Səbinə Salmanova

Səbinə Qədir qızı Salmanova (1976, Sumqayıt) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı.

Səbinə Salmanova
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 45 saylı Sumqayıt dördüncü
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Doğum yeri
Təhsili

Səbinə Qədir qızı Salmanova 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbi başa vurduqdan sonra Bakı Dövlət Universitetində təhsil almış, buranı fərqlənmə diplomu ilə bitirmişdir.[1]

Səbinə Salmanova 2000-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmış, burada idarə rəisi, baş ədliyyə müşaviri kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.[1]

2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.[2] Milli Məclisin Hesablayıcı komissiyasının, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

  1. 1 2 "Yüksək vəzifədə çalışan sektor müdiri ilk dəfə deputat olacaq". sumqayit24.az. 2024-09-02. İstifadə tarixi: 2024-10-04.
  2. "Salmanova Səbinə Qədir qızı". Azərbaycan Respublikasının Milli Məclisi. İstifadə tarixi: 2024-10-04.