Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Sözün həqiqi mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Aqrar quruluşu
Aqrar quruluşu — kənd təsərrüfatında tarixən müəyyən istehsal münasibətlərinin cəmi. Bu, torpaq sahibliyi və torpaqdan istifadə sistemi ilə bağlıdır. Hər ictimai-iqtisadi formasiyanın özünə məqsus aqrar quruluşu var. Köhnə cəmiyyət daxilində yeni istehsal münasibətlərinin yaranması ilə köhnə aqrar quruluşunun dağılması zəruriyyəti də yaranır. == İstinadlar == == Əlavə ədəbiyyat == T. Ludewigs, A. D’Antona, E. S. Brondizio, and S. Hetrick. 2009. Agrarian structure and land-cover change along the lifespan of three colonization areas in the Brazilian Amazon.World Development, Vol 37, No 8, p. 1349. "M. Pietrzak and D. Walczak. 2014.
Bazar quruluşu
Bazar quruluşu (ing. market structure) iqtisadi nəzəriyyədə — eyni məhsul istehsal edən şirkətlərin sayından asılı olaraq sənaye sahələrinin konfiqurasiyası. == Bazar strukturlarının növləri == İnhisarçı rəqabət və ya hər birinin bazar payı az və məhsulları zəif fərqlənən çox sayda şirkətin olduğu rəqabətli bazar. Oliqopoliya — böyük bir bazar payını birlikdə idarə edən az sayda şirkətin üstünlük təşkil etdiyi bazardır. Duopoliya — yalnız iki şirkətin bir oligopoliyasına aid xüsusi bir haldır. Oliqopsoniya — satıcılarının çox olduğu, lakin alıcılarının az olduğu bir bazardır. İnhisarçılıq bir məhsul və ya xidmət istehsalçısının yalnız bir olduğu bazardır. Təbii inhisar — miqyaslı iqtisadiyyatın nə qədər səmərəliliyi artdıqca şirkətin böyüdüyü bir inhisardır. Bir şirkət, müstəqil olaraq bütün bir bazara iki və ya daha kiçik ya da daha dar ixtisaslaşmış şirkətlərin hər hansı bir birləşməsindən daha ucuz qiymətə xidmət edə bilsə, təbii bir inhisardır. Monopsoniya — yalnız bir müştərisi olan bir bazardır.
Müəssisənin quruluşu
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir.Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir. == Müəssisənin quruluşu və onu müəyyən edən amillər == Elmi-texniki tərəqqinin yüksək surəti və geniş ictimai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inkişaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın artımının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir.
Proteinin quruluşu
Proteinin quruluşu — Bir zülalın ilkin quruluşu bir peptid və ya zülal içərisindəki amin turşularının xətti bir ardıcıllığıdır. [1] Bir zülalın ilkin quruluşunun amino (N) ucundan karboksil (C) ucuna başladığı bildirilir. Zülal biosintezi ən çox hüceyrələrdəki ribosomlar tərəfindən həyata keçirilir. Peptidlər laboratoriyada da sintez edilə bilər. Zülalların ilkin quruluşları birbaşa ardıcıllıqla və ya DNT ardıcıllığından çıxarıla bilər. == Qeyd == Bir zülalın ardıcıllığı ümumiyyətlə amin turşularından karboksil terminalına qədər olan amin turşularını sadalayan bir sıra hərflərlə qeyd olunur. Aminturşular bir-biri ilə peptid rabitələr vasitəsi ilə birləşirlə. Üç hərfli və ya bir hərfli bir kod, təbii olaraq meydana çıxan 20 amin turşusunu, həmçinin qarışıqları və ya birmənalı olmayan amin turşularını (nuklein turşularının qeydinə bənzər) təmsil etmək üçün istifadə edilə bilər. Peptidlər birbaşa ardıcıllıqla və ya DNT ardıcıllığından əldə edilə bilər. Hal-hazırda, bilinən protein ardıcıllıqlarını əks etdirən böyük ardıcıllıqla verilənlər bazaları mövcuddur.
Quldarlıq quruluşu
Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Yerin quruluşu
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından başlamış ta mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatoryal diametr - 12 754 km, qütb diametri isə - 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır: Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır.Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (Yuxarı mantiya və Aşağı Mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır. == Quruluşu == Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir. İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir.
Andorranın dövlət quruluşu
Andorranın dövlət quruluşu knyazlıqdır. Əslində isə burada respublika quruluşu mövcuddur. Qanunverici orqan tərkibi 28 nəfərdən ibarət olub, əhali tərəfindən birbaşa ümumi səsvermə ilə dör il müddətinə seçilən Baş sovetdir (bir palatalı parlament). Onun aktları dövlətin başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Dövlətin başında isə Fransa prezidenti və Urxel yepiskopu durur. İcraedici hakimiyyət general sovetin təyin etdiyi birinci və ikinci sindikatlara, eləcə də Fransa prezidenti və Urxel yepiskopunu təmsil edən iki nümayəndəyə aid idi. Ölkədə bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunlardan demokratik birlik partiyası feodalizm qalıqlarının ləğvi uğrunda mübarizə aparır,söz azadlığı tələb edir və ayrı-seçkilik əleyhinədir. Knyazlıq çoxluğu partiyası mühafizəkar, mülayimlər partiyası isə liberal partiyadır.
Argentinanın dövlət quruluşu
Argentinanın dövlət quruluşu - 1853-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir. == İnzibati ərazi bölgüsü == 23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) bölünür. == Dövlət başçısı == Ölkə Prezidenti dövlət və hökumət başçısıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabinetin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Medinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın (Parlamentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır. Hökumət üzvlərinin və Ali Məhkəmənin hakimlərinin təyin və yaxud azad edilməsi, qanunların imzalanması və dərc edilməsi, beynəlxalq müqavilə və sazişlərin imzalanması, silahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müharibə vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Avstraliyanın dövlət quruluşu
Avstraliyanın dövlət quruluşu — Avstraliya İttifaqında dövlət hakimiyyəti. == Xüsusiyyətləri == Avstraliya İttifaqı konstitusiyalı monarxiya, dövlət quruluşu formasına görə öz konstitusiyası, hakimiyyət və idarə orqanları olan ştatların federasiyasıdır. Avstraliya İttifaqı dominion hüququnda Millətlər Birliyi tərkibinə daxildir. Qüvvədə olan konstitusiya 1900-cu ildə qəbul edilmişdir. Dövlət və icraedici hakimiyyət başçısı hüquqi cəhətdən Birləşmiş Krallıq kralı (1952-ci ildən kraliça II Yelizaveta) sayılır. Ölkədə kralı, Avstraliya İttifaqı hökumətinin təqdimi ilə təyin olunan general-qubernator təmsil edir. Məşvərətçi orqanı – Federal İcraedici Şuranı general-qubernator təyin edir. Əslində general-qubernatorun səlahiyyətinin nazirlər kabineti həyata keçirir. Ali qanunverici orqan kralın da daxil olduğu ikipalatalı (senat və nümayəndələr palatası) parlamentdir. 21 yaşına çatmış və Avstraliya İttifaqında 6 ay (müvafiq seçki dövrəsində isə 3 aydan az olmayaraq) müddətində yaşayan Avstraliya vətəndaşlarının və Britaniya təbəələrinin seçki (aktiv və passiv) hüququ var.
Avstriyanın dövlət quruluşu
Avstriyanın dövlət quruluşu — Avstriya Respublikasında dövlət hakimiyyəti. == Xüsusiyyətləri == Avstriya federativ respublikadır. Qüvvədə olan konstitusiyası 1920-ci ildə qəbul olunmuşdur. Dövlət başçısı olan federal prezident əhali tərəfindən 6 il müddətinə seçilir. Ali qanunverici hakimiyyət orqanı olan parlament iki palatadan – Milli Şura və Federal Şuradan ibarətdir. İcraedici hakimiyyəti hökumət (kansler, vitse-kansler və nazirlər) həyata keçirir. Prezident kansleri və onun təqdimatı ilə nazirləri təyin edir. Hökumət Milli Şura qarşısında məsuldur. Hər ərazinin öz konstitusiyası və parlamenti (landtaqı) var.19 yaşına çatmış vətəndaşlar aktiv (seçmək), 25 yaşına çatmış vətəndaşlar isə passiv (seçilmək) seçki hüququna malikdir. Hər ərazisə seçkili orqanları olan yerli və vilayət icmaları var.
Azərbaycanın dövlət quruluşu
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. == Haqqında == Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir. Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir. == Azərbaycan Prezidenti == Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycanın geoloji quruluşu
== Ümumi məlumat == Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. Böyük Qafqaz meqaantiklinoriumunun Azərbaycan daxilində yerləşən cənub-şərq hissəsi kəskin assimetrik tektonik quruluşa malikdir. Meqaantiklinoriumun cənub qanadı çox sıxılmış və cənuba aşırılmışdır. Simmetrik quruluşda olan şimal qanadda tektonik örtüklər inkişaf etmişdir. Bazardüzü, Tufan sahəsindəki struktur zonalar qərbə tərəf morfostrukturun cənub yamacına meyl edərək, dağətəyi zonanı əmələ gətirir və Qanıx-Əyriçay vadisinin Dördüncü dövr çöküntüləri altına keçir. Böyük Qafqazı cənubda Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu|Qanıx-Əyriçay əyilməsindən ayıran tektonik qırılma müəyyən struktur boyu uzanır. Samur dərinlik qırılmasından cənub-şərqə meqaantiklinorium gömülməyə başlayır. Böyük Qafqaz meqaantiklinoriumu tərkibinə bir sıra antiklinorium və sinklinoriumlar daxildir. == Samur antiklinoriumu == Sudur zonası Samur antiklinoriumunun cənub-şərq sahəsində yerləşir.
Banqladeşin dövlət quruluşu
Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir. == Dövlət quruluşu == Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir. == Dövlət başçısı == Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir. Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir. Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir. == Qanunverici hakimiyyət == Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Belarusun dövlət quruluşu
Belarus Respublikası — unitar dövlət. Konstitusiyası 15 martda 1994-cü ildə qəbul edilmişdir (2004-cü il redaksiyasında qüvvədədir). İdarəetmə forması prezident respublikasıdır. Dövlət başçısı ümumi, bərabər, birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən prezidentdir (bir dəfə yenidən seçilmək hüququ ilə; 2004-cü il referendumu hazırda fəaliyyət göstərən prezidentə üçüncü müddətə seçilmək hüququ vermişdir). Yaşı 35-dən aşağı olmayan, seçki gününədək Belarus ərazisində ən azı 10 il daimi yaşayan ölkə vətəndaşı prezident seçilə bilər. İlk prezident seçkiləri Belarus Respublikasında 10 iyun 1994-cü ildə keçirilmiş. Seçkilərdə Aleksandr Lukaşenko qalib gəlmiş. Lukaşenko həmçinin 2001, 2006, 2010 və 2015-ci ildə seçilən prezident seçkilərində də qalib gəlmiş.. Ali qanunverici orqan ikipalatalı Milli məclisdir. 110 deputatdan ibarət Nümayəndələr palatası majoritar seçki sistemi ilə seçilir.
Braziliyanın dövlət quruluşu
Braziliyanın dövlət quruluşu - 1988-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Braziliya məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan Müstəqillik günü (1822) 7 sentyabr tarixində qeyd olunur. Ölkədə 5 oktyabr 1988-ci il Konstitusiyası qüvvədədir. == İnzibati ərazi bölgüsü == Braziliya 26 ştata (Akri, Alaqoas, Amazonas, Amapa, Baya, Qoyas, Maranyan, Matu-Qrosu, Matu-Qrosudu-Sul, Minas-Jerays, Para, Paraiba, Parana, Pernambuku, Piaui, Rio-de-Joneyro, Riy-Qrandi-du-Norti, Riy-Qrandi-duSul, Rondoniya, Rorayma, Santa-Katarina, San-Paulu, Seara, Serjipi, Tokantins və Espiritu-Santu) və Braziliya federal dairəsinə bölünür. == Dövlət başçısı == Ölkə Prezidenti dövlətə və özünün formalaşdırdığı Hökumətə başçılıq edir. Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaqla 4 il müddətinə seçilir. 1 yanvar 2011-ci ildən etibarən Braziliyanın hazırkı, sayca 36-cı Prezidenti, İşçi Partiyasının təmsilçisi xanım Dilma Rusefdir. == Qanunverici hakimiyyət == Qanunverici hakimiyyət 1988-ci il Konstitusiyasına əsasən ABŞ federal sistemi modelinə uyğun iki palatalı orqan olan Milli Konqresdir. Konqres 2 palatadan - hər dörd ildən bir senatorların üçdə bir və yaxud üçdə iki hissəsi yenidən seçilmək şərti ilə, üzvləri üç mandatlı dairələrdən majoritar qaydada səlahiyyət müddəti 8 il olmaqla seçilən 81 yerlik Senatdan (sədri 2009-cu ildən Joze Sarneydir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 513 yerlik Deputatlar Palatasından (sədri 2010-cu ildən Marku Mayadır) ibarətdir.
Bruneyin dövlət quruluşu
Bruneyin dövlət quruluşu (rəsmi adı — Bruney Darussalam Dövləti) — 1959-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Bruney Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik irsi monarxiyadır. Hökumətdə vəzifə tutan məmurların əksəriyyəti hakim sülalənin üzvlərindən ibarətdir. Milli bayram günü olan müstəqillik günü (1984) 1 yanvarda qeyd olunur. Ölkə Konstitusiyası 1959-cu ildən (1984-cü ildə edilmiş əsaslı dəyişikliklərlə birlikdə) qüvvədədir. == İnzibati ərazi bölgüsü == Bruney 4 dairəyə (Belayt, Bruney-Muara, Temburonq və Tutonq) bölünür. Dairələr isə daha kiçik inzibati ərazilərə, mükim adlanan rayonlara bölünür. . == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə, Bruney Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər, habelə silahlı qüvvələrin ali baş komandanı və müdafiə naziridir. İcraedici Hakimiyyətin mütləq səlahiyyətlərini öz əlində cəşləşdirən Sultan, özünün tövsiyə və təyin etdiyi, müxtəlif məhdud hüquqlu funksiyaların daşıyıcısı olan 5 Şuraya (Ortaq Şura, Varislik Şurası, Dini Şura, Nazirlər Şurası və Qanunvericilik Şurası) sədrliyi həyata keçirir.
Butanın dövlət quruluşu
Butanın dövlət quruluşu - 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Butan mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan dövlətin yaranması günü (1907) 17 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 18 iyul 2009-cu ildə qəbul edilmişdir. == İnzibati bölgüsü == Butan 20 Dzonqxaqdan (Bumtanq, Çukxa, Daqana, Qasa, Xaa, Lxuntse, Monqar, Paro, Pemaqatsel, Punakxa, Samdrup-Conqxar, Samtse, Sarpanq, Tximpxu, Traşiqanq, Traşiyanqse, Tonqsa, Siranq, Vanqdi-Pxodranq və Jemqanq) ibarət 4 Dzonqdeyə (1-ci dərəcəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi inzibati ərazi vahidliyinə) bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə Kral (Druk Gyalpo "Dragon King") Butan hakimiyyətinin, onun qüdrətinin milli rəmzidir. Çox geniş səlahiyyətləri özündə 'ks etdirən Butan monarxiya institutu irsi sayılsa da, 65 yaşına çatdıqda Kral istefaya getməlidir. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 25 yerlik Milli Şuradan (Yuxarı Palataya 20 üzv Dzonqxaqlar üzrə vətəndaşlar tərəfindən seçilirlər, qalan 5 üzvü isə Kral təyin edir) və 47 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə seçilirlər) ibarətdir. Yuxarı Palatanın üzvləri istisnasız olaraq ali təhsilli olmalı və heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. İllik dövlət büdcəsinin təsdiqi, qanunların dərc edilməsi, yüksək vəzifəli dövlət məmurlarının təyin və azad edilməsi, Krala (yenidən baxılması üçün qanun layihələrini Parlamentə qaytarmaq hüququna malikdir) məsləhətlərin verilməsi, dövlət başçısının razılığı ilə nazirlərin seçilməsi, mövcud qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edilməsi və s.
