord məhsul götürülməsini təmin edən respublikanın Abşeron, Bərdə, Sabirabad və Ağcabədi rayonlarının partiya təşkilatlarından, bu rayonun əmək qəhrəmanlarından — İ.Məmmədov, T.Hümbətova, R.Səfərəliyev və başqaları haqqında danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Eyvaz Borçalı Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.
Əməyə eşq olsun (film, 1950)
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. == Haqqında == Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. == Tədqiqi == Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. == Məzmun == Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. == Filmin heyəti == === İstehsalçı heyət === === Rollarda === === Filmi səsləndirənlər === Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) == İstehsal == Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. Rejissor Hüseyn Seyidzadə filmdə Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkmək istəyirdi.
O olmasın, bu olsun (film, 1956)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. == Məzmun == Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. == Filmin heyəti == === İstehsalçı heyət === === Rollarda === === Filmi səsləndirənlər === Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) == İstehsal == Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. Rejissor Hüseyn Seyidzadə filmdə Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkmək istəyirdi.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Elizabet Olsen
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur. == İlk illəri və təhsili == Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var. Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür.
Osun-Osoqbo
Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir. Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir.1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi.Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu. == Osun-Osoqbo festivalı == Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir. Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır.Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir. Festivalın başlanğıcını qeyd edən bir hadisə haqqında fikirlər vardır. Bir dəfə, Olutimehin adlı böyük bir ovçunun başçılığı ilə köçən bir qrup insan, özlərini aclıqdan qurtarmaq üçün Osun çayının sahilində yerləşdi. Bu zaman çayın kənarında dayanan Olutimehin önündən, sudan Osun ilahəsi göründü və insanları xüsusi bir yerə (indiki Ozoqbo şəhəri) aparmasını istədi.
Osun ştatı
Osun ştatı (ing. Osun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Osun çayından gəlir.
Axirət
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir. == Axirət aləmi == Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. === Axirət aləminin xüsusiyətləri === Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır: Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır.Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir. == Qafiyəşünaslıq elmi == Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılmış və qafiyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s.
Mahiyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Hans Olsen (velosipedçi)
Hans Olsen (1 yanvar 1885 — 4 dekabr 1969) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans Olsen Danimarkanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hans Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karl Olsen (velosipedçi)
Karl Olsen (16 fevral 1893, Kristianiya[d] – 13 fevral 1968, Konqsvinger[d]) — Norveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Olsen Norveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karl Olsen birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə).
Var olun, qızlar...
== Məzmun == Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. == Film haqqında == Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə === Rollarda === Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) == Mənbə == “Yaşayın, qızlar”.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Adiyat Surəsi
100-cü surə
Axirət Cihazı
Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.) Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini tapıb. == Tarixi == 1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı. Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensiyal düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb.Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı. == Bədii ədəbiyyatda == Axirət cihazları 1940, 1950-ci illərdə bədii ədəbiyyatda daha geniş yayılmağa başladı.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. == Bioqrafiyası == Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbey uzun illər Mosfilm-də operator işləyir.
Sağlam olun! (film, 1969)
== Məzmun == Filmdə Azərbaycanın müalicə əhəmiyyətli kurortlarından, bu müalicə ocaqlarında əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından danışılır. Tamaşaçılar ekran vasitəsilə Şuşaya, Göy-gölə, Naftalana, Abşerona, Şıx çimərliyinə, İstisu kurortuna və sair sağlamlıq ocaqlarına səyahət edirlər. == Film haqqında == Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Var olun, qızlar... (film, 1972)
== Məzmun == Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. == Film haqqında == Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə === Rollarda === Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) == Mənbə == “Yaşayın, qızlar”.
