Vasif Natiq oğlu Həmidov (4 iyun 1987, Şəki – 27 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Vasif Həmidov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Natiq Həmidov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Vasif Həmidov 4 iyun 1998-ci ildə Şəki şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə almışdır. Ailəli idi, 4 yaşında və 7 aylıq iki övladı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Vasif Həmidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Tərtər-Ağdərə döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. 7 gün komada qaldıqdan sonra dünyasını dəyişən Vasif Həmidovun nəşi 27 oktyabr 2020-ci ildə torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]