Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
USA Today
USA Today (həmçinin Yu-Es-Ey tudey, azərb. “ABŞ bu gün”‎) — ABŞ-də nəşr edilən ilk ümummilli gündəlik qəzet. Vaşinqtonda (Kolumbiya dairəsi) El Nyuhart tərəfindən yaradılıb. Qəzetin ilk nömrəsi 15 sentyabr 1982-ci ildə işıq üzü görüb. Qəzetin ilk baş redaktoru Con Sayqentaler olub.
Archive.today
archive.today (və ya archive.is) 2012-ci ildə qurulmuş web-səhifələri arxivlə xidmətidir.
Psychology Today
Psychology Today — psixologiya və insan davranışı ətrafında xüsusiləşmiş Amerika media təşkilatıdır. İlk dəfə 1967-ci ildə çıxan jurnal iki ayda bir olaraq nəşr edilməyə başladı. Psychology Today veb-saytında terapiya və səhiyyə mütəxəssisləri kataloqları və müxtəlif psixoloqlar, psixiatrlar, sosial işçilər, tibb həkimləri, antropoloqlar, sosioloqlar və elm jurnalistləri tərəfindən yazılmış yüzlərlə bloq var. 1967-ci ildə Nicolas Charney tərəfindən inkişaf edən psixologiya ədəbiyyatını geniş ictimaiyyət üçün əlçatan etmək üçün əsası qoyulan Psychology Today jurnalı reportaj və məlumatlardan ibarətdir. O, insan motivasiyasından tutmuş şəxsiyyətin inkişafına, intellektdən uşaq inkişafına və valideynlik təcrübələrinə, şizofreniyadan seksuallığa, liderlikdən asılılığa, narahatlıqdan siyasətə — insan davranışının geniş spektrinə qədər müxtəlif mövzularda tədqiqat hesabatlarına və ekspertlərlə müsahibələrə əsaslanır, mövzular hətta heyvanların davranışını da əhatə edir. 2010-cu ilin iyun ayından 2011-ci ilin iyun ayına qədər qəzet köşkü satışlarına görə ilk on istehlakçı jurnaldan biri idi. Psychology Today veb-saytı, 1992-ci ildən bəri jurnal məqalələrini arxivləşdirməklə yanaşı, laboratoriya tədqiqatçıları, klinik praktikantlar və geniş təcrübəyə malik yazıçılar tərəfindən davamlı bloq axını təqdim edir. Veb sayt həm də ABŞ və dünyada psixoloqlar, psixiatrlar və digər psixi sağlamlıq mütəxəssislərinin hərtərəfli kataloqu üçün əsas portaldır. 1983-cü ildən 1987-ci ilə qədər jurnal Amerika Psixoloji Birliyinə məxsus idi və onun tərəfindən idarə olunurdu. Hazırda o, Sussex Publishers-ə məxsusdur.
Azerbaijan Today (jurnal)
Azerbaijan Today — jurnal, Azərbaycanda ilk müstəqil beynəlxalq mətbuat orqanı. == Tarixi == Beynəlxalq jurnal 2000-ci ildən Azərbaycanda ingilis dilində ilk müstəqil beynəlxalq mətbuat orqanıdır. == Haqqında == Jurnalın məramı Azərbaycanda iqtisadi-siyasi-mədəni həyatında qazandığı uğurları, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, o cümlədən xarici iş adamlarını Azərbaycana cəlb etmək olmuş və bu istiqamətdə bir sıra diqqətçəkən işlər görmüşdür. Azerbaijan Today Azərbaycanda akreditasiya olunmuş diplomatik missiyaların, fəaliyyət göstərən xarici şirkətlərin böyük əksəriyyəti ilə əlaqələr qurmuş, Avropa İttifaqının rəhbərliyi, ABŞ, Norveç, İsveçrə, Fransa, Avstriya, İtaliya, İngiltərə və Almaniya hökumətləri ilə birgə layihələr həyata keçirmiş, Avropada və ABŞ-də 2000-dən daimi abunəçi toplamışdır ki, bu da jurnalın beynəlxalq nüfuzundan xəbər verir.
