Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. == Məzmunu == Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Sağ qalmaq (teleserial)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq (film, 2006)
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Sağ qalmaq (teleserial, 2004)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Əjdaha qanı ağacı
Əjdahan qanı ağacı və ya Dracaena cinnabar – Ərəb dənizində yerləşən Yəmənin bir hissəsi olan Sokotra arxipelaqına mənsub əjdaha ağacıdır. Ağacların çıxardığı qırmızı şərbətin qan kimi rənginə görə adını almışdır. Bu Əjdaha qanı ağacı aşağıdan baxanda göbələk şəklinə bənzəyir. Bu nadir ağacı görmək istəyirsinizsə, Yəmənə səyahət etməli, gəmi icarəyə götürməli və Sokotra adasını ziyarət etməli olacaqsınız. Bu ağacın şirəsi qan kimi qırmızıdır və bu ağac bütün dünyada Yəmən sahillərində yalnız bir adada rast gəlinir. D. cinnabar-in ilk təsviri 1835-ci ildə Şərqi Hindistan şirkətindən leytenant Uellstedin başçılıq etdiyi Sokotrada aparılan tədqiqat zamanı verilmişdir. O, ilk dəfə Pterocarpus draco adlandırılmışdır, lakin 1880-ci ildə Şotland botanisti İsaak Bayley Balfour növlərin rəsmi təsvirini vermişdir. və onu Dracaena cinnabar olaraq dəyişdirdi. 60–100 Dracaena növündən D. cinnabar ağac kimi böyüyən yalnız altı növdən biridir. Əjdaha qanı ağacı adətən çiçəklərini mart ayında verir, baxmayaraq ki, çiçəkləmə yeri ilə fərqlənir.
Xudafərin Olan Yerdə (1995)
Heç yerdə (film, 2023)
Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır. == Rollarda == Anna Kastilo — Mia Tamar Novas — Niko == Çəkiliş == İndiana Listanın hekayəsi əsasında çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur. Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir. == Buraxılış == Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır. Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.
Xudafərin olan yerdə (film, 1995)
Sağ qalmaq 3 (film, 2010)
Soyuq ov 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Soyuq ov və Soyuq ov 2: Dirilmə filmlərinin davamıdır. Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib. Filmin rəsmi saytı (ing.) Soyuq ov 3 — Internet Movie Database saytında.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Soyuq ov 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı. Filmin rəsmi saytı (ing.) "Soyuq ov 2: Dirilmə" — Internet Movie Database saytında.
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Hər şey hər yerdə və bir anda (film, 2022)
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qanq
Qanq və ya Qanqa (hind. गंगा, GaṅgāIAST, ) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Txaba-Yerdi
Txaba-Yerdi (inquş Тхьаба-Ерда, ТкъобӀаь-Ерда) — İnquşetiyanın Ceyrax rayonunda, Assa dərəsinin Xayrax və Pui kəndləri arasında, Gürcüstanla sərhəddən çox uzaqda yerləşən qədim xristian məbədi. Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunun tərkibinə daxildir. Uzunluğu 17 metr, eni 7,5 metrdir. Txaba-Yerdi dağ məbədinin kim tərəfindən və nə vaxt tikildiyi barədə tarixçilər, arxeoloqlar arasında yekdil fikir yoxdur. 10 noyabr 2012-ci ildə kilsədə yüz ildən artıq müddətdə ilk dəfə olaraq pravoslav ibadəti keçirilib. Abidənin adının mənası ilə bağlı alimlər arasında yekdil fikir yoxdur. Bəzi tədqiqatçılar adın inquş dilindən ТкъобIa-Ерды "İnancımız", eyni zamanda "İnam məbədi" mənasını verdiyini, digər tədqiqatçılar isə "İki min müqəddəs" mənasını verdiyini bildirirlər. Üçüncü qrup alimlər isə Txaba-Erdinin Tom-Erdadan, yəni Müqəddəs Tomas məbədindən təhrif edildiyi və sözün əsl mənasında "Thaba-erd bizim ziyarətgahımızdır" versiyasını da irəli sürürlər. Məbədin ilk təsviri 1787-ci ildə hərbi kvartirmeyster L.T.Şteder tərəfindən verilmişdir. 1811-ci ildə geoloq M.Enqelhardt məbədin planını götürür və onun eskizlərini çəkir.
Kani Bərdə (Nəqədə)
Kani Bərdə (fars. كاني برده‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Kani Qanci (Qürvə)
Kani Qanci (fars. كاني گنجي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 584 nəfər yaşayır (143 ailə). Əhalisini kürdlər təşkil edir.
Əl-Qani
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Yeddi qapı monastırı
Yeddi qapı monastırı – Xocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir. Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir. Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı kimi tanınır. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yanıdırırlar.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Qaymaq Mustafa Paşa
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi. 1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Yazı (qeydə almaq)
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Kömür qazı
== Giriş == Kömür qazı kömürün qızdırılması və ya pirolizi nəticəsində əldə edilən qaz qarışığıdır. Bu qaz tarixi olaraq şəhərlərin işıqlandırılması və istilik təmin etmək üçün istifadə edilirdi. Kömür qazı, hidrogen, metan, karbonmonoksid, karbondioksid və azot kimi müxtəlif qazlardan ibarətdir. Zəhərli olması səbəbindən təhlükəli bir maddədir və onun istifadəsi zamanla təbii qaz və elektrik enerjisi ilə əvəz olunmuşdur. == Tarixçə == === İstifadə tarixi === Kömür qazı ilk dəfə 18-ci əsrin sonlarında Böyük Britaniyada istehsal edilmişdir. William Murdoch, kömür qazını işıqlandırma məqsədi ilə istifadə edən ilk şəxslərdən biri olmuşdur. 19-cu əsrdə kömür qazı Avropada və Şimali Amerikada geniş yayılmışdır. === İstehsal prosesləri === Kömür qazı istehsalı kömürün havasız şəraitdə yüksək temperaturda qızdırılması ilə əldə edilir. Bu prosesdə kömür piroliz olunur və müxtəlif qazlar, qatran və kok kömürü əmələ gəlir. == Kimyəvi Tərkibi və Xüsusiyyətləri == Kömür qazı müxtəlif kimyəvi maddələrdən ibarətdir.
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Galega
Çəpişotu (lat. Galega) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Accorombona Endl.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qalmaqal
Qalmaqal (I mövsüm) — Qalmaqal teleserialının birini mövsümü. Qalmaqal (II mövsüm) — Qalmaqal teleserialının ikinci mövsümü. Qalmaqal (III mövsüm) — Qalmaqal teleserialının üçüncü mövsümü.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qumlaq
Qumlaq (Ağdaş) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Qumlaq (Cəbrayıl) Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Quymaq
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.
Qallar
Qallar – Qalliya imperiyasının əsasını qoymuş, fransızların etnogenezində əhəmiyyətli rol oynamış, kelt dil ailəsinə mənsub olan Qalliyanın aborigen xalqıdırlar.