Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mələkxanım Eyubova
Mələkxanım Yadigar qızı Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti. Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır. Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
Əyub Titiyev
Əyub Salmanoviç Titiyev (rus. Ою́б Салма́нович Тити́ев; 24 avqust 1957) — Çeçen mənşəli Rusiyalı hüquq müdafiəçisi, “Memorial” hüquq müdafiə mərkəzinin Moskva filialının analitiki (2019-cu ildən), “Memorial” hüquq müdafiə mərkəzinin Qroznı nümayəndəliyinin rəhbəri (2009-2019). Məktəbdə idman müəllimi, məşqçi (1980-1990-cı illərdə). 8 oktyabr 2018-ci ildə Titiyev Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının "görkəmli" müdafiəsinə görə Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görülüb. Əyub Salmanoviç Titiyevin əcdadları Çeçenistanın dağətəyi Kurçaloy kəndinin ilk məskunlaşanlarındandır. Lakin o, Qırğızıstanın Lebedinovka kəndində anadan olub, 1944-cü ilin martında çeçenlərin deportasiyası nəticəsində ailəsi burada yerləşib. 1960-cı illərdə Çeçenistana, doğma Kurçaloya qayıdan Titiev bütün həyatı boyu idmanla məşğul olmuş (güləş, ağır atletika) məktəbdə bədən tərbiyəsi müəllimi olmuş, kənddə uşaq idman klubu yaratmış, oradan çoxlu peşəkar idmançılar yetişmişdir. 2000-ci ildən o, "Memorial" və "Vətəndaşlara Yardım Komitəsi" kimi hüquq müdafiəsi üzrə istissaslaşmış qeyri-hökümət təşkilatlarında işləyir. Titiyev Çeçenistanda insan haqları pozuntularını sənədləşdirir və humanitar layihələr həyata keçirir. O, Çeçenistanın dağlıq rayonlarındakı məktəblərə kömək edir, penitensiar sistemdə müsəlmanları ayrı-seçkilikdən müdafiə edir və s.
Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. == Həyatı == Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Eyyub Tağıyev
Eyyub İsmayıl oğlu Tağıyev (27 yanvar 1912, Bakı – 17 yanvar 1967, Moskva) — texniki elmlər doktoru, professor, Stalin mükafatı laureatı (1942, 1948, 1951). == Həyatı == 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki ikimərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir.
Eyyub Xanbudaqov
Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. == Həyatı == Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur.
Eyyub Yaqubov
Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu.
Eyyub ağa məscidi
Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. == Məscid haqqında == Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır.
Əhməd Eyyub Türkaslan
Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994, Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023, Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu. Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir. Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir. Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır. Əhməd Eyyub Türkaslan evli olmuşdur. 6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir. Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir.
Əyyub
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – bilinmir) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Məhəmməd Əyyub
Məhəmməd Əyyub (d. 1942) — Miçiqan Dövlət Universitetinin James Madison kollecinin beynəlxalq münasibətlər departamentinin fəxri professorudur. O, həmçinin Miçiqan Dövlət Universitetində Müsəlman Tədqiqatları Programının koordinatorudur. O, beynəlxalq münasibətlər nəzəriyyəsində "Subaltern realism" nəzeriyyəsi ilə tanınir. Əyyub öz nəzəriyyəsi olan "Subaltern realism"i ilk dəfə 1980-ci illərdə təklif etmiş və 1990-cı illərdə daha da inkişaf etdirmişdir. Bu nəzəriyyə Kenneth Waltz və başqalarınin neorealism idealarını sərt sekildə tənqid etməklə yanaşı, dövlətin daxilində olan amillərin önəmliyinidə vurğulamışdır. Bu nəzəriyyənin əsas meqsədi üçüncü dünya ölkələrinin hərəkətlərinin başlıca səbəblərini, üçüncü dünya ölkələrinin liderlərinin əsas narahatçılıqlarını, və həmin ölkələrdə münaqişələrin başlıca səbəblərini öyrənmək üçün analitik bir vasitə olmaqdır. Bu nəzəriyyə üçüncü dünya ölkələrində vəziyyətlərin sənayələşmiş və ya inkişaf etmiş ölkələrdən tamamilə ferqli olduğunu vurğulayır, və əsas beynəlxalq münasibətlər nezəriyyələrinin üçüncü dünya ölkələrini nəzərə almadıqları üçün tənqid edir. O təhlükəsizlik anlayışı üçün alternativ bir konsept irəli sürür və beynəlxalq münasiblərdə nəzəriyyələşdirmədə bərabərsizliyin olduğunu vurğulayır. Subaltern realism nəzəriyyəsi üçüncü dünya ölkələrinin, adətən, zəif və tez-tez iqtisadi və hərbi cəhətdən xarici havadarlardan, əsasəndə inkişaf etmiş ölkələrdən asılı olduğunu irəli sürür.
