BƏDİRLƏNMİŞ

f.sif. Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik.
Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev.
Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü çay. M.Seyidzadə.

◊ Bədirlənmiş ay kimi – on dörd gecəlik Ay kimi parlaq, təmiz, saf, ləkəsiz, aydın (bədii ədəbiyyatda gözəlin surəti buna təşbeh olunur).
Göyçəyin üzü bədirlənmiş ay kimi şəfəqli idi. Ə.Vəliyev.
[Sarıtelin] hisli çırağın zəif işığında ala-yarımçıq görünən qaramtıl saçları, uzun hörükləri, bədirlənmiş Ay kimi yanaqları var idi. M.Hüseyn.

BƏDİRLƏNMƏK
BƏDİYƏ

Digər lüğətlərdə