Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Xurşid Davron
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). == Həyatı == Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Emmanüel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. İqtisadiyyat üzrə "Nobel" mükafatı laureatı. == Həyatı == 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb.
Drakon
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Hadron
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). == Xüsusiyyətləri == Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Jasron
Jasron (fr. Jasseron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01195. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1552 nəfər təşkil edirdi.
Lakros
Lakros, hər oyunçunun kiçik və sərt plastikdən edilmiş topu daşıya biləcəkləri və ucunda bir səbət olan çubuqlarla (crosse) oynadığı, məqsədi topu qarşı komanda qalasına soxmaq olan bir sıra idmanıdır. Oyun dəyişik kateqoriyalarda fərqli ədəddə oyunçudan yaranan komandalarla oynanar. Kişilər açıq sahədə 10 oyunçu, bağlı sahədə altı oyunçudan ibarət olan komandalarla oynayarkən, qadınlar 12 adamdan yaranan komandalarla mübarizə edərlər. Klassik olaraq hər qola 1 bal verilər. Ancaq ABŞ peşəkar lakros liqası Major League Lacrossedə 15 yarddan uzaqdan atılan qollara 2 ədəd verilər. Normal şərtlərdə matçların normal müddətinin bərabərə bitməsi nəticəsində uzatma tətbiq olunar. Ümumiyyətlə Şimal Amerikada məşhur olan lakros, Kanadanın milli idmanı olaraq qəbul edilməkdədir. Eyni zamanda ABŞda ən sürətli inkişaf edən idmandır.. Müasir lakrosta kişilərdə on oyunçudan ibarət olan iki komanda çəmən və süni çəmən üzərində mübarizə edər. Bu on oyunçunun üçü hücum oyunçusu, üçü orta sahədə, üçü də müdafiədə vəzifəlidir.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016-cı illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Sauron
Sáuron (kv. Sauron) — Con Ronald Ruel Tolkinin uydurma Orta Dünya haqqında yazdığı əsərlərində Qaranlıq hökmdarı və ya Üzüklərin hökmdarı olaraq adlandırılan maia. == Annatar == Annatar Sauronun birinci çağın başlarında elflərin bildiyi adıdır. Keleborn və Elrond Annatarın kim oldugunu bildikləri üçün Mordordakı pisliyin dəyişməyəcəyindən əmin idilər. Ancaq bir qrup elf Annatara aldanmiş və onun sozdə yardımını qəbul etdilər. Annatar dəmirçilik bilgisini elflər ilə paylaşdı və onlara bu elmin incəliklərini öyrətdi. Annatar 300 il boyunca elflər ilə dostluq qurdu. Ən sonunda elflərə güc üzüklərini düzəltməyi öyrətdi və elflər bu üzüklər ilə Orta Dünyada böyük işlər eləməyə başladılar.
Takion
Takion (yunanca Ταχύς takhus, sürəyli mənasındadır) və ya Bradion - işıq sürətindən daha sürətlə hərəkət etdiyi iddia olunan hipotetik zərrəcik. Tam spinə malikdir, bosondur. Onun zamanın hər yerində olduğu iddia edilir. Həmçinin onun ən kiçik sürətinin işıq sürəti olduğu da, deyilir (v2/c2 = c2/c2 = 1). ilk dəfə S.Arnold tərəfindən iddia edilməsinə baxmayaraq, ondan əvvəl də, S.Corc və F.Gerald tərəfindən yazılmışdır. Bir çox fiziklər üçün takyon nəzəriyyəsi tutarlı deyil, çünki fotondan sürətli hissəciyin olmaması iddia edilir. Takionlar Albert Eynşteynin genel görellik qaydasındakı v.v/c.c ifadəsindki cismin sürəti işıq sürətini aşarsa nə olar sualının cavabıdırlar. Bu səbəbdən də takionların kütləsini kompleks ədədlə ifadə edirlər: mtakion = 2.i. Eyni zamanda v daim c-dən böyük olacağından takionun ən aşağı sürəti c olar. Ancaq tam c sürətində ola bilməzlər.
Takson
Tuson (ing.
Zakros
Zakros (yun. Ζάκρος) — Yunanıstanda, Kritin şərq sahilində, Sitiya şəhərindən 38 km şərqdə yerləşən kənd. Krit periferiyasındakı Lasition periferik bölməsinin şərq hissəsindəki Sitiya icmasının (dim) bir hissəsidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 640 nəfərdir. Kritin ən mühüm arxeoloji ərazisi olan Zakros Krit saraylarından biri də daxil olmaqla, Minoy sivilizasiyasının binalarının qalıqlarını daşıyır. Ehtimal olunur ki, Zakros qədim Kritin dörd inzibati mərkəzindən biri idi və onun strateji yeri və yaxşı möhkəmləndirilmiş limanı şəhəri Kiçik Asiyaya yönəlmiş mühüm ticarət mərkəzinə çevirmişdir. == Arxeologiyası == Zakrosda işləyən ilk arxeoloq Afinadakı Britaniya Arxeologiya Məktəbi ekspedisiyası ilə Devid Corc Hoqart idi. Ekspedisiya 12 bina aşkar etmişdir. 1961-ci ildə sarayı kəşf edən Nikolaos Platon tərəfindən qazıntılar davam etdirilmişdir. Arxeoloqlar həmçinin Knoss və Fest labirintlərinə bənzər qədim labirint tapmışdılar.
Akson
Akson (yun. axis, azərb. çıxıntı‎) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Mayron Skoulz
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.