Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayvaz Həsənov
Ayvaz Dursun oğlu Həsənov (2 may 1929, Məscidli Görarxı – 1990, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı == Həyatı == Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir. 1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Ayxan Ayvaz
Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib.O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub. Dilək adlı bir qızı var.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 19 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Ramiz Həsənov (Ayvaz oğlu)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Armen Ayvazyan
Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb. 2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir.
Ayvazovski adası
Ayvazovski adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada rus rəssamı İvan Ayvazovskinin şərəfinə adlanfırılmışdır. Şikotan adasının cənubunda Ayvazovski buxtasında qərarlaşır. Şikotan adasından 200 metrlik boğaz ayırır. Buxtadan şimal-şərqdə Doqquzuncu dalğa adası yerləşir. Cənub-qərbi hündür, qayalıq və sıldırımlıdır. Şimal-şərq və cənub-qərb sahilləri arasında qumlu çimərlik yerləşir.
Həsən Ayvazov
Həsən Cəlil oğlu Ayvazov (21 avqust 2000; Pələkli, Tovuz rayonu - 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Ayvazov 2000-ci il avqustun 21-də Tovuz rayonunun Pələkli kəndində anadan olub. V. Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həsən Ayvazov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 15-dən Həsən Ayvazov ilə əlaqə saxlamaq mümkün olmayıb. Noyabrın 21-də şəhid olduğu müəyyənləşib. Noyabrın 22-də Tovuz rayonunun Pələkli kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına Həsən Ayvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (1878 -1938)—Krımtatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. == Həyatı == Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur. Bu Həsən Səbri Ayvazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə "Üsüli-tədris və təlim-tərbiyə" adlı metodik bir əsər də çap olunmuşdu.
Musa Ayvazov
Musa Abdulla oğlu Ayvazov — müəllim, Gürcüstan SSR Əməkdar Müəllimi (1973). == Həyatı == Musa Ayvazov, 21 mart 1921-ci ildə Gürcüstan Respublikasının Borçalı(Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd 7 illik məktəbini (1936), Sarvanda Borçalı türk pedoqoji texnikumunu (1939) bitirmişdir. Mollaoğlu (1939-1945), Xüldərə (1945-1947) və Təzəkənd kənd (1947-1958) ibtidai məkrəblərində müdir-müəllim işləmişdir. Ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Fədakar əməyi yüksək hökumət mükafatları və fəxri fərmanları ilə qiymətləndirilmişdir. Sadaxlı kənd 1 saylı orta məktəbində işləyərkən 1973-cü ildə Gürcüstan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür. Musa Ayvazov 1998-ci il fevralın 7-də dünyasını dəyişmişdir.
Məhərrəm Ayvazov
Suren Ayvazyan
Suren Baxşiyeviç Ayvazyan (erm. Սուրեն Բախշիի Այվազյան; 9 yanvar 1915, Xınzırək, Zəngəzur qəzası – 20 may 1981, İrəvan) — erməni şair, yazıçı, jurnalist və tərcüməçi. == Həyatı == Suren Baxşiyeviç Ayvazyan 1915-ci il yanvarın 9-də Zəngəzur qəzasının (indiki Ermənistanın Sünik mərzi) Xınzırək kəndində anadan olmuşdur. 1934-cü ildə Gorus pedaqoji məktəbini bitirmiş, Xanazax kəndində müəllim olaraq çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Böyük Vətən müharinəsində iştirak etmişdir. 1945-ci ildən Azərbaycan KP MK-nin Bakıda erməni dilində çıxan orqanı "Kommunist" qəzetində çalışmışdır. 1953-cü ildən İrəvanda yaşamışdır. 20 may 1981-cü ildə İrəvan şəhərində vəfat etmiş, doğma kəndində bastırılmışdır. == Yaradıcılığı == 1937-ci ildən çap olunur.
İvan Ayvazovski
İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817, Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…] – 19 aprel (2 may) 1900[…], Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…]) — erməni əsilli rus rəssamı. Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur. == Həyatı == İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi. Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu.
