LORE

n keçmişdən miras qalmış bilik; folk ~ folklor

LORDSHIP
LORRY
OBASTAN VİKİ
Ageratina lorentzii
Ageratina lorentzii (lat. Ageratina lorentzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anthemis lorestanica
Anthemis lorestanica (lat. Anthemis lorestanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Baccharis lorentzii
Baccharis lorentzii (lat. Baccharis lorentzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bulbophyllum lorentzianum
Bulbophyllum lorentzianum (lat. Bulbophyllum lorentzianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Covanni Lorenso Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Edvard Norton Lorenz
Edvard Norton Lorenz (ing. Edward Norton Lorenz; d. 23 may 1917, Qərbi Hartford, Konnektikut, ABŞ – ö. 16 aprel 2008, Kembric, Massaçusets, ABŞ) — amerika riyaziyyatçısı, Xaos nəzəriyyəsinin banisi. == Həyatı == Edvard Lorenz Qərbi Hartford, Konnektikut ştatında anadan olmuşdur. O, riyaziyyatı Dartmut kollecində, daha sonra isə Kembric şəhəri Harvard Universitetində almışdır. İkinci dünya müharibəsi zamanı, Edvard Amerika Birləşmiş Ştatlarının Ordu Hava Korpusu üçün hava proqnozunda işləmişdir. Müharibədən qayıtdıqdan sonra o, meteorologiya öyrənmək qərarına gəlib. Lorenz ömrünün axrına kimi işlədiyi Massaçusets Texlonoji universtitetində iki dərəcə almışdır. 1991-ci ildə Basic elmləri sahəsində Kioto mükafatı almışdır.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Euphorbia loreyi
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Gian Lorenzo Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954, Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur. 1978–1982ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır.
Katarina Lorenso
Katarina Lorenso (isp. Catarina Lorenzo) — Salvadordan olan braziliyalı iqlim fəalı. == Erkən həyat == Katarinanın nənə və babası ətraf mühitin müdafiəsi üzrə fəallar olmuşdur. O, çayları və meşələri qorumaq üçün tətillərdə iştirak edərək böyüyür, həmçinin sörfinqdən həzz alırdı. == Fəaliyyəti == 23 sentyabr 2019-cu ildə o və Qreta Tunberq, Aleksandriya Villasenor, Ayaha Melitafa və Karl Smit də daxil olmaqla digər 15 uşaq hökumətin iqlim böhranı ilə bağlı fəaliyyətsizliyinə etiraz olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edir. Xüsusilə şikayətdə beş ölkənin, yəni Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyənin Paris Sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi iddia edilir. O, bu yaxınlarda beynəlxalq gənclərin ətraf mühit hərəkatı olan Greenkingdoma qoşulub və burada hərəkatın Braziliya bölməsinin koordinatoru kimi işləyir. İndi o, gənclər hərəkatının banisi olan Hindistandan olan 14 yaşlı ekoloq və iqlim dəyişikliyi fəalı Samir Yasin ilə birgə fəaliyyət göstərir.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A.Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kristian Lorens
Kristian "Fleyk" Lorenz, (d.16 noyabr 1966); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır. == Bioqrafiyası == Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir. Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Kristian Lorenz

Loreen
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Loren Alfonso
Loren Alfonso Dominqes (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. == Karyerası == === Kuba yığmasının heyətində === Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
Loren Alfonso Dominqes

Loren Avedon
Loren Avedon (ing. Loren Avedon) — ABŞ döyüş ustası və aktyorudur. Taekvondo üzrə 5-ci dərəcə və Hapkido üzrə 8-ci dərəcəyə malikdir. Ailəlidir və bir qız övladı vardır.
Loren Bekoll
Loren Bekoll və ya Loren Bakall (ing. Lauren Bacall; 16 sentyabr 1924[…], Bronks, Nyu-York ştatı, ABŞ – 12 avqust 2014[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — Amerika aktrisası və model.
Loren Holli
Loren Mişel Holli (ing. Lauren Michael Holly; 28 oktyabr 1963, Bristol[d], Pensilvaniya) — amerikalı aktrisa.O, Maxine Stewart-ın müavini rolunu oynadığı "Forpost Swordsmen" televiziya serialı, həmçinin Meri Swanson rolunu oynadığı Lal və Axmaq filmindəki iştirakı ilə daha çox tanınır.Lauren Holly Bristol (Pensilvaniya) şəhərində anadan olub. Atası Hobart və William Smith kolleclərində ədəbiyyatdan dərs deyirdi, anası tarixçi idi və Rochester Universitetində dərs deyirdi. Lauren uşaqlığını Cenevrədə, Nyu-Yorkda keçirdi, burada orta məktəbi bitirdi və bir müddət şənlik etdi. Sarah Lourens Kollecinə daxil oldu və 1985-ci ildə İngilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi aldı. 23 yaşında Holli üç il Julia Chandler (1986-1989) rolunu oynadığı "All My Children" televiziya serialında iştirak etdi. 1990-cı ildə o, Riverdale Revisited televiziya şousunda komik kitab personajı Betti rolunu oynadı. 1993-cü ildə "Əjdaha: Brüs Linin həyat hekayəsi" avtobioqrafik filmində əfsanəvi Brüs Linin həyat yoldaşı Linda Li Cadwell rolunu aldığı zaman böyük kino dünyası onun üçün açıldı. Növbəti il ​​onun ən məşhur rolu gəldi - Meri Swanson "Lal və axmaq" filmində. 1995-ci ildə Holli Sidney Pollakın Sabrina remeykində doktor Elizabet Tayson rolunu üzərinə götürdü.
Loren Hyu
Loren Hyu (d. 26 sentyabr 1999) — Kayman adalarını təmsil edən üzgüçü. Loren Hyu Kayman adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Loren Hyu birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:08.91 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Loren Meyberri
Loren İv Meyberri (ing. Lauren Eve Mayberry, 7 oktyabr 1987, Qlazqo) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır. == Həyatı və təhsili == Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır.Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur. == Sinqllar == Are You Awake?
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.