Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Aqressiv su
Aqressiv su — metal, beton, və s.-nin dağılmasına səbəb olan tərkibində kimyəvi maddələr saxlayan su. == Tərkibi == Tərkibində xlorid turşusu,sulfat turşusu və ammonyak duzları saxlayan su xüsusilə aqressivdir. == Mənbə == Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Basdırılmış su
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin en­məsi və yeni çökmə süxur təbəqələrilə ör­tül­məsi nəticəsində bu sularla birlikdə gömül­müş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn su­lardır. Bəzi təd­qiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedi­mentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. == Həmçinin bax == Süxurlar Yer səthi Çökmə süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur.Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi.Borjomi 40-dan çox ölkəyə ixrac olunur. "IDS Borjomi"-yə daxil Borjomi şirkətinin əksər payı, Gürcüstanın iş adamı İnna Qudavadze tərəfindən 2013-cü ilin yanvar ayında Rusiyanın "Alfa Group" şirkətinə satılıb. 2012-ci ildə şirkət Forbes jurnalı tərəfindən 500 milyon dollar dəyərində qiymətləndirilmişdir.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
== Hiqroskopik su == Hiqroskopik su –molekulyar cazibə qüvvələrilə qrunt və və mineral hissəciklərin səthi ilə birləşmiş, bağlı suya deyilir. Hiqroskopik su ancaq 105-1100C temperaturda mineral və qrunt hissəciklərindən ayrılır. Hiqroskopik su adi maye sulardan hətta mənfi 780C temperaturda donmaması və hidrostatik təzyiqi ötürməməsi ilə fərqlənir. Hiqroskopik sudan bitkilər istifadə edə bilmir.
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. == Mineral və süfrə suları == Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su
== Normal su == Normal su-tərkibində dəqiq müəyyən edilmiş miqdarda xlor olan (19,38%- kimi bu da 35% şorluluğa bərabərdir) təmizlənmiş dəniz suyuna deyilir. Normal su dəniz sularının şorluluğunu müəyyən etmək üçün beynəlxalq etalon kimi qəbul edilmişdir.
Qara Su
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. == Ümumi məlumat == Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub. Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. == Növləri == QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər azqazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. == Tarixi == Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hipokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. == Nəhəng istehsalçılar == Dr.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. == Rıçal-su == Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
SU-25
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
SU-57
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Seydu Su
Seydu Su (12 dekabr 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda qapıçı kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == === Monako === Su Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Su əsas komanda ilə debütünü 20 may 2017-ci ildə çempion olduğu 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, 45 dəqiqə meydanda mübarizə aparmış və ikinci hissədə Loik Badiaşil ilə əvəz olunmuşdur.
Su idmanı
Su idmanı — su idmanı növlərinin ümumi adı. Su idmanına yelkənli qayıq idmanı, motorlu qayıq idmanı, su polosu, sualtı idman, suya tullanma, üzgüçülük və s. daxildir.
Su iyesi
Su iyəsi
Su keçiləri
Su keçiləri (lat. Reduncinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Su çərşənbəsi
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib.
Su şamcığı
Su şamcığı (lat. Hippuris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Su şırnağı
Su şırnağı — axın sürəti yüksək olan su fışqırdan cihazdır. Adətən su şırnaqları yüksək həcmli su çıxarır. Bu cihaz yanğınsöndürənlərin işində, böyük nəqliyyat vasitələrinin yuyulmasında və etiraz aksiyalarında aksiya iştirakçılarının dağıdılmasında istifadə edilir.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Qranitin üstündə inqilab
Qranitin üstündə tələbə inqilab — Sovet Ukraynanın paytaxt Kiyev şəhərində 1990-cı ilin oktyabrında baş verən etiraz aksiyaları. Mərkəzi Kiyevin Azadlıq meydanında (ukr. Майдан Незалежності) olan ilk böyük siyasi etirazlardan birincisi sayılır. Sonra, 2004-cü ildə Narıncı inqilab, 2013-2014 illərin arasında isə Avromeydan burda mərkəzləşib. Qranitin üstündə inqilaın bir sıra yönəlticiləri 2004-cü ilin Narıncı inqlabın baş təşkilçilərin arasında olublar. == Olaylar == 1989-cu ilin avqust ayında Ukrayna Tələbə Birliyi yaradılıb. Bu qurum gələn 1990-cu ildə keçirilən Ukrayna parlament seçkilərinin nəticələri ilə dərin şəkildə narazı idi. Həmin seçkilərdə Ukrayna Kommunist Partiyası 331, Demokratik Bloku isə 111 yer almışdı. Tələbə lider, Oles Danii bəyan etmişdi ki, Demokratik Bloku yerlərin çoxluğunu almalı idi. Bundan sonra, Tələbə Birliyi böyük etirazlara hazırlaşmağa başlayıblar.1990-cı ilin oktyabrın 2-də, tələbələr aclıq aksiyasını başladığını bəyan edib, Kiyevin Oktyabr inqilabı meydanında (hazırda Azadlıq meydanı) çadır şəhərciyi qurublar.
