Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Dell (dəqiqləşdirmə)
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir.
Deutsche Welle
Deutsche Welle — 1953-ci ildə yaranan Almaniya beynəlxalq xəbərlər telekanalı.
Die Welt
«Velt» (alm. Die Welt‎ ) — alman işgüzar elitasının nümayəndələri tərəfindən məşhur olan «Aksel Şprinqer-ferlaq» nəşriyyatının nüfuzlu (709 min oxucu) gündəlik qəzeti. Bir çox analitik material dərc edir. İlk buraxılış 2 aprel 1946-cı ildə Hamburqda İngilis işğal orqanları tərəfindən buraxıldı. Tirajı — 251.000 nüsxə. Nəşr mühafizəkar bir oriyentasiyaya sadiqdir və ispaniyanın El Pais, italyan La Repubblica, fransız Le Figaro, belçika Le Soir və isveçrə Tages-Anzeiger və Tribune de Geneve-in də daxil olduğu LENA (Leading European Newspaper Alliance) yaradıcı ittifaqının qurucularından biridir. Die Welt, 1946-cı ildə Hamburqda ingilis işğalçı qüvvələri tərəfindən Times qəzetinə əsaslanan "keyfiyyətli bir qəzet" çıxarmaq məqsədi ilə quruldu. Əvvəlcə xəbər və redaksiya məzmununu İngilis nöqteyi-nəzərindən yayımladı, lakin 1947-ci ildən biri İngilis və biri Alman olmaqla böyük məsələlərə dair iki aparıcı məqalə təqdim etmək siyasətini qəbul etdi. Qəzet Axel Springer tərəfindən 1953-cü ildə alınıb. 1993-cü ildə qəzetin tirajı 209 677 nüsxə təşkil edirdi.
Gertruda Bell
Gertruda Bell(ing. Gertrude Margaret Lowthian Bell; 14 iyul 1868[…] – 12 iyul 1926[…], Bağdad) — Böyük Britaniya kəşfiyyatçısı, yazıçısı, səyyahı, arxeoloqu. Gertruda Bell 14 iyul 1868-ci ildə Şimali-qərbi İngiltərənin Durham şəhərində dünyaya gəlmişdi. Londonda Queens Collegedə təhsil gördükdən sonra 1887-ci ildə Oxfordda Lady Margaret Hallün tarix bölümündən məzun oldu. 1891-ci ildə Farsca öyrənməyə başladı və xalasının əri Sir Frank Lascellesin Tehrana elçi olaraq təyin edilməsinə görə 1892-ci ildə onun yanına getdi. Eyni ilin sonunda İngiltərəyə döndü və bu səyahətinə dair qeydlərini nəşrə hazırladı. 1894-cü ildə "Safar Nameh, Persian Pictures" başlığı altında imzasız olaraq çap olunan və İran ilə Osmanlı dövləti haqqındakı görüşlərini Anadolu, İstanbul və Bursaya dair qısa təsvirlərlə anladan bu kiçik kitab ölümündən sonra 1928-ci ildə və 1947-ci ildə yenidən basılmış, 1949-cu ildə da Almanca olaraq nəşr olunmuşdur. Gertruda Bell 12 iyul 1926-cı ildə vəfat edib. Bell, Gertrude. Gertrude Bell: From Her Personal Papers 1914–1926.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Kristen Bell
Kristen Bell (ing. Kristen Anne Bell; 18 iyul 1980, Hantinqton-Vuds[d], Miçiqan) — ABŞ aktrisası və müğənnisi.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Maksimilian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Maksimillian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Mary Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Qrehem-Bell
Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir. Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır. Ən hündür nöqtəsi 509 metrdir. Ən iri gölləri — Melkoe, Şimal gölü. Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu. Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir. Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1–40 metr, eni isə 1000–1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Vilhelm Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Yell boğazı
Yell boğazı - (ing. Yell Sound) Şotlandiyanın Şetlənd arxipelaqına daxil olan Yell və Meylənd adaları arasında yerləşir. Boğaz sahillərində kiçik Biqqa, Lamba, Linqa, Littl-Po, Littl-Xolm, Makl-Xolm, Orfasey, Brozer, Semfri, Fiş-Xolm və Yunari adaları vardır. Sahilləri girintili-çıxıntılıdır. Bu səbəbdən burada çoxlu buxta və körfəz vardır. Ən irisi Sallom-Vo şimalda, qərb hissədə Ronas-Xill körfəzləri vardır. Yell adası sahillərində Barrovo, Komister, Ulsta, Vest-Senduik, Meylənd adasında Brey, Nirt-Po, Ollaberri, Toft, Xampavo kəndləri yerləşir. Toft və Ulsta arasında gəmi bərə fəaliyyət göstərir. Sallom-Vo buxtasında <<Sallom-Vo>> Neft terminalı vardır. Skotsda hava limanı vardır.
İan Bell
İan Bell — Şotlandiya jurnalisti, 1997-ci ildə siyasi jurnalistikaya göra Oruell mükafatına layiq görülmüşdür.
William Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Ebrend
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Arnem
Arnem (aşağı almanca: Ernem, almanca: Arnheim) Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər əvvəllər Sint-Jansbeek çayının sahilində yerləşirdi, lakin sonralar ərazisi böyüyərək "Nederrijn çayı"nın hər iki sahilinə qədər genişlənmişdir. Arnhemin şəhərin sərhədləri daxilindəki əhalinin sayı 159,265 nəfər (2019-cu ildə əhalinin ümumi siyahıyaalınmasının statistik məlumatlarına əsasən) olaraq müəyyən edilmişdir. Şəhər metropoliya regionu olaraq "Stadsregio Arnhem Nijmegen" metropoliya şəhərinin şimal hissəsini təşkil edir. Bu metropoliya regionunun əhalisinin sayı 722,181 nəfər (2010-cu ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən) təşkil edir. Bu statistik məlumat nəzərə alınarsa, Arnhem metropoliya şəhəri Hollandiyanın XV ən böyük şəhəridir. Arhem şəhərinin tarixi orta əsrlərə qədər gedib çıxır. Arnhem 1233-cü ildə Zutfen qraflığından şəhər olmaq hüququ əldə etmişdir. 1850-ci ildə cəmi 9000 nəfərlik əhalisi olan şəhər qərbi Hollandiyanın varlı adamlarının hesabına populyarlıq qazanmışdır. Arnhem Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır.
Alpinia carnea
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Digitalis carnea
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Ipomoea carnea
Ipomoea carnea (lat. Ipomoea carnea) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. Chand, Navin. "Impact toughness ofIpomoea carnea particulate-polyester composite". Journal of Materials Science Letters. Netherlands: Springer Netherlands. 6 (6). June 20, 2005: 695–697. ISSN (Print) 1573-4811 (Online) 0261-8028 (Print) 1573-4811 (Online) .
Jennifer Warnes
Cennifer Uorns - ABŞ musiqiçisi və aranjimançısı. Müğənni kimi, o, daha çox əsərlər üzərində etdiyi qeyri-adi interpretasiyalar ilə tanınıb.
Neoseiulus wearnei
Neoseiulus wearnei (lat. Neoseiulus wearnei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Typhlodromips yarnde
Warner Bros
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros.
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Aesculus × carnea
Qırmızıçiçək atşabalıdı (lat. Aesculus × carnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. Avropanın cənubunda və Şimali Amerikada, Ukraynanın cənub bölgələrində rast gəlinir. Hündürlüyü 15-25 m-ə çatan, yığcam yumru çətirli, möhkəm yarpaqlıdır; əsas zoğları şaquli yuxarıya istiqamətlənmiş, aşağı budaqları horizontaldır. Müxtəlif rəngli (çəhrayı-qırmızıdan tünd-qırmızıyadək), çiçəklərin uzunluğu 20 sm-dək olub, süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçəkləmə mayın axırlarında müşahidə edilir. Meyvələri seyrək, barmaqvari-mürəkkəb, tünd yaşıl, parlaq və ya yaşıldır. Calaqla çoxaldılması mümkündür. Payızda yarpaqları uzun müddət yaşıl rəngini saxlayır. Qışa, şəhər iqliminə, küləyə davamlıdır, ancaq quruluqdan əziyyət çəkir.
Warner Brothers
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Erythrina carnea
Əlvan eritrina (lat. Erythrina variegata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin eritrina cinsinə aid bitki növü.
Levi Varner
Levi Varner (9 aprel 1844, Saffild[d] – 14 avqust 1896[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı rəssam. == Həyatı == Varner Konnektikut ştatının Şeffild şəhərində anadan olub. O, 1896-cı ildə Nyu Yorkdakı Mərkəzi Parkda velosiped sürərkən baş verən qəza nəticəsində vəfat edib. == Yaradıcılığı == Gənc yaşlarında o, teleqrafçı işləyib. Yığdığı pul ilə 1869-cu ildə Parisə köçüb. Burada heykəltəraşlıq təhsili alıb. Eyni zamanda Jan-Batist Karponun köməkçisi kimi çalışıb. 1870–1871-ci illərdə təhsilini davam etdirərək Xarici Legiona daxil olub. 1872-ci ildə Nyu-Yorka köçüb. O, 1877-ci ildə Amerika Rəssamlar Cəmiyyətinin qurucularından biri və üzvü olub.
Warner Records
Warner Records (2019-cu ilə kimi Warner Bros. Records Inc. adlanırdı) — Warner Music Group-a məxsus olan səsyazma şirkəti.
Təll-Abyad
Təl-Əbyəz (bəzi mənbələrdə Təll-Abyad Tell-Abyad və ya Tel Abyad; ərəb. تل أبيض‎, hərf. ağ təpə, kürd. Girê Spî, türk. Tellebyad, klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir. Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur. Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.