MİSL

is. [ ər. ]
1. Bənzər, oxşar, tay. Bunun misli ola bilməz.
– Hüsn içində görməmiş mislin fələk; Bunca dövranı ki, dövran eyləmiş. Nəsimi.
[Hacı Murad:] Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. S.S.Axundov.

□ Misli-bərabəri olmamaq (tapılmamaq, yoxdur) – tayı-bərabəri, oxşarı, bənzəri olmamaq (tapılmamaq, yoxdur).
Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada mislibərabəri tapılmaz. Koroğlu”.
[Bürcəliyev:] Ağbulaq turş suyunun bəlkə heç bütün dünyada əsla misli-bərabəri yoxdur. S.Rəhimov.

2. Dəfə, kərə. İki ilə üçün misli altıya bərabərdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MİSL misl bax tay 1; oxşar
  • MİSL bənzər — oxşar — tay
MİSQALLIQ
MİSLƏMƏ
OBASTAN VİKİ
Mislav Sever
Mislav Sever (d. 15 dekabr 1994) — Xorvatiyalı üzgüçü. Mislav Sever Xorvatiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mislav Sever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.61 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 34-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Misli Premyer Liqası
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.

Digər lüğətlərdə