Motown 25: Yesterday, Today, Forever
Motown 25: Yesterday, Today, Forever - 1983 - cü ildə Motown şirkətinin iyirmi beş illik yubileyi münasibətilə təşkil edilmiş xüsusi televiziya konsert proqramı. Konsertin prodüserliyini Syuzan de Pass etmişdir.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Todan bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tokay Hüseynov
Tokay Hüseynov (tam adı: Tokay Məhərrəm oğlu Hüseynov; d. 23 oktyabr 1945, Bakı,Azərbaycan SSR, SSRİ) — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor. Hüseynov Tokay Məhərrəm oğlu 1945-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Tanınmış Gədəbəyli alim Məhərrəm Hüseyinovun övladı olan T. M. Hüseynov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1980-ci ildə Tiflis şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1971–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının fizika institutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1989–1998-ci illərdə isə Molekulyar biologiya və biotexnika institutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 2000-ci ildən AMEA-nın fizika institutunda elmi fəaliyyətdə olmuşdur. O, biologiya sahəsində tanınmış görkəmli alimlərdən biridir.
Tokay Məmmədov
Tokay Həbib oğlu Məmmədov (18 iyul 1927, Bakı – 2 may 2018, Bakı) — sovet və Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü. Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar Sabsay qeyd edirdi ki, 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır.
Toğay (Miyanə)
Toğay (fars. طغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (25 ailə).
Toğay bəy
Toğay bəy (1601 – 30 iyun 1651) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı. Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi. 1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür. Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.
Zoltan Koday
Zoltan Koday — macar bəstəkar, musiqiçi və müəllim. Uşaqlığından , amatör musiqiçi olan atasından skripkada ifa etmeyi öyrəndi. 1900-cü ildə Budapeşt Universitetinin dil şöbəsinə və eyni zamanda Qans fon Kössler Macarıstan Musiqi Akademiyasında kompozisiya sinifinə daxil oldu. Kursun bitməsindən bir il sonra Şarl Vidor (ing. Charles Widor) ilə birlikdə Parisdə təhsil alıb. 1905-ci ildən etibarən Macarıstan xalq musiqisi irsinin əsərlərini toplayaraq məşğul olurdu, bu məqsədlə o, müxtəlif Macarıstan vilayətlərinin kəndlərinə səyahət etdi. 1906-cı ildən etibarən, Bela Bartok ilə birgə folklor mahnılarının çoxsaylı kolleksiyaları ilə nəşr etdi. Birinci Dünya müharibəsi zamanı Koday Bela Bartok ilə birlikdə Budapeştdə Avstriya-Macarıstan Hərbi Nazirliyinin mətbuat bölməsinin musiqi sektorunda çalışmışdır. 1919-cu ildə Macarıstan Sovet Respublikasının hökuməti onu Musiqi Akademiyasının vitse-prezidenti təyin etdi, Musiqili İncəsənət Ali Məktəbinin adı dəyişdirildi; hortum rejiminin yaradılmasından sonra, 1921-ci ilə qədər tədris fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağa məcbur olub. 1942-ci ildə təqaüdə çıxmış, fəxri professor unvanını alan İkinci Dünya müharibəsinin sonunda Macarıstan İncəsənət Şurasının prezidenti olmuşdur.
Kazuyuki Toda
Kazuyuki Toda (d. 30 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
Rafiq Oday
Rafiq Oday (tam adı: Bayramov Rafiq Hüseyn oğlu; 23 iyul 1960, Şəhriyar, Noraşen rayonu) — şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Respublikanın Əməkdar jurnalisti. 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunmuş, "Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olmuşdur. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirmişdir. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.
Toğay Teymur xan
Toğay Teymur xan — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353) Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi. Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi. 1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Kodak
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Rodway
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. Leonard Roduey Avstraliya florasını öyrənmişdir. Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
Tadao
Tadao — ad. Tadao Ando — Dünya şöhrətli yapon memar-dizayner. Tadao Horie — keçmiş Yaponiya futbolçusu. Tadao Kobayaşi — keçmiş Yaponiya futbolçusu. Tadao Onişi — keçmiş Yaponiya futbolçusu. Tadao Takayama — keçmiş Yaponiya futbolçusu.
Kaoday
MyDay
Buday
Buday (ərəb. بوداي‎, ing. Bodai) — Cəbəl-Lübnanın ətəyində Litani çayının qərbində yerləşən Bəəlbək qubernatorluğunun tabeliyində olan Livan şəhəridir. Buday qədim Bəəlbək şəhərindən 15 km (9 mil) şimal-qərbdə və Livanın cənubundan 26 km (16 mil) məsafədə yerləşir və Beyrutun paytaxtından 90 kilometr (55.926 mil) uzaqdadır. Livan dağ silsiləsinin ətəklərində yerləşən Buday, Beqaa vadisi boyunca Bəəlbək şəhərinə və Livanı Suriyadan ayıran Livan silsiləsinə baxır.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur. Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.
Thodaya
Euryops (lat. Euryops) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Talay
Tatay
Tatay Xan — türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.