Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Vasif Abiyev
Vasif Vaqif oğlu Abiyev (28 dekabr 1986; Lənkəran, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Abiyev 1986-cı ildə Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub.. Evli və bir oğlu var idi. Azərbaycan Ordusunun baş əsgəri olan Vasif Abiyev könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Vasif Abiyev oktyabrın 5-də Füzuli istiqamətində şəhid olub. 1 dekabr 2020-ci ildə Lənkəranda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı. Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur. Müğənni Rauf Adıgözəlovun qardaşıdır. Dirijor Yalçın Adıgözəlovun atasıdır. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır.
Vasif Allahverdiyev
Vasif Kərim oğlu Allahverdiyev (16 oktyabr 1963, Naxçıvan) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2010), Azərbaycan Respublikasının xalq artisti (2019), professor (2016), prezident mükafatçısı (2019), bəstəkar, tarzən, pedaqoq. Vasif Kərim oğlu Allahverdiyev 16 oktyabr 1963-cü il Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. Vasifin atası Kərim Allahverdiyev mühəndis idi. 60-70 ci illər Azərbaycan inşaat sektorunun dinamik artımında Kərim Allahverdiyevin də payı vardır. Kərim müəllimin Gəncə alüminium zavodu, Qaradağ sement zavodu, Lənkəran konserv zavodu eləcə də Naxçıvan televiziya ötürücü mərkəzinin televiziya və radio yayım ötürücülərinin ötürücü antenalarının (teleqüllə) quraşdırılmasında yüksək xidmətləri olmuşdur. Kərim Allahverdiyev əməyinin qarşılığını alaraq, Heydər Əliyev tərəfindən əməkdar inşaatçı fəxri adına layiq görülmüşdür. Vasif ilk musiqi təhsilini Sumqayıt şəhər 2 nömrəli uşaq musiqi məktəbində almışdır. Burada o, bu gün də ehtiramla xatırlayıb, minnətdar olduğu sevimli müəllimi Əlislam Aslanoğludan tarın sirlərini öyrənir. Qeyd etmək lazımdır ki, ilk dəfə tarda çalmağı ona dayısı Naxçıvan Muxtar Respublikasının tanınmış tarzəni, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tağı Tağıyev öyrətmiş və hər zaman gənc bəstəkara öz dəstəyini göstərmşdir. Tağı Tağıyev adı Allahverdiyevlər ailəsində təkcə qohumluq əlaqələrinə görə deyil, eyni zamanda bu şəxsiyyət, ailədə böyüyən iki gənc musiqiçinin - Vasif, Ceyhun Allahverdiyevlərin yaradıcılıq həyatında mühüm və müstəsna yeri, xidmətləri olmuş, daim qürurla yada saldıqları ilk müəllimləri kimi hörmətlə qəbul etdikləri ziyalıdır.
Vasif Babayev
Vasif Hacağa oğlu Babayev (16 sentyabr 1940, Bakı) — görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü (2005). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilmişdi. 1994–1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru. 1996–1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru. 2001–2007-ci illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti. Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlamışdır. Vasif Babayev 1969–1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babazadə
Vasif Məmməd Ağa oğlu Babazadə (2 sentyabr 1938, Bakı) — geologiya-minerologiya elmləri doktoru (1975), BDU-nun professoru (1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli (2009), "Şərəf" ordenli (2018). 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub. 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub. 1955–1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1959–1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz) 1961-ci ildən – BDU-da çalışır. Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978). Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007). "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017). Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018). "Şərəf" ordeni (2018).
Vasif Dadaşov
Vasif Yəhya oğlu Dadaşov (1 mart 1939, Bakı – 6 noyabr 2017, Bakı) — Azərbaycan mühəndis-energetiki, Araz SES-in keçmiş direktoru və baş mühəndisi, MDB-nin əməkdar energetiki, Milli enerji sisteminin qabaqcıllarından biri. Vasif Dadaşov 1939-cu ildə həkim ailəsində anadan olub. 1956-cı ildı 156 saylı məktəbi medalla bitirib və Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1961-ci ildə Vasif Dadaşov ali təhsilini müvəffəqiyyətlə başa vurur və təyinatla Moskva vilayətindəki SSRİ Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutuna göndərilir. Bir ildən sonra Vətənə dönür və yeni yaradılan "Azərenerjisazlama" müəssisəsində çalışmaqda davam edir. 1971-ci ildə Araz SES-na baş mühəndis təyin edilir, 6 aydan sonra isə 1976-cı ilədək stansiyanın direkoru olur. O, 1971-ci ildən Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran müştərək komissiyasının üzvü olur. 1976-cı ilin may ayında İrana ezam olunur və buradakı Araz SES-də işləməyə başlayır. Vasif Dadaşovun əməyi nəticəsində stansiya istehsal edilən elektrik enerjisinin həcmini 20 milyon kilovat-saatdan 140 milyona çatdırır. 1978-ci ildə Vasif Dadaşov Vətənə qayıdır və Azərbaycan Baş Energetika İdarəsində Yüksək gərginlikli avadanlıqların istismarı və təmiri xidmətində rəis müavini, 1980-ci ildən 2001-ci ilə qədər isə hidrotexniki xidmətin rəisi işləyib.
Vasif Durarbəyli
Vasif Durarbəyli (24 fevral 1992, Sumqayıt) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). Qrosmeyster titulunu 18 yaşadək oğlanlar arasında keçirilən Dünya Çempionatında qazanmışdır. Vasif 2013-cü ildə Dünya Kubokunun birinci mərhələsində Anton Korobova məğlub olmuşdu. Vasif Durarbəyli 24 fevral 1992-ci ildə Sumqayıtda anadan olub. Vasif Durarbayli. Chess-DB.com Arxivləşdirilib 2016-07-21 at the Wayback Machine (ing.) Vasif Durarbayli. 365chess.com (ing.) Vasif Durarbayli. fide.com (ing.) Vasif Durarbayli. chessgames.com (ing.) Vasif Durarbayli.
Vasif Eyvazzadə
Vasif Rasif oğlu Eyvazzadə (19.08.1985) Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisçi prezidenti (Birləşmiş Krallıq), Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçi direktoru. Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2008-ci illərdə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil almış, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. 2021-2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində Biznes innovasiyaları üzrə magistr təhsili almışdır. 1996, 1999 və 2000-ci illərdə İstedad Festivalının poeziya nominasiyası üzrə qaliblərindən biri olub. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2022-2023-cü illərdə ABŞ-da HRCI və Cənubi Florida Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma kurslarını bitirib. Vasif Eyvazzadə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, 2006–2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, 2012 – 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2018–2020-ci illərdə Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri olmuşdur. 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri olmuş və bir sıra beynəlxalq layihələrlə bağlı öz istəyi ilə aparat rəhbəri vəzifəsindən ayrılmışdır. Vasif Eyvazzadə 2008-ci ildən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupun katibi, 2016–2022-ci illərdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Şurasının üzvü və Azərbaycan Respublikası üzrə Milli Komissiyasının baş katibi olmuşdur.
Vasif Heydərov
Vasif Nazim oğlu Heydərov (5 yanvar 1997; Tovuz rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Heydərov 1997-ci il yanvarın 5-də Tovuz rayonunun Aran kəndində anadan olub. 2003-2012-ci illərdə Aran kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildə yeni təyinat alaraq Həmlə taborunda xidmətini davam etdirib. Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Heydərov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Vasif Həmidov
Vasif Natiq oğlu Həmidov (4 iyun 1987, Şəki – 27 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Həmidov 4 iyun 1998-ci ildə Şəki şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə almışdır. Ailəli idi, 4 yaşında və 7 aylıq iki övladı yadigar qaldı. Azərbaycan Ordusunun əsgəri olan Vasif Həmidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Tərtər-Ağdərə döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. 7 gün komada qaldıqdan sonra dünyasını dəyişən Vasif Həmidovun nəşi 27 oktyabr 2020-ci ildə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vasif Mehbalıyev
Vasif Gülhəsən oğlu Mehbalıyev (26 mart 1994; Neftçala rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin gizir, İkinci Qarabağ müharibəsinin şəhidi. Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vasif Mehbalıyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Muradzadə
Vasif Almas oğlu Muradzadə — psixologiya üzrə fəlsəfə doktoru, dosent. Vasif Almas oğlu Muradzadə 1964-cü il aprelin 8-də Xaçmaz rayonunun Çiləgir kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. I kursu bitirdikdən sonra, 1983-1985-ci ilərdə könüllü olaraq hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub, təhsilini davam etdirərək 1988-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1990-cı illərdə təyinatla Xaçmaz şəhər 3 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, komsomol təşkilat katibi işləmişdir. 1990-1991-cı illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş Psixologiya kursunda oxumuş və həmin kursu “Praktik-psixoloq” ixtisası ilə bitirmişdir. 1991-1995-ci illərdə Xaçmaz rayon Təhsil Şöbəsində Psixoloq-metodist işləmiş, ictimai əsaslarla hərbi işlər üzrə inspektor vəzifəsini icra etmiş, eyni zamanda yarım stavka dərs demişdir. Həmin illərdə Azərbaycan İstedad Assosiasiyasının fəal üzvlərindən olmuş və respublikanın orta məktəblərində istedadlı gənclərin üzə çıxardılmasında yaxından iştirak etmişdir. 1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında baş laborant, tam ştatla müəllim, tədris şöbəsinin metodisti, ictimai əsaslarla dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.
