Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halo
Halo (mahnı)
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Halo (atmosfer hadisəsi)
Halobatrachus
Halobatrachus (lat. Halobatrachus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Halobios
Halofitlər
Halofitlər — duzlu bitmə şəraitinə, xlorlu və kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq çoğanı, qaraşoran, bir sıra şorangələr və s.) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir (məs. sirkən bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını tənzim edir (Yulğun, dəvəayağı). Bütün halofitlər torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar hesab edilir. Bir çox halofitlər (sirkən növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. Atom radiusu, reduksiyaedicilik isə artır.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. == Halogenli törəmələrin nomenklaturası == Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. == Halogenidlərin fiziki xassələri == Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Halogenlər
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. Atom radiusu, reduksiyaedicilik isə artır.
Halokarbon
Halokarbon — birləşmələri bir və ya bir neçə halogen atomu ilə bir və ya daha çox karbon atomuna kovalent olaraq bağlanmış birləşmələrdir. Bu orqanoflorin birləşmələrinin, organoklor birləşmələrinin, organobrom birləşmələrinin və organoyod birləşmələrinin meydana gəlməsinə gətirib çıxarır. Xlor halokarbonları ən çox yayılmışdır və orqaniklorinlər kimi qəbul edilir.
Halonq buxtası
Halonq buxtası (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Görünüşü == Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır.
Halophryne
Halophryne (lat. Halophryne) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Haloragaceae
Haloragaceae (lat. Haloragaceae) — magnoliophyta şobəsinin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Halothamnus glaucus
Halothamnus glaucus (lat. Halothamnus glaucus) — pəncərkimilər fəsiləsinin halothamnus cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Orta Asiyada yayılmış, Qafqazda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan, göyümsov, aşağı hissəsində oduncaqlaşmış budaqları açıq-boz, yuxarı doğru yönəlmiş zoğları çılpaq və şaxəli olan yarımkolcuqdur. Yarpaqları oturaq və sallanandır, növbəli düzülüşlüdür, eni 2–3 mm,uzunluğu 30 mm-ə qədərdir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. May ayında çiçəkləyir və sentyabr ayında meyvə verir. Meyvələrdə qanadlar təkdir, tərs yumurtavarı, sarımtıl və ya azca çəhrayıdır. == Ekologiyası == Gilli, daşlı, çox zaman lilli yamaclarda dağınıq halda bitir, bəzi yerlərdə isə cəngəlliklər əmələ gətirir. Arandan aşağı dağ qurşağına qədər şoranlaşmış düzənliklərdə rast gəlinir.
Halothamnus subaphyllus
Halothamnus subaphyllus (lat. Halothamnus subaphyllus) — pəncərkimilər fəsiləsinin halothamnus cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-120 sm, açıq-boz qabıqlı, budaqlı kol və ya yarımkoldur. Budaqları açıq-yaşıl, yarpaqları növbəli, qalıntəhər, xətvaridir, Sentyabr ayında çiçəkləyir. Çiçəkləri tək, sünbülvari çiçək qruplarında süpürgəyə yığılmışdır. Meyvələri yarımşəffaf, qanadlıdır, oktyabr ayında yetişir. == Ekologiyası == Duzlu, gilli, qumluca torpaqlarda yaxşı bitir. == Azərbaycanda yayılması == Abşeronda təbii halda çox az rast gəlinir. == İstifadəsi == Meyvələri dərman xammaldır.
Halotrixit
Halotrixit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarımtıl, yaşılımtıl; Parıltı – ipəyi, şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,8-2,0; Sərtlik – 1,5-2,5; Ayrılma – {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – kövrəkdir; suda asan həll olur; dadı – büzüşdürücü; Morfologiya – kristallar: iynəvari, sap- və saçşəkilli; Mineral aqreqatları: lifli, qarışıq-lifli, məsaməli kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Piritli süxurların aşınması nəticəsində əmələ gəlir və adətən sulfid yataqlarının oksidləşmə zonasında qeyd edilir. Çox vaxt isti bulaqların və fumarolların yaxın-lığında da müşahidə edilir. Quraqlıq rayonlar üçün səciyyəvidir. Birlikdə rast gəldiyi minerallar: pikkerinqit, bilinit, alunogen və b. Mineralın tapıldığı yerlər: Blyava və Kizelovski yataqları (Rusiya); Prikarpatye, Zakarpatye (Ukrayna); Dublik (Slovakiya); Possuoli (İtaliya). Azərbaycanda Katsdağ kolçedan-polimetal, Gədəbəy mis-kolçedan yataqlarında aşkar edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları.
Haloxanthium
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii == Sinonimləri == Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Iris halophila
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Melaleuca halophila
Melaleuca halophila (lat. Melaleuca halophila) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Senecio halophilus
Senecio halophilus (lat. Senecio halophilus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio haloragis
Senecio haloragis (lat. Senecio haloragis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Haloxylon
Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur. == Bioloji təsviri == Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir.
Haloxylon ammodendron
Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Təbii yayılması == Qazaxıstan və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir.
Haloxylon aphyllum
Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Təbii yayılması == Qazaxıstan və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir.
Haloxylon persicum
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Botaniki xüsusiyyətləri == 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Halk
Civanildo Viera de Souza ləqəbli Halk (25 iyul 1986[…], Kampina-Qrandi[d], Paraiba[…]) — Braziliyalı futbolçu.2012–2013 sezonundan etibarən 50 milyon € qarşılığında Zenit Sankt-Peterburqda oynayır. Givanildo Vieira de Souza, həmçinin Hulk (d. 25 iyul 1986, Campina Grande) — braziliyalı futbolçu, mərkəz hücumçusu. O, A Seriyasının "Atletico Mineiro" komandasında oynayır. O, 2009–2016-cı illər arasında Braziliya milli futbol komandasında çıxış edib; O, 48 oyun keçirib və 11 qol vurub. Adını komik personaj Hulkdan alan futbolçu sürəti və güclü kadrları, cizgi filmi personajının gücünə və televiziyada obrazı canlandıran aktyor Lou Ferriqnoya bənzədiyi üçün Hulk adını alıb. == Klub Karyerası == === İlk illəri === O, futbola Vilanovense komandasının infrastrukturunda başlayıb. 2001–2003-cü illər arasında bu komandada çıxış edən Hulk 2003-cü il mövsümündə San Paulo infrastrukturuna transfer oldu. 2004-cü ildə EC Vitória komandasının infrastrukturunda oynamağa başladı. 19 sentyabr 2003-cü ildə karyerasında ilk və sonuncu dəfə Braziliya Liqasında çıxış etdi.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Qalo
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Frans Hals
Frans Hals (1591, 1582 və ya ən tezi 1582 və ən geci 1583, Antverpen, Brabant hersoqluğu[d][…] – 26 avqust 1666[…], Harlem[d][…]) — holland rəssam, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. == Yaradıcılığı == Hals daha çox üç dəfə çəkdiyi Piter van den Broeke və İsaak Massa kimi varlı vətəndaşların portretləri ilə məşhurdur. O, həmçinin yerli vətəndaş mühafizəçiləri və yerli xəstəxanaların regentləri üçün böyük qrup portretləri çəkmişdir. O, radikal şəkildə azad yanaşma ilə realizm tətbiq edən rəssam idi. Onun rəsmləri cəmiyyətin müxtəlif təbəqələrini təsvir edir: zabitlərin, gildiyaların, bələdiyyə başçılarından tutmuş katiblərə qədər yerli şura üzvlərinin, səyyar oyunçu və müğənnilərin, cənabların, balıq arvadlarının və meyxana qəhrəmanlarının ziyafətləri və ya yığıncaqları. 1627-ci ildə Müqəddəs Adrian Milis Şirkətinin Zabitlərinin Ziyafəti kimi qrup portretlərində Hals hər bir personajı fərqli şəkildə çəkir, sifətlər ideallaşdırılmır və aydın şəkildə seçilir, şəxsiyyətlər müxtəlif pozalarda və üz ifadələrində aşkarlanır. Hals gün işığını və gümüşü parıltını sevirdi, Rembrandt isə ölçüyəgəlməz qaranlıqda zəif işığın süni kontrastlarına əsaslanan qızıl parıltı effektlərindən istifadə edirdi. Hals nadir intuisiya ilə təbəələrinin həyatında bir an ələ keçirdi. Təbiətin o anda göstərdiklərini o, incə bir rəng miqyasında və hər bir ifadə formasında ustalıqla təkrarladı. O, məşhur portret rəssamı oldu və xüsusi hallarda Haarlem varlılarını çəkdi.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır. Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.
