MÜQABİLƏ

is. [ ər. ]
1. klas. bax müqabil.
□ Müqabilə etmək köhn. – qarşı durmaq, müqavimət göstərmək, əleyhinə çıxmaq, mane olmaq.
[Qızıl Arslan:] Biz, hər nə olursa olsun, bütün bu həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik. M.S.Ordubadi.

2. din. Məsciddə hafizlərin əllərində Quran tutanlarla qarşılıqlı Quran oxumaları.
[Ümumi ibadətdən] sonra gedənlər gedər, yerdə qalanlar müqabiləyə (Quran mütaliəsinə) oturardılar. H.Sarabski.

MÜQABİL
MÜQAVİLƏ

Digər lüğətlərdə