Odan
Odan (fr. Hodent) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 267 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 25 km şimal-qərbdə yerləşir.
Oden
Oden (yapon. おでん, 御田) - Yaponiyanın qış yeməyinin bir növü. == Tərkibi == Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. == Yayıldığı regionlar == Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. === Yaponiya === Kansoi əyalətində kanta adlanır. === Çin === Çində hər 7-11 marketdə oden "haodun" (好炖) adlanır.
Odin
Odin və ya Votan (q.skan. Óðinn) — German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir. == Tanrıların atası == Tanrıların atası (Allfather - Hər kəsin atası); Asqarddakı sarayı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Du Fu
Du Fu(Çincə:杜甫, 712[…] – 770[…]) — Tan dönəminin Çin şairi.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. == Əhəmiyyəti == Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Üstüpü
Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Çiyələk ağacı
Çiyələk ağacı (lat. Arbutus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Çiyələk piroqu
== Tərkibi == 200 qr kərə yağı 390 qr un 1 yumurta 100 qr şəkər 1 ç.q. vanil 0,5 ç.q. xəmir qabardıcı === Üzəri üçün === 200 qr xama 3 yumurta 150 qr şəkər 250 qr çiyələk 50 qr badam və ya fındıq 1 ç.q. vanil == Hazırlanması == Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkəri çırpılır, üzərinə yumurta, xəmir qabardıcı, vanil və un əlavə edib qarışdırılır. Xəmirin qulaq ucu kimi yumşaq olması lazımdır ki, sonradan ona forma vermək mümkün olsun. Xəmiri bişirəcəyəniz duxovka listinə qoyun. Yaxşı olar ki, yapışmaması üçün teflon qab olsun. Bu olmasa, altını yaxşıca yağlayın. Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun. Xama yumurtalarla qarışdırılır, şəkər, vanil əlavə olunur.
Çiyələk povidlosu
Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur. Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. == Yaş == 6-14 == Oyunçuların sayı == 5-8 nəfər. == Oyun qaydası == Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Məcnun Leylinin məzarı üstündə
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Dostdan üstün (film, 2011)
Dostdan üstün (ing. Friends with Benefits) — Mila Kunis və Castin Timberleykin baş rol aldığı, romantik-komadiya janrında məşhur film. Rollarda Patrisia Klarkson, Cenna Elfman, Brian Qrinberq, Nolan Qold, Riçard Cenkins və Vudi Harelson iştirak edib. Məzmun Nyu-Yorkda görüşən Dilan Harper (Timberlake) və Cemi Relis (Kunis) ətrafında baş verir və onlar dostluqlarına cinsi əlaqəni əlavə etməklə çətinliyə düşməyəcəklərinə inanırlar. Vaxt keçdikcə bir-birinə dərin qarşılıqlı duyğular inkişaf etdirməyə başlayırlar, ancaq hər dəfə birlikdə olduqlarını inkar edirlər. "Dostdan üstün" üçün əsas aktyor seçimi 2010-cu ilin aprelindən iyul ayına qədər, üç ay müddətində keçirilib. Qlak Timberleyk və Kunis-i yayımladıqdan sonra qısa müddətdə orijinal ssenarini yenidən işləmişdir. Filmin çəkilişləri 20 iyul 2010-cu ildə Nyu-Yorkda başlamış və 2010-cu ilin sentyabrında Los-Ancelesdə çəkilmişdir. Film "Screen Gems" tərəfindən paylanmış və 22 iyul 2011-ci ildə Şimali Amerikada nümayiş etdirilmişdir. "Dostdan üstün", ümumiyyətlə film tənqidçiləri tərəfindən qəbul edilmişdi.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Üstüpü hamamı
Üstüpü hamamı - Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. == Yerləşdiyi ərazi == Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir.