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Tanış olun, Co Blek (film, 1998)
Tanış olun, Co Blek Martin Brest tərəfindən istehsal və idarə olunan Bred Pitt, Entoni Hopkins və Kler Forlani'nin rollarda olduğu Amerikan romantika və fantastika filmidir. Bo Goldman, Kevin Wade, Ron Osborn və Jeff Reno tərəfindən ssenarisi 1934-cü ildə çəkilən "Ölüm" adlı bir filmə əsaslanır. Bu 1994-cü ildə Payız Əsatirləri filmindən sonra Entoni Hopkins və Bred Pitt'in ikinci görüşü idi. Film tənqidçilərdən qarışıq fikirlər aldı və dünya üzrə 143 milyon dollar həcmində bir müvəffəqiyyəti oldu. = Süjet = Billionarie media müdiri,Bill Parrish şirkəti ilə başqa bir media böyüyü arasında birləşmə düşünür və 65 yaşını böyük qızı Allison'un planlaşdırdığı böyük bir şənliklə qeyd edir. O görməməzlikdən gəlməkdə çətinlik çəkdiyi müəmmalı səsləri eşitməyə başlayır. Daxili tibbdə iqamət edən kiçik qızı Susan, Bill'in idarə heyəti üzvlərindən olan Drew ilə əlaqədədir. O evlənməyi düşünür ancaq Bill ona ehtirasla sevmədiyini deyir. O, şəfqətli danışmasının qısa versiyasını soruşur və deyir: Açıq qalın. Kim bilir?
Aliyə (serial)
Aliyə (türk. Aliye) — Türkiyə serialı. == Baş rollar == Sənəm Çəlik (Aliyə)‚ Nejat İşlər (Dəniz)‚ və Xalid Ərgənc (Sinan). Canlandırır. İki uşağı arasında qalan gənc gözəl bir qadının dramını və həyatla mübarizəsindən bəhs edən televiziya serialıdır. == Məzmun == Aliyə evli və iki uşaqlı varlı bir ailənin qızıdır. Böyük bir evdə qaynanası və baldızı ilə birlikdə yaşayır. Ailədə axtardığı xoşbəxtliyi tapa bilməyən Aliyə, əri Sinanın gənc bir qızla onu aldatdığını təsadüfən öyrənir. İki uşağını da götürərək evdən ayrılan Aliyə İstanbulda yaşayan, diş həkimliyi edən dayısı Fəyyazın yanına qaçmağa çalışır. Qatar vağzalında Sinan Aliyəni tapır.
Aliyə Moldaqulova
Aliyə Nurmuhambetovna Moldaqulova (qaz. Әлия Нұрмухамбетқызы Молдағұлова, 25 oktyabr 1925–4 yanvar 1944) — Sovet İttifaqı qəhrəmanı, snayper. == Həyatı == Aliyə Moldaqulova 1925-ci ilin oktyabrın 25-də Qazaxıstanın Xodbinsk rayonunun Bulak aulunda anadan olub. Hələ uşaq ikən valideynlərini itirən qızcığaz 8 yaşından əmisi Əbubəkrin ailəsində yaşayıb. Anası aclıq illərində kolxoz tarlasında qeyri qanuni buğda yığımı zamanı güllələnib, atası isə bəy nəslindən olub. 1935-ci ildə qızın əmisi Əbubəkr Hərbi Nəqliyyat Akademiyasına qəbul oldu. Bu səbəbdən ailənin bütün üzvləri Aliyə da başda olmaqla, Moskvaya köçdülər. Bir neçə ildən sonra isə Akademiya Leninqrada köçürüldü, buna görə də ailə bu şəhərə gəlmək məcburiyyətində qaldı. Aliyənin Leninqrad həyatı başlayır… Az keçmir ki, qızcığazın əmi sarıdan da bəxti gətirmir, doğma ocaqdan uzaqlaşmalı olur. Belə ki, 1939-cu ilin payızında əmisi ailə vəziyyətinə görə 14 yaşlı Aliyəni 46 №-li uşaq evinə qoyur.
Aliyə Qarayeva
Aliyə Nurqayan qızı Qarayeva (tatar. Aliä Nurgayan qızı Gäräyeva)— 1 yanvar 1988-ci ildə Rusiya SFSR-nın Yekaterinburq şəhərində anadan olmuşdur. Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya Çempionatının 1 qat gümüş və 7 qat bürünc medalçısıdır. 2007-ci ilin Avropa Çempionudur. Azərbaycanı 2008 və 2012-ci ildə Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində Tatar ailəsində anadan olmuşdur. == Karyerası == Aliyə Qarayeva ilk uğurunu 2007-ci ildə qazandı. Aliyə xanım Qran-Pri yarışında 2 bürünc medal qazandı. Həmin il həmçinin Bakıda Avropa Çempionatında iştirak etdi.
