Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Hesabın təsdiqlənməsi
Hesabın təsdiqlənməsi — yeni və ya mövcud hesabın müəyyən bir real şəxs və ya təşkilata məxsus olduğunu və bu şəxs tərəfindən idarə edildiyini təsdiqləmək prosesi. Bir sıra veb-saytlar, məsələn, sosial media saytları, hesab təsdiqləmə xidmətləri təklif edir. Təsdiqlənmiş hesablar tez-tez fiziki şəxslərin və ya təşkilatların adlarının yanında razılıq nişanı ikonaları və ya emblemləri yerləşdirilərək vizual formada fərqləndirilir. Hesabın təsdiqlənməsi onlayn xidmətlərin keyfiyyətini yüksəldə bilər, kukla oyunlarını, botları, trolluqları, spamları, vandalizmi, saxta xəbərləri, dezinformasiyanı və seçki müdaxiləsini azalda bilər. == Tarixi == Hesabın təsdiqlənməsi "Twitter" tərəfindən 2009-cu ilin iyun ayında ilkin olaraq "musiqi, aktyorluq, moda, hökumət, siyasət, din, jurnalistika, media, idman, biznes və digər əsas maraq sahələri"ndə ictimai xadimlər və maraqlı hesabları fərqləndirmək məqsədilə təqdim edilmişdir. Oxşar yoxlama sistemi 2011-ci ildə "Google+", 2015-ci ilin oktyabrında "Facebook", 2014-cü ildə "Instagram" və 2015-ci ildə "Pinterest" tərəfindən qəbul edilmişdir. "YouTube"da istifadəçilər 100,000 və ya daha çox abunəçi əldə etdikdən sonra təsdiqləmə nişanı üçün sorğu göndərə bilərlər. Musiqiçilər və musiqi qrupları üçün "rəsmi incəsənət xadimi" nişanı da var. 2016-cı ilin iyul ayında Twitter ictimai xadimlərdən başqa istənilən şəxsin hesabın yoxlanılması üçün müraciət edə biləcəyini elan etdi. Bu, təsdiqləmənin “etibarlılıq” və ya “əhəmiyyət” daşıdığı qənaətinə görə, ifrat sağçı “Sağları birləşdirin” mitinqinin təşkilatçılarından birinin təsdiqlənməsinə qarşı reaksiyadan sonra, 2018-ci ilin fevralında müvəqqəti olaraq dayandırıldı.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Balans Hesabatı
Durham Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Belmont hesabatı
Belmont hesabatı (ing. Belmont Report) insanları tədqiqat subyektləri olaraq qorumaq üçün etik prinsipləri və təlimatları təqdim edən bir sənəddir. Bu hesabat Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən hazırlanmışdır. Hesabat 30 sentyabr 1978-ci ildə irəli sürülmüş və 18 aprel 1979-cu ildə Federal Reyestrdə dərc edilmişdir. Hesabat tərtib edildiyi "Belmont" konfrans mərkəzinin adını daşıyır. Əvvəllər Smitsonian İnstitutunun bir hissəsi olan "Belmont" konfrans mərkəzi Merilend ştatının Elkridj şəhərində, Baltimordan 10 mil cənubda yerləşir. 2010-cu ilin sonuna qədər bu mərkəz Kolumbiya İctimai Kollecinin idarəsində yerləşirdi. Belmont hesabatında üç əsas prinsip müəyyən edilir: şəxsiyyətə hörmət; iştirakçıların rifahı; ədalət. Bu hesabatın tövsiyyələrinə isə aşağıdakıları misal göstərmək olar: İnformasiyalı razılıq prosesinin təkmilləşdirilməsi; Risklərin və faydaların Müvafiq Balanslaşdırılması; Ədalətli seçim proseslərinin tətbiqi. == Tarixi == Belmont hesabatı ABŞ Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən (1974–1978-ci illər) yazılmışdır.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Ay hesabı
Ay hesabı və ya dəhşətli hesab — normal hesab qaydalarına əsaslanmayan, sadəcə vurma və toplama əməllərinin olduğu hesab sistemi. == Toplama == Ay hesabında toplama alt-alta şəkildə yerinə yetirilir. Ədədlərin mərtəbə dəyərlərindən ən böyük olanı götürülür. Məsələn: 17 {\displaystyle 17} + {\displaystyle +} 25 {\displaystyle 25} = 27 {\displaystyle =27} Bu hesab əməlində hər iki ədədin təklik mərtəbəsinin dəyərləri müqayisə edilir. 17-in təklik mərtəbəsi 7, 25-in isə 5-dir. Cəmin təklik mərtəbəsinə böyük olan 7 yazılır. Sonra isə onluq mərtəbəsinə keçilir. 1 < 2 {\displaystyle 1<2} olduğu üçün cəmin onluq mərtəbəsinə 2 yazılır və cəm 27 olur. == Vurma == Vurma əməlini yerinə yetirərkən toplamanın əksinə olaraq mərtəbə dəyərlərindən kiçik olan götürülür. Məsələn: 17 {\displaystyle 17} ∗ 25 {\displaystyle *25} 15 {\displaystyle 15} + 12 {\displaystyle +12} 125 {\displaystyle 125} Əvvəlcə ikinci ədədin təklik mərtəbəsi birinci ədədin mərtəbələrinə sıra ilə vurulur, sonra isə eyni əməl ikinci ədədin onluqlar mərtəbəsinə də tətbiq edilir.
Depo hesabı
Depo hesabı — (ing. custody account) qiymətli kağızların uçotu məqsədilə depozitarda ümumi əlamətlərlə birləşdirilmış məlumatların məcmusunu əks etdirən depozitar əməliyyatların uçotu vasitəsidir.
Diferensial hesabı
Diferensial hesabı — riyaziyyatın funksiyaların xassələrini törəmə və diferensiallar vasitəsilə öyrənən bölməsi. D.h. mahiyyəti ondan ibarətdir ki, funksiyanın lokal (ayrı-ayrı nöqtələrin ətrafındakı) xassələrini araşdırmaqla onun xassələrini bütövlükdə təsvir etsin. D.h. bəzi məsələlərinə hələ qədim yunan riyaziyyatçıları diqqət yetirmişlər. D.h. bir çox məsələləri öz həllini, həm də yüksək səviyyədə, fransız riyaziyyatçıları R. Dekartın, P. Fermanın və başqalarının işlərində tapmışdır. Amma buna baxmayaraq diferensial hesabının əsasını qoyanlar ingilis alimi İssak Nyuton və alman alimi H. Leybnis hesab edilir. Onların işlərində diferensial hesabının əsas anlayışları olan törəmə və diferensial anlayışları verilmişdir. Bu anlayışların əsasında limit anlayışı durur.
Təkliflər hesabı
Təkliflər hesabı — riyazi məntiqin təkliflər üzərində əməlləri öyrənən bölməsidir. Təkliflər üzərində əsas əməllər bunlardır: konyuksiya, dizyunksiya, implikasiya, inkar və s. Sadə təkliflər üzərində bu əməllərin köməyi ilə mürəkkəb təkliflər qurulur. Təkliflər hesabında mürəkkəb təkliflərin doğruluğuna sadə təkliflərin doğruluğunun funksiyası kimi baxılır. O cümlədən, nəticə çıxarmaq qaydası, yəni doğru təklifdən düzgün qərar qəbul etmək qaydalarına baxılır. Bu da isbat nəzəriyyəsini analiz etməkdir. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
İstifadəçi hesabı
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Depozit hesabı
Depozit hesabı (fr. dépôt) — qiymətli kağızların uçotu üçün nəzərdə tutulmuş ümumi əlamətlə birləşən depozitar reyestrlərində qeydlər toplusu. Bu hesabda əmanətçiyə məxsus qiymətli kağızlar üzrə hüquqlar uçota alınır. == Ümumi müddəalar == Rusiya Bankı tərəfindən təsdiq edilmiş "Depozitarilər tərəfindən qiymətli kağızlar hesablarının və digər hesabların açılması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq qiymətli kağızlar hesablarında aşağıdakı qiymətli kağızlara hüquqlar qeyd edilə bilər: Rusiya emitentləri tərəfindən yerləşdirilmiş (hüquqi şəxslər və ya Rusiya Federasiyasının vətəndaşları tərəfindən buraxılmış) adlı qiymətli kağızlar, federal qanunlara uyğun olaraq hüquqların qeydiyyatı qiymətli kağızlar hesabları üzrə depozitarlar tərəfindən həyata keçirilə bilər; məcburi mərkəzləşdirilmiş saxlanması olan adsız qiymətli kağızlar; qiymətli kağızlar kimi təsnif edilən xarici maliyyə alətləri və bu maliyyə alətləri üzrə öhdəlik daşıyan şəxsin şəxsi qanunvericiliyinə uyğun olaraq onlara olan hüquqları qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatlarda açılmış hesablarda uçota alına bilər. Depozitar qiymətli kağızlara münasibətdə bu cür hesablarda yazılışların aparılması və mühafizəsini təmin etməklə qiymətli kağızlar hesablarını və digər hesabları aparır. Qiymətli kağızlar hesablarında və depozitari tərəfindən açılmış digər hesablarda qiymətli kağızların uçotu vahidlər üzrə aparılır. Qiymətli kağızlar kimi təsnif edilən xarici maliyyə alətlərinin uçotu depozitarda açılmış digər şəxslərin maraqları naminə fəaliyyət göstərən şəxsin hesabında uçota alındığı vahidlərdə aparıla bilər. Kəsrə qiymətli kağızlar olduqda depozitar qiymətli kağızların fraksiya hissələrini uçota alır. Qiymətli kağızlar silindikdə onların kəsir hissələrinin yaranmasına, artırılmasına və ya azalmasına yalnız nominal sahiblərin qiymətli kağızlar hesablarında, xarici nominal sahiblərin qiymətli kağızlar hesablarında, o cümlədən şəxsi hesabdakı qiymətli kağızların sayı dəyişdikdə yol verilir. qiymətli kağızlar sahiblərinin reyestrindəki nominal sahibi, nominal qiymətli kağız sahibinin başqa depozitardakı hesabı və ya qiymətli kağızlara hüquqların uçotunu aparan xarici təşkilatda başqa şəxslərin maraqları naminə fəaliyyət göstərən şəxsin hesabı.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pardaq dairəsi
Pardaq dairəsi — bmetalların kəsmə ilə emalında (pardaqlamada) tətbiq olunan birləşmiş dənəciklərdən ibarət abraziv alətdir. Dəzgahların şpindelinə bərkidilərək pardaq dairələri emal zamanı böyük sürətlərdə (Vd=200 m/san) tətbiq edilir. Pardaq dairəsinin doğuranı üzrə yerləşmiş dənəciklər pəstah və alət arasında yerinə yetirilən kinematikaya uyğun olaraq materiala bataraq nazik yonqar qatı çıxarır. Dənəciyin pəstahla təması dairənin həndəsi forması, veriş, kəsmə sürəti və dərinliyindən asılıdır. Pardaq dairələri həndəsi formadan əlavə abraziv material, dənəvərlik, bərklik,struktur və birləşdirici ilə səciyyələndirilir. Bu göstəricilərin kombinasiyası yerinə yetirilən texnoloji tapşırıqlardan asılı olaraq seçilir. Pardaq dairələrinin xarakterik göstəriciləri standartlaşdırılmışdır.
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. Rayonlarda park və bağlarda rast gəlinir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Parlaq kledoxeta
Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15–40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7–10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır. Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir.
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Mahmud Hesabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Sabini şamı
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.