AXŞAM-SABAH

z. bax axşam-səhər

AXŞAM-AXŞAM
AXŞAM-SƏHƏR
OBASTAN VİKİ
Axşam
Axşam günün periodu olub, gündüzün sonunda başlayan və gecənin başlanğıcı ilə üst-üstə düşür. Ümumiyyətlə, günəşin üfüqə yaxın olduğu zaman dövrünü göstərir və mülki, dəniz və astronomik alatoranlıq dövrlərini əhatə edir. Axşamın başladığı və bitdiyi dəqiq vaxtlar subyektivdir və ilin yerindən və vaxtından asılıdır. Gün batmazdan bir az əvvəl son azalan günortanı daxil etmək üçün danışıq dilində istifadə edilə bilər.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Axşam yarasası
Axşam yarasası (lat. Nyctalus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. == Mahnı haqqında == "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir. Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
Sabah-2
Sabah (dəqiqləşdirmə)
Sabah (ştat)
Sabah (qəzet)
Sabah — Türkiyədə 22 aprel 1985-ci ildə nəşr olunmağa başlanan gündəlik qəzet. Şüarı "Türkiyənin ən yaxşı qəzeti"-dir. Qəzet 1997-ci ilin yanvar ayından etibarən onlayn faliyyətdə göstərir. 2007-ci ildə TMSF-ə köçürülən qəzetin baş redaktoru sonradan Turkuaaz Media Qrupa qoşulmuş Erdal Şafakdır. 7 noyabr 2016 tarixindən bəri, Türkiyə daxilində Azadlıq qəzetind'n sonra ən çox tiraja sahib olan ikinci qəzetdir. İzmirin Yeni Əsr qəzetini Türkiyə səviyyəsində qəzet halına gətirmə cəhdinin nəticə verməməsindən sonra, bu qrupun başındakı Dinç Bilgin sahibliyi Sabah Nəşriyyat himayəsində İstanbulda hazırlanıb, bütün Türkiyədə yayınlanmağa başlandı. İlk buraxılışı 22 aprel 1985-ci ildə çıxan qəzetin baş redaktoru Rəhmi Turan idi,. Daha sonra Zəfər Mutlu başçılıq etdiyi Sabah a Ərgün Babaxan, Ufuq Güldəmir ve Tayfun Dəvəcioğlu kimi redaktorlar rəhbərlik etmişdir . 2000-ci ildə Ciner Qrup qəzetə ortaqlardan biri kim daxil olmu şvə zaman-zaman aralıqlarla keçən bu əməkdaşlığın ardından Ciner şirkətinin də ortaq olduğu Mərkəzi Qrup tərəfindən 3 May 2005-ci ildə Sabah qəzeti satın alınmışdır. 2 yanvar 2006-cı il tarixinə Fatih Altaylı baş redaktor təyin edildi." Lakin, 2 aprel 2007-ci il tarixində Sabah TMSF tərəfindən borcları üzündən müsadirə olunmuşdur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Sabah FK
Sabah FK — Masazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub. 2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb. "Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Əlbu Sabah
Əlbu Sabah — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini etnik türkmanlar təşkil edir.
