Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Anya Teylor-Coy
Anya-Cosefin Mari Teylor-Coy (ing. Anya-Josephine Marie Taylor-Joy; 16 aprel 1996, Mayami, Florida, ABŞ) — ABŞ-Britaniya-Argentina aktrisası. == Həyatı == 16 aprel 1996-cı ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Londona köçdü. 16 yaşında aktrisalıq fəaliyyətinə başlamaq üçün məktəbi tərk etdi. "Storm Model Managment" adlı agentliklə müqavilə imzalayaraq aktrisalıq fəaliyyətinə başladı.
Anya Şovaqoviç-Despot
Anya Şovaqoviç-Despot (tam adı: Anya Şovaqoviç-Despot, xorv. Anja Šovagović-Despot; 25 mart 1963, Zaqreb) — Xorvatiya kino və teatr aktrisası. == Həyatı və fəaliyyəti == Anya Şovaqoviç Xorvatiyanın ən hörmət edilən aktyorlarından biri olan Fabiyan Şovaqoviçin və Maya Blaşkovun ailəsində dünyaya göz açmışdır. Kiçik qardaşı Filip Şovaqoviç kimi Anya da aktorluq fəaliyyəti ilə hələ kiçik yaşlarından məşğul olmağa başlamışdır. Orta məktəbi başa vurduqdan sonra Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olur. Burada teatr rejissoru Kreşimir Dolençiç ilə birgə 1981-ci ildə "Lift" teatr qrupunun əsasını qoyur. İki il sonra Zlatko Vitezlə əməkdaşlıq etməyə başlayır və onun "Histrion" teatr şirkətinə qoşulur. 1986-cı ildən Qavella Dram Teatrında fəaliyyət göstərir. Şovaqoviç Xorvatiya aktyoru Draqan Despotla evlidir. Onların iki övladı var.
Anyan FK
Anyan Futbol Klubu (Hanqıl: 안양시민프로축구단) — Anyan şəhərini təmsil edən Cənubi Koreya peşəkar futbol klubudur. 2013-cü ildə yaradılmışdır. Klub öz ev oyunlarını Anyan Stadionunda keçirir. Hal-hazırda Cənubi Koreyanın ikinci ən yüksək liqası olan K Liqasında mübarizə aparır. Komandanın sloqanı Esperanto: Civitano, Paradizo, Feliĉo ifadəsidir ki, bunu loqoda da görmək mümkündür. İfadənin mənası "Vətəndaş, Cənnət, Xoşbəxtlik" deməkdir.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Anyer-Syur-Son
Anyer-sür-Son (fr. Asnières-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01023. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi.
Anyer-an-Devolyui
Anyer-an-Devolüi (fr. Agnières-en-Dévoluy, oks. Anhera en Devoluí) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 266 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfərdən (15-64 yaş) 141 nəfəri iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80.6%, 1999-cu ildə 81.8%). Fəal olan 141 nəfərdən 134 nəfər (73 kişi və 61 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi.
Anyer-an-Devolüi
Anyer-an-Devolüi (fr. Agnières-en-Dévoluy, oks. Anhera en Devoluí) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 266 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfərdən (15-64 yaş) 141 nəfəri iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80.6%, 1999-cu ildə 81.8%). Fəal olan 141 nəfərdən 134 nəfər (73 kişi və 61 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi.
Anyer-syür-Uaz
Anyer-sür-Uaz (fr. Asnières-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 2.498 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 31 km şimalında, Serji belediyyənin 24 km şimal-şərqdə yerləşir.
Anyer-sür-Son
Anyer-sür-Son (fr. Asnières-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01023. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi.
Anyer-sür-Uaz
Anyer-sür-Uaz (fr. Asnières-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 2.498 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 31 km şimalında, Serji belediyyənin 24 km şimal-şərqdə yerləşir.
Anyes Jaui
Agnès Jaoui (19 oktyabr 1964[…], Antoni[d]) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1991: Canti 1993: Cuisine et dépendances 1993: Smoking/No Smoking 1996: Un air de famille 1997: Same Old Song 2000: The Taste of Others 2000: An Outgoing Woman 2002: 24 Hours in the Life of a Woman 2004: Look at Me 2004: The Role of Her Life 2005: Nina's House 2012: The Dandelions 2013: Under the Rainbow 2014: The Easy Way Out 2015: I'm All Yours 2015: The Sweet Escape 2017: I Got Life! 2018: Place publique 2018: Best Intentions Harmonie === Teleserial === 1997: Nulle part ailleurs.
Anyilər
Anyilər, Anyalar, aqnilər - Kot-d'İvuar, Toqo və Qanada yaşayan akan xalqları qrupu. Ümumi sayları 2 milyon nəfərdən çoxdur (2000). Qananın rəsmi dillərindən olan Nzinma dilində danışırlar. Dindarlarının əksəriyyəti xristiandır. Müsəlmanları və ənənəvi dini etiqadlarını saxlayanlar da var. Müstəmləkə dövrünə qədər Anyilərin bir sıra tayfa ittifaqları yaranmışdır. Əsas məşğuliyyətləri toxa əkinşiliyidir. Dəmirçilik, dulusçuluq, toxuculuq, bədii metal və ağac üzərində oyma inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.567.
Anyolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Anystis baccarum
lat. Anystis baccarum (Linnaeus, 1758) — evribiont gənə növüdür. Ovalıqlardan yüksək dağlıq ərazilərə qədər rast gəlinir. Əsasən partenogenetik yolla çoxalır. Erkəklərinə az rast gəlinir. Daşların və döşəmənin altına qoyulan yumurtaları qışlayır. İldə 3 nəsil verir. Xırda buğumayaqlılarla, o cümlədən, ayaqquyruqlularla qidalanır. Kannibalizm də müşahidə edilir. Kosmopolit növdür.
Covanni Anyelli
Covanni Anyelli (13 avqust 1866[…] – 16 dekabr 1945[…], Turin) — İtalyan sənayeçisi. == Həyatı == Anyelli 13 avqust 1866-cı ildə Villar Peroza şəhərində zadəgan ailəsində doğulub. Modenadakı hərbi akademiyanı bitirib, süvari dəstəsində zabit qismində qulluq edib. 1892-ci ildə hərbi karyerasına son qoyaraq bizneslə məşğul olmağa başlayıb. 11 iyul 1899-cu ildə Anyelli bir neçə şəriki ilə birlikdə Turində Fiat avtomobil şirkətini təsis edib. Tezliklə o, şirkətin idarəçiliyində əhəmiyyətli fiqura çevrilib. Onun istehsal etdiyi ilk avtomobilin mühərriki 2.6 kilovat (3,5 at gücü) gücündə idi. Mühərrik arxa tərəfdə quraşdırılmışdı və o dövrün birsilindrli mühərriklərindən fərqli olaraq ikisilindrli idi. Şirkətin kütləvi şəkildə istehsal etdiyi ilk avtomobil Fiat Zero oldu. 1904-cü ildə firmanın avtomobillərinin konstruksiyasında dəyişikliklər edildi: -şirkətin istehsal etdiyi ilk modellərdə şassinin əsası rolunu oynayan taxta ramanın əvəzinə metal rama tətbiq edilməyə başlandı.
Cənubi Anyuy silsiləsi
Cənubi Anyuy silsiləsi, Anyuy silsiləsi — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisində dağ silsiləsi. == Haqqında == Sibirin şimal şərqində, Böyük və Kiçik Anyuy (Kolıma çayının qolları) çayları arasındadır. Uzunluğu təqribən 380 km. Hündürlüyü 1779 m-ədəkdir. Qranit intruziyaları ilə yarılmış Üst Yura və Trias yaşlı qumdaşı, şist və argillitlərdən ibarətdir. Qədim buzlaşma izləri var. Yamaclarında tundra bitkiləri, çay dərələri boyunca nadir qaraşam meşələri, zir vələrində dağ-tundra landşaftı yayılmışdır.
Sent-Anyen-syur-Byon
Sent-Anyen-syur-Byon (fr. Saint-Agnin-sur-Bion) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38351. Kommunanın 2012-ci il üçün əhalisi 914 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 503 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Sent-Anyen-sür-Byon
Sent-Anyen-syur-Byon (fr. Saint-Agnin-sur-Bion) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38351. Kommunanın 2012-ci il üçün əhalisi 914 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 503 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Sent-Anyes (İzer)
Sent-Anyes (fr. Sainte-Agnès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38350. Kommunanın 1999-cu il üçün əhalisi 455 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 2 978 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 16 km şimal-qərbdə yerləşir.
Anyuya Milli Parkı
Anyuya Milli Parkı — Rusiyanın Xabarovsk diyarında milli park. Milli park Nanay rayonunda, Amur çayının sağ sahilində, Anuy çayının aşağı axarında yerləşir. Ərazi antropogen təsirə az məruz qalmış Sixote-Alin dağlıq zonasını əhatə edir. Milli parkın sahəsi — 429,37 min hektardır. Bölgənin yerli əhalisi nanaylardı. Milli parkın şimalından və qərbindən Xabarovsk—Komsomolsk-na-Amure Р454 avtomobil yolu keçir. == Ümumi məlumat == Milli park ərazisində əsasən enliyarpaqlı ağaclardan ibarət meşələr, eləcə tayqa meşələri üstünlük təşkil edir. İynəyarpaqlı ağaclardan əsasən koreya şamı geniş yayılıb. Milli park ərazisinin 11 %-ni bataqlıqlar təşkil edir. Milli park ərazisində himalay və qonur ayı, qaban, izübr, mandarin ördəyi və s.
Sent-Anyes (Dənizkənarı Alplar)
Sent-Anyes (fr. Sainte-Agnès) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,37 km², əhalisi — 1179 nəfərdir (2006) artım tendensiyası ilə: 1169 nəfər (2012), əhalinin sıxlığı 124,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1183 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1169 nəfər.
