Mildred Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası.
Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi.
Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı.
Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi.
Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.