Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wade-Giles
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Bulbophyllum wadsworthii
Bulbophyllum wadsworthii (lat. Bulbophyllum wadsworthii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Waddingtonia
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Wadapus
Qomfrena (lat. Gomphrena) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Amaranthoides Mill.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
CAD
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
WAN
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur. Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar.
WAP
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Wap
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Çad
Çad (ərəb. تساد; fran. Tchad) və ya rəsmi adı ilə Çad Respublikası (ərəb. جمهوریة تشاد; fran. République du Tchad) – Mərkəzi Afrikada dövlət. Çad dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Liviya, şərqdən Sudan, cənubdan Mərkəzi Afrika Respublikası, qərbdən isə Niger, Nigeriya və Kamerunla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur. == Coğrafiyası == 1.284.000 kvadrat kilometr ərazisi ilə Çad, dünyanın ən böyük 21-ci ölkəsidir. Ərazisinin ölçüsü Perudan böyük, CAR-dan azca kiçikdir.
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
Klod Jad
Klod Jad (Claude Jade) Fransa aktrisası 8 oktyabr 1948 - 1 dekabr 2006) Gənc aktrisa aktyorluq ixtisası üzrə təhsil alıb. Teatrda onu Fransua Tryuffo kəşf etdi. Oğurlanmış öpüşlər (film, 1968) dəki Kristin baş rolu ilə məşhurlaşdı. Digər Fransua Trüffo filmlərində rol aldı ([Ailə ocağı, Qaçışda sevgi). Alfred Hiçkok (Topaz) və Sergey Yutkeviç (Lenin Parisdə) kimi rejissorlarla da oynadı. Fransız, Amerika, Belçika, İtalyan, Janpanik, Alman və Sovet filmlərində rol aldı.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Layoş Nad
Layoş Nad (mac. Nagy Lajos; d. 5 fevral, 1883, Apoştak – d. 28 oktyabr 1954, Budapeşt) — macar yazıçı və jurnalist, Koşut mükafatı laureatı (1948), Macarıstan Kommunist Partiyasının üzvü (1945) == Həyatı == Layoş Nad 5 fevral 1883-cü ildə Apoştakda anadan olub . O, 28 oktyabr 1954-cü ildə Budapeşt şəhərində vəfat edib. == Yaradıcılığı == Layoş Nad yaradıcılığa burjua mühitini tənqid edən novellalarla başlamışdır. 1919-cu il proletar inqilabını rəğbətlə qarşılamışdır. 1920-1930-cu illərdə demokratik məzmunlu felyeton və hekayələr yazmışdır. "Kişkunxalom" (1934), "Üç macar şəhəri" (1935), "Kəndin maskası" (1937) sosial, "Üsyankar" (1949), "Qaçqın" (1954) avtobioqrafik romanları var . == Mükafatları == Baumqarten mükafatı (1932, 1935 and 1938) Koşut mükafatı (1948) == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Nad (Fransa)
Nad (fr. Nades) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03192. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 81 yaşında (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 39.5%, 1999-cu ildə 41.3%). Fəal olan 32 nəfərdən 24 nəfər (12 kişi və 12 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi. Aktiv olmayan 4 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qad Elmaleh
Qad Elmaleh (19 aprel 1971, Kasablanka, Mərakeş) — əslən mərakeşli fransız aktyor və stand-up komediyaçı. Son şousunun adı "Papa est en haut" (azərb. Atam yuxarıda‎).
Sad Surəsi
38-ci surə Sad surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir). Surə adını birinci ayədəki "sad" hərfindən almışdı Məhəmməd peyğəmbərin risalətinə inanmayanların israrla və təkəbbürlə onun Allah Haqqına dəvətini təkzib edərək, Rəsulullaha qarşı çıxmasından bəhs edilir. Surə onların uydurmalarını rədd edir və izah edir ki, yalançı təkəbbür, çəkişmə və təfriqə ehtirası onları azğınlığa və elçinin çağırışlarına qarşı çıxmağa vadar edib. Onlardan əvvəl yaşamış keçmiş qövmlər haqqında bir sıra misallar verilmişdir ki, bu, onları inadkarlıq və çəkişmələrdən çəkindirsin və müşriklərin kin və hiyləsinə baxmayaraq, Allahın risalətini çatdırmaqda elçinin mövqeyini gücləndirsin. Sonra insanların əcdadı Adəmdən və onun düşməni Şeytan İblisdən bəhs edir ki, insanlar şeytanın öz vəsvəsəsi ilə onları təkəbbürə sövq etmək və onları həqiqətdən yayındırmaq istədiyini və qürurun şeytanın xüsusiyyəti olduğunu başa düşsünlər. və onun Allahın rəhmətindən qovulmasına səbəb oldu. . Öyüd-nəsihət ehtiva edən Qurana and olsun! ۝ Lakin iman gətirməyənlər təkəbbür və haqqla ixtilafda qalırlar. ۝ Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik.
Sevimli Dad
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. == Ölümü == Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. == Hakimiyyəti == Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Wal mart
Walmart Inc - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞ və Kanadada Walmart adı altında, Meksika və Mərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, Kanada və Cənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur. 2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir. Şirkət Walton ailəsi tərəfindən idarə olunduğu üçün ictimaiyyətə satılan ailənin sahib olduğu bir işdir.
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
Yad (roman)
Yad (fr. L'Étranger) – Fransa yazıçı Alber Kamü tərəfindən yazılmış roman. == Məzmun == Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur", – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır. == Azərbaycan dilinə tərcümələr == Alber Kamünün "Yad" romanı Qanun Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir (ISBN 2000110844639).