SEHR

is. [ ər. ]
1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq.
[Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.

2. məc. İnsanı heyran edən hünər, məharət, qüvvə.
Arzulardan arzu doğur… Yoxdur sonu arzunun; Bağlanmışdır məna dolu; Sehrinə hər kəs onun. N.Xəzri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEHR sehr bax cadu 1
  • SEHR cazibə — lətafət
  • SEHR ovsun — cadu — tilsim
SEGAH
SEHRBAZ

Digər lüğətlərdə