Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
P.Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Ceyms Mill
Ceyms Mill (ing. James Mill; 6 aprel 1773[…], Angus[d] – 23 iyun 1836[…], Kensinqton, Midlseks[d]) —Şotlandiya iqtisadçısı. == Həyatı == Con Stüart Millin atasıdır. == Fəaliyyəti == C. L. Milin "Kamiltonun fəlsəfəsinin tədqiqi" və Çarlz Darvinin "Növlərin mənşəyi" əsərləri Alfred Marşallın fəlsəfi dünyagörüşünə ciddi təsir göstərir və etikaya meyl göstərir. Məhz etika problemlərinin tədqiqi ilə o, iqtisad elminə gəlmişdir. Bu istiqamətdə C. S. Milin "Siyasi iqtisad" əsərinin ona böyük təsiri olur. Eləcə də 1868-ci ildə Almaniyaya Kantın əsərlərinin orijinaldan oxumaq fikri ilə səfəri də onun iqtisadi dünyagörüşünün formalaşmasına təsir göstərir. C. S. Milin 1848-ci ildə ilk dəfə dərc olunan əsəri 1871-ci ildə 7-ci dəfə düzəlişlərlə təkrar nəşr olunmuşdu. 1868-ci ildə Karl Marksın "Kapital" əsəri meydana çıxmışdı. 1871-ci ildə Cevonsun "Siyasi iqtisad nəzəriyyəsi" əsəri, 1871-ci ildə Karl Mengerin "Xalq təsərrüfatı haqqında elmin əsasları" və s.
Con Stüart Mill
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[…] – 8 may 1873[…], Avinyon) — ingilis mütəfəkkiri və iqtisadçısı. == Həyatı == Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir.
Mill Con Stüart
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[…] – 8 may 1873[…], Avinyon) — ingilis mütəfəkkiri və iqtisadçısı. Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir.
Mill Ends Park
Mill Ends Park (ing. Mill Ends Park) — dünyanın ən kiçik parkı; ABŞ-nin Oreqon ştatında, Portlend şəhərində yerləşir. Ginnesin Rekordlar Kitabına düşmüşdür. Parkın diametri cəmi 61 sm-dir. Mills End Park: World's Smallest Park.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. Flora caroliniana. 1788. Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Think Later
Think Later — Kanada müğənnisi Teyt Makreyin ikinci studiya albomu. 8 dekabr 2023-cü ildə RCA Records tərəfindən buraxılıb.
Crataegus ater
Crataegus ater (lat. Crataegus ater) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Daptrius ater
Daptrius ater (lat. Daptrius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin daptrius cinsinə aid heyvan növü.
Dromaius ater
Qara emu (lat. Dromaius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Indris ater
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Milvus ater
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Parus ater
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Periparus ater
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
İll Bill
Uilyam Braunşteyn (ing. William Braunstein — Quins, Nyu-York, 14 iyul 1972) Bruklin çıxışlı rep ifaçısı, prodüser. Non Phixion qrupu ilə məşhurluq qazanmışdır. Politik, cinsəllik və şiddət yönündə yazdığı sözləri ilə yanaşı, "Uncle Howie Records"-un qurucusu və prodüser kimi tanınır. Hal-hazırda La Coka Nostra qrupunun tərkibində fəaliyyət göstərir. Bundan başqa, qardaşı Ron da Necro ləqəbi ilə tanınan məşhur repçidir. 1994-cü ilin sonlarında 3rd Bass qrupunun üzvü olan MC Serch öz tələbəsi Sabac Redi DJ Eclipse və İll Bill ilə birləşdirərək Non Phixion qrupunu qurdu. Bundan sonra, İll Billin uşaqlıq dostu olan Goretex MC Serchlə freestyle etdikdən altı ay sonra qrupa qatıldı. MC Serch qrupun ilk albomu olan "The Future is Now" (azərb. Gələcək indidir‎) albomunda çıxış etmədi.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Harold Walter Bailey
Harold Volter Beili (16 dekabr 1899 - 11 yanvar 1996) — İngilis şərqşünas, İranşünas. O, XX əsrin ən böyük şərqşünaslarından biri hesab olunurdu.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902[…] – 13 oktyabr 1987[…], Sietl, ABŞ) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.
Walter Owen Bentley
[mənbə göstərin] Volter Ouen Bentli (ing. Walter Owen Bentley) — ingilis konstruktoru və Bentley Motor şirkətinin təsisçisi. Volter Bentli 16 sentyabr 1888-ci ildə Londonda anadan olub. Ailədə ondan başqa daha 8 nəfər olub. Bentli ilk əmək fəaliyyətinə dəmir yolunda başlayıb.Əvvəlcə Şimali Britaniya dəmir yolunun deposunda usta şagirdi, daha sonra "Atlantik" parovozunda ocaqçı işləyib. Amma tezliklə motosiklet yürüşlərinə həvəs göstərməyə başlayıb, sonra Londonda fransız avtomobillərinin satışı ilə məşğul olub. Klifton kollecini bitirdikdən sonra Volter mühəndis dərəcəsi alıb və aviasiya mühərriklərinin layihələşdirilməsində iştirak edib. Amma onun həvəsi avtomobil sahəsinə, daha dəqiq desək, avtomobil yürüşlərinə idi. O hətta bir neçə avtomobil yürüşlərində iştirak etmişdi. Məhz həmin dövrdə yaxşı hərəkət keyfiyyətlərinə malik avtomobil yaratmaq ideyası onun ağlına gəlib, elə bir avtomobil ki, bahalı avtomobillərə xas olan etibarlılıq və uzunömürlülük keyfiyyətini özündə birləşdirsin.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.
Atər mədəniyyəti
Atər mədəniyyəti — Şimali Afrikada(Mərakeş, Əlcəzair və Tunisin sahilyanı əzazilərindən Cənubi Böyük Səhradakı göllərədək) Mustye dövrünə aid arxeoloji mədəniyyət. Başlanğıc tarixi 28–25 min il əvvələ aiddir, son dövr tarixi aydın deyil. A.m 1870-ci illərdə Bir-əl-Atərdə (Əlcəzair) aşkar olunmuş və adı da bu yerlə əlaqədardır. A.m.-ə adi nukleuslar, sivri ucluqlar, ikiuclu mat-qab, sapı və iti kənarları olan üçkünc alətlər tapılmışdır. Antropoloji tapıntıların neandertallara yaxın olması ehtimal edilir.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Batler
Batler (dairə, Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Batler qraflığı (Alabama) — ABŞ-nin Alabama ştatında qraflıq.
Farer adalarının Milli Kitabxanası
Farer Adaları Milli Kitabxanası (far. Føroya Landsbókasavn) — Danimarka Krallığının tərkibində özünü idarə edən ölkə olan Farer adaları üçün milli kitabxanadır. O, həm ictimai, həm də tədqiqat kitabxanasıdır. Kitabxanada farer dilində yazılmış əsərlərin, farer dilinin başqa dillərdə yazdığı və ya onlar tərəfindən tərcümə edilmiş əsərlərin və Farer adaları haqqında yazılmış əsərlərin ən böyük kolleksiyası var. == Tarixi == Kitabxana 1828-ci ildə, Danimarkalı Amtmaður (qubernator) Kristian Lüdviq Tilliş (1825-30-cu illərdə vəzifədə idi) və onun Amtsrevisoru Jens Davidsen Færø Amts Bibliotek (Danimarka, 'Farer Şəhristanı Kitabxanası') üçün kitablar yığmağa başlayanda başladı. Onlara danimarkalı alim Karl Kristian Rafn və özəl vətəndaşlar kömək etdi və 5 noyabr 1828-ci ildə Kraldan illik maliyyə yardımı aldı. 1831-ci ildə kolleksiyaya 2860 cild daxil idi. Kitabxana 1830-cu ildə öz binasını aldı və Jens Davidsen 1878-ci ildə ölümünə qədər kitabxanaçı kimi xidmət etdi.1850-ci ilə qədər təxminən 5000 kitab var idi, lakin Farer parlamenti, Løgting, maliyyə ayırdığı zaman layihə 1878-1905-ci illər arasında dayandı. Kitabxana 1921-ci ildən başlayaraq, 1920-ci ildə kitabxanaçı kimi təhsil almış dilçi Mads Andreas Yakobsenin (1891–1944) rəhbərliyi altında çiçəkləndi. Farer dili münaqişəsi dövründə milli yazıçılar və siyasətçilər üçün toplaşma nöqtəsinə çevrildi.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Əxtər
Əxtər -(farsca ulduz deməkdir) M.T.Sidqinin 1892-ci ildə Ordubadda təsis etdiyi,yeni təlim-tədris üsulu ilə fəaliyyət göstərən ibtidai məktəb. Məktəbdə dərslər ana dilində aparılırdı. Lakin o zaman Azərbaycan dilində dərsliklə olmadığından M.T.Sidqi "Əxtər" məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı. "Əxtər əhalidən toplanan maddi vəsait hesabına fəaliyyət göstərirdi. Milli məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrilir. M.T.Sidqi 2 il "Əxtər" məktəbinə rəhbərlik etmişdir. Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini bu məktəbdə almışlar.