Şura Ayvazov
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Eyvaz Abutalıbov
Abutalıbov Eyvaz Cəmil oğlu - 1959 cu il Dekabrn 4 də Şuşada doğulmuşdur.1992 ci il yanvarın 26 da Şəhid olmuşdur. Abutalıbov Eyvaz Cəmil oğlu Şuşa şəhəri 4 nömrəli orta məktəbdə oxumuşdur. Eyvaz 816 nömrəli Şuşa batalyonunun tərkibində Şuşanın müdafiəsi uğrunda iştirak etmişdir. 1992 yanvarın 26 da Daşaltı əməliyyatı da şəhid olmuşdur. Şuşadakı Şuşa Şəhidlər Xiyabanında dəfn olmuşdur. Ailəli idi. Mahmud, Elvin, Elçin adlı üç övladı böyüyür.Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur.
Eyvaz Babayev
Eyvaz İlyas oğlu Babayev (20 iyun 1947, Kirovabad) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (2000–2003). == Həyatı == Eyvaz Babayev 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 6 saylı C.Cabbarlı adına orta məktəbi medalla bitirmiş, daha sonra Moskva şəhərində Qubkin adına neft və qaz institutunda alı təhsil almışdır. Əmək fəaliyyətinə Gəncə şəhəri Çini Qablar zavodunda mühəndis kimi başlamışdır. 1990–1994 və 1997–2000 illərdə həmin zavodun direktoru olmuş, əmək fəaliyyətini daha sonra 1994-cü ildən 1997-ci ilədək Gəncə şəhər İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində davam etdirmişdir. Bundan sonra Eyvaz İlyas oğlu Babayev 27 iyul 2000-ci ildən 8 aprel 2003-cü il tarixinədək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. Ailəlidir: üç övladı, altı nəvəsi var.
Eyvaz Borçalı
Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986). == Həyatı == Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993).
Eyvaz Hüseynov
Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı və təhsili == Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır.
Eyvaz Kərimov
Kərimov Eyvaz Əzizağa oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərimov Eyvaz Əzizağa oğlu 10 dekabr 1975-ci ildə Biləsuvar rayonu Amankənd kəndində anadan olub. 1994-cü il aprel ayının 27-də Ağdamın Güllücə kəndində qəhrəmanlıqla şəhid olmuşdur. == Təltifləri == Amankənd kənd tam orta məktəbi Eyvaz Kərimov adını daşıyır.
Eyvaz Məhəmmədhəsənov
Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü. == Həyatı == Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb.
Eyvaz Məmmədov
Eyvaz Əbdürəhman oğlu Məmmədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980). == Həyatı == Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir.Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarallı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru == Həyatı == 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. == Fəaliyyəti == Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com”un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti” adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Eyvaz Qurbanov
Eyvaz Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Eyvaz Qələmçəli
Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib. Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır. -deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.
Eyvaz Zeynalov
Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == 18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Ağdam şəhər 1 nömrəli məktəbi, 1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirib. “Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub. 2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub. 1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib. 2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub. 2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
Eyvaz nekropolu
Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə. == Ümumi məlumat == Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Eyvaz İbrahimov
Eyvaz Abbas oğlu İbrahimov — Azərbaycanlı teatr aktyoru. == Həyatı == Eyvaz İbrahimov 14 yanvar 1969-cu ildə Kəlbəcər rayonunda doğulub. 28 iyun 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 7 sentyabr 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Eyvaz Əlləzoğlu
Eyvaz Əlləzoğlu (Həsənov Eyvaz Əlləz oğlu; 1956, Muğanlı[d], Qardabani rayonu – 26 fevral 2011) — Azərbaycan yazıçısı. == Həyatı == Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filologiya fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir. 26 fevral 2011-ci ildə vəfat edib. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərmiş, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq etmişdir. Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazmışdır. 1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılmışdır. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirmişdir. "Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdur.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qərəh, Siyəzən rayonu – 23 iyul 2017, Qərəh, Siyəzən rayonu) — Azərbaycanlı şair. == Həyatı == Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Ayaz (Həştrud)
Ayaz (fars. اياز‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə).
Ayaz Abasov
Ayaz Nizami oğlu Abasov (20 dekabr 1998, Cəlilabad rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Ayaz Abasov 1998-ci il dekabrın 20 sində Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017 ci ilin yanvar ayında ordu sıralarına çağırılıb Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayır. == Hərbi xidməti == Ayaz Abasov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmətini başa vurandan bəri Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.