Aliyə Ramazanova
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Qusar və ya Piral, Qusar rayonu – 1 sentyabr 2023) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyat və yaradıcılığı == Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. 1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir. O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi. Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Həyatının erkən dövrü == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. Atası === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığının görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir. == Fəaliyyəti == 3 il Özbəkistanda çalışdıqdan sonra 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır. === Müharibədəki fəaliyyəti === ==== Qış müharibəsində ==== 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir.Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir.1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Aliyə Terequlova
Aliyə Ramazan qızı Terequlova (13 may 1913, Tiflis – 13 mart 1968, Moskva) — azərbaycanlı aktrisa. Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Aliyə Ramazan qızı Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub.Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır. Aliyə Ramazan qızı Terequlova 1913-cü ildə Bakıda doğulub. On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb. Burada Nərgiz və Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub.
Aliyə Təhmasib
Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi. == Həyatı == Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib. 1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib. 1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Aqiyə Axundova
Aqiyə Zaqrebelska (qızlıq soyadı Axundova) — Ukrayna Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Aqiyə Naxçıvanlı
Aqiyə Həbib qızı Naxçıvanlı (11 mart 1950, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, Azərbaycan Respublikasının əməkdar müəllimi. == Həyatı == Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957–1960-cı illərdə Oğuz (Vartaşen) şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967–1972-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (Bakı Slavyan Universiteti) tələbəsi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib. === Ailəsi === Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin sabiq müavini Hüseyn Şərif oğlu Mövsümovla ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib.
Aqiyə Zaqrebelska
Aqiyə Zaqrebelska (qızlıq soyadı Axundova) — Ukrayna Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alı Alıyev
Alı Nüşrəvan oğlu Alıyev — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009). == Həyatı == Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. == Ailəsi == Ailəlidir.
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağacan Abıyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Elnur Alıyev
Elnur Tahir oğlu Alıyev (d.3 iyun 1982, Ağsu, Növcü k.) — Azərbaycan Respublikasının "əməkdar məşqçisi",Azərbaycan Kikboksinq Federasiyasının Yeniyetmələr üzrə baş məşqçisi, Dünya Kikboksinq Assosiasiyası Təşkilatının(WAKO) beynəlxalq dərəcəli hakim == Həyatı == Elnur Alıyev 3 iyun 1982-ci ildə Ağsu rayonu Növcü kəndində dünyaya anadan olub. 1999-cu ildə Bakı şəhəri Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2003-2004-cü ildə hərbi xidmətdə olan E.Alıyev 2002-2003-cü ildə Xüsusi xidmətlər mərkəzində məsul vəzifədə çalışıb. 2004-2005-ci illərdə mərkəzi univermağın muhafizə rəisi vəzifəsində çalışıb. 2005-2015-ci illərdə milli məclisin deputati Ərəstun Cavadovun koməkçisi olub. Ailəlidir . İki övladı var. == Fəaliyyəti == 2007-ci ildə "Ağsu" İdman Klubunun təsisçisi və prezidentidir. 2015-ci ildən bugünədək Ağsu rayonunda "Ağsu" idman kompleksinin direktorudur.
Elçin Alıyev
Elçin Bayram oğlu Alıyev (16 iyul 1975, Qubadlı – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Alıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Gahraman Aliyev
Qəhrəman Əliyev (11 avqust 1959, Masallı – 26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir. == Həyatı == Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir == Təhsili == Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir. == Oyunçu Karyerası == 1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)", == Məşqçi Lisenziyası == C-lisenziyası ildən(ilə) B-lisenziyası(il): A-lisenziyası(il): 2011 Pro-lisenziyası(il) ildən == İşlədiyi yaş qrupları və klublar(ildən-ilə) == 1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır. == Qazandığı nəticələr == 1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə; 2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.
