Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müzamil Abdullayev
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Müzamil Abdullayev İmran oğlu
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Murabit
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi.
Muğanlı
Azərbaycan Muğanlı (Ağdam) Muğanlı (Bağbanlar, Ağdam) — Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Şıxbabalı, Ağdam) — Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Zəngilan) Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində kənd. Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Muğanlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Muğanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Muğanlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Muğanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Muğanlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Müqavilə
Müqavilə — hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmanın şərtlərinin qanunları. Müqavilə — İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır. Alqı-satqı- əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təssərüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinın normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı-satqı müqaviləsi öhdəlik hüququ yarımsahəsinin ən geniş hüquq tənzimlənməyə məruz qalan müqavilələrindən biridir.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Kirəç Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Lamium mutabile
Lamium maculatum (lat. Lamium maculatum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lamium album var.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Muğanlı (Ağdam)
Muğanlı (Bağbanlar, Ağdam)
Muğanlı (Ağstafa)
Muğanlı — Azərbaycan Respublikası]nın Ağstafa rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Muğanlı (Bicar)
Muğanlı (fars. مغانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Muğanlı (Bərdə)
Muğanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Muğanlı (Kürdəmir)
Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.
Muğanlı (Qaraçöp)
Muğanlı (gür.: g.ə. მუღანლო, l.ə. muğanlo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Kənddə, Acı Vadi adlanan yerdə, 42 milyard kubmetr dəyərləndirilən təbii qaz yatağı var. 2004-cü ilədək adı Yormuğanlı olmuşdur. 2005-ci ilin iyun ayında güclü bir qasırğa burada baş verdi ki 13 nəfər yaralanmaqla, bir neçə evə isə zərər dəydi. 2023-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 51,000 nəfər (26,010 nəfəri kişilər, 24,990 nəfəri qadınlar) əhali yaşayır. Bu Kənddə olanlar Muğan düzündən köçmüş Şahsevənlərdilər.
Muğanlı (Qubadlı)
Muğanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Muğanlı kəndi Həkəri çayının sol sahilindədir.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Muğanlı (Xocavənd)
Muğanlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Muğanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. Kənd Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Məscid Seyid Rza günbəzi (XIV əsr) İbad Mövsüm oğlu Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Ümumilkdə kəndin səkkiz şəhidi olub.
Muğanlı (Zaqatala)
Muğanlı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Milli tərkibi azərbaycanlılardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Muğanlı (Zəngilan)
Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində kənd. Muğanlı — Azərbaycanın Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd.
Muğanlı (Şamaxı)
Muğanlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Bakıdan 118 km, Şamaxıdan Ağsu rayonu istiqamətinə doğru 10–12 km məsafədə yerləşir. Kənd əhalisi 1140 nəfərdir ki, onunda 574 nəfəri kişi, 566 nəfəri isə qadınlar təşkil edir.
Muğanlı (Şərur)
Muğanlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Əhalisi 1193 nəfərdir.(2009 - cu il) Baba Tağıyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Muğanlı bələdiyyəsi
Muğanlı bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Muğanlı bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Muğanlı bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə. Muğanlı bələdiyyəsi (Zaqatala) — Zaqatala rayonunda bələdiyyə.
Muğanlı nekropolu
Muğanlı nekropolu — Şərur rayonunun Muğanlı kəndi yaxınlığında orta əsrlərə aid abidə. Hazırda abidənin yerüstü əlamətləri itmiş, yerləşdiyi sahə əkin yerinə çevrilmişdir. Yerli əhalinin məlumatına görə, burada vaxtilə qəbirüstü qoç daşlar olmuşdur; onlardan biri Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyiindədir. Qoç daşlara əsasən 15–16-cı əsrlərə aid edilir.
Muğatel (Urmiya)
Muğatel (fars. مقيطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Əhalinin əsas etnik tərkibini azərbaycanlılar təşkil edir. 2006-cı il məlumatına görə kənddə 42 nəfər (15 ailə) yaşayır.