Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəkalət müharibəsi
Vəkalət uğrunda müharibə — 1524–1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu (ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Milli Vəkalət Partiyası
PAN adıyla qısaldılan Milli Əmanət Partiyası (ind. Partai Amanat Nasional) İndoneziyada İslam təfəkkürlü siyasi partiyadır.
Vəkalət uğrunda müharibə
Vəkalət uğrunda müharibə — 1524–1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu (ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Məqalat
Məqalat — klassik Azərbaycan poeziyasında mənzum hekayə. Hər məqalat bitkin süjet xəttinə, surət və xarakterlərə malik olan müstəqil əsərdir. Məsələn, Nizaminin "Sirlər xəzinəsi" poeması 20 məqalatdan ibarətdir. Məzmununa görə məqalatlar əsasən didaktik xarakter daşıyır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Mətanət
Mətanət — qadın adı.
Məlahət
Məlahət — qadın adı. Məlahət İbrahimqızı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət Əhmədova — Azərbaycan aktrisası. Məlahət Qəhrəmanova — araşdırmaçı-mütəxəssis, alim Məlahət Qurbanova Məlahət Nəsibova — Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Məlahət Bağırova — tibb elmləri namizədi.
Məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya elə əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Bir sıra Qərb ölkələrində və dillərində “provincia” adlanır. == Provincia == Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. == Müasir dövlətlərdə və ölkələrdə == Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir.
Məharət Həsənov
Məlahət Abbasova
Məlahət Elman qızı Abbasova (8 iyul 1966, Bakı) — Azərbaycanlı aktrisa, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini (2016-cı ildən). Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2014) == Həyatı == Məlahət Abbasova hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib. 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilib M. Abbasova 2019-cu ildən etibarən Türkiyədə "Kanal 7"də yayımlanan "Yemin" serialında Münəvvər xarakterini canlandırdı.
Məlahət Bağırova
Məlahət Fəcərova
Məlahət Novruz qızı Fərəcova — tarix elmləri doktoru, dosent, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi (2015-ci ildən), İçərişəhər Muzey Mərkəzinin direktor müavini (2019-cu ildən). == Həyatı == Məlahət Fərəcova 1958-ci il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. 1965–1975-ci illərdə 154 №-li məktəbdə təhsil alıb. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə ilə bitirmişdir. M.Fərəcova 2005-ci ildə elmlər namizədi alimlik dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə 114 nömrəli məktəbdə başlamışdır. 1981–1995-ci illərdə Azərbaycan Ensiklopediyası və Azərbaycan Dövlət Xalça Muzeyində kiçik elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 1995–2015-ci illərdə Qobustan dövlət tarixi-bədii qoruğunun direktoru təyin olunmuşdur. O, 2016–2019-cu illərdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru olmuşdur. 2019-cu il 18 yanvar tarixindən İçərişəhər Muzey Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1995–2015-ci illərdə Qobustan Milli Tarix Bədii qoruğunun direktoru olduğu müddətdə qoruq 2007-ci ildə YUNESKO Dünya Mədəni İrs siyahısına daxil edilmişdir, Azərbaycanda və Qafqazda birinci interaktiv muzey inşa olunub (2011-ci il) , 2012-ci ildə UNESCO hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusunu Qobustan abidələrinə verilib , Qobustan qoruğunun yeni muzeyi Avropa şurası tərəfindən 2013-cü İlin Avromuzeyi mükafatına layiq olunub , 2015-ci ilin noyabr ayında Avropa Şurasnn nəzdində olan beynəlxalq CARP–PRAT(Prehistoric Rock Art Trails) təşkilatının üzvü olub.
Məlahət Fərəcova

Məlahət Həsənova
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı. == Həyatı == Məlahət Hacıyeva 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Məlahət Nəsibova
Məlahət Nəsibova (6 mart 1969, Naxçıvan) — 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsi"nə görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülən Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Nəsibova hazırda Azərbaycanda "Turan" informasiya agentliyində çalışır. O, həmçinin, Azadlıq Radiosunun müxbiri kimi çalışır və Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.
Məlahət Qurbanova
Məlahət Müsrət qızı Qurbanova — kimya elmləri doktoru (2009), BDU-nun “Üzvi kimya” kafedrasının professoru (2010). İxtisaslaşdırılmış Dissertasiya Şurasının, həmçinin BDU-da Böyük Elmi Şuranın üzvü. 2010-cu ildən BDU-da Tədris Elektron Mərkəzinin direktoru. == Həyatı == Məlahət Müsrət qızı Qurbanova 1972-ci il noyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 106 saylı orta məktəbi medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və 1994-cü ildə oranı əla və yaxşı qiymətlərlə başa vurmuşdur. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1998-ci ildə 02.00.03-“Üzvi kimya” ixtisası üzrə “Tiiranların bəzi elektrofil birləşmə reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Əmək fəaliyyətinə 1997-ci ildə BDU-nun kimya fakültəsində “Metalkompleks katalizatorlar” ETL-də başlamış, sonra isə “Zərif üzvi sintez” ETL-də elmi işçi kimi çalışmışdır. 2003-cü ildən etibarən “Zərif üzvi sintez” ETL-də böyük elmi işçi kimi fəaliyyət göstərir. M.M.Qurbanova 2007-2010-cu illərdə BDU-nun “Üzvi kimya” kafedrasında dosent vəzifəsində çalışmışdır.
Məlahət Qəhrəmanova
Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı, Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı və tibb elmləri doktoru. == Həyatı == Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı. == Həyatı == Məlahət Hacıyeva 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Məlahət Əhməd
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. == Həyatı == Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Məlahət Əhmədova

Mətanət A
Mətanət Abdurrəhmanova
Mətanət Əhəd qızı Abdurrəhmanova — SSRİ Ali Sovetinin deputatı. == Həyatı == 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozda pambıqçı işləyib. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunub. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). == Həyatı == Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Meqalit
Meqalit (yunanca μέγας - böyük, λίθος - daş) — əsasən son Neolit ​​və Eneolit ​​dövrünə (Avropada eramızdan əvvəl IV -III minilliyə, daha sonra Asiya və Afrikaya) xas olan nəhəng daşlardan hazırlanmış tikililər. Meqalit termini 1849 -cu ildə ingilis tədqiqatçısı A. Herbert tərəfindən "Cyclops Christianus" kitabında təklif edilmiş və 1867 -ci ildə Parisdə keçirilən bir konqresdə rəsmi olaraq qəbul edilmişdir. Termin tam deyil, buna görə də olduqca qeyri -müəyyən bir quruluş qrupu meqalitlər və meqalitik quruluşlar anlayışına aiddir. Xüsusilə, dəfn və abidə tikintisində istifadə edilməyənlər də daxil olmaqla böyük ölçüdə yonulmuş daşlara meqalit deyilir. Bütün meqalitləri iki kateqoriyaya bölmək olar. Birincisi, tarix öncəsi (əvvəldən) cəmiyyətlərin ən qədim memarlıq quruluşlarını (Malta adasının məbədləri, menhirlər, kromlexlər, dolmenlər) əhatə edir. Onlar üçün daşlar ya ümumiyyətlə işlənməmişdi, ya da minimal emalla. Bu abidələrə malik olmuş mədəniyyətlərə meqalitik mədəniyyətlər deyilir. Kiçik daşlardan (labirintlər) və petroqliflərlə fərdi daşlardan ibarət olan quruluşlar da tez -tez meqalitlərə aid edilir. Daha inkişaf etmiş cəmiyyətlərin bəzi strukturları (Yapon imperatorlarının məzarları və Koreya zadəganlarının dolmenləri) oxşar memarlıq estetikasına malikdir.
Hekayət
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb.