Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Folklor
Xəlqiyyat (köhn. azərb. خلقيات) və ya Folklor (ing. folklore – xalq biliyi) — xalqların şifahi poetik yaradıcılığı. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Folklor şifahi ənənədə mövcud olan bilikdir. Etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsilə reallaşan elmi biliklərdir. Folklor elmini peşəkar elmdən fərqləndirən ən başlıca keyfiyyət folklor biliklərinin şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir. Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur.
İslam həndəsi nümunələri
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
Folklor cəmiyyəti
Folklor cəmiyyəti— Birləşmiş Krallıqda folkloru öyrənmək üçün təsis edilmiş milli cəmiyyətdir. Ənənəvi musiqi, mahnı, rəqs və dram, povest, bədii sənətkarlıq, adət və inanclar da daxil olmaqla, ənənəvi xalq mədəniyyətini öyrənmək üçün 1878-ci ildə Londonda yaradılmışdır. Cəmiyyət ingilis qanunlarına uyğun olaraq qeydiyyatdan keçmiş xeyriyyə təşkilatıdır . Folklor Cəmiyyətinin ofisi Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutunda yerləşir. == Üzvlər == İlk dəfə folklorşünaslıq termini gətirən "Qeydlər və Sorğular" jurnalının redaktoru Viyyam Toms, cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır. O və Georq Laurens Homm uzun illər cəmiyyətin lider üzvlərindən olmuşlar . Uzun müddət işləyən və cəmiyyətin inkişafında mühüm xidmətləri olan fəal üzvlərdən biri də əvvəllər jurnal redaktoru olmuş, sonralar isə cəmiyyətin ilk qadın prezidenti seçilmiş Şarlotta Sofiya Börn idi (1909-10). . "Linkolnşir folkloru" kitabı ilə tanınan Linkolnşir (İngiltərədə dairə) folklorşünası Etel Rudkin jurnalda folklora həsr olunmuş maraqlı məqalələr dərc etdirirdi . == Nəşrlər == Cəmiyyət Teylor və Frensisin əməkdaşlığı ilə "Folklore" jurnalını (ildə dörd sayı çap olunur) və "FLS News" bülletenini (1986-cı ildən) dərc etdirir. Jurnal 1878-ci ildə "The Folk-Lore Record" adı ilə nəşr olunmağa başlamışdır; sonralar "The Folk-Lore Journal" adı ilə çapı davam etdirilmişdir.
Folklor İnstitutu
Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru filologiya üzrə elmlər doktoru, akademik Muxtar Kazım oğlu İmanovdur. == Tarixi == Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.
İnternet-folklor
İnternet-folklor — internet folkloru (post-folklor, medialor, nyuslor, texlor, folknet, netlor, şəbəkə folkloru, internetdəki folklor, e-folklor, kiberfolklor, kiberflor, kompüter) — İnternet rabitəsindəki multimedia xalq sənəti. XX əsrin son rübündən başlayaraq müstəqil bir fenomen olaraq meydana gəlmiş və inkişaf etmişdir; nəzəri olaraq folklorun əsasını təşkil edən yaradıcı kütləvi ünsiyyətin şəbəkə platformalarına köçürülməsi (yeni folklor janrlarını canlandıran və ənənəvi janr sistemini yenidən quran) hesab olunur. İnternet folkloru tarixən şəhər folklorunun ənənəvi janrlarının yayılmasının yeni (elektron) istiqamətlərinin meydana çıxması kontekstində nəzərdən keçirilmişdir (məsələn, çap dövrü üçün “fakslor” yaxud “kserokslor” imza ilə komik şəkillər) ; V.Foks "paperlore-computer art", "şifahi folklorun qeyri şifahi formaları" və imeyl - məsələn, təsadüfi ünvanlarda piramida şəklində poçtları təmsil edən "kompüter" anlayışından istifadə etmişdir. 1980-ci illərdən başlayaraq, Barbara Kirşenblat-Cimblerin əsərlərində ümumiləşdirilən erkən internet formaları ilə folklorun kompüterləşdirilmiş formaları intensiv şəkildə öyrənilmişdir .C. Dorst (1990), “vasitəçiliyə qarşı olan münasibət” konsepsiyasını kompüter vasitəçiliyi şəraitində mövcud olan müxtəlif folklor formalarına postulyasiya edərək folklor və kütləvi informasiya vasitələri arasında ziddiyyəti göstərmişdir. Deril Dans, internet folklorunun rəqəmsaldan əvvəlki dövrdə hər hansı bir sənət növü üzərində qələbəsinin qaçılmaz olduğunu qeyd edir (s. 647; Dans "texlor" ifadəsini istifadə edir); Robert Qlen Hovardın tədqiqatında da ədəbiyyatın icmalı verilmişdir. Bu tədqiqat işində müəllif qeyd edir ki, internet məkanında əraziyə görə deyil, “xəyali bir dövlət” olaraq lokallaşdırılmış bir qrupa aid olduğuna işarə edən kommunikativ sahənin yalnız o hissəsini düzgün şəkildə "xalq" adlandırmaq olar. Bu "xalq sənəti" həm rəsmiyyətə, həm də kütlə mədəniyyətinə qarşı çıxmalıdır. İnternetin ictimai və özəl həyatın bütün formalarına sürətlə nüfuz etməsi folklorşünaslar tərəfindən folklor formalarının yeni şəraitdə inkişafının şərti və eyni zamanda tədqiqatçıların - folklor mütəxəssislərinin birbaşa müşahidə yolu ilə sabit məlumat alması üçün bir fürsət kimi öyrənilmişdir. Müxtəlif hadisələrə kütləvi reaksiyalar (faciəli hadisələr də daxil olmaqla), diqqətlə təhlil edilmiş və "qara yumor"un digər formalardan üstün olduğu aşkar edilmişdir.
"Əvəsor" folklor kollektivi
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
AMEA Folklor İnstitutu
Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru filologiya üzrə elmlər doktoru, akademik Muxtar Kazım oğlu İmanovdur. == Tarixi == Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.
Smitsonian Folklor Festivalı
Smitsonian Folklor Festivalı (ing. Smithsonian Folklife Festival) — Smitsonian İnstitutu tərəfindən hər il yay ayları paytaxt Vaşinqtonda dünya ölkələrinin mədəni ənənələrinin tanıdılması məqsədilə keçirilən mədəni tədbir. Hər il festivalı təxminən bir milyon insan ziyarət edir.
AMEA-nın Folklor İnstitutu
Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru filologiya üzrə elmlər doktoru, akademik Muxtar Kazım oğlu İmanovdur. == Tarixi == Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.
Aypara caz folklor ansamblı
Aypara — azərbaycanlı bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup. == Qrup haqqında == Qrup ''Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəalliyyətə başlamış, 1988-ci ildən isə ''Aypara'' adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-cı illərin əvvəlində bizim incəsənətimizə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi [1]), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflis,İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir. 1991-ci ildə ''Azərbaycanın səsi'' beynəlxalq müsabiqəsində laureatı, Vaqif Gərayzadə isə ''Qitənin ən yaxşı aranjimançısı'' adına layiq görülmüşdür. 1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb.
Girokastra Milli Folklor Festivalı
Girokastra Milli Folklor Festivalı (alb. Festivali Folklorik Kombëtar i Gjirokastrës) ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur. Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir. == Tarixi == Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi. On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi. Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı. Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu.
Koreya Milli Folklor Muzeyi
Koreya Milli Folklor Muzeyi (kor. 국립민속박물관) — Cənubi Koreyanın milli muzeyi, Seuldəki Çonnoqu rayonunun Kenbokkun sarayında yerləşən iki muzeydən biridir. Muzeyin ekspozisiyası qədim dövrlərdən Xoseon dövrünə qədər Koreya xalqının ənənəvi həyat tərzinə həsr olunub. Dünyanın ən çox ziyarət edilən ən yaxşı 20 muzeyinə daxildir. == Yaranma tarixi == 8 sentyabr 1945-ci ildə ABŞ hökumətinin iştirakı ilə yaradılmış, 1946-cı il aprelin 25-də Milli Antropologiya Muzeyi adına açılmışdır. 1975-ci ilə qədər Koreya Milli Muzeyinə birləşdirildi. 11 aprel 1975-ci ildə Koreya Milli Folklor Muzeyinin adı ilə Kenbokkun sarayının ərazisində Müasir incəsənət muzeyinin köhnə binasında açılıb. 17 fevral 1993-cü ildə Milli Muzeyin köhnə binasında indiki yerə köçdü.. == Sərgi və ziyarəti == Muzeyin ekspozisiyası üç əsas istiqamətə bölünür- Koreya xalqının tarixi, Koreya həyat tərzi və Çason dövrünə aid olan koreyalıların həyat dövrü . Bundan başqa ekspozisiyanın əksəriyyəti qala sahələrində açıq havada ifşa olunur..
Sarvan (folklor rəqs qrupu)
Sarvan - 2008-ci ilin mart ayında Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış folklor rəqs qrupudur. Azərbaycan milli rəqslərilə yanaşı qrupun repertuarında gürcü rəqsləri də mühüm yer tutur. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqraflar isə Nino Lomidze. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən "Global Peace Festival"da qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək I yer qazanmışdır, həmin uğur "Friendship Force Festival"ında da təkrarlandı, solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək 2 yer sahibi olmuşlar. Çox güman ki, rəqs qrupunun fəaliyyəti uğurla da davam edəcək. Qrupun yaranmasına və milli geyimlərlə təmin edilməsinə Heydər Əliyev adına Fond, Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın Mədəniyyət Nazirliyi dəstək göstərib.
Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir. == Tərəkəmə Çərşənbəsi == Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər. 2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir. Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. == Bütün festivallar == === I festival === I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir. === II festival === II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru filologiya üzrə elmlər doktoru, akademik Muxtar Kazım oğlu İmanovdur. == Tarixi == Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.
Azərbaycan mifologiya və folklor qəhrəmanlarının siyahısı
Azərbaycan mifologiya və folklor varlıqlarının siyahısı — azərbaycanlıların mifoloji düşüncələr sisteminə uyğun olaraq Azərbaycan mədəniyyətində mövcud olan varlıqların siyahısıdır. == Panteon == === Tanrılar === ==== Erkək tanrılar ==== Azərbaycan mədəniyyətində babalıq adı daşıyan əsatiri obrazlar çoxdur. Alqış və qarğışların deyilməsində onlara müraciət edilir. Bunlara misal olaraq Aran Baba, Piri Baba, Şah Baba, Baba Dərviş misal göstərilə bilər: Göy Tanrı və ya Tenqri. Azərbaycan dilində "Tenqri" sözündən törəmiş "Tanrı" sözü vardır. Azərbaycanlılarda Allahı göylə düşünmə təmayülü vardır. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi. Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir.
Azərbaycan mifologiya və folklor varlıqlarının siyahısı

Folklore
Folklore — amerikalı müğənni Teylor Sviftin səkkizinci studiya albomu. 24 iyul 2020-ci ildə Republic Records tərəfindən sürpriz şəkildə buraxılıb.
Ailə folkloru
Ailə folkloru— Ailə folkloru, folklorun, ənənəvi mədəniyyətin vahid ailə qrupu daxilində öyrənilməsi və istifadəsi ilə məşğul olan folklor bölməsidir. Buraya ailə üzvləri tərəfindən hazırlanan əl işləri və ya ailə hadisələrini xatırlatmaq üçün qorunub saxlanılan xatirə əşyaları, ailə fotoları, fotoalbomlar, gələcək nəsillər üçün sertifikatlar, məktublar, jurnallar, qeydlər və s. daxildir. Ailə haqqında kəlamlar və real hadisələrdən doğan hekayələr ümumi olaraq, ailə kimliyini qorumaq üçün bir vasitə olaraq təkrarlanır. Ailə adətləri yerinə yetirilir, dəyişdirilir, bəzən isə unudulur, yaxud yenidən yaradılır. Ailə folkloru regional, etnik, dini və ya müəyyən peşə qrupları daxilində yaranır. 1958-ci ildə tarixçi Modi Boutraytın "ailə dastanı"nı yazıya köçürmək — "sənədləşdirmək" çağırışına, folklorşünaslar öz ailələrində yazıya alınan hekayə və ənənələrə bağlı açıqlamalarla cavab verdilər. 1970-ci illərdə onlar ailə qrupunun müəyyənedici elementi hesab olunmağa başladılar. L. Karen Baldvinin nəşr etdirmədiyi dissertasiyası (1975) ailə folklorunun nəzəri əsaslarını qoydu:"… ailə yalnız bir folklor qrupu deyil, eyni zamanda hər kəsin aid olduğu ilk folklor qrupudur". Ailə folklorunun öyrənilməsi şəcərə, yaxud ailə tarixindən fərqlidir.
Azərbaycan folkloru
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Eskimosların folkloru
Eskimosların folkloru — eskimos xalqlarının zəngin şifahi yaradıcılığı olmuşdur. Nağıl və əfsanələrində, əsasən, kosmoqonik miflərə, qədim inanclara üstünlük verilmişdir. Ənənəvi inancları qorunub saxlanılır. == Nağıllar == Eskimos mifologiyası ilə sıx əlaqəli olan nağıllarda kosmoqonik miflər, coğrafi obyektlərin, göy cisimlərinin, ətraf aləmlə bağlı obyektlərin və ənənələrin mənşəyi haqqında miflər əks olunur. Günəşin yaranması haqqında mifə görə qardaş öz bacısına vurulur. Bundan xəbər tutan bacısı qaçır. Bacı qovan qardaş ay, qız isə günəş olur. Ay diskindəki ləkələr, bacının gecə qonağını gün ərzində tanımaq üçün alnına vurduğu hiss izləridir (mərkəzi Yupik, İnupiat, iqlulik, netsilik, Labrador eskimosları) . Ulduz topaları qütb ayılarını, yaxud onların köpəklərini qovan ovçular sayılır . Böyük Ayı bürcü, maral karibudur (iqlulik, Şimali Alyaskada yupik, inupiat, Baff torpağı eskimosları, Labrador, Qərbi Qrenlandiya) .
Koreya folkloru
Koreya folklorunun hissələri sayılan tarix və praktikaların neçə min illərə yaxın ömrü var. Koreya folklorunun nümunələri şamanizm, konfutsiçilik, buddizm və son zamanlar xristianlıqdan əmələ gəlmişdir. Milli ənənələrin əksəriyyəti kəndlərdə inkişaf etməkdə idi. Onların bir çoxu məişət və kənd təsərrüfatı ilə əlaqəli olaraq ailə və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu milli nağılların ifasında əks olunur: İfaçılar həmin nağıllar sayəsində tamaşaçıların diqqətini cəlb edirdilər. Ənənə və hekayələr dildən-dilə keçirdi, yazılı nümunələr isə 5-ci əsrdən yaranmağa başlamışdır. Ənənələrin çoxu az praktik və ya müasirləşmiş hala düşsə də, folklor Koreya cəmiyyətində dərin kökə malik olub və hələ də din, incəsənət, hekayələr və adətlərə təsir etməkdədir. == Folklorun növləri == Koreya mədəniyyətində folklorun bir çox növləri var, həmçinin, İmuldam (kor. 이물담) hansı ki, bədheybət, qoblin və ruhlar kimi fövqəl-təbii varlıqlara həsr olunmuşdur. Ən geniş yayılmış varlıq Koreyanın qoblini olan Dokkebi(또깨비)-dir.
