Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Bitkilərin hərəkəti
Bitkilərdə xarici təsirlər nəticəsində əmələ gələn hərəkətlər 3 qrupa bölünür: tropizm, nastiya və taksislər. Tropizm - xarici stimul vasitəsilə bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bu cür hərəkət boyatma hərəkətidir. Hərəkətin istiqamətindən asılı olaraq (boyu stimullaşdıran amilə qarşı və ya ona əks) tropizm müsbət və ya mənfi ola bilər (bitkilərin kökləri müsbət geotropizmə, zoğları isə müsbət heliotropizmə malikdir). Taksis - xarici qıcığa cavab olaraq hüceyrənin və ya bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir. Tropizmlər kimi, taksislər də müsbət və mənfi qruplara ayırd edilir; bundan başqa, onları qıcıqlandırıcının təbiətinə müvafiq olaraq sistemləşdirmək olar. Müsbət xemotaksis: ciyərotu, mamır və qıjıların spermatazoidləri yumurta hüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Nastiya - xarici qıcığa cavab olaraq, bitki hissəsinin istiqamətləndirilməmiş hərəkətidir. Hərəkət böyümə nəticəsində baş verir: ayrı-ayrı hüceyrələrin cüzi tərpənməsi, orqanı güclü hərəkətə gətirib çıxarır ("küsdüm" bitkisinin yarpaqlarının bükülməsi). Bəzi çiçək və yarpaqlar işıqlanmanın (fotonastiya) və temperaturun (termonastiya) dəyişməsinə cavab olaraq "yuxulu hərəkətlər" (niktinastiya) edirlər, açılıb və ya bağlanırlar.
Broun hərəkəti
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti hərəkət heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir. == Broun hərəkətinin kəşfi == Broun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Dyunların hərəkəti
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsilə nəqliyyat vasitəsilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. == Karyerası == Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu. 2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Bərəkət (Türkmənistan)
Bərəkət — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Əbülfəz Bərəkət
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qaçaq Kərəm
Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım (1897 – 1967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri. 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Bərəkəy
Bərəkəy və ya Bərkəy - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 32 km şimal-qərb tərəfdə, Uluçay (rusca Ulluçay) çayının sağ sahili boyunca yerləşir. Kənd əhalisi 2010-cu ilin nəticələrinə əsasən 3028 nəfərdən ibarətdir. Kənd əhalisi azərbaycanlılardan (konkret olaraq azərbaycanlıların subetnik qrupu olan tərəkəmələrdən) ibarətdir, lakin kənddə az sayda dargilər və tabasaranlılar da vardır. Kəndin adı türk mənşəlidir; ehtimal edilir ki, adın mənşəyi Altun Orda ulusunun xanı Bərkə xanla əlaqədardır. == Mənbə == Журнал научных публикаций аспирантов и докторантов : Этнокультурный потенциал дагестанских азербайджанцев и пути его использования в преемственности межпоколенных отношений (на примере субэтнической группы терекеменцы) "Кумыкский мир"-Научные и научно-популярные публикации по истории, культуре и современным проблемам кумыкского народа. (kumukia.ru) :Шихалиев Девлет-Мирза :Часть 3. Заселение Кумыкской плоскости II---Размещено: 12.11.2005.
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar — bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar. Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar: Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir.
Plank (idman hərəkəti)
Plank (qarın körpüsü) — mümkün olan ən uzun müddət ərzində jimə oxşar bir vəziyyətdə bədənin pozisiyasının saxlanılmasına çalışılan idman hərəkətidir. Plank üçün hər hansı xüsusi idman alətinə ehtiyac yoxdur. Plank qarın, bel və çiyinləri gücləndirir.
Squat (idman hərəkəti)
Squat (çöməlmə) — əsasən ayaq və obma əzələlərini inkişaf etdirən idman hərəkəti. Squatı doğru şəkildə etmək üçün aşağıdakılara fikir vermək lazımdır: Topuqlar çiyin genişliyində saxlanılmalı, dizlər qarşıya baxmalıdır.
Yerin qütblərinin hərəkəti
Yerin qütblərinin hərəkəti (rus. движение полюсов Земли, ing. movement of the Earth`s poles, Earth`s polar motion) — yer səthinə görə coğrafi qütblərin yerdəyişməsi. Yerin daxili qurluşunun yekcins olmaması ilə, eləcədə mövsümü meteoroloji hadisələrlə əlaqədar olaraq Yerin fırlanma oxunun vəziyyətinin ani dəyişməsi nəticəsində yaranır. Yerin qütbləri müəyyən orta vəziyyət ətrafında, ondan 25–30 metrdən çox uzaqlaşmamaqla, mürəkkəb əyrilər üzrə hərəkət edir.
İran Yaşıl Hərəkəti
İran Yaşıl Hərəkatı (fars. جنبش سبز ایران‎), həmçinin fars oyanışı və ya fars baharı — 2009-cu ildə İran prezident seçkilərindən sonra ortaya çıxan siyasi hərəkata verilən ad. edir. Etirazçılar Mahmud Əhmədinejadın vəzifədən uzaqlaşdırılmasını tələb etdilər. Yaşıl əvvəlcə Mir Hüseyn Musəvinin kampaniyasının simvolu olaraq istifadə edilmişdi, lakin seçkidən sonra seçkiqabağı bir seçki kimi qəbul etdiklərini ləğv etmək istəyənlər üçün birlik və ümid rəmzinə çevrildi. Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Yaşıl Hərəkatın siyasi liderləri olaraq tanınırlar. Hüseyn-Əli Montazeri də hərəkətin mənəvi lideri olaraq tanınır. Bəziləri, "Yaşıl hərəkat" etirazlarının İranın müasir siyasi tarixində böyük bir hadisə olduğunu iddia edir və müşahidəçilər etirazların İran inqilabından sonra ən böyük hərəkat olduğunu iddia edirlər. Prezidentin İrandakı mövqeyi əhəmiyyətli güc olduğu üçün ölkədə ikinci güclü mövqe hesab edilir. Əhmədinejadın adı, xüsusilə şiddət tətbiq etməklə, ölkədəki insan hüquqlarının pozulması ilə bağlı idi.
Bərəkət (film, 1985)
Bərəkət qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. == Ümumi xarakteristika == Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. == Ümumi baxış == Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Laminar hərəkət
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Azərbaycanda qaçaq hərəkatı
Azərbaycanda qaçaq hərəkatı — Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri. == Qaçaq hərəkatının səbəbləri == XIX əsrdə Azərbaycanda qaçaqçılıq hərəkatını doğuran əsas səbəb 1828-ci il fevralın 10-da bədnam Türkmənçay müqaviləsi əsasında Şimali Azərbaycanın Rusiya tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə qarşı və onlara rüşvət verməklə əlbir olub xalqa zülm edən yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları gördükləri xeyirxah əməllərə görə Azərbaycan xalqı onları sevmiş, tərifləmiş və qorumuşlar. Erməni qırğınları zamanı ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar istibdad üsul-idarəsinə qarşı narazılıqların əsas səbəblərindən biri də təhkimçi rus kəndlisi ilə azad azərbaycanlı kəndlisi arasındakı fərqi görməyən komendantların fəaliyyəti idi.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Hacman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Quymaq