Bəhreynin dövlət quruluşu
Bəhreynin dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Bəhreyn mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü 14 avqustda (1971) qeyd olunur. Bəhreyn Krallığının yeni, sayca ikinci Konstitusiyası 14 fevral 2002-ci il tarixində qəbul edilmişdir. == İnzibati bölgüsü == Bəhreyn 5 muhafazdan (Paytaxt, Mərkəzi, Mühərrək, Şimal və Cənub) ibarətdir. == Dövlət başçısı == Konstitusiyaya görə, Bəhreyn dövlətinin başçısı və nominal təmsilçisi sayılan, şəxsiyyəti toxunulmaz olan Kral - ölkənin dini rəhbəri, vətənin və milli birliyin legitim himayəçisidir, mühafizəçisidir. Kral hakimiyyətin idarə olunmasına nəzarəti həyata keçirir, Konstitusiyanın və qanunların aliliyinə zəmanət verir, əsas insan hüquq və azadlıqlarını müdafiə edir. Dövlət başçısı öz səlahiyyətlərini, Hökumətin siyasəti üçün onun və rəhbərlik etdiyi nazirlik qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə həyata keçirir. Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali Məhkəmə Şurasının rəhbəri olan dövlət başçısı, Kral fərmanlarına uyğun olaraq Baş naziri və Məşvərətçi Şuranın üzvlərini (Ali Məhkəmə Şurasının təqdimatı əsasında), Baş nazirin təqdimatına əsasən isə Kral dekretinə müvafiq olaraq nazirləri təyin və ya azad etmək və bir sıra digər mühüm səlahiyyətlərə malikdir. (hakimiyyət varislik əsasında ötürülür).
Dövlət quruluşu formaları
Dövlət quruluşunun forması — dövlətin və ya birliyi təşkil edən dövlətlərin ərazi təşkili metodu. Dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir. Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi quruluşu" termini daha çox istifadə olunur, çünki bu, dövlətin ərazi hissələri arasında müəyyən müstəqilliyin mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, unitar dövlətə münasibətdə vahid dövlətin dövlət orqanlarının ərazi quruluşunu xarakterizə edən "inzibati-ərazi quruluşu" termini daha çox istifadə olunur. Bu terminlərin hər ikisi "idarəetmə forması" termininin sinonimidir və ona eyni məna ilə tətbiq olunur. Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur. == Növləri == Dövlətin tərkib hissələri arasında suverenliyin mövcudluğundan və ya olmamasından asılı olaraq dövlət quruluşu aşağıdakılara bölünür: Sadə forma (unitar dövlət); Mürəkkəb forma (federasiya, konfederasiya)Dövlətlərarası birliklər, birliklər və dövlətlərin icmaları idarəetmə formalarına aid deyil, eyni zamanda, dövlət və hüquq nəzəriyyəsinə dair əksər kurslarda bu qurum çərçivəsində nəzərdən keçirilir və öyrənilir. == Unitar dövlət == Unitar dövlət (latın dilində "unitas" — "vahid", "tək" deməkdir) — sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati-ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, misal ola bilər.
Ermənistanın dövlət quruluşu
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
Söyün Sadıqov
Sadıqov Söyün Qasımoviç (Qasım oğlu) (1960, Qardabani rayonu) — İqtisad elmləri namizədi, biznesmen, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti == Həyatı == Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. == Karyerası == 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir.Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Kişi sözü
Kişi sözü (film, 1987)
Quruluşçu rejissor
Quruluşçu rejissor və ya Kinematoqraf (bəzən qısaca DOP ) adətən vizual elementlərin vacib olduğu film, foto və ya video çəkilişlərində ssenariyə müvafiq olaraq, kameradan istifadə etməkdə, işığı tənzimləməkdə və çəkilişlər zamanı lazım olan effekti yaratmaqda rejissora köməklik göstərən texniki və bədii quruluş işçisidir.
İzmirin qurtuluşu
İzmirin Qurtuluşu — Türk Qurtuluş müharibəsinin sonlarında Türk ordusunun, Yunan işğalı altındakı İzmirə girməsini bildirən tarix termindir. II Dünya müharibəsinin sonunda, Antanta Dövlətləri, Osmanlı dövləti ilə 30 oktyabr 1918-ci ildə Mondros Atəşkəs Sazişini imzaladılar və bu müqaviləyə əsaslanaraq Anadolunu işğal etməyə başladılar. Türk milləti işğal hərəkətləri qarşısında vətənini xilas etmək üçün 1919-cu ildə yer yer müqavimət hərəkatlarını başladı. Bu hərəkatlar, 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşanın Samsuna ayaq basması qısa müddətdə mərkəzi xarakter aldı. Bu prosesdə ard-arda qazanılan Birinci İnönü, İkinci İnönü, Aslıhanlar-Dumlupınar və Sakarya Meydan Müharibələri ilə yurdun azad edilməsi yolunda mühüm addımlar atıldı. 26 avqust 1922-ci ildə dəqiqliklə hazırlanan hücum planını həyata keçirtməyi planlaşdırılırdı. 26-30 avqust 1922-ci ildə keçirilən Böyük Hücum, Türk İstiqlal hərbinin son mərhələsidir. 30 avqust "Baş Komandan Meydan Müharibəsi" iştirak bir gün ərzində Yunan ordusunun ən mühüm hissəsi zərərsizləşdirildi. Beləliklə, qəti nəticə beş gün ərzində əldə edilmiş və hazırlanan plan tam uğurla həyata keçirmiş oldu. 31 avqust günü Baş Komandan Mustafa Kamal Paşa, Baş Qərargah Rəisi Fevzini, Qərb Cəbhəsinin Komandanı İsmət İnönünü ordu komandirləri Yaqub Şövqünü və Nurəddin Paşanı qərargahını qurduğu Çal kəndində toplayaraq, qaçan Yunan qüvvələrinin sürətlə təqib edilməsini və İzmir ilə vasitələrindəki qüvvələri birləşməməsi üçün üç qoldan Egey Dənizinə doğru ilərlənməsini qərara aldı.
Ədirnənin qurtuluşu
Ədirnə qurtuluşu — iki fərqli tarixi hadisəni ifadə edir. Bunlardan birincisi Osmanlı qüvvələrinin I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı itirilmiş Ədirnə müharibəsi ilə Osmanlı idarəçiliyindən çıxan və London Konfransı ilə Bolqarıstan Krallığına verilən şəhərin, II Balkan müharibəsi zamanı Ənvər Paşa komandanlığı altındakı Osmanlı ordusu tərəfindən 21 İyul 1913-cü ildə geri alınması hadisəsidir. İkincisi isə I Dünya müharibəsi zamanı Mondros sülhündən sonra Yunan qüvvələri 25 iyul 1920-ci ildə işğal edilən Ədirnə, Mudanya atəşkəsinə əsasən 25 Noyabr 1922-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin qüvvələri tərəfindən geri alınmasıdır. Günümüzdə 25 noyabr tarixi "Ədirnə qurtuluşu" kimi qeyd edilir. == Müharibə əvvəl == Birinci Balkan müharibəsindən sonra Bolqarıstanın müttəfiqləri ilə olan anlaşmamazlığı nəticəsində Osmanlı İmperiyası qərargahları tərəfindən Ədirnə və Qərbi Frakiyanın azad edilməsi fikri Padşah V Mehmedə təqdim olundu. Padşah həm Türk imicini düzəltmək, həm də İttihad və Tərəqqi Partiyasının təzyiqindən xilas olmaq üçün planı uyğun bildi və gözlənilmədən hücum edilməsinə qərar verildi. == Müharibə == Osmanlı qüvvələri şəhərdə güclü bir müqavimətlə qarşılaşmadan asanlıqla Meriç çayına çatdılar. Amma böyük güclərin təzyiqi nəticəsində dayandılar. == Nəticə == Osmanlı dövləti Balkanlarda son qələbəsini qazanıb və I Dünya Müharibəsinə qədər Frakiya sərhədlərində böyük bir torpaq itirmədi. Osmanlı qüvvələrinin 21 İyul günü şəhəri ələ keçirməsinə qarşı Ədirnə yenidən Osmanlı torpaqlarına daxil olması ancaq 29 iyul 1913-cü il Bolqarıstan Krallığı ilə imzalanan İstanbul müqaviləsi ilə rəsmiləşdi.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Demokratik quruluş
Demokratiya ( yun. demos - xalq və yun. kratos - hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. == Demokratiya - insan şəxsiyyətinə hörmətdir == Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: «... bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir». Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.
Quruluş:1299
Quruluş: 1299, Quruluş: Osmancıq və ya Quruluş (türk. Kuruluş:Osmancık, Kuruluş:1299, Kuruluş) — 1988-ci ilə aid TRT 1-də yayımlanan tarixi türk serialı. Serial Tarık Buğranın I Osman haqqında yazdığı "Osmancıq" əsərinin əsasında çəkilmişdir. Serial 12 seriyadan ibarətdir. 27 mart 1988-ci ildə bitmişdir. == Aktyor və obrazlar == 1.Cihan Ünal-Osman Qazi 2.Yaşar Alptekin-Orxan Qazi 3.Haluk Kurtoğlu-Şeyx Ədəbalı 4.Baykal Saran-Ərtoğrul Qazi və digərləri.
Quruluş:Osman
Quruluş: Osman (türk. Kuruluş Osman) — ATV-də yayımlanan tarixi türk serialıdır. Serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Quruluş Osman" serialı,"Diriliş Ərtoğrul" serialının davam serialıdır. == Məzmun == Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatını anladır.1 seriya 120 dəqiqə davam edir. == Aktyor heyəti və obrazlar == Burak Özçivit 1- (Osman Bəy) , Ərtuğrul Qazinin kiçik oğlu. Nurettin Sönmez 1- (Bamsı Beyrək) Osman Qazi'yi dəstəkləyir. Ragıp Savaş 1- (Dündar Bəy), Osman Qazinin əmisi. Emre Basalak 1- (Gündüz bəy), Osman Qazinin böyük qardaşı. Ərtuğrul Qazinin böyük oğlu.
Quruluş Osman
Quruluş: Osman (türk. Kuruluş Osman) — ATV-də yayımlanan tarixi türk serialıdır. Serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Quruluş Osman" serialı,"Diriliş Ərtoğrul" serialının davam serialıdır. == Məzmun == Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatını anladır.1 seriya 120 dəqiqə davam edir. == Aktyor heyəti və obrazlar == Burak Özçivit 1- (Osman Bəy) , Ərtuğrul Qazinin kiçik oğlu. Nurettin Sönmez 1- (Bamsı Beyrək) Osman Qazi'yi dəstəkləyir. Ragıp Savaş 1- (Dündar Bəy), Osman Qazinin əmisi. Emre Basalak 1- (Gündüz bəy), Osman Qazinin böyük qardaşı. Ərtuğrul Qazinin böyük oğlu.
Quruluş Osmancıq
Quruluş: 1299, Quruluş: Osmancıq və ya Quruluş (türk. Kuruluş:Osmancık, Kuruluş:1299, Kuruluş) — 1988-ci ilə aid TRT 1-də yayımlanan tarixi türk serialı. Serial Tarık Buğranın I Osman haqqında yazdığı "Osmancıq" əsərinin əsasında çəkilmişdir. Serial 12 seriyadan ibarətdir. 27 mart 1988-ci ildə bitmişdir. == Aktyor və obrazlar == 1.Cihan Ünal-Osman Qazi 2.Yaşar Alptekin-Orxan Qazi 3.Haluk Kurtoğlu-Şeyx Ədəbalı 4.Baykal Saran-Ərtoğrul Qazi və digərləri.
Quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. == Nəzəriyyənin əsasları == Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. == Quruluş nəzəriyyəsinin əhəmiyyəti == A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Bu divarı sökün!
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir.Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var. == Zəmin == "Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?" Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm".Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı.Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi. Belə ki, bir çox yüksək rütbəli işçi və köməkçilər ifadənin əleyhinə olan məsləhətlər verdilər ki, buna oxşar hər hansı ifadənin deyilməsi gələcəkdə Şərq–Qərb gərginliyinə səbəb ola bilərdi. Həmçinin Reyqanla birlikdə yaxşı münasibət qurmuş M. Qorbaçova sıxıntı yaşada bilərdi. Ona görə də məhz bu ifadə deyilməməli idi.
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Bozun çalarları
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Satake Şozan
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik.Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. == Səbəb == Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü. Qədim Yunan filosofları isə bunu küləyin toqquşdurduğu buludlar (Anaksimandr, Aristotel) və ya buludların içərisindəki havanın hərəkəti (Demokrit) kimi təbii səbəblərlə əlaqələndirirdilər.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Bozon
Bozonlar — Hissəciklər fizikasında Boz-Eynşteyn statistikasına tabe olan zərrəciklərdir; Şatyendranat Boz və Eynşteynin adını daşıyırlar. Fermi-Dirak statistikasına uyğun fermionlardan fərqli olaraq fərqli bozonlar eyni kvant mövqeyini tuturlar. Beləliklə, eyni enerji olan bozonlar kosmosda eyni yer tuta bilər. Bu səbəblə hər nə qədər zərrəciklər fizikasında hər iki anlayış arasındakı ayrı-seçkilik qəti diqqətə dəyən olmasa da, fermiyonlar, ümumiyyətlə, maddə ilə bağlıykən, bozonlar sıxlıqla güc daşıyıcı hissəciklərdir. Bozonların vacib bir xüsusiyyəti statistikalarının eyni kvant vəziyyətini tutanların sayını məhdudlaşdırmamasıdır. Bozonlardan fərqli olaraq iki eyni fermion eyni kvant məkanını tuta bilməz. Maddəni meydana gətirən elementar hissəciklər (yəni leptonlar və kvarklar ) fermion olduğu halda, elementar bozonlar "yapışqan" maddələri bir yerdə tutan güc daşıyıcılarıdır. == Növləri == 5 qrup bozon vardır: 1 skalyar bozon və 4 vektorial bozon. Skalyar bozon: Hiqqs bozonu Vektorial bozonlar: γ Fotonlar g Qlüonlar Z Z bozonu W± W bozonuAğırlıq üçün güc daşıyıcısı olacaq altıncı bir tenor bozon (spin = 2), qraviton (G) ola bilər. Normal Standart Modelə qravitasiya daxil etmək üçün edilən bütün cəhdlər nəticəsiz qaldığından bu hipotetik elementar hissəcik olaraq qalır.
Bozul
Bozul (fr. Bozouls, oks. Boason) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Bozul kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12033. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 18 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2772 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1768 nəfər (15–64 yaş arasında) 1360 nəfər iqtisadi fəal, 328 nəfər hərəkətsiz (fəaliyyət göstərici 80,6%, 1999-cu ildə 76,6%) idi.
Göyün
Göyünlər (lat. Tabanidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Göyünlər heyvanların qanı və bitkilərin şirəsi ilə qidalanan iri çibin (iri milçək). Bütün ikiqanadlı cücülər kimi Göyünlərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərddən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Göyünlərin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanırlar. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Göyünlərin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Jotun
Jotun A/S və ya Jotun Group, Norveçdə qurulmuş, kimya sektorunda fəaliyyət göstərən çox millətli şirkət. Mərkəzi Norveçin Sandefjord şəhərində tapılar.
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.