Qaqauz folkloru
Qaqauzların mani adlandırdıqları şeir dördlükləri heyrətamiz dərəcədə Azərbaycan bayatılarıyla yaxın hətta bəzən əkizdirlər. Qaqauz folklorunda bir çox türk xalqları üçün ənənəvi sujetlər - “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanlarıyla, Nəsrəddin lətifələriylə bağlı motivlər haqqında əvəllərdə, “Koroğlu” şeirləri təqdim olunan səhifələrdə danışmışdıq. Ancaq qaqauzların indiki coğrafi məskənlə- riylə və son əsrlərdəki tarixi talelər ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də var. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. Qaqauz dilinin özəlliklərinə gəldikdə, bir neçə nöqtəni vurğulamaq istəyirik. Qaqauz türkcəsində bəzən “H” səsi düşür, məsələn: “hava” əvəzinə “ava”, “haçan” əvəzinə “açan”, “bər” əvəzinə “ər”, “həm” əvəzinə “əm”, “hesablanmtş” əvəzinə “esablanmış” - deyirlər. Əksinə, bəzən ilk səs kimi “H” əlavə olunur: anbar-hanbar, aylaq-haylaq və s. Bəzən sözün başında “R” əvəzinə “L” işlənir: Rüzgar-lüzgar. “Ğ” səsini, ümumiyyətlə, işlətmirlər: Dağlara yerinə daalara, oynamağa yerinə oynamaa, aramağa yerinə aramaa və s. deyirlər.
Talış folkloru
Talış folkloru — talış xalqının əmək fəaliyyətini, ayinlərini və məişətini, bayatılar, rəvayətlər, mərsiyələr, nağıllar, miflər, rəvayətlər, adət-ənənələr, lətifələr, atalar sözləri, məsəllər, tapmacalarını və s. özündə ehtiva edən şifahi xalq yaradıcılığıdır. Tədqiqatçılar talış folkloru ilə hələ XIX əsrdə maraqlanmağa başlayıblar. Talış folkloru özünün ilk əksini 1842-ci ildə rus iranşünası Ə. Xodzkonun "Specimens of the popular poetry of Persia" və P. F. Riessin "Talış xalqı, onların həyat tərzi və dili haqqında" əsərində talış mahnılarından nümunələr dərc edilmişdir . Daha sonra müəllim Teymurbek Bayramalibekov 1894–1899-cu illər üçün " Qafqazın yerli və tayfalarının təsviri üçün materiallar toplusu "nda talış nağılları, əfsanələri və inancları öz əksini tapmışdır . 1920–1930-cu illərdə talış folklorunun öyrənilməsinə yeni təkan verilmiş, yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi talış folkloru etnoqraflar tərəfindən öyrənilmiş , talış dili dilçilər tərəfindən öyrənilmiş, Talış texnikumu fəaliyyət göstərmiş, burada məktəblər yaradılmış, talış dilində, qəzetlər nəşr olunmuş, həmçinin talış dilində radio yayımlanmışdır. 1920-ci ildə "Talış diyarının tədqiqi cəmiyyəti" yaradılır. Talış şairi, folklorşünas Müzəffər Nəsirli bu cəmiyyətdə iştirak edir və talış dili və folklorunun tədqiqatçısı, iranşünas alim B. V. Miller ilə professor V. Xuluflu talış dilinin öyrənilməsi, folklor nümunələrinin axtarışı ilə bağlı elmi ekspedisiyalarda iştirak edirlər. M. Nəsirli özünün əsas əsərlərini talış folklorunun toplanmasına, onun mətbuatının əks olunmasına sərf etmişdir. Talış qəzetləri ("Sya Tolış"), jurnallarda Ə. Xodzko, İ. N. Berezina , P. F. Rissa , Dorn , J. Morqan, B. V. Miller və digər müəlliflər çıxış edirlər .
Tərəkəmə folkloru
Tərəkəmələr - Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Tərəkəmələrin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Köçəri həyat tərzi yaşayırlar. "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər. “Tərəkəmə” sözünün kökü “tər” sözüdür (tər-sifətdir təzəlik mənasını ifadə edir) yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır.Bələliklə “tərə” (yəni göy-göyərti, təzə otlaq, biçənək) sözü əmələ gəlir. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanduqda “tərəkəmə” sözü meydana çıxır.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Estoniya folkloru
Estoniya folkloru — ilk dəfə yazılı mənbələrdə Saxo Qrammatikusun "Gesta Danorum" əsərində bəhs edilən eston mədəniyyətinin bir hissəsidir, burada döyüş ərəfəsində gecələr oxuyan eston döyüşçülərindən bəhs edilir. 13-cü əsrin əvvəllərində Livoniyalı Henrixin salnaməsində eston ritualları təsvir edilir, tanrılar və ruhlar xatırlanır. 1578-ci ildə Baltazarr Russov estoniyalıların yayın ortasını və ya Müqəddəs Yəhyanın gününü qeyd etdiyini təsvir etdi. 1644-cü ildə İohan Qustav müqəddəs bulaqlara ehtiram haqqında, 1685-ci ildə J. V. Boekler yerli xurafatları təsvir etdi. Estoniya əfsanələri və folkloru, o cümlədən xalq mahnıları nümunələri 1774–1782-ci illərdə Avqust Hupelin Topographische Nachrichten von Livund Estland əsərində ortaya çıxdı. 19-cu əsrin əvvəllərində, Estofil Maarifçiliyi dövründə (1750–1840) Baltik almanları arasında Estoniya folkloruna maraq daha da artdı. 1822-ci ildə eston romantik şairi Kristjan Peterson tərəfindən Kristfrid Qananderin "Mifologiya Fennica" əsərinin alman dilinə tərcüməsi nəşr olundu. 1839-cu ildə Estoniya folklorunun toplanması və öyrənilməsi üzrə mərkəzi təşkilat kimi Estoniya Öyrənilmiş Cəmiyyəti yaradıldı. Bu təşkilatın aparıcı siması Fridrix Robert Felman Eston xalq nağıllarından və Christfried Qananderin Fin mifologiyası toplusundan istifadə edərək alman dilində bir sıra eston əfsanə və miflərini nəşr etdirmişdir Bu nəşrlər bu günə qədər bu bölgənin xalq mənşəli ən gözəl mövzularından hesab olunur. Friedriç Reinhold Kreutzvald 1843-cü ildə Estoniya folklorunu toplamağa başladı.
Laçın folkloru (kitab)
İraq-türkman folkloru
İraq-Türkman folkloru — İraqda toplu halında yaşayan türkmanların şifahi xalq ədəbiyyatı. İraq türkmanları tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək qədim Messopatamiya, indiki İraq ərazisinin şimalında məskunlaşan türkmənşəlli xalqdır. İraq-türkman folkloru tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək İraqın şimalında, əsasən, Kərkük, Ərbil, Daquq, Tuzxurmatu vilayətində toplu halda yaşayan, azərbaycanca danışan xalqın şifahi xalq ədəbiyyatıdır., , , . Müxtəlif mənbələrdə Azərbaycanda və İraqda yaşayan türkmənşəlli xalq türkman kimi qeyd olunur, , , , , . İraq-türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq sistemli şəkildə ilk dəfə Əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir İraq-türkman folklor nümunələri mənzum və mənsur olaraq iki qrupa bölünür. Türkman xalq ədəbiyyatının mənzum örnəkləri musiqi havalarının dilidir. Mənsur örnəklərə isə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, dastanlar aid edilir. İraq-türkman folklorunun janrları şərti olaraq 3 qrupa - Mərasim folkloru, Lirik janrlar, Epik janrlar bölünür Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur , , , . Aşağıdakı janrlar aiddir.
Талышский фольклор