Eldar Məmmədov (milli qəhrəman)

Eldar Harun oğlu Məmmədov (10 yanvar 1968, Bakı24 fevral 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Eldar Məmmədov
Eldar Harun oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Ağdərə, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbə Baş leytenant
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Harun oğlu Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1985–1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989–1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E. Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı sərhəd-keçid məntəqəsi E. Məmmədovun adını daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]