Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konrad Malt-Brün
Konrad Malt-Brün (dan. Malthe Conrad Bruun, fr. Conrad Malte-Brun; 12 avqust 1775[…], Tisted[d] və ya Danimarka – 14 dekabr 1826[…], Paris) — danimarkaəsilli Fransa coğrafiyaşünası. == Həyatı == Danimarka kral mülklərinin idarəediciləri ailəsində anadan olmuşdur. O, Kopenhagen Universitetində təhsil almışdır. 1800-cü ildə Fransa inqilabını dəstəkləyən şeirlər və broşürlər yazdığı üçün Danimarkadan qovulmuş və Fransaya köçmüşdür. Orada coğrafiyaşünas və jurnalist kimi fəaliyyət göstərmişdir. O, "Précis de géographie universelle"in altı cildinin və çoxsaylı coğrafi xəritələrin müəllifidir. 1821-ci ildə Malt-Brün Fransa Coğrafiya Cəmiyyətinin təsisçilərdən biri olmuş və onun birinci katibi seçilmişdir. Malt-Brün ilk dəfə "Okeaniya" və "Hind-Çin" terminlərindən istifadə etmişdir.
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Malta Respublikası
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Malta Universiteti
Malta Universiteti (malta L-Università ta' Malta, ing. University of Malta) — Maltanın Mzida şəhərində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən qocaman universitetlərindən biri. Universitetdə bakalavr, magiistr və elmlər doktoru elmi adını almaq olur (PhD). == Tarixi == Əsası 1592-ci ildə qoyulmuşdur. Universitetin çoxlu sayda şöbələri və filialları vardır. Universitetdə 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar.
Malta adası
Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км². == Adı == İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir. == Coğrafiya və iqlim == Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır.
Malta arxipelaqı
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir. == Coğrafiyası == Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur. Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Malta bayrağı
Malta bayrağı — Maltanın Dövlət bayrağı == Malta bayrağı haqqında == Maltanın hazırkı bayrağı 1964-cü ildən bəri öz halını dəyişmədən saxlayıb. Lakin bu ildən əvvələdək Maltanın bayrağı bir çox dəyişikliklərə məruz qalıb. Buna səbəb isə Maltanın uzun illər İngiltərə Krallığının müstəmləkələrindən biri olması idi. Bu günkü bayrağın eninin və uzunluqlarının nisbəti 2:3-dür.
Malta boğazı
Malta boğazı - Malta adasını Siciliya adasından ayırır. Boğaz Malta ilə Avropa arasında əsas yolun üzərində yerləşir. Eni 95 km, dərinliyi mərkəzdə 100–150 m təşkil edir. Malta adasında əsas limanı Vallettadır. Siciliya adasında isə Cela və Sirakuza limanlarıdır. İkinci Dünya müharibəsi zamanı mühüm dəniz döyüşləri baş vermişdir. Bundan əvvəl isə Osmanlı İmperiyası ilə Malta donanması arasında döyüş baş vermişdir. Üstəlik boğaz Pun müharibələrinə də şahidlik etmişdir.
Malta coğrafiyası
Malta coğrafiyası- Malta ərazisi dağlıq relyefə malikdir.Ərazidə su çatışmazlığı mövcuddur.Buna baxmayaraq sahəsinin çox hissəsindən kənd təsərrüfatında istifadə olunur.Kənd təsərrüfatının ixtisaslaşması bilavasitə təbii şəraitdən asılıdır. == Əkinçilik == Aralıq dənizi tipli iqlim hakim olan sahələrdə zeytun,badam,sitrus bitkiləri,pambıq və s.istilik sevən bitkilər becərilir.Bundan başqa buğda,arpa,qarğıdalı,kartof,pomidor kimi bitkilər kəndli təsərrüfatlarında əsas istehlak xarakterli bitkilərdir.Gülçülük də inkişaf etmiş təsərrüfat sahəsidir. Maltanın kənd təsərrüfatı su mənbələrinin məhdudluğu və torpaqlarının daşlılığı üzündən çətinliklərlə qarşılaşır.İqlim burada quraqdır və suvarmaya böyük ehtiyac vardır. == Heyvandarlıq == Heyvandarlığı qoyunçuluq və qoşqu heyvanı kimi istifadə edilən qatır saxlamaqdan ibarətdir.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Malta dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Malta dövləti
Malta Dövləti (malta Stat ta’ Malta) — müasir Malta Respublikasının sələfi. 21 sentyabr 1964-cü ildən 13 dekabr 1974-cü ilədək mövcud olmuş dövlət. Dövlət rəsmən konsitutsiyalı monarxiya olmuşdur. == Tarix == Malta vəliəhd koloniyası İngiltərə Parlamentinin 1964-cü ildə qəbul etdiyi Malta Müstəqillik Qanununa əsasən müstəqil olur. Həmin ilin mayında referendumla təsdiqlənən Maltanın yeni Konstitusiyasına əsasən kraliça II Elizabet Maltanın Kraliçası elan olunur. Onun konstitusiyaya əsasən funksiyaları Malta general qubernatoruna verilir. Dövlətin mövcudluğu dövründə II Elizabet 1967-ci ilin noyabr ayında Maltaya bir dəfə gəlir. İngiltərə Parlamenti tərəfindən Malta Müstəqillik Qanununun qəbul edilməsindən və Malta Konstitusiyasının təsdiqlənməsindən sonra 1964-cü ilin mayında keçirilən referendumda seçicilərin 54.5% müstəqlliyə səs verir. 21 sentyabr 1964-cü ildə Malta dövləti reallığa çevrilir. Onun konstitusiyalı monarxiya rejimi Maltanın kraliçası II Elizabet olur.
Malta himni
L-Innu Malti — Maltanın milli himni. Bəstəkarı — Robert Samut, sözlərinin müəllifi — Dum karm Psaila.
Malta kərtənkələsi
Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır. Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur.
Leyboristlər Partiyası (Malta)
Leyboristlər Partiyası (ing. Labour Party, malta Partit Laburista) – Maltada sosial-demokratik yönümlü iki əsas siyasi partiyadan biri (Millətçi Partiya ilə birlikdə). == Tarixi == Partiya 1920-ci il oktyabrın 15-də yaradılıb və əvvəlcə liman işçilərinin, katolik kilsəsinin və o dövrdə rəsmi statusu olmayan malta dilinin tərəfdarlarının maraqlarını ifadə edib. Partiyanın əsasını dokerlərin həmkarlar ittifaqının üzvləri təşkil edirdi və onun ilk qurultayı 1921-ci il martın 15-də keçirilmişdir. Partiyanın lideri Uilyam Savona idi. Əvvəlcə Leyboristlər Partiyası Fəhlə Partiyası adlanırdı. 1921-ci ildə ilk parlament seçkilərində partiya parlamentdə 7 yer qazanır, lakin getdikcə onun hakimiyyətdə iştirakı azalır. 1932-ci ildə təmsilçilik 1 yerə qədər azalır. 1927-1932-ci illərdə partiya Baş nazir Cerald Striklandın Britaniyayönlü Konstitusiya Partiyası ilə hökumət koalisiyasının bir hissəsi olur. 1927-ci ildə yeni lider Paul Boffa seçilir.
Malta 2015 Avropa Oyunlarında
Malta — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Malta ümumilikdə 61 idmançı ilə təmsil olunub.
Malta 2018 Qış Olimpiya Oyunlarında
Malta 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Ölkə Qıç Olimpiya oyunlarında ikinci dəfədir ki, iştrirak edir. 2014-cu il Qış Olimpya oyunlarında ölkəni Elis Pellergen təmsil etmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Malta «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Elis Pelleqrinə məxsusdur.
Malta 2019 Avropa Oyunlarında
Malta — 2019-cu ildə Belarusda baş tutmuş II Avropa Oyunlarında 4 idmançı ilə 3 idman növündə təmsil olunub. == Nəticələri == === Cüdo === Qəl. — Qalib gəldi Məğ.
Malta Avroviziya Mahnı Müsabiqəsində
Malta Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1971-ci ildə qoşulmuş və ümumilikdə 32 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2002 (İra Losko) və 2005-ci (Kyara) illərdə tutduqları 2-ci yerlərdir. Malta Avroviziyaya ilk qoşulduqda malta dilində səslənən mahnılarla təmsil olunmuşdur. Lakin həmin mahnıların ölkəyə çox aşağı nəticələr göstərməsi səbəbi ilə Malta 1975-ci ildən etibarən Avroviziyada ingilis dilində olan mahnılarla təmsil olunur. Malta 1976-cı ildə maliyyə problemlərini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmiş və bir daha 1991-ci ildə yenidən Avroviziyaya qatılmışdır. Maltanın 16 illik fasilədən sonra müsabiqəyə geri dönüşü ölkə üçün uğurlu olmuşdur. Belə ki, ölkə təmsilçiləri səkkiz il ard-arda ilk onluqda yer almışdır. 1991-ci ildən bəri Malta fasiləsiz olaraq hər il Avroviziyada iştirak etmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD: Yarımfinallarda verilən xallar nəzərə alınmamışdır.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.
Malta Milli kitabxanası
Malta Milli kitabxanası – paytaxt Valletta şəhərində yerləşir. 1812-ci ildə kitabxana yeni binaya köçür. 1925-ci ildən məcburi nüsxə almağa başlayır. 1976-cı ildə kitabxana rəsmi olaraq, milli status alır. Maltada kütləvi kitabxananın yaradılması ideyası Fra Klod de la Senqlə məxsusdur. Malta Milli Kitabxanasında Versal Kral Kitabxanasının kitablarının surətləri saxlanılır.
Malta Xarici İşlər Nazirliyi
Malta Xarici İşlər Nazirliyi (malta Ministru tal-Affarjiet Barranin ta' Malta) — Maltanın xarici siyasətini, vətəndaşlarının maraqlarını təmsil edən orqan. Nazirlik 1967-ci ildə Malta müstəqillik əldə etdikdən sonra yaradılmışdır. == Malta Xarici İşlər Nazirləri == Corc Borq Oliver (21 sentyabr 1964 — 21 iyun 1971); Dominik Mintoff (21 iyun 1971 — 20 dekabr 1981); Aleks Skebberas Triqona (20 dekabr 1981 — 12 may 1987); Çensu Tabone (12 may 1987 — 16 mart 1989); Edvard Fenek Adami (16 mart 1989 — 5 may 1990); Qvido de Marko (5 may 1990 — 29 oktyabr 1996); Corc Vella (29 oktyabr 1996 — 6 sentyabr 1998); Qvido de Marko (8 sentyabr 1998 — 24 mart 1999); Co Borq (24 mart 1999 — 23 mart 2004); Con Dalli (23 mart — 3 iyul 2004); Maykl Frendo (3 iyul 2004 — 12 mart 2008); Tonio Borq (12 mart 2008 — 28 noyabr 2012); Fensis Zammit Dimek (28 noyabr 2012 — 13 mart 2013); Corc Uliyam Vella (13 mart 2013 — 9 iyun 2017); Karmelo Abelo (9 iyun 2017 — davam edir).
Malta milli futbol komandası
Malta milli futbol komandası — Maltanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Malta məhkəmələri
Malta məhkəmələri və ya Devlet-i Âliye Divan-ı Harb-i Örfi, Birinci Dünya Müharibəsindən sonra işğalçı dövlətlər tərəfindən İstanbulda qurulan müharibə məhkəmələridir. Osmanlı İmperatorluğunda müharibə cinayətlərinin araşdırılması məsələsi ilk dəfə Paris Sülh Konfransında gündəmə gətirildi. Daha sonra Sevr müqaviləsinə (1920) də əlavə edildi. Osmanlılar Antanta dövlətlərinin təzyiqi və İttihad əleyhdarlarının intiqam duyğusu ilə İstanbulda bir sıra hərbi məhkəmələr qurdular. Bunun nəticələri istənilən kimi olmaığından, işğalçılar Maltada sözdə beynəlxalq məhkəmə qurmağa çalışsalar da, bacarmadılar. Məhkəmə olmamışdı, müttəhimlər onlara qarşı heç bir ittiham irəli sürülmədən araşdırılır və müharibə əsiri edilirdilər. == Sürgün haqqında == === Hərbi məhkəmə === Mudros müqaviləsindən sonra İstanbulun işğalı zamanı işğalçılar İttihad və tərəqqi partiyasının üzvü olan komandirləri və idarəçiləri həbs etməyə başladılar. 145 Osmanlı sərkərdəsi, idarəçi və ziyalı həbs edildi. Osmanlı tərəfindən qurulan hərbi məhkəmələrdə bir çox komandir müxtəlif müharibə cinayətlərinə görə mühakimə olundu. Ənvər, Tələt, Camal Paşa və bir çox digər məmurlar edama məhkum edildi.
Malta ordeni
Malta ordeni (İoannitlər ordeni, Hospitalyerlər ordeni) tam rəsmi adı - Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni. == Xarici keçidlər == Rəsmi saytı Beynəlxalq hüquqa görə Malta ordeni dövlət deyil, dövlətəbənzər qurum olmuşdur Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine http://www.neplaneta.ru/radio_mayak_30_01_05.shtml Arxivləşdirilib 2008-08-22 at the Wayback Machine http://armor.kiev.ua/army/hist/orden-gospital.shtml Г.Росси.
Maat
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. == Adın mənşəyi == Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. == Əhalisi == 104 403 nəfərdir. (2006). == Nəqliyyat == Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Alt
Alt (/viˈoʊlə/, vee-OH-lə, həmçinin brit. /vaɪˈoʊlə/, vy-OH-lə, , ing. və it. viola, fr. alto, alm. Bratsche‎) — skripkadan bir az böyük simli musiqi aləti. Skripkadan böyük olduğu üçün daha aşağı registrdə səslənir. Alt yayla çalınan mövcud simli alətlər arasında ən qədimi sayılır. XV–XVI əsrlərdə yarandığı ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == ВТ-ЭСБЕ. Альт, музыкальный инструмент.
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. == Tarixi == === Dizaynı === Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. === Açılışı === Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.