Əyyub Abbasov
Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur.
Əyyub Abdullayev
Əyyub Bəşirov
Əyyub Fətəliyev
Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir. 1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır. Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib. 1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
Əyyub Haqverdiyev
Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır. Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib.
Əyyub Hüseynov
Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü. Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir. Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur.
Əyyub Kərimov
Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas. Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur. Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Əyyub Məmmədov
Əyyub Məmmədov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov (rəssam) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Əyyub Osmanov
Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əyyub Paşa
Əyyub Paşa (ö. 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi.
Əyyub Pirverdiyev
Əyyub Mahmud oğlu Pirverdiyev (1895, Sabunçu, Bakı qəzası – 1937) — Azərbaycan bolşevik inqilabçısı, Naxçıvan MSSR xalq daxili işlər komissarı. Əyyub Mahmud oğlu Pirverdiyev 1895-ci ildə Rusiya imperiyasında, indiki Azərbaycanın Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1912-ci ildən bolşevik hərəkatına qoşulmuşdur. Pirverdiyev Balaxanı–Sabunçu rayonunda 1914-cü il fəhlə tətillərinin təşkilində iştirak etmişdir. O, 1917-ci ilin martından Sov.İKP üzvü olmuşdur. Pirverdiyev 1917-ci ildə Balaxanıda "Hümmət" təşkilat komitəsinin üzvü, Sabunçuda zavod komitəsinin və fəhlə deputatları sovetinin sədri seçilmişdir. O, 1918-ci il Bakı döyüşü nəticəsində Bakı Kommunasının suqutundan sonra həbs olunmuş, Gəncəyə aparılmışdır. Pirverdiyev 1919-cu ildə azad edilmiş, Bakıya qayıtmış, Sabunçuda "Hummət"ə təşkilatının sədri seçilmiş və fəhlələrin may ümumi tətilində iştirak etmişdir. O, Abşeronda, Xaçmazda gizli iş aparmış, Müşkür (Xudat) dairəsində partiya təbliğatçısı olmuşdur. Pirverdiyev 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Müşkür dairə inqilab komitəsinin, Azərbaycan SSR XKS-nin Naxçıvan MSSR-də müvəkkili, Naxçıvan MSSR-in xalq daxili işlər komissarı və s.
Əyyub Qiyas
Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1992–1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub.
Əyyub Quliyev
Əyyub Quliyev (astronom) — Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA müxbir üzvü. Əyyub Quliyev (dirijor) — Azərbaycan musiqiçisi, dirijor.
Əyyub Süleymanov
Əyyub Xanbudaqov
Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur.
Əyyub Yaqubov
Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu.
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Ekyu
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Embu
Embu — Braziliyanın şəhəri.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s. == Coğrafiyası və iqlimi == Ağdaşdan 25 km uzaqlıqda, Yevlax rayonu ərazisində Kür çayının qırağında yerləşir.
Eysk
Yeysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Eyso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Fyun
Fyon (dan. Fyn) — Danimarkanın ərazisinə daxil olan adalar arasında sahəsinə görə Zelandiya və Vensyossel-Tidən (Qrenlandiya və Disko adası istisna olaraq) sonra üçüncüdür. Sahəsi 2984,56 km² təşkil edir. 2009-cu il məlumatına görə adada 453 700 nəfər yaşayır. Sahilləri alçaqdır. Ən hündür nöqtəsi 131 metrdir. Əsas şəhəri Odansedir. Ada Kiçik Kəmər boğazı üzərində yerləşən iki körpü ilə Yutlandiya yarımadasına birləşir. Birinci körpü 1930-cu illərdə avtomobil və dəmiryolu məqsəfinə xidmət edirdi. 1970-ci illərdə ikinci körpü tikilir.
Eymur bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eyno Rahya
Eyno Abramoviç Rahya (20 iyun 1885, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 26 aprel 1936, Leninqrad) — 1903-cü ildə Rusiya Sosial Demokrat İşçi Partiyasına üzv olmuş və onun Bolşevik fraksiyasına qoşulmuş fin kökənli rusiyalı inqilabçı. Rahya 1917-ci ilin yayında Leninin müvəqqəti olaraq Finlandiyaya qaçmasını təşkil etmişdir. Finlandiya vətəndaş müharibəsi ərzində Rahya qırmızıların ən bacarıqlı hərbi liderlərindən biri idi. Qırmızılar müharibəni uduzduqdan sonra o, ömrünün qalan hissəsini yaşayacağı Rusiya SFSR-yə qaçmış və Qızıl orduda korpus komandiri olaraq xidmət etmişdir. Eyno Rahya 1927-ci ildə Finlandiya Kommunist Partiyasının Mərkəzi Komitəsindən xaric edilmişdir. O, 1920-ci illərin əvvəllərində siyasi olaraq Qriqori Zinoviyevə yaxınlaşmışdı. Eyno Yukka Rahya və Yaakko Rahyanın qardaşı idi. Onun qardaşı Yaakko 1920 31 avqust tarixində baş verən Kuusinen Klub insidentində yaralanmışdı. Rahya 1935-ci ildə alkoqol aludəçiliyinə görə ordudan qovuldu və 1936-cı ildə haqqında ölüm hökmü çıxarıldı. Buna baxmayaraq o, edam edilmədən əvvəl, 1936-cı ilin aprelində vərəm və alkoqoldan sui-istifadəyə görə öldü.
Eynur Abdullayev
Eyruz Məmmədov
Eyruz Məmmədov (13 yanvar 1953, Bakı) — azərbaycanlı jurnalist. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur. "Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir. "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç" və s. kitablarının müəllifidir. == Mükafatları == Həsən bəy Zərdabi adına mükafat; "Qızıl qələm" mükafatı; "Araz" ali ədəbi mükafatı.
Eysa Qrey
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Eyst Turseax
Eyst Turseax (pol. Eist Tuirseach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kralı, kraliça Kalantenin ikinci həyat yoldaşı. == Bioqrafiya == Eyst Turseax Skelliq kralı Branın qardaşı, yarl Krax an Kraytın dayısıdır. O, hələ həyat yoldaşının sağlığında yaxın münasibətdə olduğu Sintra kraliçası Kalante ilə evlənir və Pavettanın atalığı olur. Onun Kalante ilə evliliyi 14 il davam edir. Eyst Turseax nilfqaardlılara qarşı Marnadal döyüşündə həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Eys rolunu Byörn Hlinur Haraldsson canlandırmışdır. Personaj serialın pilot seriyasında nilfqaardlılara qarşı döyüşdə həlak olsa da, sonradan keçmiş dövrün hadisələrini təsvir edən dördüncü və yeddinci seriyalarda yenidən görünür.
Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir. Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir. Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir. Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.
Eyva Maks
Amanda Eyva Koci (16 fevral 1994, Miluoki, Viskonsin) — Eyva Maks kimi tanınan amerikan-alban musiqiçi və müğənni-mahnı müəllifi. 2020-ci ilin sentyabrında Böyük Britaniya Albomları Chart -da ikinci, ABŞ Billboard 200 -də isə 27-ci yerdə qərarlaşan Heaven and Hell (Cənnət və Cəhənnəm) adlı debüt studiya albomu çıxardı. 2023-cü ilin yanvarında musiqiçinin ikinci debüt studiya albomu Diamonds and Dancefloors (Almazlar və Rəqs zalları) çıxdı. == Həyatı və musiqiçinin karyerası == === 1994-2012: Erkən illəri === Amanda Koçi kimi doğulan musiqiçi 16 fevral 1994-cü ildə Miluoki, Viskonsində dünyaya gəlmişdir. Maksın valideynləri albandırlar. Maksın özündən 7 yaş böyük qardaşı da var. Maks uşağlıq dövrü boyunca ailəsinin pul qazanmaqla bağlı olan çətinliklərini görmüşdür. Onun valideynləri ingilis dili bilmədiklərinə baxmayaraq, 3 işdə birdən işləməyə çalışırdılar. Maksın anası opera müğənnisi, atası isə pianoçudur. Maks ailəsi ilə birlikdə 8 yaşında olanda Virciniyaya köçmüşdür.