Halk (komiks)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Halk (personaj)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Halk TV
Halk Haber TV — 10 yanvar 2005-ci ildə Dəniz Baykalın dəstəyi ilə qurulan televiziya kanalı. 3 fevral 2011-ci il tarixində bağlanan kanal həmin ilin 18 fevralında Cümhuriyyət Xalq Partiyasının qərarına əsasən təkrar quruldu. 31 iyul 2012-ci il tarixində 500.000 dollar borca görə "Digiturk"də yayımı sona çatdı. Borcun ödənilməsindən sonra 18 fevral 2013-cü ildə yenidən "Digiturk"də yayımlanmağa başladı. Kanalı Türksat 3A, Digiturk, D-Smart, Turkcell TV vasitəsilə izləmək mümkündür. 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı müqavimətin səsi olmuş və tamaşaçılarının sayı artmışdır.
Hall Universiteti
Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur.. Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir. == Tarix == === Yaranma tarixi === Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building).
Hall adası
Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt. == Tarixi == Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir.
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Prentice Hall
Prentice Hall — təhsil mövzularında ixtisaslaşmış böyük Amerika nəşriyyatı. Savvas Learning Company-ə məxsusdur. Ali və orta təhsil bazarı üçün çap və elektron nəşrlər, mütəxəssislər üçün monoqrafiyalar, elmi fantastika nəşr edir. Prentice Hall öz texniki nəşrlərini elektron yardım xidməti olan Safari Books Online vasitəsilə də yayır. Prentice Hall 13 oktyabr 1913-cü ildə hüquq professoru Çarlz Qerstenberq və tələbəsi Riçard Ettinqer tərəfindən təsis edilmişdir. Bir ad olaraq analarının qız soyadlarını birləşdirdilər — Prentice və Hall. Prentice Hall lap əvvəldən geniş çeşiddə tədris ədəbiyyatı nəşr etməyə başladı — ibtidai, orta məktəblər və kolleclər üçün dərsliklərdən, peşəkarlar üçün kitablardan. 1984-cü ildə nəşriyyat Gulf+Western tərəfindən alındı ​​və həmin şirkətin Simon & Schuster nəşriyyat bölməsinin bir hissəsi oldu. Eyni zamanda, Prentice Hall-un bir neçə törəmə şirkəti: üçüncü şəxslərə satıldı və Reston Publishing törəmə şirkəti ləğv edildi. Prentice Hall-un törəmə şirkəti olan Reston Publishing, mikrokompüterlər ilk dəfə ortaya çıxanda texniki kitab nəşrinin önündə idi.
Salo adası
Salo adası (fin salo) — Ladoqa gölünün şərq sahillərində, inzibati baxımından Kareliya Respublikasının Olones rayonu ərazisində yerləşir. Salo adası bir zamanlar Ladoqada quldurluq edən quldur Ondrusun və dəstəsinin iqamətgahı olmuşdur. Adaya bitişik olan buxta Ondrusovski adlandırılır. Quldur sonradan tövbə etdi və adasının qarşısındakı Andrusovski monastırında rahib oldu.
Sen-Malo
Sen-Malo (fr. Saint-Malo) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. Emma Roberts — April Ceyms Franko — Mr. B Jack Kilmer — Teddy Nat Wolff — Fred Zoe Levin — Emily Val Kilmer — Stewart Keegan Allen — Archie "Skull" Margaret Qualley — Raquel Chris Messina — Mitch Claudia Levy — Shauna Olivia Crocicchia — Chrissy Micah Nelson — Michael Sandra Seacat — Tanya Palo-Alto — Internet Movie Database saytında.