1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.
2. Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. Vaxt nə tez gəlib keçdi.
3. Bir hadisənin, işin baş verdiyi, baş verəcəyi, yaxud baş verməli olduğu an, moment. İclasın vaxtını təyin etmək.
// Eyni mənada bəzən feillərdən sonra işlənir.
4. Dövr, zəmanə, çağ. Çar hökuməti vaxtında. Keçmiş vaxtlarda. Müharibə vaxtı. Uşaqlıq vaxtı. Axır vaxtlarda. Bizim vaxtımızda (yaşadığımız dövrdə, bizim dövrümüzdə).
5. Günün, ayın, ilin, yaxud mövsümüm müəyyən çağı. İstədiyin vaxtda gələ bilərsən.
6. Mövsüm. Ov vaxtı. Ağac əkmək vaxtı. Xırman vaxtı.
7. Əlverişli, münasib zaman; fürsət. Hər şeyin öz vaxtı var. Vaxtdan istifadə etmək. İndi çimməyin yaxşı vaxtıdır.
□ Vaxt qazanmaq – fürsət əldə etməyə çalışmaq. Firidun … hiss etdi ki, yoldaşları nə isə gizlədirlər.
8. Boş saat, işdən azad zaman. Gəlməyə vaxtım yoxdur. Vaxt olmadığına görə. Vaxtım olanda baxaram. Vaxt tapsan, bizə gəl.
9. Möhlət. Borcu qaytarmaq üçün vaxt vermək.
10. Nida mənasında: vaxtdır – vaxtı çatmışdır. Vaxtdır, evə getmək lazımdır.
◊ Vaxt gözləmir – tələsmək lazımdır (təcili iş haqqında).
Vaxt keçirmək – 1) vaxtını hədər yerə, səmərəsiz sərf etmək;
2) gün keçirmək, yaşamaq.
Vaxtı ilə – bir vaxt, bir zaman; keçmiş zamanda, keçmişdə. Vaxtı ilə o da səhnədə oynardı. Vaxtı ilə onun gözəl səsi var idi. Vaxtı ilə bura boş bir meydan idi.
Vaxtını öldürmək – vaxtını boş yerə, səmərəsiz sərf etmək.
Bəzi vaxt – arabir, bəzən, hərdənbir.
Bir neçə vaxt – bax neçə vaxt.
Bir vaxt – bax vaxtı ilə.
Bir vaxtda – eyni zamanda.
Bu vaxt – bu anda, bu əsnada, indi.
Heç (bir) vaxt – əsla, qətiyyən, əbəda.
Hər vaxt – həmişə, daima, hər zaman.
Neçə vaxt – bir müddət, bir qədər zaman.
O vaxt – o zaman, onda.
Söz vaxtına çəkər – haqqında söhbəti gedən keçmiş bir hadisənin zaman etibarı ilə həmin vaxtda baş verdiyini göstərmək üçün deyilir.