Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.
Melaleuca zonalis
Melaleuca zonalis (lat. Melaleuca zonalis) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Təbii zonalar
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Vulkan zonaları
Vulkan zonaları (rus. вулканические зоны, ing. volcanic zones) — müasir vulkanizmin təzahür etdiyi vilayətlər. V. z. Alp qırışıqlıq vilayətlərinə və yer qabığının yeni tektonik pozulmalarına uyğun gəlir. V. z. biri Sakit okean sahili boyu uzanaraq C. və Şm. Amerikadan, Aleut adalarından, Kamçatkadan, Kuril adalarından, Yapon adalarından, İndoneziya arxipelaqından və Yeni Zelandiyadan keçərək Sakit okean vulkan həlqəsini əmələ gətirir; ikinci V. z. – Aralıq dənizi hövzəsinə müvafiqdir.
Yerin təbii zonaları
Arktik səhralar
Zonalı əritmə üsulu
Zonalı əritmə üsulu bərk kristallik maddələrin ərimə üsuludur, o tərkibində olan aşqarların bərk və maye fazada müxtəlif cür həll olmasına əsaslanır. Bu metod istiqamətlənmiş kristallaşma üsulundan fərqli olaraq zonalı əritmə üsulunda nümunənin kiçik bir hissəsi əridilir və bu ərimiş hissə kütlə boyu kiçik sürətlə yerini dəyişir. Bu zaman təmizlənəcək maddədə olan aşqarlar növündən asılı olaraq kütlənin başlanğıc və ya son hissəsinə toplanır. Proses bir neçə dəfə təkrar olunmaqla təmizlənəcək kütlə yüksək təmizlik dərəcəsinə gətirilir. Aşqar tərkibindən asılı olaraq bu üsulun köməyi ilə təmizlik dərəcasi 0,00005–0,000006, bəzən isə daha artıq olan maddələri almaq mümkündür. Aşqar maye fazada yaxşı həll olduğu halda, kristal maye sərhəddində aşqarın yenidən paylanması baş verir, maye fazada aşqarın miqdarı artır və o maye faza ilə birlikdə hərəkət edərək tədricən zonanın yerdəyişmə istiqamətində yığılmağa başlayır. Nəticədə aşqar ilkin nümunənin bir hissəsində toplanır. Aşqar maye fazada pis həll olan halda isə proses nəticəsində aşqar nümunənin əks tərəfində toplanır. Xüsusi hal olaraq bəzən aşqarın maye və bərk fazada eyni cür həll olması halına da rast gəlinir. Belə maddələri zonalı əritmə üsulu ilə təmizləmək mümkün olmur.
Çinin xüsusi iqtisadi zonaları
Çin ərazisindəki xüsusi iqtisadi zonalar (XİZ) planlı iqtisadiyyata nisbətən Çin hökuməti tərəfindən daha sərbəst bazar yönümlü iqtisadi siyasət və çevik hökumət tədbirləri tətbiq edilir. Bu, XİZ-lərə xarici və yerli biznes üçün daha cəlbedici olan iqtisadi idarəetmədən istifadə etməyə imkan verir. 1970-ci illərin sonlarında və xüsusən 1978-ci ilin dekabrında Çin Kommunist Partiyası 11-ci Mərkəzi Komitəsinin 3-cü Plenar iclasında Çin hökuməti islahat və açılış siyasətinə başladı. Mao'nun iqtisadi inkişaf edə bilməyən iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq, Çinin yalnız qərbdəki sənayeləşmiş ölkələrə deyil, həm də artan regional güclərə qarşı rəqabət aparmasına imkan verəcəkdi Bu ərazilərə Yaponiya, Koreya, Sinqapur, Tayvan və Honkonq daxil idi. Partiya Katibi Xi Zhongxunun rəhbərlik etdiyi Guangdong əyalətindəki səlahiyyətlilər, Honkonq mərkəzli Çin Ticarət Qrumu adından Yuan Geng tərəfindən hazırlanan investisiya layihəsindən başlayaraq təşəbbüsü ələ aldılar. Başlanğıcda gəmi düzəldən müəssisə olan bu layihə, 31 yanvar 1979-cu ildə Li Xiannian tərəfindən təsdiqləndi. 1979-cu ilin aprelində Xi Zhongxun və digər Guangdong rəsmiləri Pekində xarici ölkələri cəlb etmək üçün Guangdong və Fucyen sahil əyalətlərinə daha geniş azadlıq vermək təklifini verdilər. Dörd şəhərdə, yəni Mirvari Çayı deltası bölgəsindəki Shenzhen, Guangdong'daki Zhuhai və Shantou və Fucyen əyalətindəki Xiamen (Amoy) üçün əlavə azadolmalarla investisiya tətbiq olundu. Bunun üçün Çin Paramount lideri Deng Xiaoping, Çin Vətəndaş müharibəsi dövründə bu bölgələrə istinad edərək "xüsusi bölgələr" adını verdi. Təklif 15 İyulda təsdiqləndi və 26 avqust 1979-cu ildə dörd xüsusi zona rəsmi olaraq quruldu.
İqtisadi Zonaların İnkişafı Agentliyi (Azərbaycan)
İqtisadi Zonaların İnkişafı Agentliyi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanı ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında publik hüquqi şəxs kimi yaradılmışdır. 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərman ilə Agentliyin Nizamnaməsi təsdiq edilib. İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci 28 dekabr taixində dövlət qeydiyyatına alınıb. Hazırda Agentliyin idarəçiliyində 7 sənaye parkı, 3 sənaye məhəlləsi və aqroparklar fəaliyyət göstərir. Bundan başqa İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzidə fəaliyyət göstərir. Sənaye parkları – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb ki, iş adamları burada bir çox üstünlüklərdən yararlana bilərlər. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Sənaye parkları dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər.
Şaquli zonallıq
Geokimyəvi zonalar
Geokimyəvi zona – termin. Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Zoğal
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Adi zoğal
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Ağ zoğal
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır.
Sonal Çauhan
Sonal Çauhan (ing. Sonal Chauhan) — Hindistan aktrisası.
Yohanna Donal
Yohanna Donal (alm. Johanna Aloisia Dohnal‎; 14 fevral 1939, Vyana – 20 fevral 2010) — müxtəlif illərdə Vyana Bələdiyyə Şurasının və Vyana Landtağının üzvü, Avstriya Parlamentinin aşağı palatasının üzvü və Avstriyanın üç federal hökumətində federal nazir, siyasətçisi və ictimai xadimi. Avstriyanın qadın məsələləri üzrə ilk federal naziri. Yohanna Vyanada anadan olub. İbtidai və orta məktəbdə oxuduğu Penzinqdə nənəsi ilə birgə yaşamışdır. Donal maddi çətinliklər üzündən yeniyetməlik dövründə ali təhsil ala bilmir. 1953-cü ildən bəri "sənaye məmuru" olaraq oxuyur və çalışır. Yohanna Donal 18 yaşında, 19 illik evlilikdən sonra boşanan Franz Donal ilə evlənir. Yohanna Donal iki uşaq dünyaya gətirir - oğlu Robert (1959-2008) və qızı İngrid (1961). 22 yanvar 2010-cu ildə Donal və uzun müddət vətəndaş nikahında olduğu Annemari Aufreyter ilə Avstriyada eynicislilərin nikahlarının qanuni qüvvəyə mindiyi andan bir müddət sonra rəsmi nikah bağlayırlar.
Zoğal povidlosu
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Arktik zona
Arktik zona (yun. arktos — şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83–80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S — yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2–3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Batail zona
Erogen zona
Erogen zona (yun. ἔρως, érōs, "sevgi, ehtiras" və γεννᾶν, gennân, "istehsal etmək"), cinsi həyəcan və ya zövq yaradan bədənin hər hansı bir hissəsidir. Bu zonalar, sinir uclarının sıx olduğu və toxunmaya qarşı həssas olan bölgələrdir. Erogen zonaların stimullaşdırılması cinsi oyanmaya və orqazma səbəb ola bilər. == Erogen Zonaların Növləri == Erogen zonalar, birincil və ikincil olmaqla iki əsas kateqoriyaya bölünür: Birincil erogen zonalar: Bu zonalar, cinsi orqanlar və onlara yaxın bölgələri əhatə edir. Bunlara qadınlarda klitoris, vulva və vagina, kişilərdə penis, xayalar və perineum daxildir. Bu zonalar, cinsi funksiya üçün xüsusi olaraq inkişaf etmişdir və ən güclü cinsi cavabları tetikleyebilir. İkincil erogen zonalar: Bu zonalar, cinsi orqanlardan başqa, toxunmaya qarşı həssas olan digər bədən hissələrini əhatə edir. Bunlara dodaqlar, boyun, qulaqlar, məmələr, budun daxili hissəsi və ayaqlar daxildir. Bu zonaların həssaslığı, fərddən fərdi dəyişə bilər və həyat boyu dəyişə bilər.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Neytral zona
Neytral zona (ing. no man's land (azərb. heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Seysmik zona
Seysmik zona — Zəlzələyə məruz qalan sahədir. Əsasən 2 seysmik zona var. Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. Sesmik zona Yer qabığının ən gərgin tektonik hərəkətlər olan sahələrilə uyğun gəlir.
Silahsızlaşdırılmış zona
Silahsızlaşdırılmış zona— beynəlxalq müqavilə və ya digər (daxili daxil olmaqla) akt əsasında hərbi obyektlərin və digər obyektlərin ləğv olunduğu ərazidir, silahlı qüvvələrin saxlanılması, istehkamların inşası, manevrlərin həyata keçirilməsi qadağandır . Beynəlxalq müqavilələrə müəyən olunmuş Silahsızlaşdırılmış zonalar : Antarktida və sərhədlərindən 120 mil (190 km) məsafədəki boşluq; Kosmik fəza, onun geri sayılması yerin səthindən 100 mil (160 km) başlayır. Qitəyə görə silahsız zonalar aşağıdakılardır: Mərakeşin şimal ilə İspaniyanın Ceuta və Melilla arasındakı ərazi. Bütün Antarktida zonası (60 cənub paralel). Koreyadakı Demilitarizasiya Bölgəsi, 1953-cü ildən bəri Şimali və Cənubi Koreya arasındakı silahsız bölgədir. Kamboca və Taylandın sərhədi. Küveyt və İraq sərhədi. Misirin Sinay yarımadası. Golan yüksəkliklərindəki zona. Kipr adasında BMT zonası.
Subtropik zona
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur. 1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi.
Tropik zona
Təbii zona
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Yaşıl zona
Yaşıl ilə bağlı terminlər — Populyasiyanın sayı optimum səviyyəyə qədər bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan növlərinin siyahısı. Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-cü il, 4 №-li qərar) Azərbaycanın dağlıq rayonlarında şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır. Şəhər, qəsəbə, sənaye obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər sistemi. Müasir yaşıllaşdırma quruculuğu biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm sahəsi hesab olunur. Siyasi partiya və ictimai hərəkat olub məqsədi planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin "Yaşıllar"ını birləşdirən beynəlxalq təşkilat – "QRİNPİS" (1971-ci ildə təşkil olunub) daha böyük nüfuza malikdir.
Şəhərətrafı zona
Şəhərətrafı zona - şəhəri əhatə edən və onunla qarşılıqlı əlaqədə olan ərazi. Şəhərətrafı zonada aşağıdakılar yerləşir: kənd təsərrüfatı sahələri; şəhərə xidmət göstərən ayrı-ayrı sənaye müəssisələri, nəqliyyat qurğuları (dəmir yolu və avtomobil stansiyaları, aerodrom və s.); fəhlə və kurort yaşayış məntəqələri; şəhərətrafı yaşıl zona; kommunal təsərrüfatları, suqoruyucu zona, suburaxıcı punktlar; meşələr və meşə-parklar, su hövzələri və s.
Geokimyəvi zona
Geokimyəvi zona – termin. Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Coğrafi zona
Yıldız Konal Süslü
Yıldız Konal Süslü (1974, Şanlıurfa ili) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yıldız Konal Süslü 1974-cü ildə Şanlıurfa ilində anadan olub. Səlcuq Universiteti Təhsil Bölməsindən məzun olub. İstanbul Ticarət Universitetində psixologiya üzrə magistr dərəcəsi alıb. Psixoloq olaraq çalışır. Kitabları çap edilib, məqalələri dərc olunub, seminarları baş tutub. İnsan Hüquqları və Məzlum İnsanların Həmrəyliyi Dərnəyinin (MAZLUMDER) üzvü, İnsan Hüquqları Dərnəyinin Hüquq Pozulmaları Komitəsinin sədri, Canda Özür Olmaz Dərnəyinin İdarə Heyətinin üzvü, 15 İyul Şəhidləri Dərnəyinin Məşvərət Şurasının üzvü vəzifələrində təmsil olunub. AK Partiyasının üzvüdür. AK Partiyası Bağcılar ilçə şöbəsinin üzvü, İstanbul il şöbəsi İdarə Heyətinin üzvü, İstanbul il şöbəsinin sədr müavini, həmçinin AK Partiyası İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Safa Önal
Safa Önal (17 dekabr 1930 – 30 iyul 2023) — türk ssenarist və rejissoru. Safa Önal 1930-cu ildə İstanbulda doğulub. Haydarpaşa Liseyinin məzunu olan Önal 1945-ci ildə hekayələrlə başladığı yazılarını təkmilləşdirməyə çalışarkən müxtəlif jurnallarda çalışır. O, hekayələrini "Dünyanın ən gözəl gəmisi" adlı kitabda toplayır. Sonra isə ssenarilər yazmağa başlayır. Ssenari yazımında irəliləyiş əldə edən Önalın 395 ssenarisi dünyanın ən maraqlı rekordlarının yer aldığı "Ginnesin Rekordlar Kitabı" tərəfindən dünya rekordu olaraq təsdiqlənir. İki dəfə ailə həyatı quran və hər iki həyat yoldaşından ayrılan sənətçi 1973-cü ildə rejissorluğa başlayır və 40-a yaxın filmə rejissorluq edir. O, həmçinin bir çox fotoroman ssenariləri yazmışdır. Məşhur ssenarist 30 iyul 2023-cü ildə 92 yaşında vəfat etmişdir. 1969: Cingöz Recai 1969: İnleyen Nağmeler 1969: Kalbimin Sahibi 1969: Karlı Dağdaki Ateş 1970: Afacan 1970: Ağlayan Melek 1970: Arkadaşlık Öldü mü?
Ahmet Önal
Ahmet Önal (1983, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Ahmet Önal 1983-cü ildə Kırıkkale ilində anadan olub. Kırıkkale Universitetinin Hüquq bölməsini bitirib. Kırıkkale Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2015–2018-ci illərdə CHP Kırıkkale il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə Kırıkkale ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci və 28-ci çağırışda Milli Müdafiə Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.