Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vasiq (xəlifə)
Əbu Cəfər Harun ibn Məhəmməd (ərəb. أبو جعفر هارون بن محمد المعتصم‎) və ya Əl-Vasiq (ərəb. الواثق بالله‎) (17 iyul 812, Məkkə, Abbasilər xilafəti – 10 avqust 847, Səmərra, Abbasilər xilafəti) — 9. Abbasi xəlifəsi. Ibn al-Sāʿī (2017). Consorts of the Caliphs: Women and the Court of Baghdad. Translated by Shawkat M. Toorawa and the Editors of the Library of Arabic Literature. Introduction by Julia Bray, Foreword by Marina Warner. New York: New York University Press. ISBN 978-1-4798-0477-1 Kraemer, Joel L., ed.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Vasif İmanov
Vasif Həsən oğlu İmanov (1961, Ərəfsə, Sisian rayonu) — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983–1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991–1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003–2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006–2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Ailəlidir, üç övladı var. O, Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynov ilə qudadır.
Vasif Əlibəyov
Vasif Əliyev
Vasif Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Vasif Əliyev (geoloq) — geologiya-mineralogiya elmləri doktoru, professor.
Vasif Əsgərov
Vasif Əsgərov (azərb. Əsgərov Vasif Fətulla oğlu‎; 15 aprel 1929, Naxçıvan – 25 iyul 2011, Bakı) — həkim, tibb elmləri doktoru, professor. Əsgərov Vasif Fətulla oğlu 15 aprel 1929-cu ildə Naxçıvan şəhərində anadan olub. 1952-ci ildə N.İ.Piroqov adına 2-ci Moskava Tibb İnstitutunu bitirib. 1956-ci ildə həmin institutun aspiranturasını bitirib. 1959-ci ildə Azərbaycan Tibb Universitetində çalışır; 1969-ci ildən Azərbaycan Tibb Universiteti uşaq-yolxucu xəstəlikləri kafedrasının müdiri olub. Tədqiqatları, əsasən diri virus vaksinlərinin (qızılca, poliomielit və təbii çiçək əleyhinə), qızılca infeksiyasının uşaq orqanizminin qeyri-spesifik və postvaksional immunoloji reaktivliyinə təsirinə və s. məsələlərə həsr edilmişdir. 250-dən çox elmi əsərin, tədris-metodiki vəsaitin müəllifidir. Virusoloqların 2-ci Ümumdünya (Budapeşt, 1971),pediatr-infeksionistlərin Ümumdünya (Filippin,1999) konqreslərində və s.qurultay və konfanslarda məruzə etmişdir.
Vasif Əsədov
Vasif Əsədov (27 avqust 1965) — Azərbaycanı təmsil edən yüngül atlet. Vasif Əsədov 1988-ci ilin martında Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 1995-ci ildə isə Vasif Əsədov İndoneziyada baş tutan Asiya Çempionatını bürünc medalla başa vurdu. Vasif Əsədov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, uzunluğa tullanma turnirində 16.22 metr nəticə göstərdi və təsnifat mərhələsini 27-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Vasil Aprilov
Aprilov Vasil Yevstatiyev (21 iyul 1789, Qabrovo[d] – 2 oktyabr 1847, Qalas) – bolqar maarif xadimi, pedaqoq, yazıçı. Moskva yunan məktəbində, Braşova alman gimnaziyasında və Vyana Universitetində (1807–09) təhsil almışdır. Qabrovoda ilk bolqar dünyəvi məktəbinin əsasını qoymuşdur (1835). Yeni bolqar ədəbi dilinin yaradılması hərəkatının iştirakçısı olmuşdur. Aprilov təlim-tərbiyənin ana dilin də aparılması prinsipini müdafiə etmişdir. Elmi, pedaqoji əsərlərin müəllifidir.
Vasil Bıkov
Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] – 22 iyun 2003[…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı . Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır.
Vasif Haqverdiyev
Vasif Haqverdiyev (15 oktyabr 1978, Bakı) — Keçmiş azərbaycanlı futbolçu. Cinah müdafiəçisi kimi çıxış edib. "İnşaatçı"(Bakı), "Bakı fəhləsi", "Fərid", "Qarabağ", "Turan", "Xəzər Unversiteti", "MKT-Araz", "MOİK", "Standart", "Olimpik", "Kəpəz" klublarının formasını geyinib. Karyerasına 1993-cü ildə Bakının "İnşaatçı" komandasında başlayıb. 1996-cı ildə Bakının "Fərid" klubuna keçib. 1997-ci ildə "Bakılı" klubunun formasını geyinib. Azərbaycan çempionatının 1997–1998-ci il mövsümu başa çatdıqdan sonra əsas heyət oyunçularının çoxunu itirən "Qarabağ" klubu, heyətə gənc oyunçular dəvət etməyə başlayır. Bunlardan biri də Vasif Haqverdiyev olur. "Qarabağ" ilə ilk mövsümundə komanda çempionatda dörduncu yeri tutur. Çempionatdakı tutduğu yerə görə "Qarabağ" o zaman Avropanın üçuncu turniri olan "UEFA İntertoto Kuboku"nda iştirak imkanı qazanır.
Miloe Vasiç
Miloe Vasiç (serb. Милое Васић; 3 sentyabr 1869 – 4 noyabr 1956, Belqrad) Serbiyanın məşhur arxeoloqu və tarixçisi olmuşdur. O, Balkan yarımadasında, xüsusən də Serbiyada Neolit dövrünə aid arxeoloji qazıntıları ilə tanınmışdır. Vasiçin ən böyük nailiyyəti, Vinça mədəniyyətinin kəşf edilməsində və tədqiqində lider rolunu oynamasıdır. == Erkən həyatı və təhsili == Miloe Vasiç 1869-cu ildə Serbiyanın Vranje şəhərində anadan olmuşdur. Erkən yaşlarından etibarən tarixə və qədim mədəniyyətlərinə maraq göstərmişdir. O, Belqrad Universitetində təhsil almış və burada tarix və arxeologiya sahəsində dərin biliklər əldə etmişdir. Ali təhsilini başa vurduqdan sonra, Vasiç Almaniyada, Berlin Universitetində doktorantura təhsili almışdır. == Karyerası və kəşfləri == === Vinça mədəniyyəti və qazıntılar === Miloe Vasiçin arxeologiya sahəsində ən böyük töhfəsi, 1908-ci ildə Belqrad yaxınlığında, Dunay çayı sahilində yerləşən Vinça ərazisində aparılan qazıntılardır. Vasiç burada bir neçə mərhələdə qazıntılar aparmış və ilk dəfə Vinça mədəniyyətinin izlərini üzə çıxarmışdır.
Vasif Qafarov
Vasif Vaqif oğlu Qafarov (25 yanvar 1982, Cəngəmiran, Lerik rayonu) — AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri. Milli Məclisin 80 saylı Lerik-Astara Seçki Dairəsindən VII çağırış deputatı. == Həyatı == Vasif Vaqif oğlu Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. 1988-1999-cu illərdə Cəngəmiran kənd orta məktəbində təhsil alıb. 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani doktorantı olub. 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adına layiq görülüb. 2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub.
Vasil Lazaroviç
Vasil Lazaroviç (Ukraynaca:Василь Лазарович, 5 avqust 1981) Ukraynalı müğənni. Vasil Lazaroviç 2002-ci ildə İvano-Farnkovskidə Stefanık adına Universiteti bitirmiş və vokalist diplomunu almışdır. 2004-cü ildə Belarusda Mixail Finbergin rəhbərliyi altında orkestrin solisti işləyib. Elə həmin il Vitebskdə Slavyan bazarı (Славянский базар в Витебске) müsabiqəsinin iştirakçısı olub. 2007-ci ildə isə Yurmalada Yeni dalğa (Новая волна) mahnı müsabiqəsində 9-cu yerə çıxıb.
