Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərhad Xubanlı
Fərhad İslam oğlu Xubanlı — pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı == 1950-ci ildə 25 oktyabrda Gürcüstanın Saqareco rayo­nun­da) Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kən­dində anadan olub. === Təhsili === 1967-ci ildə doğulduğu kənddə orta məktəbini bitirib. 1967-1971-ci illərdə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültə­sində təhsil alıb. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 №-li orta məktəbdə müəllim işləyib. 1974-cü ildə Lənbəli kənd orta məktəbinə direktor müavini təyin edilib. O ,1993-2008-ci illərdə Az-nin Müəllimlər İnstitutunun Qazax filiyalinda S.S. Orbeliani adina Tbilisi Dovlət Pedaqoji Universitetinin Marneuli filiyalinda dekan işləmişdir. Sonralar 2010-2012-ci illərdə H.Əliyev adina Gürcüstan - Azərbaycan Humanitar Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. Hal-hazırda doğulduğu kənddə elmi-tedqiqat işini davam etdirir. === Elmi fəaliyyəti === 1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb.
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. == Həyatı == Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Xunan
Xunan (çin. sadə. 湖南, pinyin: Húnán ; tələffüzü, rəsmi olaraq: çin. sadə. 湖南省, pinyin: Húnán Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 211854.69 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 65.700.762 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 66.389.300 nəfər, inzibati mərkəzi Çanqşa şəhəridir.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kuban mədəniyyəti
Kuban mədəniyyəti — təxminən e.ə. 1100- e.ə. 400-ci illər Şimali və Mərkəzi Qafqazda Tunc və Dəmir dövrü mədəniyyətidir. Bu mədəniyyətin mövcudluğu dövrünə aid tapıntılar müxtəlif muzeylərdə nümayiş etdirilir. == Haqqında == Kuban mədəniyyəti Qafqazın qərb qismindəki Xaraçoy mədəniyyəti və Kolhis mədəniyyətindən əvvəl meydana çıxmış mədəniyyətdir. 1869-cu ildə Kuban kəndində döyüş baltaları, bəzək əşyaları və digər buna bənzər qədim əşyalar kəşf edildi. Bugün Maykopdan minlərlə Kuban mədəniyyəti dövrünə aid dəyərli əşyalar aşkarlanmaqdadır. Bunların əksəriyəti Maykopdakı milli muzeylərdə nümayiş etdirilməkdədir. Amjad Caiçuxa kimi bir çox elm adamı Kuban mədəniyyəti haqqında elmi tədqiqatlar aparmış və elmi əsərlər yazmışdırlar. Ən yaxşı nümunələr e.ə.
Kuban stadionu
Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. == Tarix == Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir. 2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir.
Kuban çayı
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Xunan qalası
Xunan qalası - Erkən orta əsrlərə aid alban abidəsi. == Xunan qalası orta əsr mənbələrində == Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdu. X əsr ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərmişdi. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmış, Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edirdi. Əl-Istəxrinin məlumatına görə, Bərdədən Gəncəyə 9 fərsəng, Gəncədən Şəmkirə 10 fərsəng, Şəmkirdən Xunana 21 fərsəng, Xunandan Qala ibn Qandamana 10 fərsəng, Qala ibn Qandamandan Tiflisə 12 fərsəngdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. Tədqiqatçı N.M.Quliyevin məlumatına görə Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Istəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa türkdilli digər adını - Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab (“böyük təpə üzərində qala”) adlandırmışdır. M.Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını çəkərək, yazırdı ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır..
Xunan şəhəri
Xunan şəhəri — orta əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş şəhər. Şəhərin qalıqları 2011-ci ilin may ayında Qazax rayonun İkinci Şıxlı kəndi yaxınlığında Kür və Xram çaylarının kəsişdiyi yerdə tapılıb.
Yuxarı Kuban
Kazak Yuxarı Kuban - Qaraçay-Çərkəs respublikasının qərb və şimal hissəsi və Stavropol diyarının son dərəcə cənub hissəsi (Rusiya Federasiyasının tərkib hissələri) olan Böyük Qafqazın şimal hissəsinin ətəklərindəki kazakların ərazisidir. == Tarixi == Bu ərazi 19-cu əsrin birinci yarısından (1828-ci il Rus-Türk Adrianople Barışına görə) Rusiyanın bir hissəsi oldu və 1860-cı ildən xətti Kuban kazaklarında məskunlaşdıqdan sonra Kuban hərbi bölgəsinin Batalpashi şöbəsində inzibati vahid oldu. 1918-ci ildən bəri burada Sovet hakimiyyəti quruldu. 1918-ci il aprelin 1-dən ərazi Kuban Sovet Respublikasının, 28 may 1918-ci il tarixindən - Kuban-Qara Dəniz Sovet Respublikasının bir hissəsi, 1918-ci il 5 iyul - 1918-ci il dekabrınadək - Şimali Qafqaz Sovet Cümhuriyyətinin bir hissəsi, 20 yanvar 1921-ci ildən - Dağ Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi idi. 26 aprel 1926-cı ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Batalpashinsky və Zelenchuksky rayonları KChAO-dan ayrıldı, 1928-ci il aprelin 30-da Cherkess Milli Rayonu ilə birləşdirildi (əvvəllər KChAO-dan ayrılaraq) Cherkess Muxtar Vilayətinə (o zaman Batalpın mərkəzində) bir mərkəzə sahib oldu. Sulimov şəhərinə, Yezhovo-Çerkessk və nəhayət - Çerkessk). 9 yanvar 1957-ci ildən etibarən ərazi yenidən qurulan Qaraçay-Çerkess Muxtar Vilayətinin bir hissəsi oldu (Stavropol diyarının bir hissəsi kimi). 1990-cı illərə qədər Kazaklar və ruslar Zelenchuksky əhalisinin 67% -ni, Urup bölgəsinin 77% -ni, Çerkessk şəhərlərinin 67% -ni və Prikubansky'nin qərb hissəsində və Qaraçevo-Çerkessiyanın Ust-Djegutinsky'nin (əvvəllər Batalpashinsky olan) bölgələrinin əhalisini təşkil etdi. 9 iyun 1990-cı ildə təsis dairəsində Zelenchuk kazak tərəfdaşlığı yaradıldı. 1991-ci ildə "Qaraçay-Çerkesiyanın slavyanları" ictimai-siyasi hərəkatını təşkil edən Verxnekuban kazak tərəfdaşlığı (Qaraçay-Çerkessiya ərazisindəki kazakların bütün ortaqlıqlarını birləşdirən, Kuban kazak ordusunun Batalpaşin bölgəsinə daxil olan kazakların regional bir təşkilatı) yaradıldı.
Xuran boğazı
Xuran boğazı (fars. تنگه خوران‎) — İranın cənub-qərbində Hörmüzgan ostanı ərazisində yerləşən boğaz. Boğaz Hörmüz boğazının bir hissəsi olaraq İran körfəzini Hind okeanının Oman körfəzi ilə birləşdirir. Materiklə Qeşm adası arasında yerləşir. Qərbdə Bəndər Lingə və şərqdə Bəndər Abbas şəhərləri arasında yerləşir. Qərbind Baseidu, şərqində Tebl-Hill burnu vardır. Mehran və Rude-Şur çayları boğaza tökülür. Şərq girişində Dukuhek adaları yerləşir. Materikdəki Bandar Pol ilə Qeşm adasındakı Laft arasında avtomobil bərəsi işləyir. Xuran boğazı 1975-ci ildə Ramsar ərazisi kimi beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi kimi təyin edilib.
Xuan Hormaçea
Xuan Hormaçea Doqfiş (5 iyun 1939, Santander – 1 dekabr 2020, Santander) — İspaniya siyasətçisi, Kantabriya Muxtar Bölgəsinin 3-cü və 5-ci prezidenti. == Bioqrafiya == Xuan Hormaçea Doqfiş 5 iyun 1939-cu ildə İspaniyanın Santander şəhərində anadan olmuşdur. === Siyasi həyat === Siyasi karyerasına 1973-cü ildə başlayan Hormaçea həmin il Santander Şəhər Şurasının müşaviri təyin edilmişdi. Daha sonra 1976-cı ildə bələdiyyə sədrinin birinci müavinliyinə qədər yüksəldi. 1977-ci il ümumi seçkilərindən sonra o, vəzifəsini qısa zamanda Santander bələdiyyə başçılığına qədər yüksəltməyə nail oldu. 1983-cü ildə Xalq Koalisiyasının müstəqil başçısı seçilən Hormaçea muxtar hökumətə sıçrayış edənə qədər, yəni, 1987-ci ilə qədər bələdiyyə başçısı vəzifəsini icra etdi. ==== 3-cü Prezidentlik dövrü (1987-1990) ==== 1987-ci ildə keçirilən Kantabriya prezident seçkilərində namizəd olan Xuan Hormaçea seçkilərdə yüksək səs toplayaraq Kantabriya Muxtar Bölgəsinin 3-cü prezidenti oldu. Prezidentlik dövründə Xose Maria Aznarın da arasında olduğu partiya üzvləri barədə narahatlıq doğuran açıqlamalar verdi. Bu da milli rəhbərlikdən dəstəyin azalmasına səbəb oldu. Dəstək getdikcə azalanda Hormaçeanın prezidentlik hökmü itirdi.
Xuan Kamara
Xuan Kamara (13 fevral 1994[…], Xaen, Əndəlüs) — Yarımmüdafiəçi.
Xuan Laporta
Xuan Laporta (29 iyun 1962, Barselona) — Barselona FK-nın hazırkı prezidenti. Xuan Laporta Barselonanın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Xosep Bartomeuya uduzmuşdu.Laportanın 2003–2010-cu illərdə Barselona FK-ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblenib. 2009-cu ildə isə Barselona il ərzində altı kubok qazanıb və rekorda imza atıb. Laporta böyük uğurlara imza atıb.
Xuan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954, Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur. 1978–1982ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır.
Xuan Mata
Xuan Manuel Mata Garsia (28 aprel 1988[…]) - ispan futbolçu. Türkiyə Super Liqa komandası "Qalatasaray FK"nın və İspaniya milli futbol komandasının şərəfini qoruyur. O, yarımmüdafiəçidir. == Klub karyerası == === Real Ovyedo və Real Madrid === Mata futbol həvəskar karyerasına atasının da tanındığı "Real Ovyedo" klubunda başlayıb. 15 yaşındaykən "Real Madrid" klubuna transfer olunmazdan əvvəl bu klubda 3 sezon çıxış etdi . 2006-cü ildə isə "Real Madrid"in əsas heyətinə qatıldı və burada cəmi bir mövsüm çıxış etdi. === Valensiya === Mata "Real Madrid"lə olan sözləşməsinin 1-ci maddəsinə əsaslanaraq 2006-cı ilin mart ayında "Valensiya" ilə 2007-2008 sezonu başlamaq üzrə olarkən bir müqavilə imzaladı. Müqavilənin müddəti 4 il idi. Burada 4 sezonda 129 oyuna 33 qol vura bilmişdir. === Çelsi === 21 avqust 2011-ci ildə "Çelsi" Matanı 23.500.000 avroya transfer etdi.
Xuan Montalvo
Xuan Mariya Montalvo i Fialos (isp. Juan María Montalvo y Fiallos) — Ekvador yazıçısı, publisisti. == Həyatı == Xuan Montalvo 13 aprel 1832 Ambato şəhərində anadan olmuşdur. O, 1869-cu ildə mürtəce çevrilişindən sonra mühacirətdə liberal müxalifətə başçılıq etmişdir. Publisistik məqalə və esselərində (məsələn, "Yeddi traktat" (1882), "Əxlaqi həndəsə" (nəşri 1902) və s.) istibdadı, hərbi diktaturanı, hakim siniflərin, kilsənin cinayətlərini, irqi ayrı-seçkiliyi ifşa etmişdir. O, 17 yanvar 1889-cu ildə, 56 yaşında Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir. == Əsərləri == Las catilinarias (1880) Capítulos que se le olvidaron a Cervantes (1868) Libro de las pasiones (1935) Siete Tratados (1882) Geometría Moral (1902) Judas (1872) == İstinadlar == == Əlavə ədəbiyyat == Pareja Diezcanseco, Alfredo (1989), Entry: "Juan Montalvo (1832-1889)"; In: Solé, Carlos A. (editor in chief) and María Isabel Abreu (associate editor), Latin American Writers - Volume 1; New York: Charles Scribner's Sons, 3 volumes. == Xarici keçidlər == Vikianbarda Xuan Montalvo ilə əlaqəli mediafayllar var.
Xuan Musso
Xuan Aqustin Musso (6 may 1994[…]) – İtaliya A Seriyasında çıxış edən Atalantanın argentinalı qapıçısı. == Karyerası == === Racinq Klub === Racinq Klubda ilk matçına 28 may 2017-ci ildə keçirilən Racinq Klub-San Lorenzo matçında çıxıb.Matç Racinq Klubun 2–1 hesablı qələbəsi ilə başa çatıb.11 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı. === Udineze === 11 iyul 2018-ci ildə Udineze ilə müqavilə imzaladı.Udinezenin heyətində ilk matçına 28 oktyabr 2018-ci ildə keçirilən Cenoa-Udineze matçında çıxıb. Matçın 67-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç 2–2 hesablı heç-heçə ilə bitib.2 iyul 2021-ci ildə Udinezedən ayrıldı. === Atalanta === 2 iyul 2021-ci ildə Atalanta ilə 4 illik müqavilə imzaladı.Atalantanın heyətində ilk matçına 14 avqust 2021-ci ildə keçirilən Yuventus-Atalanta matçında çıxıb. Matça start heyətdən başlayan Xuan Musso 83-cü dəqiqədə əvəzlənib. Matç Yuventusun 3–1 hesablı qələbəsi ilə başa çatıb.
Xuan Papiç
Xuan Papiç (22 dekabr 1970) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Xuan Papiç Çilini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Xuan Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895 — 1 iyul 1974) — Argentina hərbçisi və dövlət xadimi, 1946-1955 və 1973-1974-cü illərdə Argentina prezidenti. == Həyatı == 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ.Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə - İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. === Siyasi karyera === 1941-1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943-1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944-1945);sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Xuan Puyol
Xuan Puyol Qarsia (isp. Juan Pujol García; 14 fevral 1914, Barselona – 10 oktyabr 1988, Karakas) — II Dünya müharibəsi dövründə ikitərəfli agent. Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb. == Həyatı == Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır. Bir dəfə Xuan Puyol alman səfirliyinə müraciət edir və qatı nasist olduğunu, alman kəşfiyyatında işləmək istədiyini bildirir.
Xuan Quaydo
Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d]) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir. 11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir. Bu qərarı Argentina, Braziliya, Haiti, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Puerto-Riko, ABŞ, Çili, Ekvador hökumətləri, həmcinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro rəsmən tanımışdır (təşkilatın özü yox). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir. == Bioqrafiyası == === Həyatı === Quaydo aviaşirkətin pilotu və müəlimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Asambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır. Varqas şataında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalmışlar.
Xuan Rulfo
Xuan Rulfo (isp. Juan Nepomuceno Carlos Pérez Rulfo Vizcaíno, 16 may 1917, Apulko - 7 yanvar 1986, Mexiko) — meksikalı yazıçı.
Xuan Salamansa
Xuan Salamansa (6 mart 1967) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Xuan Salamansa Çilini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Xuan Syanfan
Xuan Syanfan(çin. 黄現璠,pinyin: Huáng Xiànfán; 13 noyabr 1899, Quansi, Fusuy - 18 yanvar 1982, Quylin) — Çin etnoloqu, pedaqoqu və tarixçisi, müasir Çincə etnoqrafiyanin banilərindən biri. == Həyatı == Xuan Syanfan 1899-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Junq mənşəlidir, Onun atası zəhmətkeş kəndli idi, o üç yaşında olanda anası vəfat etdi və atası ilə yaşayırmışdır. İbtidai təhsilini doğma kəndində alıb. Orta və lisey təhsilini eyni yerdə tamamladı.1926-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Elə həmin il o Pekin müəllimlər universitetinə girmiş, orada Çin tarixi və pedaqogika öyrənmişdir. 1932 -cü ildə oranı əla qiymətlərlə bitirmişdir. Eyni zamanda, tələbəlik illərindən başlayaraq, ara-sıra mətbuatda yazılarla çıxış etmişdir. Sonradan Pekin Müəllimlər Universitetinin Pedaqoji İnstitutunda daxil olmuş.
Xuan Ximenes
Xuan Ramon Ximenes (isp. Juan Ramón Jiménez; 23 dekabr 1881[…] – 29 may 1958[…], San-Xuan) — ispan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1956) == Həyatı == İspan şairi Xuan Ramon Ximenes Mantekon Əndəlisdə, bankir ailəsində dünyaya gəlmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Bu səbəbdən də Xuan arzusuna rəğmən Seviliya universitetində hüquqşünaslığı öyrənməyə başlamışdı. Lakin o, vaxtının çoxunu şəkil çəkməyə, kitab oxumağa, şeir yazmağa sərf edir, alman və fransız romantik poeziyasına maraq göstərirdi. 17 yaşında artıq Madrid mətbuatındakı silsilə şeirləri ilə diqqəti cəlb etmişdi. Onu təkidlə əyalətdən paytaxta çağırırdılar. Seçim qarşısında qalan Xuan Roman poeziyanın lehinə qərar vermiş və universiteti ataraq ədəbi şöhrət dalınca Madridə yollanmışdı. Gənc ispan şair və yazıçıları ilə birlikdə o, modernist istiqamətli "Helios" və "Renacimento" ("Dirçəliş") jurnallarının təsisində iştirak etmişdi. 19 yaşında "Bənövşələrin ürəyi" adlı ilk şeirlər kitabı çap olunmuşdu.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.