Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Vaxtanq
II Vaxtanq — II Demetrenin edamından sonra 3 il boyunca gürcü kralı olmuşdu. Onu bu vəzifəyə Abaqa xan təyin etmişdi. Abaqa xanın qızı Ölcatayla evlənən Vaxtanq atasından 1 il əvvəl öldü və yerinə VIII David keçdi.
II Vaxtanq Tangik
II Vaxtanq Tangik (doğum və vəfat tarixləri bilinmir) – Aşağı Xaçın knyazı. Sərkis Zaxaryan və Saakanduxt Arsruninin qızı olan Xorişə xatunla evlənmiş, üç oğlu və üç qızı olmuşdur: 1214-cü ildə Böyük oğlu Həsən Cəlal Xaçın taxtına oturmuşdur.
I Vaxtanq
I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta – 502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi. == İslahatları == Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır. Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.
VI Vaxtanq
VI Vaxtanq (gürc. ვახტანგ VI) — XVIII əsr Kartli çarı, Gürcüstan dövlət xadimləri arasında ən məşhurlarından biri olmuş və ölkədə islahatlar etmişdir. == Həyatı == 15.9.1675də şahzadə Levanın və ilk həyat yoldaşı Tuta Qurielinin oğlu olaraq doğuldu. 1703-1714cü illər arasında qəyyum kimi hakimiyyətdə olmuşdu. 1707-1709cu illərdə "Vaxtanq qanunları" toplusunu yayımladı. 1714-cü ildə çar olmaq üçün İrana getsə də müsəlman olmadığı üçün qəbul olunmadı və həbs olundu. Qardaşı Yese yerinə çar qoyuldu. == Həbs illəri == Sulxan-Saba Orbelianini həbsdə ikən Fransa kralı XIV Lüdovikə səfir göndərib yardım istəyən çar eyni yardımı papa XIII İnnokentivə VI Karldan da istəmişdi. Həbsdən qurtulmağın başqa yolu olmadığını görüb 1716-cı ildə müsəlman olaraq Hüseynqulu adını almışdı və Azərbaycan bəylərbəyi olmuşdu. Oğlu III Bakar isə Kartli qəyyumu olmuşdu.
V Vaxtanq
V Vaxtanq yaxud I Şahnəvaz xan — Muxrani qolundan ilk Kartli çarı. == Həyatı == Çar I Rüstəm tərəfindən 1653-cü ildə vəliəhd təyin edilmişdi. II Abbas ona Şahnəvaz adını vermişdi. 1658-ci ildə çar elan olunmuşdu. == Hakimiyyəti == 1660-cı ildə Araqvi eristavı I Zaalı öldürtmüşdü. 1661-ci ildə oğlu I Arçili İmereti taxtına gətirmişdi. 1664-cü ildə I Arçili həm də Kaxetiya taxtına gətirdi. II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman Səfəvi (II Səfi) çıxdı. Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Kaxetiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (I Arçil) atası Şahnəvaz xanla məsləhətləşmədən İmeretiyaya qaçdı.
Vaxtanq Beridze
Vaxtanq Vukoloviç Beridze (gürc. ვახტანგ ვუკოლის ძე ბერიძე;30 may 1914, Kutaisi, Rusiya imperiyası – 21 dekabr 2000, Tbilisi) — gürcü sovet sənətşünası, sənətşünaslıq doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki (1974), professor, Georgi Çubinaşvili adına İnstitutun direktoru. Tiflisin fəxri vətəndaşı (1986). == Həyatı == Vaxtanq Beridze 30 may 1914-cü ildə dilçi alim, daha sonra Tbilisi Universitetinin professoru və Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü Vukol Mixayloviç Beridze və müəllim Elizabet Çxeidzenin ailəsində anadan olub. Ailənin yeganə övladı olan Vaxtanqın xaç atası yaxın ailə dostu, məşhur gürcü alimi Dmitri Uznadze idi. 1918-ci ildən Beridze ailəsi Tiflisdə yaşayırdı. Burada Vaxtanq fransız məktəbinə getmiş və əlavə təhsil almışdır. Üçüncü sinifdə isə gürcü məktəbinə keçmişdir. O, "Pələng dərisindəki cəngavər"in fransız dilinə tərcüməsinin müəllifi Elizabet Orbelianidən (qız soyadı Baqrationi) fransız dilini öyrənmişdir. Konservatoriya müəllimi Yevgeniya Çernyavskayadan musiqi təhsili almışdır.
Vaxtanq Kikabidze
Vaxtanq Kikabidze (19 iyul 1938, Tbilisi – 15 yanvar 2023, Tbilisi) — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi; Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı laureatı (1978). Gürcüstan parlamentinin VII çağırış deputatı (2020-2023). == Həyatı == Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb. Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb. O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək.
Vaxtanq Orbeliani
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;5 aprel 1812 – 29 sentyabr 1890, Tiflis) — gürcü şairi, romantiki, knyazı və general-mayoru. == Nəsl şəcərəsi == Gürcüstanın qədim aristokrat nəslinin nümayəndəsi idi. O, Polkovnik knyaz Vaxtanq Dmitriyeviç Orbelianinin (1769–1.03.1812) və Kartli-Kaxeti çarlığının sonuncudan əvvəlki çarı olan II İraklinin qızı knyaginya Təklə Baqrationinin (Fekla) (1776–1846) oğlu idi. == Həyatı == Vaxtanq Orbeliani 1812-ci il aprelin 5-də anadan olub. Onun atası, polkovnik Vaxtanq Dimitriyeviç Orbeliani gələcək şairin anadan olmasına iki ay qalmış üsyankar Kaxetiya kəndliləri tərəfindən öldürülüb. Atanın xatirəsinə oğula Vaxtanq adı verildi. Vaxtanqın anası Təklə Orbeliani çar II İraklinin ən kiçik sevimli qızı idi. Balaca Vaxtanq on üç yaşına qədər anasının himayəsi altında böyümüşdü. Anası ona oxumağı və yazmağı öyrətmişdi və Vaxtanqın dünyagörüşü onun təsiri altında formalaşmışdı.
Vaxtanq Qomelauri
Vaxtanq Qomelauri (gürc. ვახტანგ გომელაური; 24 dekabr 1975 və ya 24 dekabr 1974, Tbilisi) — gürcü siyasətçi, Gürcüstan Daxili İşlər naziri.
Vaxtanq Qorqasali
I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta – 502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi. == İslahatları == Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır. Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.
Vaxtanq Qorqasali heykəli
Vaxtanq Qorqasali heykəli – İberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir. == Tarixi == Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur. SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır. == Təsviri == Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.
Vaxtanq Qorqasalı
I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta – 502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi. == İslahatları == Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır. Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.
Vaxtanq Qorqasalı heykəli
Vaxtanq Qorqasali heykəli – İberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir. == Tarixi == Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur. SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır. == Təsviri == Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.
Vaxtanq Qorqasalı meydanı
Vaxtanq Qorqasalı meydanı (gürc. ვახტანგ გორგასალის მოედანი) — Tbilisi şəhərinin tarixi mərkəzində , tarixi rayon olan Kala (Qədim şəhərin) sərhədində yerləşir. Meydandan Metexi körpüsü keçir və Hovanes Tumanyan , Kote Abxazi, Şardeni, Zdaneviç qardaşları küçələri ilə kəsişir. == Tarixi == Hazırkı adını meydan 1958-ci ildə Gürcüstanın kral I Vaxtanq Qorqasalı (V əsr) şərəfinə almışdır. Şəhərin ən qədim kommersiya sahəsi hesab edilir. Bu rolu 1920-ci ilə qədər yerinə yetirdi. Kür çayı boyunca (Metexi körpüsü) şəhərdəki ən qədim bərə yerində yerləşirdi. Qala Dıvarında (kənarda) olduğu kimi, Qala (Tsixis Moedani) adlandırıldı. XIX əsrin ortalarına qədər yerləşmiş müsəlmanlar (azərbaycanlılar və farslar) adını Tatar meydanına dəyişiblər. Meydanın tarixi binasının bir hissəsi, xüsusilə Zubalaşvili karvansarası və Tbilisi şiə məscidi, 1951-ci ildə Metekxi körpüsünün yenidən qurulması zamanı tələf olmuşdur.
Vaxtanq Rçeulişvili
Vaxtanq Rçeulişvili (gürc. ვახტანგ რჩეულიშვილი; 1 yanvar 1954 – 13 aprel 2017) - gürcü iş adamı və siyasətçisi. 1992-2003-cü illərdə Gürcüstan parlamentinin üzvü, 1995-2003-cü illərdə Gürcüstan Sosialist Partiyasının lideri və Gürcüstanın ən böyük tikinti şirkəti Center Point Groupun təsisçisi idi. == Erkən karyerası == 1954-cü ildə Gürcüstan SSRİnin Tiflis şəhərində anadan olan Rçeulişvili 1977-ci ildə Tiflis Dövlət Universitetini fizika fakültəsini bitirir.1979-1982-ci illərdə Gənc Alimlər Klubunun vitse-prezidenti və 1982-1984-cü illərdə Gürcüstan Komsomol Mərkəzi Komitəsinin Müəllimlər Qrupunun rəhbəri olaraq çalışır. Daha sonra 1985-1987-ci illərdə Gürcüstan Milli Elmlər Akademiyasının İctimai Elmlər İnformasiya Mərkəzində işləmiş və 1987-ci ildən 1992-ci ilə qədər Gürcüstan Sülh Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. O, həmçinin bu dövrdə Gürcüstan televizor və qəzetlərində siyasi şərhçilik etmişdir. == Siyasi karyerası == Rçeulişvili 1992-ci ildə Eduard Şevardnadzenin rəhbərlik etdiyi Gürcüstan Vətəndaşları Birliyi partiyasından Gürcüstan parlamentinə seçildikdən sonra postsovet Gürcüstan siyasətində aktiv fiqura çevrildi. O, 1992-ci ildən 1995-ci ilə qədər parlamentin vitse-spikeri vəzifəsində işləmişdir. 1995-ci ilin avqustunda Şevardnadzenin hədəf alındığı avtomobil partlayışı nəticəsində yüngül xəsarət almışdır. Elə həmin il Gürcüstan Vətəndaşlar Birliyindən ayrıldı və Gürcüstan Sosialist Partiyasını qurdu.
Vaxtanq Taqavorazn
Vaxtanq Talavoraz (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı.Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir. Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır. 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır. Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik tərəfindən idarə edilən Aşağı Xaçın arasında bölünmüşdür. 1214-cü ildə Xudavəng monastırında Vaxtanqın məzarı üzərində, xanımı Arxuxatun və oğlanları tərəfindən kafedral kilsə inşa edilmişdir.
Vaxtanq Çabukiani
Vaxtanq Mixayloviç Çabukiani (gürc. ვახტანგ ჭაბუკიანი; 12 mart 1910 — 6 aprel 1992) — gürcü balet artisti, baletmeyster və pedaqoqu. SSRİ xalq artisti (1950). == Həyatı == Vaxtanq Çabukiani 12 mart 1910-cu ildə Tbilisidə anadan olub. Tbilisidə balet studiyasını bitirdikdən sonra Z.P. Paliaşvili adına Opera və Balet teatrının truppasına qəbul edilmişdir. 1926-cı ildə Leninqrad xareoqrafiya məktəbinə daxil olmuşdur. 1929 — 1941-ci illərdə Leninqrad Opera və Balet Teatrının solisti işləmişdir. Vaxtanq Çabukiani "Dağların qəlbi" (1938), "Laurensiya" (1939), "Otello" (1960) baletlərinə quruluş vermişdir. 1941-ci ildən Tbilisidə yaşamış, 1973-cü ilədək Z.P.Paliaşvili adına teatrın balet truppasına rəhbərlik etmiş, burada "Sinatle" (Q. Kiladze), "Qorda" (D. Toradze), "Demon" (S. Sinsadze), "Otello" (A.Maçavariani) və s. baletləri tamaşaya qoymuşdur.
Vaxtanqisi
Vaxtanqisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17 – 24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 2.592 nəfər (1.286 nəfəri kişilər, 1.306 nəfəri qadınlar) əhalinin 90 %-i etnik azərbaycanlılardan ibarətdir.
Vaxtanqisi (Qarayazı)
Vaxtanqisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17 – 24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 2.592 nəfər (1.286 nəfəri kişilər, 1.306 nəfəri qadınlar) əhalinin 90 %-i etnik azərbaycanlılardan ibarətdir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. “Yaxta” holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar.Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Antarktida vaxtı
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Atom vaxtı
Atom vaxtı-Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqlikli zaman standartıdır. Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır. == Kvars saatı == Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Efemerid vaxtı
Ephemeris zamanı (tez-tez ET kimi qısaldılmışdır) prinsipcə, hər hansı bir astronomik ephemeris vaxtdan asılı ola bilər. Praktikada aşağıdakıları göstərmək üçün daha dəqiq istifadə olunur: 1952-ci ildə IAU tərəfindən qəbul edilən və 1970-ci illərdə keçmiş köhnə standart astronomik vaxt miqyası. Bu vaxt miqyası 1948-ci ildə ortalama günəş saatının qeyri-müntəzəm olaraq dəyişən mənfi cəhətlərini aradan qaldırmaq üçün təklif olunmuşdur. Məqsəd Newtonun nəzəriyyəsinə əsasən vahid vaxtın (mümkün qədər) müəyyən edilməsi idi (aşağıda baxın: Earth Time (1952)). Ephemeris zamanı astronomik bir obyektin hərəkət dinamik nəzəriyyəsi vasitəsilə müşahidə mövqesindən əldə edilən vaxt və vaxt miqyasında aydın şəkildə müəyyənləşdirilmiş dinamik vaxt ölçülü konsepsiyanın ilk tətbiqi idi.JPL Ephemeris, zaman arqumenti ilə sayısal olaraq inteqrasiya edilmiş İnkişaf Orbitinin orbital ardıcıllığında tətbiq olunan müasir bir nisbi koordinatlıq vaxt miqyaslıdır. Bunlara geniş istifadə olunan DE405 ephemeris daxildir. Teph tərəfindən göstərilən vaxt miqdarı, hazırda IAU tərəfindən qəbul edilən TCB vaxt ölçüsüylə bağlıdır (offset və sabit dərəcəsi ilə) (bax JPL ephemeris vaxt sübutu Teph).Aşağıdakı hissələrin əksəriyyəti 1952 standartının ephemeris vaxtına aiddir. Bu, ehtimal ki, 1948-1952-ci illərdə ET təklif olundu və qəbul olundu, ancaq 1900-cü ilin yanvarınadək bu dövrün retrospektiv istifadəsi və Newcomb's Sun tabloları.1952 standartının ephemeris müddəti davam edən irs qoyur və ephemeris, mövcud standart SI müddəti boyunca ikincisi olaraq yaxından yayımlanır. == Tətbiq == Ephemeris vaxt Yerin ətrafında Yer kürəsinin hərəkətinə görə prinsipcə müəyyənləşdirilmiş olsa da, Yerin ətrafındakı ayın orbital hərəkətləri ilə adətən praktikada ölçüldü. Bu ölçmələr günəş hərəkətinin mənası baxımından, günəşin orta hərəkəti ilə əlaqədar olaraq, ayın orta hərəkətinin kalibr edilməsindən sonra ET-in əsas təyinatının ikincil həyata keçirilməsi (metrologiya baxımından) hesab edilə bilər.
Günəş vaxtı
Astronomiyada əsas zaman vahidi Yerin öz охu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ul­duz günü və s. Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir. Yəni, Is = 1/(24•60•60) =1/86400 - orta Günəş günü. Gün batımı və ya Günəş batması Yerin fırlanma nəticəsində üfüqün altındakı Günəşin yox olmasıdır.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Qış vaxtı
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Salvia vasta
Salvia vasta (lat. Salvia vasta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ulduz vaxtı
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır.Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. == Ulduz və Günəş vaxtı arasında əlaqə == Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür. Onda bir gündə Günəşin dönməsi μ = 24 h 365.2422 = 3 m 56 s .556 {\displaystyle \mu ={\frac {24^{h}}{365.2422}}=3^{m}56^{s}.556} olar.
Varta çayı
Varta (pol. Warta) — Polşada çay, Odra çayının sağ qolu. == Əsas göstəriciləri == Varta çayının uzunluğu-808 km olub, hövzəsinin sahəsi isə 53 700 km²-dir. Başlanğıcını Kiçik Polşa yüksəkliyindən götürən bu çay, Böyük Polşa düzənliyindən axır. Çayın su sərfi-215 m³/san-dir. Onun 350 km-i isə şlüzlarla tənzimlənir.
Yay vaxtı
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Ümumdünya vaxtı
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated, fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı - (ing. Zulu time, ru. зулусское время;;) – (slenq) zamanın Qrinviç meridianına görə qiymətini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.