Laçın Alıyev
Laçın Rasim oğlu Alıyev (22 yanvar 1992, Yəhərçi Qazaxlar, Goranboy rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Laçın Alıyev 1992-ci il yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. Ailəli idi. Aylin adında qızı və Cahid adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Laçın Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Laçın Alıyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Alıyev
Mehman İbrahim oğlu Alıyev (1969, Gədəbəy rayonu – 1992, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == 1969-cu ildə Gədəbəy rayonunun Qaradağ kəndində anadan olmuşduşdur. 1990-cı ildə Sovet ordusundan tərxis olunan Mehman erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş, 1992-ci ilin yanvar ayından isə Xüsusi Təyinatlı Milis Batalyonun tərkibində vuruşmuşdur. Ağdərədə, Goranboyda, Şəmkirdə rus qoşunlarının çıxarılmasında iştirak edib. İvanovka, Mutudərə, Mormor, Göyəmli, Başkənd yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində fəal iştirakı olumuşdur. O, ilk dəfə Qırmızı Bazar kəndi yaxınlığında əsil kəşfiyyatçı kimi sınaqdan çıxıb. Burada bir neçə erməni qulduru öldürüb. 800-dən artıq oğurlanmış qoyunun geri qaytarılmasında iştirak edib. Ümumiyyətlə, onun kəşfiyyatdan əliboş qayıtdığı olmayıb. Ona görə də yoldaşları bu cəsur oğlana "REMBO" adı vermişdilər.1992-ci il Mormor əməliyyatı igid kəşfiyyatçının son döyüşü oldu.
Müzənfər Aliyev
Müzənfər İsrafil oğlu Aliyev (1943, Hacılar, Gədəbəy rayonu – 30 yanvar 1994, Qaravəlilər, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Aliyev Müzənfər İsrafil oğlu 1943-cü ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. 1961-ci ildə Hacılar kənd orta məktəbinin 10-cu sinifini bitirib. == Hərbi xidməti == 1962-ci ildə hərbi xidmətə gedib. 1965-ci ildə hərbi xidməti başa vurub. 1965-ci ildən 1984-cü ilə qədər Hacılar kolxozunda işləmişdir. 1993-cü ildən 30 yanvar 1994-cü ilə qədər könüllü hərbi xidmətdə olmuşdur. 30 yanvar 1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Qaravəlilər kəndində sərhəddə ermənilər tərəfindən vurulub şəhid olmuşdur. Qabil Müzənfər oğlunun söhəbəti: – Mən hərbi xidməti Mingəçevir şəhərində çəkmişəm. Atam həlak olanda 16 yaşımda idim.
Məzahir Alıyev
Məzahir Həsən oğlu Alıyev (1951, Gədəbəy rayonu – 18 aprel 1993, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == 1951-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində doğulub. Primorsk vilayətində hərbi xidmətdə olub. Əfqan müharibəsinin iştirakçısıdır. Ordudan qayıtdıqdan sonra Dəllər hərbi hissəsində qulluq edib. Gədəbəy torpaqlarının müdafiəsində – Başkənd, Kaftar, “Keçəldağ, Örükdaş əməliyyatlarında qəhrəmanlıqla döyüşüb. Kəşfiyyat üzrə taqım komandiri idi. Bacarığı, insanpərvərliyi ilə hərbçilər arasında ad-san qazanmışdı. Ən çətin əməliyyatları ona tapşırırdılar. Dəfələrlə ölümlə üz-üzə gəlmişdi.
Orxan Alıyev
Orxan Şirazi oğlu Alıyev — Azərbaycan Milli Ordusunun çavuşu, şəhid == Həyatı == Orxan Şirazi oğlu Alıyev 1994-cü il noyabr ayının 25-də Bakı şəhərində Alıyevlər ailəsinin son övladı olaraq dünyaya gəlmişdir. Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Orxan uşaqlıq illərindən idmana böyük maraq göstərmişdir. İdmanın cüdo və qaydasız döyüş növləri ilə məşğul olmuşdur. Alıyev Orxan 4 yanvar 2013-cü il də həqiqi hərbi xidmətə yollanmışdır, Orxan Alıyev 3 ay Bakıda xidmət etdikdən sonra ona çavuş rütbəsi verilir və cəbhə bölgəsinə göndərilir. Milli ordunun artileriya qoşunlarında kəşfiyyatçı olaraq xidmətini davam etdirir. 19 yaşlı Orxan Alıyev xidməti zamanı Mübariz postuna getmək istədiyini dəfələrlə ailəsinə demişdir və sosial şəbəkədə öz şəxsi hesabında da status şəklində yazmışdır: "İnşallah ayın axırı gedirəm Mübariz İbrahimovun postuna…" Xidmətinin 12-ci ayını tamam edərkən və xidməti bitirməyinə 6 ay qalmış Orxan Şirazi oğlu Alıyev 11 dekabr 2013-cü il şəhid edilmişdir.
Qurbanalı Alıyev
Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M.Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M.Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir. Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-ci ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Adam Uolşun qətli
Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi. == Qətlin araşdırılması və nəticələri == Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər. Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu.