Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədtağı Bağırov
Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938). == Həyatı == Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir. Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib. Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.
Məmmədtağı Cəfərov
Məmmədtağı İbrahim oğlu Cəfərov — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor . == Həyatı == Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə İrəvan mahalının Amasiya rayonundakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktəbində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Məmmədtağı müəllim tələbəlik illərindən başladığı elmi axtarışlarını aspiranturada davam etdirmiş, 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. == Elmi fəaliyyəti == Öz elmi axtarışlarını pedaqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan M.Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsərrüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır. M.Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir. Akademik M.Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynamışdır.
Məmmədtağı Dadaşov
Məmmədtağı Dadaşov(Tam adı:Məmmədtağı Teymur oğlu Dadaşov; d.1899, Bakı - ö.?) — Praporşik, dövlət xadimi. == Həyatı == 1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi Dadaşov 1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə “Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”. === Ailəsi === 1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuşdu. Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi İdarəsinə (Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi. == Fəaliyyəti == 1919-cu il noyabrın 25-dən Balaxanı Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali arasında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs edilmişdir. == Azadlıqdan məhrum edilməsi == İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa buraxılmışdı.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). == Həyatı == Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. == Əmək fəaliyyəti == Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Məmmədtağı Əliyev
Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — Rusiyada I Dövlət dumasının üzvü, "Hümmət" partiyasının yaradıcılarından biri, "Əkinçi" qəzetinin fəal müxbiri olmuşdur. == Həyatı == Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Real məktəbi bitirmişdi. Moskva Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının məzunu idi. Azərbaycanda bioloji və kənd təsərrüfatı bitkilərinin yayılmasında bu akademiyanın tələbəsi Məmmədtağı Əliyev fəal iştirak edirdi. Məmmədtağı Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalə yazırdı.[mənbə göstərin] Məmmədtağı Əliyev Almaniyada, Finlandiyada yaşamışdı. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Onun zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş.
Məmməduşağı
Məmməduşağı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim Məmməduşağı nəslinin adi ilə bağlıdır. Kəlbəcərin əsasini qoyan iki türk tayfasından (kəngərlilər) birinin (digəri isə Kərbəlayi Ellazlılardır) adıdir. Dərələyəz mahalının Herher kəndindən gələn Məmməd adlı şəxsin adı ilə bağlıdır. Bu tayfanın əsas məskunlaşdıqları yer Kəlbəcər kəndi (indiki Kəlbəcər şəhəri) olmuşdur. Onların heyvan saxlamaq üçün binə kimi istifadə etdikləri yer daha sonra Məmməduşağı adlı kəndə çevrilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Məmmədağa
Məmmədağa — Azərbaycanlı kişi adı. Məmmədağa Məmmədov — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi Məmmədağa Muradov — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). Məmmədağa Umudov — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).
Məhəmmədtağı Bahar
Məhəmmədtağı Bahar (7 noyabr 1886, Məşhəd – 21 aprel 1951, Tehran) — İran şairi, Məlikəşüəra, Məşrutə hərəkatının üzvü. == Həyatı == Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə Xorasanda, Məşhəd şəhərində anadan olmuşdu. Anası İran gürcülərindən idi. Mükəmməl mədrəsə təhsili almışdı. Atası Mirzə Kazım şair idi. Səburi təxəllüsü ilə tanınmışdı. Məhəmmədtağı Bahar təxəllüsü ilə şeirlər yazırdı. Müzəffərəddin şah Qacar ona Məlikəşüəra ləqəbini verdi. Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat edib.
Məhəmmədtağı Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Məhəmmədtağı Qaraqoyunlu
Məhəmmədtağı Qaraqoyunlu (XVII əsr, İraq) — XVII-XVIII əsrlərdə yaşamış azərbaycanlı alim. XVII əsrin ikinci yarısında İraqda doğulmuş və uşaqlıq illərini də burada keçirmiş istedadlı Azərbaycan alimi XVIII əsrin əvvəllərində Hindistana köçmüş və özünün "Fərhəngi-türki" lüğətini burada yazmışdır. Alim lüğətin tərtibini hicri 1140-cı ildə (1727-ci il) Hindistanın Əhmədnegər şəhərində tamamladığını qeyd edir. Məhəmmədtağı Qaraqoyunlu dövrünün ən istedadlı poliqlotu olmuş və türk dilləri ilə yanaşı fars, ərəb, hind dillərini də yaxşı bilmişdir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20-21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25-26.
Məhəmmədtağı Zehtabi
Məhəmmədtağı Zehtabi — pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal. == Həyatı == Məhəmmədtağı Zehtabi 1923-cü il oktyabrın 13-də Şəbüstərdə anadan olub. == Babək qalası qurultayı və Zehtabi == Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər. == Ölümü == Məhəmmədtağı Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər.
Məmmədbağır Bağırov
Məmmədbağır Bağırzadə (21 iyul 1950, Nardaran – 30 oktyabr 2005, Bakı) — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002). == Həyat və yaradıcılığı == Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir. Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məmmədbağır Bağırzadə
Məmmədbağır Bağırzadə (21 iyul 1950, Nardaran – 30 oktyabr 2005, Bakı) — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002). == Həyat və yaradıcılığı == Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir. Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. == Həyatı == Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Məmmədbağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.
Məmmədbağır İbrahimov
Məmmədbağır İbrahim Əli oğlu — 12 dekabr 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. == Həyatı == İbrahimov Məmmədbağır Əli oğıu 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1964-cü ildə tibb elmləri doktoru, 1965-ci ildə professor, 1967-ci ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi adını almışdır. 1930-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinii stomatologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Azərbaycanda işlədikdən sonra Qazaxıstana ezam olunmuş, Cənubi Qazaxıstan vilayət apteklər idarəsinin rəisi, Alma Ata vilayət səhiyyə şöbəsi müdirinin müavini, Cambul vilayət səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1941-ci ildə Monqolustanda işləmişdir. Monqolustan Xalq Respublikası Səhiyyə Nazirinin müşaviri olmuşdur. 1946-cı ildən Mockvada aspiranturada oxumuş, görkəmli səhiyyə təşkilatçısı N.A.Semaşkonun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıtmış, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsində çalışmışdır.Tədqiqatları Azərbaycanda və Monqolustanda səhiyyənin tarixi və inkişafına həsr olunmuşdur. == Əsərləri == Здравоохранение Монголской Народной Республики, М., 1963; Здравоохранение Советского Азербайджана, М.. 1967.
Məmmədbağır Şeyxzamanlı
Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol — 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi. == Həyatı == Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. M.Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir. Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli( Aran) ilə evlənmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.
Məmmədbağır Əliyev
Əliyev Məmmədbağır Cavad oğlu — həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı. Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti. == Həyatı == Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Kurqan-Tübə (http://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%80%D0%B3%D0%B0%D0%BD-%D0%A2%D1%8E%D0%B1%D0%B5) şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == Məmmədbağır Əliyev 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır. Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır. == Elmi əsərləri == 150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Məmmədağa Bağırov
Məmmədağa Həsənağa oğlu Bağırov (2 dekabr 1997; Masallı rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Bağırov 1997-ci il dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədağa Bağırov noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədağa Dadaşov
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Hüseynov
Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı – 20 yanvar 2002) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. == Mükafatları == Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976 Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000 == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bahar rəqsləri (film, 1962) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Dağlarda döyüş (film, 1967) Əhməd haradadır? (film, 1963) Əlavə iz (film, 1981) Fəallıq (film, 1975) Görüş (film, 1955) Xalq istedadları (film, 1967) Xoşbəxtlik qayğıları (film, 1976) İntizar (film, 1969) Kölgələr sürünür (film, 1958) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qələbənin yolları (film, 1976) Qızıl qaz (film, 1972) Qocalar, qocalar...
Məmmədağa Muradov
Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı – 14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == M. Muradov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər. M. Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır. M. Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur. Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı. Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayət edirdi. Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir.
Məmmədağa Məmmədov
Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı – 23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971). == Həyatı == Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir. 1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini, 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur. Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir.
Məmmədağa Sultanov
Məmmədağa Sultanov — azərbaycanlı tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı. == Həyatı == Sultanov Məmmədağa Sultan oğlu — 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. İbtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil almışdır. 1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir. == Fəaliyyətləri == "Hücum" jurnalının məsul katibi (1932–1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı "Bolşevik" qəzetinin redaktoru (1933–1935), Masallı rayonu qəzetinin redaktoru (1935–1936), "Gənc işçi" qəzetinin məsul katibi (1936–1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937–1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyat kafedrasının müdiri (1939), Azərbaycan Dövlət Universitetinin aspirantı və müəllimi (1939–1941) işləmişdir. İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941–1942), Qafqazda olmuşdur (1942–1945). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri (1945–1950), Azərbaycan Elmlər Akademiyası Əlyazmaları fondunun direktoru (1950–1972), şöbə müdiri (1972–1976), Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri (1976–1981), Azərbaycan EA respublika Əlyazmaları İnstitutunda baş elmi işçi (1982-ci il-dən) olmuşdur. == Əsərləri == Ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Sənət məktəbi" adlı ilk şerilə başlamışdır. Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur.
Hüseyn Məmmədxani
Hüseyn Məhəmmədxani — Şair, nasir 1955-ci ildə Təbrizlə Salmas arasında yerləşən Güney mahalının Meşin kəndində anadan olub. İlk təhsilini orada, orta təhsilini isə Təbrizdə və Tehranda alıb. Bundan başqa, mərhum doktor M.T.Zehtabi və doktor Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) özəl məktəblərində türk dilini və Azərbaycan ədəbiyyatını öyrənib. H.Məmmədxani "Varlıq" dərgisini özü üçün bir məktəb sayır. 13 yaşından şer yazır. Nəsrə isə islam inqilabından sonra keçib. Azərbaycan türkcəsində 22 əsərin yazılmasında və ərsəyə gəlməsində rolu olub. 40-dan çox kitabı hələ ki çap gözləyir. Müsahibim şer və nəsr əsərləri yazmaqla yanaşı, folklorumuzu araşdırır. "Bilici Bəhmu", "Zinəli bulaq", "Hərə bir yanda yatıb" şer kitabları çapdan çıxıb.