Məmməduşağı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dalqılıclı kənd Sovetindən Məmməduşağı kəndi Şaplar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Məmməduşağı | |
---|---|
40°05′04″ şm. e. 46°02′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim Məmməduşağı nəslinin adi ilə bağlıdır.[2] Kəlbəcərin əsasini qoyan iki türk tayfasından (kəngərlilər) birinin (digəri isə Kərbəlayi Ellazlılardır) adıdir. Dərələyəz mahalının Herher kəndindən gələn Məmməd adlı şəxsin adı ilə bağlıdır. Bu tayfanın əsas məskunlaşdıqları yer Kəlbəcər kəndi (indiki Kəlbəcər şəhəri) olmuşdur. Onların heyvan saxlamaq üçün binə kimi istifadə etdikləri yer daha sonra Məmməduşağı adlı kəndə çevrilmişdir.
Kənd dağətəyi ərazidə yerləşir.
Çökək yurd, Qonqur yurdu, Qoşdaş yaylağı, Boğaz yurdu, Xaraba yurd, Mansır yurdu.
Mansır bulağı, Yeddibulaq, Tozluq bulağı, Xaraba bulağı, Güney bulağı, Baş bulaq, Orta bulaq, Səhəng bulağı, Novlu bulaq, Suvalı bulağı, Biçənək bulağı, Salatın bulağı, Şirinin bulağı, Əkinin başı bulaq, Qonqur bulağı, Zeynalabdın bulağı, Usubalı bulağı.
Söyüd ağacı, Yuxarıtala, Aşağıtala, Çalağan qayası, Suvalı, Böyükyal, Xırdayal, Xırmanlar, Böyükgüney, Kiçikgüney, Duzlağın daşı, Gendərə, Moruqlu, Həvşə, İmanqulunun barmağı, Böyükdərə, Uçuğun barmağı, Qırmızıqaya, Şişqaya, Qonurqaya, Cərgəqaya, Böyükqaya, Gəlinqayası, Əkinlər, Aralıq, Xarabalar, Rəhmətin yurdu, Böyükyurd, Usubalıyurdu, Qonqur dağı, Varhel.[3]
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |