Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surxay Allahverdiyev
Surxay Allahverdiyev (Allahverdiyev Surxay Rəhim oğlu; 21 may 1941, İrəvan) — Rusiya alimi. Biologiya elmləri doktoru. M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin biologiya və ekologiya kafedrasının professoru. Allahverdiyev Surxay Rəhim oğlu 1941-ci il mayın 21-də İrəvanda anadan olub. 1958-ci ildə Bakı şəhərində 26 saylı orta məktəbi bitirib. 1959-cu ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik fakültəsinə daxil olub və 1964-cü ildə ali təhsilini bitirib. 1964-1965-ci illərdə Xabarovskda sovet ordusu sıralarında xidmət edib. Bir il sonra SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun aspirantı olub və 1972-ci ildə “bitkilərin biokimyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1988-ci illərdə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb.
Dirili Surxay
Dirili Surxay (1902–1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Surxay Cəfərov
Surxay Mehdiyev
Surxay Musayev
Surxay Novruz oğlu Musayev (1 fevral 1951, Füzuli, Samux rayonu – 29 aprel 2023) — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010) Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir. Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir. 150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.
Surxay Noçuyev
Surxay Əbdül oğlu Noçuyev (19 dekabr 1988, Məmmədbəyli, Zəngilan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı. Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib. Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib. "Kapitan" hərbi rütbəsinədək yüksəlib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Surxay Tağızadə
Surxay İmran oğlu Tağızadə (8 aprel 1932, Gəncə – 18 oktyabr 2022) — ictimai və dövlət xadimi, Kirovabad (indiki Gəncə) şəhər komsomol komitəsi bürosunun, komsomolun Gəncə Vilayət və Respublika komitələrinin üzvü, yerli sovetlərin deputatı (1952 – 1962), Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü (1982 – 1987), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1985 – 1990), Azərbaycan KP MK-nın üzvü (1986 – 1991). Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.
Surxay qalası
Surxay qalası — Azərbaycanın Goycay rayonunun Sehadet Qarabaglar və Mirzehuseynli kəndləri arasında, kəndlərin şimal tərəfində Böyük Qafqaz dağlarının uzaq cənub ətəklərində yerləşən, XVIII əsrə aid qala.
Surxay İsmayılov
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Surxay Əkbərov
Surxay Əkbərov (tam adı: Əkbərov Surxay Cabbar oğlu; 8 fevral 1954, Zəhmət, Zəngibasar rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). “Yıldız” Texniki Universitetinin mexanika‑maşınqayırma fakültəsinin professoru. Surxay Əkbərov 8 fevral 1954-cü ildə Masis rayonunun Zəhmət kəndində anadan olub. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini “mexanika” ixtisası üzrə bitirib. Ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutuna göndərilib, baş laborant vəzifəsində işləyib. S.Əkbərov 1978-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub və Ukrayna SSR EA-nın S.P.Timoşenko adına Mexanika İnstitutuna (Kiyev) ezam edilib. 1981-ci ildə elə həmin institutda “Əyilgən matrisada iki lifin dayanıqlılığının bu dayanıqlılıq itirilən zaman onların qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. S.Əkbərov 1983-1985-ci illərdə S.P.Timoşenko adına Mexanika İnstitutunda elmi təcrübə keçib. 1988-ci ildə “Əyilmiş strukturlu kompozit materiallarda gərgin vəziyyət. “Hissə-hissə bircins cisim modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Surxay Əlibəyli
Surxay Əlibəyli (Əlibəyli Surxay Xasay oğlu; d. 1949, Ağdam – ö. 5 noyabr 2018, Bakı) — jurnalist, publisist. Surxay Xasay oğlu Əlibəyli (Əliyev) 1949-cu ildə anadan olub. Ağdamda orta məktəbi bitirdikdən sonra Azərbycan Dövlət Univerisitetinin (indiki Bakı Dövlət Univerisiteti) Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb. Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulub, buna görə hətta sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb. Sonra Ağdama qayıdaraq, uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib. 1988-1993-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub. Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib, Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib. Azərbaycanın tanınmış sabiq idman şərhçisi Altay Əliyevin atasıdır.
Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004). == Həyatı == Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub. Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir. 2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib. Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Surxay bəy Şahsuvarov
Surxay bəy Əzim oğlu Şahsuvarov (19 iyul 1900, Minkənd, Zəngəzur qəzası – 1945, Bakı) — Cümhuriyyət tələbəsi, Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis. Surxay bəy Əzim oğlu 1900-cü ildə Zəngəzur qəzasının Şahsuvarlı kəndində doğulmuşdu. Atası vəfat edəndə 8 yaşı vardı. Dayısı Rəsul bəyin himayəsi ilə 1910-cu ildə iki illik məktəbi bitirdi. Sonra əmisi Nurməmməd bəyin yanına üz tutdu. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Gəncədə rus dili müəllimi işləyən Nurməmməd bəy Şahsuvarov qardaşı oğluna kömək əlini uzatdı, ona atalıq etdi. Surxay Gəncə Oğlan Gimnaziyasına daxil oldu. Buranı bitirdikdən sonra isə 1913-cü ildə birinci Tiflis Oğlan Gimnaziyasına qəbul edildi və 1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurdu. S. Şahsuvarovun kamal şəhadətnaməsinin surəti hazırda arxivdə saxlanılır. Riyaziyyat, fizika, coğrafiya, alman, latın və fransız dili fənlərinə mükəmməl yiyələnmiş Surxay Şahsuvarov 15 aprel 1920-ci ildə Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunmuşdur.
Surxay xan Qazıqumuxlu
Surxay xan Qazıqumuxlu (1680, Qumuq – 1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı. Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi. Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: 1975.
Surxay İsmayılov (geoloq)
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Sürxab
Sürxab (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Sürxab (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Anbaq-i Surxay (Əhər)
Anbaq-i Surxay (fars. انباق سرخاي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (6 ailə).
Memmedli Sübhan
Osman Türkay
Osman Türkay (16 fevral 1927, Girnə[d] – 24 yanvar 2001, Şimali Kipr) — Əslən Kıbrısdan olan türk mühacir şairi, yazıçısı, tərcüməçisi və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı nominantı (1988 və 1990) Osman Türkay 16 fevral 1927-ci ildə Kıbrısın Girne şəhərinin yaxınlığındakı əski adı Kazafona olan Ozanköy qəsəbəsində anadan olmuşdur. O, Mustafa Hasan və Emete Hasanın ailəsində doğulmuşdur. Uşaq ikən atasını itirdiyindən dayısının himayəsində böyümüşdür. 1939-cu ildə ibtidai təhsilini Kazafanada bitirmişdir. Daha sonra Lefkoşada Türk Kişi liseyində, Girnede özəl ingilis məktəbində təhsil almışdır. 1947–1951-ci illərdə "Hürr söz" qəzetində ədəbiyyat və mədəniyyət səhifəsinin aparıcısı olmuşdur. 1951-ci ildə Türkiyəyə gələrək Adanada – İncirlikdə NATO aeroportunda tərcüməçi kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa erkən başla sa da, 1953–1957-ci illərdə Londonda yaşayarkən şeir yazmağa ara verən müəllif, diqqətini dünya poeziyasına, xüsusən də ingilis şeirinə yönəltmişdir. Osman Türkay 1955-ci ildə Londonda Modern Dillər Məktəbinin jurnalistika bölümünü, 1957-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə bölümünü bitirmişdir. 1958-ci ilin sonlarında doğma vətəni Kıbrısa dönən müəllif Lefkoşa şəhərində iki yaxın dostu ilə birlikdə "Beşparmak", "Uyarı" ədəbiyyat dərgilərini çıxarmış, daha sonra "Kıbrıs Türk Sesi" (1962–1963) qəzetinin redaktoru olmuşdur.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur. İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.
Sübhan Abdurahmanlı
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (2022). Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. Ali Hərbi-Mühəndis: 1985–1990 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sübhan Cəbrayılov
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ— 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur. Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı. Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur.
Sübhan Cəfərov
Sübhan Həsənov
Sübhan Kərimov
Sübhan Məmmədli
Sübhan Əbilzadə
Sübhan Əliyev
Sübhan Əliyev (tam adı: Sübhan Fərmayıl oğlu Əliyev; 15 oktyabr 1981, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2019),[mənbə göstərin]AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri (2020),[mənbə göstərin] Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru (2022), "Sirius" Vəkil Bürosunun təsisçisi və müdiri (2022). Sübhan Əliyev 15 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri 245 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra elə həmin il ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2003-cü ildə isə həmin fakültədə Dövlət hüququ ixtisaslaşması üzrə dövlət hesabına magistratura təhsili almağa başlayıb. Sübhan Əliyev 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında aspirantura, 2012–2018-ci illərdə isə yenə həmin kafedrada doktorantura təhsilini davam etdirib. Sübhan Əliyev evlidir, iki uşağı var. Sübhan Əliyev 2010-cu ildə "Azərbaycan Respublikası yerli özünüidarəetməsinin təşkilati-hüquqi formaları" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2011-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-cü ildə Konstitusiya hüququ kafedrasının dosenti seçilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir. 2018-ci ildə "İnsan Hüquqları sahəsində beynəlxalq hüquq normalarının realizəsinin dövlətdaxili təminat mexanizmləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmlər doktoru elmi dərəcəsi verilmişdir. Sübhan Əliyevin əsas tədqiqat sahələri inzibati hüquq, inzibati-prosessual hüquq, parlament hüququ, konstitusiya hüququ, vəkillik hüququ və bələdiyyə hüququdur.
Sübhan Əzizov
Sürxab (Nir)
Sürxab (fars. سرخاب‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 297 nəfər yaşayır (60 ailə).
Sürxab (Soyuqbulaq)
Sürxab (fars. سرخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (17 ailə).
Sürxab II
Söhrab Bavəndi — Təbəristan şahı. Söhrab Təbəristanı Dabuyilərin vassalı olaraq idarə edirdi. Xurşid Dabuyinin ölümündən sonra Söhrab da müstəqil olmuşdu. Söhrab bundan sonra Abbasilərə tabe olmuş və 772-ci iləcən hökm sürmüşdü. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Türkay Hüseynli
Serhat Eren
Serhat Eren (1979, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Serhat Eren 1979-cu ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. 1998-ci ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Diyarbəkir şöbəsinin üzvüdür. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İdarə Heyətinin üzvü, həmçinin Diyarbəkir Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. HDP Məclis üzvü, İdarə Heyəti üzvü və həmsədrin müavini olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 2 uşaq atasıdır.
Sürayə Ağayeva
Ağayeva Sürayə Xosrov qızı (29 aprel 1947, Bakı – 19 oktyabr 2024) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar incəsənət xadimi, professor. == Həyatı == 29 aprel 1947-ci ildə Bakıdan dünyaya gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Muğam sənəti ilə bağlı Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı materilların müəllifidir. 95 elmi əsəri çapdan çıxıb. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı ilə təltif olunub. 19 oktyabr 2024-cü ildə vəfat edib.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Şorçay
Şorçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Şahbuzçayın sağ qoludur. Uzunluğu 7 km-dir. 2700 m hündürlükdən başlanır.
Şurtan
Aşağı Şurtan
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.