Üstüpü körpüsü
Üstüpü körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Üstüpü kəndinin 18 km-də, Düylünçayın üzərində memarlıq abidəsidir. Uzunluğu 10 paqonometrdir. XIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. Üstüpü körpüsü 1996-cı ildə yenidən qurulmuşdur. Körpünün yenidən qurulması nəticəsində Məzrə və Üstüpü kəndləri magistral yola çıxış əldə etmişdir.
Üstüpü piri
Üstüpü piri — Ordubad rayonunun Üstüpü kəndindən ş.-də, hündür təpənin üzərində ziyarətgah. Bu müqəddəs yer-pir Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək öiümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur.
Məcnun Leylinin məzarı üstündə (1897)
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Elizabet Şu
Elizabet Şu(ing. Elisabeth Shue; doğ. 6 oktyabr 1963, Uilminqton) — ABŞ aktrisası. == Həyatı == Elizabet Şu 6 oktyabr 1963-cü ildə Delaver ştatının Uilminqton şəhərində anadan olub.Harvard Universitetini bitirib. 1982-ci ildən kinoya çəkilməyə başlayıb. “Las-Veqası tərk edərkən” filmində Elizabet Şu qızıl ürəyə sahib olan fahişə obrazını canlandırıb. Onun filmdəki tərəf müqabili Nikolas Keyc olub. Hər iki aktyor bu filmə görə “Oskar” alıblar.
Rştuni
Rştuni (erm. Ռշտունի) — Rştunik bölgəsini idarə edən qədim erməni zadəgan sülaləsi. == Mənşə == İddiaya görə, sülalə Urartu hakimi I Rusasın nəslindən gəlirdi, lakin Movses Xorenlinin "Ermənistan tarixi" əsərinə görə, Rştuni Süni sülaləsinin bir qolu idi. == Tarixi == Sülalənin ilk bilinən üzvü təxminən 330-cu ildə anadan olan Mənuçöhr Rştuni idi. Qardaşı Zora və şahzadə Vaçe Artsruni ilə birlikdə Ermənistan çarı Tirana qarşı üsyan qaldırmışdır. Çar iki ailənin də məhv edilməsini əmr etmiş, lakin Savasp Artsruni və Tacat Rştuni sağ qalmışdır.VII əsrin əvvəllərində sülalənin ən əhəmiyyətli üzvü və aparıcı siması Feodor Rştuni idi. O, 638-ci ildən 655-ci ilə qədər Ermənistan mərzbanı və sonradan çarı idi. O, Ermənistanı Bizans və ərəblərdən qorumağa çalışırdı. Sasani imperatorluğunun süquta uğramasından sonra 642-ci ildə müsəlmanların Ermənistana hücumları başlamışdır. Nəticədə, Feodor xəlifə tərəfindən Dəməşq şəhərinə sürgün edilmişdir.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir.1834-cü ildə memar Oqüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş ştabın Arkası kompozisiyasını tamamlamışdır. Monumentin salınması ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin - I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz “unudulmaz qardaşının” xatirəsi üçün müsabiqənin açıq elan edilməsi rəsmən söylənilmişdir.». Oqüst Monferran bu çağırışa möhtəşənmqranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi qorunub saxlanılmış və hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-ci ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya “Yüz Sütunlu Zal” Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi.Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir. Ümumiyyətlə, sütun başlıqları sütundan kənara çıxan iki ədəd arxa-arxaya düzülmüş heyvan bəzəkləri formasında oyulmuşdur.