İraq-türkman folkloru
İraq-Türkman folkloru — İraqda toplu halında yaşayan türkmanların şifahi xalq ədəbiyyatı. İraq türkmanları tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək qədim Messopatamiya, indiki İraq ərazisinin şimalında məskunlaşan türkmənşəlli xalqdır.
İraq-türkman folkloru tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək İraqın şimalında, əsasən, Kərkük, Ərbil, Daquq, Tuzxurmatu vilayətində toplu halda yaşayan, azərbaycanca danışan xalqın şifahi xalq ədəbiyyatıdır., , , . Müxtəlif mənbələrdə Azərbaycanda və İraqda yaşayan türkmənşəlli xalq türkman kimi qeyd olunur, , , , , . İraq-türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq sistemli şəkildə ilk dəfə Əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir İraq-türkman folklor nümunələri mənzum və mənsur olaraq iki qrupa bölünür. Türkman xalq ədəbiyyatının mənzum örnəkləri musiqi havalarının dilidir. Mənsur örnəklərə isə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, dastanlar aid edilir.
İraq-türkman folklorunun janrları şərti olaraq 3 qrupa - Mərasim folkloru, Lirik janrlar, Epik janrlar bölünür
Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur , , , . Aşağıdakı janrlar aiddir.