Vasif Abiyev
Vasil Qarvanliyev
Vasil Qarvanliyev (mak. Васил Гарванлиев; 2 noyabr 1984, Strumitsa[d]) — Vasil Makedoniyalı vokalistdir. 2019 Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniyanı təmsil edən Tamara Todevskanın vokalisti olmuşdur. 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansı əldə etsə də, yarışma ləğv edildi.
Vasil Yakuşa
Vasil Fyodaraviç Yakuşa (30 iyun 1958, Kiyev vilayəti – 24 noyabr 2020, Minsk) — Belarus avarçəkəni. 1980 Yay Olimpiya Oyunlarında gümüş, 1988 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanmışdır. Vasil Fyodaraviç Yakuşa 30 iyun 1958-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Fəaliyyətində ilk uğuru 1980 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Yakuşa qayıqlı avarçəkmədə gümüş medal almaqla qazanmışdır. Bundan sonra o, 1981 Dünya Avarçəkmə Çempionatına qatıldı və burada Sovet İttifaqını təmsil edərək səkkizinci oldu. 1982 Dünya Avarçəkmə Çempionatına da qatılan idmançı bu dəfə ikinci dəfə gümüş medal qazanmaqla ikinci uğurunu qazanmış oldu. 1983 Dünya Avarçəkmə Çempionatında o, dördüncü oldu. 1984 Yay Olimpiya Oyunlarına boykota görə qatıla bilmədi. 1985 Dünya Avarçəkmə Çempionatında da dördüncü olan Vasil Yakuşa 1 il sonra həmin çempionatda bürünc medal qazandı. 1988 Yay Olimpiya Oyunlarına qatılmaqla ikinci olimpiya oyununa qatılan Yakuşa tərəfdaşı Oleksandr Marçenko ilə birlikdə bürünc medal qazandı.
Vasil Şahnazaryan
Vasim Məmmədəliyev
Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942, Bakı – 13 oktyabr 2019, Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997). Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır. 1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant. 1978-ci ildən professor olmuşdur. 1981–1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı. 1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir. 1991–1992 — BDU-nun prorektoru.
Vasim Səccad
Vasim Səccad (30 mart 1941, Calandhar[d], Britaniya Hindistanı) — Pakistan İslam Respublikasının 9-cu prezidenti. Britaniya Hindistanının Calandhar şəhərində anadan olan Səccadın atası (Ədalət Səccad Əhməd), daha sonra Pakistanın Baş Seçki Komissarı olaraq Ali Məhkəmənin hakimi vəzifəsinə getdi. Səccad Lahor'a getməzdən əvvəl Britaniya Hindistanının Ordusunda və Pəncab Universitetində hüquq təhsili aldı. Rodos Təqaüdçüsü olaraq Oksfordşirə köçdü, burada Mülki Hüquq bakalavrını aldı və 1967-ci ildə Oksford Uadham Kollecindən Hüquqşünaslıq dərəcəsi aldı. 1968-ci ildə İç Məbəddəki Baraya çağrıldı. Pakistana qayıtdıqdan sonra Səccad Pakistanda vəkil kimi qəbul edildi və 1967-1977-ci illər arasında konstitusiya hüququ öyrətdiyi Pəncab Hüquq Kollecinə daxil oldu. Səccad 1985-ci ildə Senat üzvü olaraq mərkəz sağ Müsəlman Birliyinin üzvü olaraq seçildi və 1986-cı ilin sentyabrından 1988-ci ilin dekabrına qədər olduğu müddətdə Senatın sədri seçildiyi andan 1988-ci ilin dekabr ayına qədər qanun və ədliyyə naziri vəzifəsini icra etdi. 1997-ci ilə qədər. Bu müddətdə iki dəfə ümumi seçkilərdə Pakistanın Prezidenti vəzifəsini icra etdi. 1999-cu ildə Səccad, general Müşərrəfin çevrilişini dəstəkləyən bir qüsurlu bir qrupa qoşuldu və 2003-cü ildə Pakistan Senatında 2008-ci ildə siyasi təqaüdə çıxana qədər Evin Rəhbəri oldu.
Vasit (el)
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafazası
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafəzası
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafəzəsi
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı. Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur. Müğənni Rauf Adıgözəlovun qardaşıdır. Dirijor Yalçın Adıgözəlovun atasıdır. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Vaşaq
Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür. Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Aşiq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Adi vaşaq
Adi vaşaq (lat. Lynx lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Qasıq dağcığı
Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür.
Qasıq kurqanı
İnsan vücudunda və əsasən məməlilərdə qasıq kurqanı, yuvarlaq şəkildə olan bir yağ kütləsidir və qasıq sümüklərinin qasıq simptomunun üzərində olan yağ mübadiləsidir. Qadınlar üçün qasıq kurqanı, vulvanın ön hissəsini formalaşdırır. Böyük dodaqlar, klitor, üretra, vaginal bucaq və vulval vestibülün digər ətraflarını əhatə edən, pudental yarıq kimi tanınan şırımın hər iki tərəfində, kiçik dodaqlara (sözün əsl mənasında “böyük dodaqlar”) ayrılır. Yetkinlik yaşına çatmayan qızlarda qasıq tükləri yoxdur. Yetkinlik dövrünün başlanmasından sonra (12-14 yaşa qədər), qasıq əsasən təxminən böyük dodaqlara gedə bilən qasıq tükü ilə örtülü olur . Qasıq tez-tez Veneranın tüberküli (Latınca: Mons veneris ) adlanır. Bu sahədə sinir sonları vardır və toxunma və ya azacıq təzyiq, yaxud qıcıqlanma cinsi oyanışa səbəb ola bilər. Yetkin qadınlarda, çanaq üfüqi bir üst sərhədi olan tüklə örtülmüşdür - buna qadın tipli tük örtüyü deyilir. Yaşlı qadınlarda, menstruasiya dayandıqdan sonra, qasıq tüklənməsi azalır. Göstərilən qasıq tüklənməsi yumurtalıqların işləməsi ilə əlaqələndirilir.
Qasıq sümüyü
Vamıq Volkan
Vamıq D. Volkan (türk. Vamık D. Volkan; 1932, Nikosiya, Nikosiya rayonu[d]) — əslən Kipr türkü olan ABŞ psixiatrı. O, dialoq və qarşılıqlı anlaşma üçün münaqişəli qrupları bir araya gətirən 40 illik fəaliyyəti ilə tanınır. Bir çox digər mükafatları arasında Beynəlxalq Dialoq Təşəbbüsünün fəxri prezidentidir. Obyektlərin əlaqələndirilməsi yas tutanları (çox vaxt təsadüfi birləşmə yolu ilə) faktiki itki anına bağlamağa xidmət edən bir nəzəriyyədir. Bu, faktiki obyektlər, hərəkətlər və ya ölülərlə eyniləşdirmənin başqa formaları ilə əlaqəli ola bilər. Volkanın Edvard Bibrinqin əsəri üzərində qurduğu "yenidən kədər terapiyası" "ölüm keyslərini – onun necə baş verdiyi, xəstənin xəbərə reaksiyası və cəsədin görülməsi, dəfn mərasimi hadisələri və s. nəzərdən keçirmək üçün onları geri götürərək" patoloji yas tutanları azad etməyi planlaşdırırdı. Vikianbarda Vamıq Volkan ilə əlaqədar mediafayllar var International Dialogue Initiative (IDI) 2015 Sigourney Award Claude Moore Library-Historical Collections About Vamik Volkan "Migration". Ferhat.
Namiq Quliyev Natiq Oğlu
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. == Mənbə == Azərbaycan aşıqları və el şairləri. II cild.