ADY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
ANN
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
ANS
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
ANT
Ant
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. == Məna və tərif == Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Anu
Anu — Şumer-Akkad mifologiyasında baş tanrı. == Baş tanrı == Ümumiyyətlə, İkiçayarası xalqlarının tanrılar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad tanrıları ilə yanaşı, Babilistan padşahlığı dövrünün tanrıları da yerləşdirilmişdir. Əlbəttə Babil tanrılarının əksəriyyəti Şumer tanrılarıdır. Ancaq Babilistanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə tanrıların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki tanrılar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Tanrılar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi.
Anx
Anx (☥, Misir dillərində ʿnḫ) — Misir hiroqlifi Anx-Simvol, Anx-Xaç, Misir xaçı, Xaç dəstəyi, Həyat zənciri, Həyat açarı, Nil açarı (xaçı), (lat.
An Officer and a Gentleman
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
Eyr Aoy
Eyr Aoy (藍井 エイル, Aoi Eiru, d. 30 noyabr 1988, Sapporo) – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur. Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır. == Bioqrafiya == Aoy mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır.
Geyik Ana
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Hərbi And
Jan Anuy
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[…], Bordo – 3 oktyabr 1987[…], Lozanna) — fransız dramaturqu. == Həyatı == Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
May Ana
Nayman Ana
Nayman Ana - türk və qırğız əfsanələrində adı çəkilən qadın. Manqurt dastanında oğlunu qurtarmağa çalışarkən ölür. Manqurt halına çevrilən oğlu tərəfindən öldürülmüşdür. Ruhu Dönənbəy (Dönenbay) adlı bir quşa çevrilmişdir. Məzarı müqəddəslik qazanmışdır. Naymanlar adlı bir türk-monqol boyu ilə əlaqəlidir. Monqolların səkkiz boyunun anası sayılır. (Nay/Yat) kökündən törəmişdir. Yayan, doğuran deməkdir. Monqolca səkkiz rəqəmi ilə əlaqəlidir.
Od Ana
Qabriel Ano
Qabriel Ano — Fransanın məşhur futbolçusu, məşqçisi və jurnalisti. "France Football"ın sorğu keçirməsi ideyası Qabriel Anoya məxsusdur. O, 1955-ci ildə "köhnə dünya"nın klub birinciliyini keçirməyi bacardıqdan sonra (turnir Avropa Çempionlar Kuboku adlandırılırdı, 1993-cü ildən isə onun adı Çempionlar Liqasına dəyişdirilib) Ano həmfikirləri ilə birgə "Avropanın ən yaxşı futbolçusu" adına müsabiqənin qaydalarını hazırladı. 1889-cu il noyabrın 6-da anadan olub, Berlində təhsil alıb, çox səyahət edib, ingilis və alman dillərini əla bilib, futbol oyununun tərəfdarı olub. Hələ Birinci Dünya müharibəsinə qədər Ano müdafiəçi mövqeyində Fransa yığmasında 11 oyun keçirmişdi, sonra orduya çağırıldı, 1919-cu ildə isə daha bir dəfə kapitan sarğısı ilə "üçrənglilər"in formasında meydana çıxdı, bundan sonra karyerasını başa vurmaq qərarına gələrək, özünü jurnalistikaya həsr etdi. Özü də Qabriel Ano təkcə futbolla bağlı yazılar yazmırdı. 1920-1930-cu illərdə o, "Le Mirour des Sports" qəzetində çalışanda qolf və aviasiya haqqında məqalələri ilə də tanınırdı. Öz fikirlərini birbaşa və düzgün çatdırmağı bacaran Ano buna görə həmkarları arasında böyük hörmətə malik idi. Onun barəsində bir insan kimi xəbər verən ən parlaq və məzəli hadisə İkinci Dünya müharibəsindən sonra baş verib. Reportyorluq fəaliyyətini davam etdirən Qabriel Fransa yığmasının baş məşqçisi təyin edildi.
Qrand-Ans
Qrand-Ans (fr. département de la Grand'Anse, h.kreol Grandans) — Haiti Respublikasının 10 departamentindən biri. İnzibati mərkəz Jeremi şəhəridir. 2003-cü ildə bölünmədən sonra Miraqoan və Ans-Vo rayonlarında yeni bir Nip departamenti ayrılmışdır. Bölünmədən sonra departamentin sahəsi — 1912 km², əhalisi isə — 425 878 nəfər təşkil edirdi (2009).
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Su Ana
Ana yasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Ani (Qars)
Ani — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 427 nəfərdir (2022).
Səncərşah Ay Aba
Səncərşah Tuğanşah oğlu Ay Aba (?-1198)—Səlcuqlu əmiri, vali Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu. Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
Ədüdiddin Ay Aba
Ədüdiddin Əbubəkr Tuğanşah Ay Aba Səlcuqlu əmiri, vali Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu. Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu. Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salqurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir.