Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəkiyyə Cəfərova
Zəkiyyə Həsənova
Zəkiyyə Mahmudova
Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub. 1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Zəkiyyə Mustafayeva
Zəkiyyə Qiyasbəyli
Zəkiyyə Qiyasbəyli' (Tam adı:Zəkiyyə Nadir qızı Qiyasbəyli; d.30 dekabr 1932, Tbilisi) — Ədəbiyyatşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor. Zəkiyyə Qiyasbəyli 30 dekabr 1932-ci ildə Tbilisi şəhərində müəllim ailəsində anadan olmuş, Tbilisidəki M. F. Axundov adına 97 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında başlamışdır. 1992–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir. 1993-cü ildə Təfəkkür Universitetinin filologiya fakültəsində professor, 1997–2002-ci illərdə dekan vəzifəsində çalışmışdır. Zəkiyyə xanım 1971-ci ildə Mehdi Hüseynin əsərlərində "Fəhlə-neftçi surətləri" adlı elmi işini müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə "Azərbaycan sovet ədəbiyyatında ictimai fəal qəhrəmanın təkamülü" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Zəkiyyə xanım Qiyasbəyli ədəbi yaradıcılığa publisistik yazılar, tənqidi məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: "İllər və insanlar" (1980), "Bu günün həqiqəti" (1980), "Söz və iş" (1982), "Dama-dama göl olar" (1987) adlı kitabların tərtibçisi olmuşdur. Zəkiyyə Qiyasbəyli həmçinin bədii tərcümə ilə də ardıcıl məşğul olur.
Zəkiyyə İsmayılova
İsmayılova Zəkiyyə Cəbrayıl qızı (d. 12 avqust 1941- Tovuz rayonu) — farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru (1991) və professoru (1992) Zəkiyyə İsmayılova 1941-ci il avqustun 12-də Tovuz şəhərində anadan olmuşdur. Ali təhsilini 1959-1964-cü illərdə Leninqrad Kimya-Əczaçılıq İnstutunda previzorluq ixtisası üzrə almışdır. Daha sonra Leninqrad Universitetinin hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İnstitunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərmişdir. 1967-ci ildən Zəkiyyə xanım Azərbaycan Tibb Universitetinin farmakklogiya kafedrasında assistent (1967-70), baş müəllim (1970-77), dosent 1977-91), 1991-94 illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən isə həmin kafedranın professorudur. Zəkiyyə İsmayılova Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri İlyas İsmayılovun həyat yoldaşıdır. Zəkiyyə İsmayılova bir çox beynəlxalq elmi konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. O, 143 elmi əsər və məqalənin, eləcə də, 5 ixtiranın müəllifidir.
Zəkiyyə Cəfərova (Uşaq)
Zəviyyə
Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir. 1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir. Zaviyə quru tropik bir iqlimə sahibdir.
Zəviyyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zəkiyə Sultan
Zəkiyə Sultan (12 yanvar 1871, Konstantinopol – 13 iyul 1950, Po[d]) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Zəkiyə Sultan 12 yanvar 1871-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Əbdülhəmid Əfəndi, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. Atasının taxta çıxmasından bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Yıldız sarayına köçürülən Zəkiyə Sultan ilk təhsilini qardaşı Səlim Əfəndi, Sultan Əbdüləzizin övladları Şövkət Əfəndi, Seyfəddin Əfəndi və Əsma Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Burada coğrafiya, din, musiqi və Osmanlı türkcəsi dərsləri alan Zəkiyə Sultan eyni zamanda ingilis və fransız dillərini də öyrəndi. 1887-ci ildə atasının istəyilə Qazi Osman Paşanın böyük oğlu Nurəddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 20 aprel 1889-cu ildə Yıldız sarayında baş tutdu. Eyni mərasimlə Sultan Əbdüləzizin qızları Saliha Sultan, Nazimə Sultan və Əsma Sultan da evləndirildilər. Nikah mərasimində bəyin vəkili olaraq dövrün sədrəzəmi Mehmed Kamil Paşa iştirak etdi.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Zəkəriyyə
Qurani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olunubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir. Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Zəviyə
Zaviyə
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Mirfateh Zəkiyev
Mirfateh Zəkiyeviç Zəkiyev (14 avqust 1928, Zəype[d], Bəyrəkə[d], Buqulminsk kantonu[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 18 avqust 2023, Moskva) – tatar türkoloq, filosof, dilçi, ictimai xadim və müəllim. Tatarıstan Respublikasının Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, Qalimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun leksikologiya və dialektologiya kafedrasının müdiri, Beynəlxalq Türk Akademiyasının Tatarıstan bölməsinin akademik-katibi, Türk Dilçilik Cəmiyyətinin üzvü, Avrasiya Milli Beynəlxalq Türkşünaslıq Mərkəzi Rəyasət Heyətinin fəxri üzvü,, Tatar Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Başqırd Dövlət Universitetinin fəxri doktoru (2011), Tatarıstan MSSR Ali Sovetinin sədri (1980-1990). Tatarca və digər türk dilləri məsələsində araşdırmalar etmişdir. Zəkiyevin türk xalqları barədə araşdırmaları da vardır. Tatar dilinin akademik qramatikası adlı geniş həcmli əsərində taat dilinin qramatik əsaslarını incələmişdir. Zəkiyev ön türk dillərinin hind-avropa dillərinin çıxış nöqtəsi olduğunu iddia etməkdədir. Zəkiyevə görə, şumercə, antik yunanca, islandca, etruskca və kritcə türk kökənli dillər olmuşdurlar. Bundan əlavə, şumerlər, skiflər və sarmatlar da türk olmuşdurlar. "Hezerge Tatar edebi tele, Syntax", Kazan, 1958, in Tatar ("Хәзерге татар әдәби теле. Синтаксис", Казан, 1958) "Syntactic structure of the Tatar language", Kazan, 1963, in Russian ("Синтаксический строй татарского языка", Казань, 1963) School textbooks on Tatar language for upper grades of Tatar schools, republished from 1964 on.
Qazaxıstanda səhiyyə
Qazaxıstanda tibb — hər bir ölkədə olduğu kimi, Qazaxıstan vətəndaşlarının sağlamlığı və rifahını qorumağa çağırılır. Qazaxıstanın səhiyyə sistemi hazırda bazar münasibətlərinə keçid mərhələsindədir. Qazaxıstan Respublikasında səhiyyə sahəsində dövlət tənzimlənməsi Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin səlahiyyətlərinə daxildir . Son illərdə dövlət səhiyyə sistemində islahatlar və inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. 2002-ci ildə Səhiyyə ili elan edildi, İslahat və Səhiyyə İnkişafı Dövlət Proqramı qəbul edildi, pulsuz tibbi xidmətin siyahısı daim genişlənir. Hal-hazırda, Qazaxıstan Respublikası Hökuməti vərəm, diabet, QİÇS, onkoloji xəstəliklərin müalicəsinə, həmçinin yod çatışmazlığı probleminə ciddi diqqət yetirir. Bütün bu sahələrdə müvafiq dövlət proqramları qəbul edilmişdir. 2011-2015-ci illər arasında Qazaxıstanda sağlamlığın inkişafı Dövlət Proqramı "Salamatty Kazakhstan" həyata keçirildi. Bu proqram çərçivəsində ana və körpə ölümünün göstəriciləri azaldı. Kardiologiya və ürək əməliyyatı üçün təkmilləşdirilmiş göstəricilər isə çoxaldı.
Rameş Zəkiyev
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Zeydiyyə
Zeydilik (ərəb. زيدية‎) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər. Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı.