Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır. == Təsviri == Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2.
"Zəfər" ordeni ilə təltif edilənlərin siyahısı
"Zəfər" ordeni — Azərbaycanda Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş ali hərbi ordenidir. 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. 9 dekabr 2020-ci ildə Zəfər ordeni ilə 33 nəfər təltif edilmişdir.
30 Avqust Zəfər Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Adam zəfəranı
Adam zəfəranı — (lat. Crocus adamii J.Gay) Süsənkimilər (İridaceae Juss.) fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii,iv)+2ab(iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — zəfəran cinsinə aid bitki növü.Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır. Bunların arasında ən bahalısı ispanlara məxsus olan növdür və onun qiyməti 1000 dollar sayılır.
Ani Zəfər tağı
Zəfər tağı — Türkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis, türk. Ankara çiğdemi) — süsənkimilər fəsiləsinə, Zəfəran cinsinə daxil olan bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" — kitabda Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycanın dövlətçilik tarixi fonunda araşdırılır."Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyası Müqəddimə, Ön söz, 8 bölmə və Son sözdən ibarətdir. Bu kitab Əliyevşünaslıqda irəliyə doğru mühüm addımdır. == Ümumi məlumat == Əsərin I bölməsində ən qədim zamanlardan Azərbaycan Respublikasının meydana gəlməsinə (18 oktyabr 1991-ci il) qədərki dövrdə Azərbaycan dövlətçilik tarixinə nəzər salınır. "Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyasının II-VII bölmələri bilavasitə dahi dövlət xadiminin tariximizdəki əvəzsiz rolunun işıqlandırılmasına həsr olunub. Müəllif bu bölmələrdən hər birinə Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu real əks etdirən adlar seçmişdir: "Azərbaycan dövlətçiliyinin xilaskarı" (II bölmə); "Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası" (III bölmə); "Qurtuluş mübarizəsinin qalibi" (IV bölmə); "Yeni Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu" (V bölmə); "Ata yurdumuzun Atatürkü" (VI bölmə); "Heydər Əliyev — zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" (VII bölmə); "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (VIII bölmə)."Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının ən maraqlı bölmələrindən biri "Ata yurdumuzun Atatürkü" adlanan VI bölməsidir. Dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki milli öndərlik fəaliyyətinin, gördüyü böyük quruculuq işlərinin məktəb dərslikləri vasitəsilə gənc nəslə öyrədilməsi kimi çox gərəkli işə ilk dəfə məhz bu kitabın müəllifi - tanınmış tarixçi Yaqub Mahmudov başlamışdır."Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" adlı bölməsində Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə apardığı mübarizəsinin uğurları 2000-ci illərin ilk yarısındakı inkişaf göstəriciləri nümunəsində təhlil olunur, dahi şəxsiyyətin həyatının və fəaliyyətinin sonuncu mərhələsi ayrı-ayrı məqalələrdə araşdırılır."Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabına Yaqub Mahmudovun müxtəlif illərdə nəşr olunmuş məqalələri, həmçinin 2002-ci ildə çapdan çıxmış "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı monoqrafiyasındakı məqalələr də daxil edilmişdir. Əsər Heydər Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiram hissi ilə, həm də çox səmimi, aydın və anlaşıqlı bir dildə yazılmışdır. Bu kitab rus (2012) və ukrain (2013) dillərində də nəşr olunub. == İstinadlar == == Xarici keçidlər == Heydər Əliyev ideyalarının zəfər yürüşü ""Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib" (az.). https://az.trend.az.
I İnönü zəfəri
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. == Tarix == 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. == Döyüş == Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Murtaza Quluxan Zəfər
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Qazi Zəfər Əhməd
Qazi Zəfər Əhməd (benq. কাজী জাফর আহমেদ, 1939 – 27 avqust 2015, Dəkkə) — Pakistan və Banqladeşin siyasətçi və dövlət xadimi, Banqladeşin baş naziri (1989–1990). == Həyatı == Dəkkə Universitetinin tələbə hərəkatının liderlərindən biri idi. Tarix elmləri doktoru olub. O, Ayub Xan rejiminə qarşı (1962) xalq üsyanının tələbə liderlərindən biri idi, bu da müxalifətə qarşı təzyiqlərin yumşaldılmasına və siyasi liderlərin həbsdən azad edilməsinə səbəb oldu. O, Maoist siyasətçi, Şərqi Pakistan Tələbələr Birliyinin Baş katibi (1962–1963) idi. Daha sonra Tonqanın sənaye bölgəsində başlayan əmək hərəkatının liderlərindən birinə çevrildi. O, həmçinin Çin tərəfdarı olan fraksiyanın lideri idi, 1966-cı ildə Kommunist Partiyasından ayrıldı və 22 fevral 1970-ci ildə Şərqi Pakistan üçün ümummilli mitinqdə müstəqillik tələb edən ilk şəxslərdən biri oldu. 1967-ci ildən 1985-ci ilədək Bengal İşçilər Federasiyasının prezidenti idi. Banqladeş müstəqillik qazandıqdan sonra Abdul Hamid Xan Bxaşaninin Milli Avamist Partiyasına qatıldı və baş katibi oldu (1972–1974).
Sakarya zəfəri
Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə. Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi. == Nəticəsi == Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir.
Xəzər zəfəranı
Xəzər zəfəranı (lat. Crocus caspicus) — fəsiləsinin zəfəran cinsinə aid biki növü. == Arealı == Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. == Sinonim == Crocus boryanus var. caspius (Fisch. & C.A.Mey. ex Hohen.) Herb. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür.
Zəfər Abbasov
Zəfər Duman oğlu Abbasov (2 iyul 1971, Çobankənd, Gədəbəy rayonu) — Azərbaycan alimi, şairi, riyaziyyat üzrə fəlsəfə doktoru, pedaqoq, Qarabağ Müharibəsi veteranı. == Həyatı == Zəfər Abbasov 2 iyul 1971-ci ildə, Azərbaycan Respublikasının Gədəbəy rayonunun dilbər güşələrindən biri olan Çobankənd kəndində anadan olmuşdur. 1978–1988-ci illər Çobankənd kənd orta məktəbində oxumuş, orta təhsil almışdır.1989–1994-cü illər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. 1992-ci ildə, tələbə ikən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 078 saylı 16.03.1992-ci il döyüş əmrinə əsasən " Tələbələrdən" ibarət yaradılmış könüllü tağımın tərkibində " N" saylı Gədəbəy özünümüdafiə taborunun şəxsi heyyəti ilə birlikdə Gədəbəyin Ermənistanla sərhəd məntəqələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 2002–2006-cı illər müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Riyazi-analiz kafedrasında müəllim təyin olunmuşdur. 2006–2014-cü illər Gəncə Dövlət Universitetində Riyazi-analiz kafedrsında baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertant qəbul olnmuş, 2012-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz kafedrası üzrə Dosent elmi adı verilmişdir.
Zəfər Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Günü (Azərbaycan)
Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. == Zəfər Gününün təsis edilməsi == Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Zəfər Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Zəfər Günü (dəqiqləşdirmə)
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Hüseynov
Zəfər Hüseynov- Azərbaycanlı riyaziyyatçı alim, təhsil işçisi,"Əməkdar müəllim". == Həyatı və təhsili == Hüseynov Zəfər Qafar oğlu 1953-cü il sentyabr ayının 28-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə universitetdə təhsilini başa vurmuşdur == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim vəzifəsində işə başlamış, eyni zamanda Şuşa şəhər 4 saylı orta məktəbidə riyaziyyat müəllimi işləmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988–1989-cu illərdə Gəncə Dövlət Universitetində dosent, 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə Tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləmişdir. Z. Hüseynov 1994‒2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent, 2002-ci ildən isə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmiş, 05.01.2022-ci il tarixindən isə rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 90-dan çox elmi məqalənin, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. == Elmi əsərləri == Word 7.0 mətn redaktoru ilə işin əsasları ADPU-nun nəşri, 2001(dərs vəsaiti).
Zəfər Meydanı (Minsk)
Zəfər meydanı (belar. Пло́шча Перамо́гі, rus. Пло́щадь Побе́ды ) — Minsk şəhərinin mərkəzində, Müstəqillik küçəsi və Zakharau küçəsinin kəsişdiyi yerdə yerləşir. Zəfər Meydanı, Minsk şəhərinin ən əsas yerlərindən biridir. Yeni evlənənlər ənənəvi olaraq bu meydanda şəkillər çəkdirirlər. == Zəfər abidəsi == Qələbə ordeninin 3 metrlik bir surəti , meydanın ortasına inşa edilmiş 38 metrlik bir qranit sütunu taclandırır. Abidə 1954-cü ildə Sovet Ordusu əsgərləri və Belarus partizanlarının şərəfinə inşa edilmişdir. Heykəltrəşlar: Z. Azgur, A. Bembel, S. Selikhanau. Memarlar: U. Karol, G. Zagorski. == İnşa edilmə tarixi == 1958-ci ildən əvvəl meydanın adı "Kruqlaya" (Dairəvi) idi.
Zəfər Murtuzov
Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru. == Həyatı == Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub. == Şəxsi həyatı == Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib. == Mükafatları == 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zəfəranlı eli
Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya. == Tarixçəsi == Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir. === Zəfəranlı eli === Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı. Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir. === Cəmişgəzək eli === Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı. Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, «Çemişkezek deyincə, ağla kürd gəlir» deyir. Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir: «Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünki adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.».
Zəfərnamə (Mustovfi)
Zəfərnamə (fars. ظفرنامه‎, "Zəfər kitabı") — İran şairi Həmdullah Qəzvininin (1281–1339/1340) yazdığı epik poema. 75 min beytdən ibarət epik hekayə İranın ərəb işğalından monqol hakimiyyətinə qədərki tarixini araşdırır. Qəzvinini bu əsəri yazmağa vəzir və tarixçi Rəşidəddin Həmədani ruhlandırmışdır. Əsər Firdovsinin "Şahnamə"sinin davamıdır. Qəzvini əsəri yazmağa 1320-ci ildə başlamış və işini 1334-cü ildə tamamlamışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Melville, Charles. Ḥamd-Allāh Mostawfi // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica. Volume XI/6: Ḥājj Sayyāḥ–Harem I. London and New York: Routledge & Kegan Paul.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. == Tarixi == Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir. Hazırda nadir hallarda istifadə etmək olar. ..
Zərf
Zərf- Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq,daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər.Müxtəlif nümunələridə mövcuddur.
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi.Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Zəm-zəm suyu
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Ruhullah Zəm
Ruhullah Zəm (fars. روح‌الله زم‎; 27 iyul 1978, Tehran – 12 dekabr 2020, Tehran) — İran ictimai fəalı və jurnalisti. O, hökumət korrupsiyası haqqında sənədləri yayımlamaqla tanınır. Zəm 2009-cu ildə İran İnqilab Keşikçiləri tərəfindən həbs edilmişdi. Həbs edilməsindən və İranı tərk etməsindən sonra 2015-ci ildə "Amad News" adlı "Telegram" kanalı açan Zəm 2017–2018-ci il İran etirazları zamanı əhəmiyyətli jurnalistik fəaliyyət göstərmişdir. "Voice of America" portalının farsdilli bölməsi onu tez-tez buraxılışlarına dəvət edir. == Həyatı == Ruhullah Zəm 1978-ci ildə İranın paytaxtı Tehran şəhərində, ruhani ailəsində anadan olmuşdur. Onun atası Məhəmmədəli Zəm 1980–1990-cı illərdə müxtəlif dövlət vəzifələrində çalışmış bir islahatçı idi. Ruhullah Zəm 2009-cu ildə keçirilən etiraz aksiyalarına qoşulmuş, bir müddət Evin həbsxanasında saxlanılmışdır. O, 2011-ci ildə Əli Xameneiyə göndərdiyini açıq məktubda işgəncəyə məruz qaldığını bildirmişdir.
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Zəif dazı
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Zəif dazıotu
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. == Konsepsiyanın məzmunu == Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Zəy rayonu
Zəy rayonu (tatar. Zəy rayonı, Зәй районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Respublikanın Tukay, Sarman, Əlmət, Aşağı Kama rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Zəy şəhəridir. == Tarixi == 1920-ci ilə qədər Zəy rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasının bir hissəsi olur. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 10 fevral 1935-ci ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Almət və Tukay rayonlarına verilməsi ilə ləğv edilir. 1 fevral 1972-ci ildə bərpa edilir.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. == Məzmun == Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.
Zərf (nitq hissəsi)
== Zərfin quruluşca növləri == Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. === Sadə zərflər === Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit ,aşağı, gündüz, yavaş,rahat,asta və.s ==== Düzəltmə zərflər ==== Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir: -ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca, ingiliscə xırdaca, astaca və s. -casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə, qorxaqcasına və s. -yana², -anə: dostyana, dahiyanə, şairanə zarafatyana və s. -da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə, yayda və s. -dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s. -la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s. -akı²: yanakı, çəpəki və s. -ən: daxilən, qəsdən, ruhən, qəlbən, qəflətən və s.
Zəy dərəsi nekropolu
Zəy dərəsi nekropolu — eyni adlı yaşayış yerinin yaxınlığında nekropol. Sahəsi 0,5 hektara yaxındır. Nekropoldakı qəbirlər yamacda, dərənin qırağında yerləşdiyi üçün təbii aşınma nəticəsində dağılmışdır. Buna görə də oradakı qəbirlərin tipini müəyyənləşdirmək çətinlik törətmişdir. Nisbətən salamat qalmış qəbirlərin tədqiqinə əsasən oradakı qəbirlərin daş qutu tipli olduğunu qeyd etmək olar. Nekropol-dan tapılan çəhrayı rəngli küpə tipli qablar yaşayış yerindən əldə olunmuş keramikalarla oxşarlıq təşkil edir. Onların hər ikisinin ağız kənarı azca xaricə qatlanmış və hər iki səthi şüyürlənmişdir. Yaşayış yerindən və nekropoldan əldə olunmuş küpə tipli qablar Haçaqaya, Dəmyələrlə yanaşı, Haqqıxlıq, Muncuqlutəpə, Gəncəçay və digər abidələrdən tapılan qablarla oxşarlıq təşkil edir. Abidə e.ə.
Əshabi-Kəf mağarası
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər.
Zəy dərəsi yaşayış yeri
Zəy dərəsi yaşayış yeri — Ordubad rayonunun Tivi kəndinin ərazi-sində, Gilançayın sol sahilində yerləşir. Sahəsi 2 hektara yaxın-dır. Abidə şərq tərəfdən dərin dərə ilə iki hissəyə bölünmüşdür. Yaşayış yerinin xeyli hissəsi sel sularının və Gilançayın təsirin-dən dağılmışdır. Oradakı tikili qalıqlarının yerində daş yığınla-rı, üzərini otlar örtən dördkünc formalı çalalar qalır. Yaşayış yerindən əldə olunmuş keramikalar boz və çəhrayı rəngli ol~maqla iki qrupa bölünür. Onların əksəriyyəti narın qum qarışığı olan gildən hazırlamışdır. Açıq çəhrayı rəngli çölmək tipli qa-bın ağızının kənarı bir qədər içəri yığılmışdır. O narın qum qa-rışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, hər iki səthi ha-marlanmışdır. Tünd çəhrayı rəngli küpə tipli qabın ağzının kənarı azca içəri qatlanmışdır.
Nef
Nef bir bazilika kilsəsinin mərkəzi dəhlizi və ya bir kilsənin arxa divarı ilə kəsişməsinin ən uc nöqtəsi arasında olan əsas gövdəsi və dəhlizdəki transept adlanan çarpaz nefdir. Bu ruhban təbəqəsindən olmayan xristianlar (laika) tərəfindən əldə edilə bilən kilsə ərazisidir.
Zea
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Zefs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) - Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biri. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz, qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. == Zevs == Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Zen
Zen buddizmi — buddizm cərəyanlarından biri. VI əsrdə Çində meydana gəlmiş və Yaponiyada geniş yayılmışdır. Dzen-Buddizmin əsasını Budda ilə bütün varlıqların vəhdəti haqqında təsəvvür, bütün nəzəri metodlardan yüksəkdə duran dao-təbii yolla haqqında təşkil edir. Digər məktəblərdən fərqli olaraq Dzen-Buddizm "ani şüalanma" ideyasını, həqiqətin-satorinin əldə edilməsini təbliğ edir. Dzen-Buddizmin irrasionalizmi və intuitivizmi,onun ekzotik mərasimləri Qərbi Avropa və Amerika filosoflarını xüsusilə son onilliklərdə özünə cəlb edir.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Bi-Zet
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə. == Toksiki xassələri == Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
Cef Brices
Ceff Brices — ABŞ aktyoru. == Şəxsi həyat == Bridges 1977-ci ildə Syuzan Gestonla evləndi. 19 oktyabr 2020-ci ildə Bridges ona lenfoma diaqnozu qoyulduğunu və kimyaterapiyadan keçdiyini açıqladı. Bridges, müalicə zamanı COVID-19 ilə müqavilə bağladığını da açıqladı və bunun xərçəngin "bir parça tort kimi görünməsinə" səbəb olduğunu söylədiyi çətin bir təcrübə olduğunu qeyd etdi. O, hazırda COVID-19-a qarşı tam peyvənd olunduğunu söylədi.
Cef Plumb
Cef Plumb (6 oktyabr 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cef Plumb Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Def Leppard
Def Leppard — 1977-ci ildə qurulmasına baxmayaraq, səsini əsl mənada 80-ci illərin sonunda "Hysteria" adlı albomuyla eşitdirə bildi. Sonradan qrupa qatılan Joe Elliot və Steve Clark ilə hal-hazırkı halını alan Def Leppardın ilk albomu "High Dry", arxa plan vokalları ilə diqqət çəksə də müvəffəqiyyət qrafikinin aşağı olduğu bir iş olaraq xarakterizə edildi. "Pyromania" albomlarının 7 milyondan çox satmasıyla bir anda 80-ci illərin ən müvəffəqiyyətli qrupları arasına girdilər. Def Leppard 1995-ci ildə 24 saat içərisində 3 fərqli qitədə konsert verərək Ginnesin Rekordlar Kitabına girmişdir. == Qrup haqqında == Qrup 1977-ci ildə Rick Savage, gitarada Pete Willis, vurma alətlərdə Tony Kenning tərəfindən Atomic Mass adıyla quruldu. Qrupun üzvləri Tony Kenning ilə Steve Clark arasında yaşanan problemlər nəticəsində Tonny Kenning qrupdan ayrıldı və yerinə Frank Noon gəldi. Bu heyətlə ilk EP "Getha Rocks Off" yayımlandı, lakin bu EP'dən sonra Frank Noon da qrupdan ayrılınca yerinə Rick Allen gəldi. Bu heyətlə 1981–87 arası çıxan 3 albomun prodüserliyini AC/DC'nin prodüseri Robert John "Mutt" Lange öz boynuna götürdü. 1980-ci ildə çıxardıqları "On Through the Night", 1981-ci ildə çıxan "High 'n' Dry'"-da da bir heyət dəyişikliyi yaşayan qrupda gitarist Pete Willisin yerinə Phil Collen keçdi və 1983-cü ildə çıxan "Pyromania" ilə adını yavaş yavaş eşitdirməyə başladı. 6 milyon satış rəqəminə çatan bu albom, qrup üçün qəti bir dönüş nöqtəsi idi.
Katrina Kef
Katrina Kaif — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983–cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır.Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Nef (kommuna)
Nef (fr. Neffes, oks. Nefas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05092. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 726 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 486 nəfər (15–64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 156 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,9%, 1999-cu ildə 73,6%) idi. 330 aktiv adamdan 307 nəfəri (159 kişi və 148 qadın), 23 nəfəri işsizdir (10 kişi və 13 qadın).
Nef Stadion
Türk Telekom Arena (qısaca TT Arena), ya da Ali Sami Yen İdman Kompleksi (Nef Stadion) — Türk Telekom Arena İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Türk Telekom Arena, Bursa Timsah Arena və Vodafone Arena stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Türk Telekom Arena cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Yevno Azef
Yevno Fişeleviç (Yevgeni Filippoviç) Azef (rus. Е́вно Фи́шелевич (Евге́ний Фили́ппович) А́зеф; 1869[…], Lıskovo[d] – 24 aprel 1918, Berlin) — Rusiya siyasətçisi, Sosialist İnqilabçılar Partiyası, onun döyüş təşkilatının yaradıcılarından və rəhbərlərindən biri. == Həyatı == Yevno Fişeleviç Azef 1869-cu ildə Rusiya imperiyasında, indiki Belarus ərazisində anadan olmuşdur. O, 1892-ci ildən polis idarəsinin məxfi zabiti olmuşdur. Azef 1899-cu ildə Sosialist İnqilabçıların Şimal İttifaqına qoşulmuşdur. O, 1901-ci ildə Sosialist İnqilabçılar Partiyasının təşkilatçılarından biri olmuşdur. 1903-cü ildə Azef faktiki olaraq Sosialist İnqilabçılar Partiyasının Döyüş Təşkilatına rəhbərlik edirdi. O, 1904-cü ildə Vyaçeslav fon Pleve və 1905-ci ildə böyük knyaz Sergey Aleksandroviçin qətllərinin təşkilatçısı idi. Eyni zamanda, Azefin 1901-ci ildə Xarkovda Sosialist İnqilabçılar Partiyasının nümayəndələrinin qurultayını polisə verməsi ilə 1905-ci ilə qədər döyüş təşkilatının demək olar ki, bütün tərkibi ifşa olunmuşdur. 1908-ci ildə onun fəaliyyətinə görə döyüş təşkilatının yeddi üzvü ifşa olunmuşdur.
Zel (mifologiya)
Zel (yun. Ζῆλος — "rəqabət", "qısqanclıq", "paxıllıq") — yunan mifologiyasında rəqabət və qısqanclıq tanrısı titan tanrı Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) qardaşı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi.
Lütfəli bəy Azər
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. == Həyatı == Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
İbrahim bəy Azər
İbrahim bəy Əli bəy oğlu Fuladov (və ya Poladov) (1836 – 1885) — şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Əli bəy Fuladovun oğlu və Abdulla bəy Asinin kiçik qardaşı. == Həyatı == İbrahim bəy Əli bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu. === Təhsili === Atasını erkən yaşlarda itirdiyindən babası Qasım bəy Zakirin himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında, daha sonrakı təhsilini mədrəsədə almışdır. Mədrəsədəki təhsilinə daha sonra qəza məktəbində davam etdirmişdir. Rus və fars dillərini bilmişdir. == Fəaliyyəti == Təhsilini tamamladıqdan sonra bir müddət mədrəsədə çalışmış, daha sonra isə dövlət qulluğunda işləməyə başlamışdır. Dövlət qulluğundakı fəaliyyəti boyunca qəza idarəsində II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdır. Quberniya katibi çini almışdı.
ADF
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Azər
Azər (ay)
Azəz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
BFƏ
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.