Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olay
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. == Həyatı == Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmışları === Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Molqay
Molqay (ing. Milngavie; şot.kelt Muileann-Gaidh) — Şotlandiyada şəhər.
Olzai
Olçai — Sardiniyanın Nuoro əyalətindəki icma və kiçik şəhərdir. Sahəsi 69,82 km²-dir. İcmanın əhalisi 880 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 13 nəfərdir. == Qonşu icmalar == Olçai icması aşağıdakı icmalarla həmsərhəddir: Austis, Nughedu Santa Vittoria, Ollolai, Ottana, Sarule, Sedilo, Sorradile və Teti.
Olçai
Olçai — Sardiniyanın Nuoro əyalətindəki icma və kiçik şəhərdir. Sahəsi 69,82 km²-dir. İcmanın əhalisi 880 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 13 nəfərdir. == Qonşu icmalar == Olçai icması aşağıdakı icmalarla həmsərhəddir: Austis, Nughedu Santa Vittoria, Ollolai, Ottana, Sarule, Sedilo, Sorradile və Teti.
Oqtay
Oqtay — ad. Oqtay Rəcəbov — Azərbaycan bəstəkarı. Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist Oqtay Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Oqtay Eldəgəz — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Oxayy
Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (erm. Օխիկ), abxaz versiyasında Xaytın adlanır. == Nağılın Azərbaycan versiyasında Oxayy == === Xüsusiyyətləri === Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər. Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı. Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alpay (Şaran)
Alpay (başq. Алпай, rus. Алпаево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Erekle): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (87 %) üstünlük təşkil edir.
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Alpay Özalan
Alpay Özalan - əvvəlki Türkiyə futbolçusu. 2008-ci ildə futbolçu karyerasını qurtarıb. FİFA Dünya Kubokunun (2002) və FİFA Konfederasiyalar Kubokunun (2003) bürünc medal alıb. Bu gün Siitsporun məşqçisidir. == Klub karyerası == === Türkiyə klubları === Alpay öz karyerasını 1992-ci ildə "Altay" klubunda başlamışdı. Onun müvəffəqiyyətli oyunu ona Türkiyənin ən gülcü klublarının diqqətini cəlb edəndən sonra, 1993-cü ildə Alpay "Beşiktaş" komandası ilə müqaviləni imzaladı. O Türkiyənin Super Liqasında altı ayın ərazisində üç qırmızı vərəqə alaraq, yeni rekord əyin etmikdi. "Beşiktaş"da Özalan 148 oyun çempionatda oynamışdı, və 9 oyun ölkə kubokunda. 1999-cü ildə, "Beçiktaş"da altı il oynamaqdan sonra, onun kontraktın "Siirt Jetapspor" almışdı, sonra "Fənərbaxça"ya arendaya verilmişdi. "Fənərbaxça" üçün Alpay 1 sezonda, 29 oyun oynamışdı və 3 qol vurmuşdu.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Altay dağları
Altay (monq. Altayın nuruu, alt. Tuulu Altay— dağlıq yer, qırğ. Altay tooloru, qaz. Altay tauları, çin. 阿尔泰山脉-Ā'ěrtài shānmài-Aertay şanmay) – Asiyada dağ sistemi. Rusiya Federasiyasında (Altay Respublikası, Tıva Respublikası, Altay diyarı), Monqolustan, Qazaxıstan və Çin ərazilərindədir. Altay Ob, İrtış, Yenisey ilə Mərkəzi Asiya çaylarının suayırıcısını təşkil edən mürəkkəb dağ silsilələrindən ibarətdir. 42–52° şm. e.dairəsi arasında şm.-q.-dən (Qərbi Sibir düzənliyindən, 81° ş.u.) c.-ş.-ə (Qobi düzənliyinədək, 106° ş.u.) 2000 km-dən artıq məsafədə uzanır.
Altay dili
Altay dili və ya dəqiq olaraq Cənubi Altay dili — iki Dağlıq Altay dillərindən biri, altaylıların əsas dili. Rusiya Federasiyasındakı Altay Respublikasının rəsmi dili. 1948-ci ilədək oyrot dili adlanırdı. == Şərh == Cənubi və şimali altay dilləri ənənəvi olaraq bir altay dili hesab edilirdi. Ancaq türk dillərinin müasir təsnifatına görə onlar iki müxtəlif dil hesab edilir. Eyni zamanda Rusiyada dialektlərin ayrılmaları da azsaylı xalqların müstəqil dili hesab edilirlər (kumandin, teleut, çelkan və tubalar dilləri). 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər altay dilin ana dili hesab ediblər. == Müqayisə == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı Şimali Altay dilləri == Mənbə == Школьный алтайско-русский словарик Кафедра алтайского языка и литературы Arxivləşdirilib 2007-01-08 at the Wayback Machine Горно-Алтайского государственного университета Алтайский язык в проекте ETHEO Arxivləşdirilib 2013-02-27 at the Wayback Machine (коротко о грамматике и фонетике, этнические группы) Страница Ethnologue для южного алтайского Информация о телеутах на сайте Совета Федерации Телеутский язык Arxivləşdirilib 2009-09-14 at the Wayback Machine == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык. — М., 1958. Грамматика алтайского языка, составленная членами Алтайской духовной миссии.
Altay dilləri
Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir. == Haqqında == Altay dil ailəsi türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir. Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur. Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Solaxay
Solaxay — sağ əlinə nisbətən, sol əlindən daha çox istifadə edən adam. İnsanların təxminən 15 %-i, hər yeddi nəfərdən biri solaxaydır. Beynəlxalq solaxaylar günü — hər ilin 13 avqustunda qeyd edilir.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.