Vasif Məhərrəmov
Vasif Məmmədov
Vasif Əlibala oğlu Məmmədov (12 noyabr 1994; Göyçay, Azərbaycan — 4 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Məmmədov 1994-cü il noyabrın 12-də Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Vasif Məmmədov noyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Məmmədzadə
Vasif Məmmədzadə (15 avqust 1977, Şamxor)— kinorejissor, Azərbaycanın Respublikasının əməkdar mədəniyyət işçisi (2016). 1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub. 1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. CBC Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında kinorejissor kimi fəaliyyət göstərib.
Vasif Namazov
Vasif Nəzərli
Vasif Zahid oğlu Nəzərli (4 mart 2000; Vurğun, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vasif Osmanov
Vasif Quliyev
Vasif Quliyev (publisist)
Vasif Quluzadə
[mənbə göstərin] Vasif Quluzadə (tam adı: Vasif Ələsgər oğlu Quluzadə ; d. 17 avqust 1939, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet alimi, geomorfoloqu, coğrafiya üzrə fəlsəfə doktoru. V.Ə.Quluzadə 1939-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirmişdir. 1971-1974-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cü ildən Azərbaycan MEA Coğrafiya institutunda geomorfologiya şöbəsində kiçik elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifəsində çalışır. Əsas elmi istiqaməti geomorfologiya, paleocoğrafiya, neotektonika sahələridir. Respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji xəritələr tərtib etmişdir. Relyefin morfostruktur və morfoskulptur təhlilinə əsasən müxtəlif tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsini öyrənmişdir.
Vasif Rzayev
Vasif Rüstəm oğlu Rzayev (15 mart 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. Vasif öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Bakı klubunda start vermişdir. 2012-2013 qış transfer pəncərəsi zamanı Turan Tovuz klubuna transfer olmuşdur. O, bir mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildən Vasif Bakının Lokomotiv-Biləcəri klubunda çıxış edir. Klubda №20 forması ilə çıxış edən Vasif həm də klubun kapitanıdır. Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: Mövsümlər üzrə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir: 2009-cu il sentyabr-oktyabr ayında İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.
Qaşqay
Qaşqay (Bostanabad)
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Ağasif Şakiroğlu
Ağasif Şakiroğlu (Ağasif Şakiroğlu; 30 sentyabr 1988, Bakı) — azərbaycanlı siyasətçi, Gələcək Azərbaycan Partiyasının sədri. 2012-ci ildən Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olan Şakiroğlu, 2014-cü ildən Azərbaycan Demokratik Gənclər Hərakatının təsiscisidir.[mənbə göstərin] Ağasif Şakiroğlu 30 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 276 saylı orta məktəbi bitirmişdir və bitirmiş və həmin il Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşdur. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmiş, lakin tamamlamamışdır. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olmuş, 2017-ci ildə ali təhsilini bitirmişdir.[mənbə göstərin] 2006-cı ildən ictimai-siyasi həyata qoşulan Ağasif Şakiroğlu bir qrup gənclə bərabər "Azərbaycan Demokratik Gənclər Hərəkatı" adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlamışdır. [mənbə göstərin] 2007-ci ilin sonlarında isə Müsavat Partiyasına qoşulub.[mənbə göstərin] 2008-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış HƏDƏF Gənclər Koalisiyasının sədri seçilmişdir. 2011-ci ilin dekabr ayının 19-da üzvü olduğu Müsavat Partiyasından istefa verərək, öz siyasi fəaliyyətini Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) davam etdirmişdir. 2012-ci ilin fevral ayının 13-ü eks-spiker Rəsul Quliyevin müşaviri təyin edilmişdir.2013-cü ilin yanvar ayının 12-də isə eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır. 2013-cü ilin noyabr ayından eks-spiker Rəsul Quliyev ACP liderliyindən ayrıldığından və dekabr ayında ACP-nin bir partiya olaraq fəaliyyətinə xitam verildiyindən Ağasif Şakiroğlu da ACP-dən təmsil etdiyi Rəsul Quliyevlə bərabər ayrılmışdır. 20 dekabr 2013-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən Ağasif Şakiroğlu və tərəfdarları 23 fevral 2014-cü ildə ilk təsis qurultaylarını keçirtmişlər.Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu 5 il müddətinə Gələcək Azərbaycan Partiyasının sədri seçilmişdir.
