Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır.
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Baseri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Basiri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bayandur eli
== Bayandur adının mənası == Bayandur adının oğuz-Azərbaycan mənşəli еtnonim olması haqqında oğuz mənbələri tutarlı məlumat vеrir. Məşhur türkoloq M.Qaşğarinin "Divani lüğət-it-türk" əsərində oğüzların 22 boyu göstərilir. Bayandur tayfası da damğası ilə birlikdə adı çəkilir. Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan "Kitadi-Dədə Qorqud" dastanlarında çəkilir. Yazıçı oğlu Əli Rəşidəddinə əsaslanaraq oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə, Bayandur sözünün mənası nеmətli dеməkdir. F.Rəşidəddin Bayanduru üçoq tayfasına aid еdir və Göyxanın birinci oğlu olduğunu göstərir. Azərbaycan xalqının qədim tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" da Bayandur xan xanlar xanıdır, "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da еtnonim kimi qеyd olunur. == Bayandur adının yayılması == "Dədə-Qorqud" toponimikası Azərbaycanla (ümumən Qafqazla) bağlı olduğu kimi, еtnonimiya da Azərbaycan-türk dili və xalqının formalaşmasında bilavasitə iştirak еdən tayfalardan ibarətdir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar.Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı.Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir. O, həmçinin Qara dənizin Azov bölgəsindəki Əki Bıçaqçı adını da əsərində qeyd etmişdir. Hər bir halda, onların arasında Araslı (və ya Ərəşli) adında tirənin mövcudluğu hal-hazırda böyük coğrafiyada yayılmış Əfşar boyu ilə əlaqəyə işarə ola bilər.
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.
Caf eli
Caf (kürdcə: جاف; həmçinin Jahf, Jaaf, Jaf, Caf) İran və İraqın sərhəd bölgələrində yaşayan, qəbilə kimi də tanınan ən böyük kürd tayfasıdır. Onların mərkəzi Süleymaniyyədən Sənəndəc arasındadır. Qəbilə çoxlu Nəqşibəndi və Qədiriyyə tərəfdarları ilə əsasən Şafii məktəbinə bağlıdır. 1114-cü ildə Zaher Beg Jaff tərəfindən yaranmışdır, digər mühüm liderlər Məhəmməd Paşa Jaff, Lady Adela, Osman Pasha Jaff və Mahmud Paşa Jaff idi, onların ata-baba yurdu Şervana qalasıdır. Osmanlı İmperiyası onlara 1700-cü illərdə nəcib bir rütbə olan Paşa adını verdi. Onlar təxminən 4 milyon əhalisi olan Yaxın Şərqin ən böyük kürd tayfasıdır və Babani Sorani dilində danışırlar. 1860-cı illərə qədər Ərdalan Knyazlığını idarə etdilər. == Coğrafi paylanma == Jaff tayfası aşağıdakı şəhər və qəsəbələrdə yaşayır: Helebce, Kelar, Silêmani, Ravansar, Sine, Ciwanrro, Selas-bawecani, Kirmaşan, Xaneqîn. == Tarix == Qərb I Dünya Müharibəsi zamanı, Ely Bannister Soane ilə əlaqə qurduğumuz zaman Jaff qəbiləsi ilə əlaqə başladı. Müharibədən sonra tayfa Şeyx Mahmud Bərzəncinə, bu gün Böyük Britaniyanın İraqda kürd muxtariyyəti təsdiq edilməsi qarşı çıxarıldı.
Cavanşir eli
Cavanşir eli — Qarabağın aparıcı ellərindən biri, XVIII əsrdə xanlıq qurmuşdu. == Tarixi == Qədim monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar" — sol qol, sağ cinahında döyüşənlər isə "baran qar" — sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü. Cavanşir adını yozanlar arasında tarixçi Rzaqulu xan Hidayət də var. Rzaqulu xan "Rövzzətüs-səfa" adlı əsərində İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən bəhs edərkən yazır: "Cavanşir elinin əsli Türkistandan olaraq Oşir xan nəslindəndir.
Cəbrayıllı eli
Cəbrayıllı eli — Qarabağın ellərindən biri. == Elin tarixi == Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu.I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi. Əhmədli elinin əsas hissəsi sürgün ediləndən sonra oymaqlardan bəziləri yayınıb əyləşdi.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Dohuk eli
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər.
Eli Dükommen
Eli Dükommen (fr. Élie Ducommun,19 fevral 1833, Cenevrə, İsveçrə — 7 dekabr 1906, Bern, İsveçrə) — isveçrəli jurnalist, pasifist, 1902-ci il Nobel sülh mükafatı laureatı (Karl Albert Qoba ilə birlikdə). == Həyatı == Eli Dükommen 1833-cü il fevralın 19-da Cenevrə şəhərində anadan olub. Saatsaz ailədə üç uşaqdan ən kiçiyi olaraq dünyaya gəlib. Ali təhsilinin olmamasına baxmayaraq, 17 yaşında varlı bir ailənin evində şəxsi müəllim olaraq çalışırdı. Üç il sonra məktəbdə müəllimlik etməyə başladı və iki il sonra "Cenevrə Xülasəsi" (fr. Les États-Unis d’Europe) jurnalının redaktoru oldu. Jurnaldakı fəaliyyətini 1857-ci ilə qədər davam etdirdi və beş il sonra Cenevrə kantonunun kansleri vəzifəsinə təyin edildi. 1865-ci ildə Bernə köçdükdən sonra Progress jurnalını qurdu. 1868-ci ildən bəri, Beynəlxalq Sülh və Azadlıq Liqası tərəfindən nəşr olunan "Avropa Birləşmiş Ştatları" (fr.
Eli Puje
Elizabet „Eli“ Puje (və ya İlay Puqet, ing. Elizabeth „Ely“ Pouget, 30 avqust 1961 və ya 30 avqust 1960, Nyuark, Nyu Cersi) - ABŞ aktrisası.
Eli Qlader
Eli Qlader - tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Eli Roth
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Hacıəlili eli
Hacıəlili eli— Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu. Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur. İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar.
Kolanı eli
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə tatar və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Kəbirli eli
Kəbirli eli — qədim-qayım Qarabağın ellərindən biri. == Tarixi == Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır. XVII yüzildə Kəbirli oymağı Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. Tərkibində bir neçə oymaq vardı. 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir. 1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi.
Kəlhor eli
Kəlhur eli və ya Kəlhor eli-İran və İraqda yaşayan kürd mənşəli el.Ravlinson onların yəhudi olmaqlarını bildirib.
Kəlhur eli
Kəlhur eli və ya Kəlhor eli-İran və İraqda yaşayan kürd mənşəli el.Ravlinson onların yəhudi olmaqlarını bildirib.
Kəngərli eli
Kəngərli eli — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir. Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu. == Elin oymaqları == Kəngərli eli bir çox qollara bölünmüşdü.
Açıq elm
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Açıq tipli ali təhsil müəssisəsi
Açıq tipli ali təhsil müəssisəsi — yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. Açıq tipli ali təhsil müəssisəsində qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.
Acid (virus)
Acid və ya Acid674 — command.com daxil olmaqla . COM və . EXE sənədlərinə yoluxan bir kompüter virusudur. Yoluxmuş bir fayl hər dəfə icra edildikdə, Acid cari qovluqdakı bütün . EXE sənədlərinə yoluxur. Daha sonra, yoluxmuş bir fayl icra edilərsə, mövcud qovluqdakı . COM sənədlərinə yoluxur. Acid-ə yoluxmuş proqramlar, ana proqramın ilk 792 baytını Acid-in öz kodu ilə yazmış olacaqdır. Orijinal host proqramı 792 baytdan kiçik olmadığı müddətdə heç bir fayl uzunluğu artmayacaq, bu halda uzunluğu 792 bayt olacaq. Proqramın DOS disk qovluğu siyahısında olan tarixi və saatı dəyişdirilməyəcəkdir.
Acin (Həmədan)
Acin - İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər. Acin şəhəri Əsədabad qəsəbəsindən 20 km cənub-qərbdədir. Acin keçmişdə Əsədabad şəhristanının Mərkəzi bəxşinin Pirsalman dehistanında yerləşən bir kənd idi, lakin sonralar yeni Pirsalman bəxşinin (tərkibinə Pirsalman və Külyai dehistanları daxildirlər) yaradılmasından sonra Acin kəndi şəhər statusu qazanıb, sözügedən bəxşin inzibati mərkəzi olaraq təyin olundu, və Əsədabad şəhərindən sonra Əsədabad şəhristanında yerləşən ikinci şəhər oldu. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,343 nəfər və 766 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afik Həsənov 3 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçular ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Alik Musayev
Alik Rafiq oğlu Musayev (7 avqust 1987, İmişli rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. == Hərbi xidməti == Alik Musayev 2011-2017-ci illərdə DİN Daxili Qoşunlarının, 2017-ci ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alik Musayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alik Nəcəfov
Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C.Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S.M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir.
Alik İsayev
Alik Şakir oğlu İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan – 20 oktyabr 2020, Şuşa) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi. == Hərbi xidməti == Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb.
Alik İsmayılzadə
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi. == Həyatı == Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır. == Fəaliyyəti == === Mükafatları === 1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almanya; 2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Açıq bucaq
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Açıq bənövşəyi
Açıq bənövşəyi — Bənövşəyi rəngin açıq çaları.
Açıq devalvasiya
Açıq dərs
Açıq dərs — başqa müəllimlərin də iştirak etdiyi dərs. Açıq dərsi təcrübəli müəllim aparır. Məqsəd bu və ya digər fənnin düzgün təlim üsulunu nümayiş etdirməkdir. Açıq dərs pedaqoji təcrübə mübadiləsi və təkmilləşdirmənin mühüm vasitələrindəndir.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) – 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü.2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.