Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ADDY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
CADD operator
CADD sistemi
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
Cedey
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F. F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin "Turksen Eğitim Ltd" beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Faddey Bellinshauzen
Bellinshauzen Faddey Faddeviç (alm. Fabian Gottlieb Benjamin von Bellingshausen‎; 9 (20) sentyabr 1778, Saaremaa, Ösel qəzası[d], Liflyand quberniyası, Rusiya imperiyası – 13 (25) yanvar 1852, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d]) — alman mənşəli rus tədqiqatçısı, admiral. == Həyatı == Bellinshauzen 1779-cu ildə Baltik dənizində Ezel adasında (Estoniya) anadan olmuşdur. О, özü haqqında belə deyir: Bu sözlər onun gənclik dövründə dənizçi olmaq arzsunu ifadə edən sözlərdir. Dəniz kopusunun 18 yaşında bitirməklə miçman rübtəsi alan F. Bellinshauzen 1803–1806-cı illərdə I. F. Kruzenşternin rəhbərliyi altında "Nadejda" gəmisində dünya səyahətində iştirak etmişdir. Ekspedisiya müddətində о, xəritələrin tərtibatı və astronomik müşahidələrlə məşğul olmuşdur. == Mənbə == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ф. Ф. Беллингсгаузен.
Faddey adaları
Faddey adaları — Laptevlər dənizində Taymır yarımadasının şərq sahillərində, Faddey körfəzi rayonunda, Faddey burnundan şimal-şərqdə yerləşən adalar qrupu. Taymır yarımadasından boğazla ayrılır. Yarımada ilə arxipelaq arasında kiçik Kapitanski adası yerləşir. Adalardan şimalda iri Bolşoy adası, şimal-qərbində isə Fiqurnıy adası yerləşir. Şimal və şərqdən bir başa açıq dənizə açılır. Adalar bitki örtüyündsənn məhrumdurlar. Aralarında sahə baxımından ən kişiyi Şərqi Faddey adasıdır. Adalar, körfəz və burun xristian müqəddəslərindən olan Faddeyin şərəfinə adlandırılmışdır. Belə ki, adalar Yulian təqviminə görə yanvarın 21 kəşf edilmişdir. Bölgəni ilk dəfə leytenant Xariton Laptev 1739-cu ildə kəşf edir.
Faddey körfəzi
Faddey körfəzi — Laptevlər dənizində, Taymır yarımadasının şimal-şərq sahillərində yerləşən körfəz. Körfəzin uzunluğu 35 km-dən, eni isə 20–25 km arasında dəyişir. Maksimal dərinliyi 23 metrdir. Körfəzin çıxacağında Faddey adaları yerləşir. Körfəzə Faddey çayı tökülür. İlin böyük qismi buzla örtülü olur. Qərb sahilləri Çelyuskin yarımadasıdır. Bura Böyük Arktik qoruğu ərazisinə daxildir. Körfəzə ilk dəfə 1736-cı ildə Vasili Pronçişev daxil olmuşdur. 1913-cü ildə isə Borid Andreyeviç Vilkinskinin ekspedisiyası tərəfindən Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Maday dili
Midiya dili və ya Maday dili – midiyalıların dili. Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, Bəluc və Kürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu deyilir. == Tədqiqi == Çox az sözün tədqiq edilməsiylə Midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına baxmayaraq bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir. Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur. Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan istifadə etmələri də məlum deyildir. Midiya ərazisindən yalnız erkən Əhəməni dövrünə aid bir kitabə aşkarlanmışdır. Həmin kitabə e.ə. VIII əsrə aid olub akkad dilində tərtib edilmişdir və kitabədə Midiya adları və sözləri istifadə edilməmişdir. Digər qədim dillərdən fərqli olaraq Midiya dilinin müxtəlif mərhələlərdə dəyişdiyini izləmək mümkün olmuşdur.
Maday dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Maday imperiyası
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür. O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana , nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Maddə 22
«Maddə 22» (ing. Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur. == Maraqlı faktlar == Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır.
Maddə miqdarı
Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən, n {\displaystyle n} (en) latın və ya ν {\displaystyle \nu } (nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda ν {\displaystyle \nu } yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir ( [ ν ] = m o l ) {\displaystyle ([\nu ]=\mathrm {mol} )} . Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların N {\displaystyle N} sayının N A {\displaystyle N_{A}} Avoqadro sabitinə nisbətinə bərabərdir: ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{A}}}} Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. ν {\displaystyle \nu } maddə miqdarını maddənin m ( m = m 0 N ) {\displaystyle m\ \left(m=m_{0}N\right)} kütləsinin M ( M = m 0 N A ) {\displaystyle M\ \left(M=m_{0}N_{A}\right)} molyar kütləsinə nisbəti kimi də tapmaq olar: ν = m M {\displaystyle \nu ={\frac {m}{M}}} Burada m 0 {\displaystyle m_{0}} kəmiyyəti molekulun kütləsidir.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çadır
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.