BƏDİRLƏNMƏK

f.
1. Dolğunlaşmaq, tam dairə şəklində, on dörd gecəlik şəklə düşmək (Ay haqqında). Ay bədirlənmişdir.
2. məc. Ay kimi parlamaq, Ay kimi saf, təmiz, aydın olmaq (klassik ədəbiyyatda və xalq yaradıcılığında gözəlin surətinə işarədir).
Çıxıb on dördündə bədirlənmisən; Səni görən gedər xəyala, gözəl! (Qoşma).

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏDİRLƏNMƏK dolğunlaşmaq — dairələnmək
BƏDİRLƏNMƏ
BƏDİRLƏNMİŞ

Digər lüğətlərdə