Mirzə Qasımı
Mirzə Qasımı İranın Gilan bölgəsinə aid olan ənənəvi yeməklərdən biridir ki ilk dəfə olaraq Nasirəddin şah Qacar dönəmində Gilan bölgəsinin valisi olan Məmmədqasımxan tərəfindən əldə edilib və elə buna görədə bu yemək onun adını daşıyır. Dörd nəfərliyə: 4 diş sarımsaq 6 ədəd badımcan 2 ədəd yumurta 2 ədəd pomidor Yarım stəkan yağ Duz və istot (istəyə görə) İlk olaraq badımcanları yuyuruq və yüksək alovda izqara edirik ki, badımcanın qabığı yanıb içi yumşaq olsun. İstəsəniz, badımcanları odda və ya kömürdə də izqara edə bilərsiniz. Ancaq izqara etməyi bəyənmirsinizsə, badımcanları qızartmaq olar. Bütün badımcanları izqara etdikdən və ya qızartmaqdan sonra soyun və elektrikli və ya əl ət dəyirmanı ilə yaxşıca əzin, ancaq qarışdırıcıya da qoya bilərsiniz. Kiçik bir qazana su tökün və tez qaynayanadək istiliyi artırın, sonra pomidorları bir az yumşalması üçün içərisinə qoyun və soyun. Tava içərisinə bir az yağ tökün və istilənmək üçün bir az qarışdırın, sonra sürtgəcdən keçirilmiş sarımsağı yağda qızardın. Pomidorları bir az doğrayın və tavaya əlavə edib sarımsaqla qovurun və qarışıq badımcanı tavanın tərkib hissələrinə əlavə edin. Yeməyi yenidən qovururuq və maddələrin üzərinə duz və istiot tökürük və tərkibindəki suyun tamamilə buxarlanana qədər sözdə yağa düşməsini gözləyirik. (Bir az yağa bir az pomidor pastası əlavə edib qızardın ki, Mirzə Qasımı daha rəngli olsun.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşiyə surəsi
88-ci surə
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, iki övladı var. 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqay dili
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Çay qaşığı
Çay qaşığı- Süfrə aksesuarlarından olan kiçik bir qaşıq, bir fincan çay və ya qəhvə məzmunu qarışdırmaq və ya udum-udum içmək üçün uyğundur.
Çingiz Qaşqay
Qaşqay Çingiz Mirəli oğlu — geologiya-mineralogiya elmləri doktoru. Qaşqay Çingiz Mirəli oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1967-ci ildə "Alunitlərin əmələgəlməsinin fiziki-kimyəvi şəraiti" mövzusunda namizədlik, 1975-ci ildə isə "Alunit qrupu və onun struktur analoqları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Qaşqay Ç.M. AMEA Geologiya və Geofizika İnstitutunun "Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası" şöbəsinin rəhbəridir. Çingiz Qaşqay eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamik parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. Eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir. Elmi tədqiqat sahələri: nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və onların filizdə və tərkibində metan olan geoloji obyektlərdə, təbii sular palçıq vulkanlarda daxil olmaqla paylanılması, fiziki-kimyəvi və termodinamik şəraitdə mineralların əmələgəlməsinin və onların eksperimental modelləşdirilməsi əsasında öyrənilməsi. Axır illərdə nadir metalların yeraltından yuyulmasının geotexniki sualların həlli ilə və geotexniki proseslərin praktiki realizasiyası ilə məşğuldur.
Ğaşiyə surəsi
Əhmədcan Qasimi
Əhmədcan Kasimi(d. 15 aprel 1914, Külcə Çin - v. 27 avqust 1949, SSRİ) — Uyğur əsilli siyasətçi. 1946–1949-cu illər aralığında İkinci Şərqi Türkistan Respublikasının prezidenti olmuşdur. Əhmədcan 1914-cü ildə Külcədə anadan olmuşdur. O, 1936-cı ildə Moskvadakı Şərq Xalqları Kommunist Universitetində təhsil almış və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalinin adamı" və "kommunist düşüncəli proqressiv" şəxs kimi təsvir edilirdi. 15 aprel 1914-cü ildə Çin Xalq Cümhuriyyətinin Külcə şəhərində dünyaya gəlmişdir. 1936-cı ildə Moskvanın Şərq Dəstəkçiləri Kommunist Universitetində oxumuş və Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əhmədcan "Stalin adamı" və "kommunist düşüncəli mütərəqqi" biri kimi xarakterizə edilirdi.
Solmaz Qaşqay
Solmaz Bəyim Mir Tağı qızı Qaşqay (10 iyul 1936 – 18 iyun 2011) — tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim. Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944 – 1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. Azərbaycan aşıqları və el şairləri. II cild.
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.