Sabah (Malayziya)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Sabah BK
Sabah BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. == Haqqında == Sabah basketbol klubu Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. 2022-ci ildə yaradılan "Sabah" futbol komandasına bağlı komanda olaraq 2022-23 mövsümündə Azərbaycan Basketbol Liqasına (ABL) qoşulublar. Onlar debüt mövsümündə ölkə çempionatının qalibi olublar. Çempion kimi onlar 18 il sonra (2005-ci ildə Qala Bakıdan sonra) Avropa yarışlarında çıxış edən ilk Azərbaycan komandası kimi 2023-24 FİBA Avropa Kubokunun seçmə mərhələlərinə daxil olublar. Skopyedəki seçmə turnirində üç qələbə qazanan “Sabah” müntəzəm mövsümə vəsiqə qazanıb. Boban Mitev 2023-cü ilin avqustunda "Sabah"ın yeni baş məşqçisi təyin edilib. 26 yanvar 2024-cü ildə onu Rimas Kurtinaytis əvəzləyib.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. == Yayılması == Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Məhəmməd Sabah əl-Səlim əs-Sabah
Məhəmməd Sabah əl-Səlim əs-Sabah (10 oktyabr, 1955)—Küveytin xarici işlər naziri. 10 oktyabr 1955-ci ildə Küveytdə anadan olub. 1978-ci il – Klaremont MKKenna kolleci, iqtisadiyyat fakültəsi, humanitar elmlər üzrə bakalavr dərəcəsini alıb. 1985-ci il – Harvard universiteti, iqtisadiyyat fakültəsi, fəlsəfə doktoru, humanitar elmlər üzrə magistrdir. 1987-93 – Ali Planlaşdırma Şurasının İqtisadi məsələlər üzrə Komitəsinin Sədri 1992 – Küveyt-ABŞ Cəmiyyətinin İcraiyyə Komitəsinin təsisçi-üzvü yanvar 1993-cü il – Küveyt Dövlətinin ABŞ-də Səfiri fevral 2001-ci il – Xarici İşlər üzrə Dövlət Naziri iyul 2003-cü il – Xarici İşlər Naziri fevral 2006-cı il – Baş Nazirin müavini, Xarici İşlər Naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah 28 may 2008-ci il – Baş Nazirin müavini və Xarici İşlər Naziri vəzifələrinə yenidən təyin edilmişdir. Evlidir, dörd övladı var. Ərəb və ingilis dillərini bilir.
"Sabah" Yaradıcılıq Birliyi
Sabah (yaradıcılıq birliyi)
Əl-Sabah sülaləsi
Əl-Sabah sülaləsi — Küveyti təqribən 200 ildən artıqdır ki, idarə edən xanədandır. Sülalə adını, Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ulu babasının adından alıb. Əl-Sabah sülaləsi Küveyti 1752-cu ildə başlayaraq idarə edirlər.
Sabah-2 FK
"Sabah-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sabah" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Malayziya Sabah Universiteti
Malayziya Sabah Universiteti (MSU)— Malayziyanın Sabah ştatında dövlət universiteti. Sabah ştatının Kota Kinabalu körfəzində 999 hektar ərazidə yerləşir. Kinabalu dağı və Cənubi Çin dənizi fonunda tikilən MSU Cənub-Şərqi Asiyanın ən gözəl universitetlərindən biri hesab olunur. == Tarixi == MSU-də ilkin qeydiyyat 1995-ci ildə 205 tələbə ilə bakalavr səviyyəsində başlamışdır. Yarandığı ilk illərdə MSU müvəqqəti icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi və universitetin tədris və təlim fəaliyyəti 1995-ci ildə Likasdakı Sabah Fondu İcma Kollecinin və 1996-cı ildə Menggatal Telekom Təlim Kollecinin binalarında həyata keçirilirdi. 1999-cu ilin yanvarında universitet MSU Labuan Beynəlxalq Kampusunun açılması ilə Labuan Federal ərazisinə qədər öz akademik fəaliyyətini genişləndirdi. 1999-cu ilin iyunundan 2000-ci ilin may ayına qədər UMS mərhələlərlə Sepanggar körfəzindəki daimi kampusuna köçdü. Təhsil proqramları üç məktəb - Elm və Texnologiya, Biznes və İqtisadiyyat və Sosial Elmlər Məktəbləri, həmçinin Humanitar elmlər üzrə tədqiqat mərkəzi olan Bilik və Dil öyrənilməsinin Təşviqi Mərkəzi tərəfindən təklif olunurdu. Daha sonra Kota Kinabalu şəhərciyində 9 əlavə məktəb açıldı: Mühəndislik və İnformasiya Texnologiyaları, Qida Elmləri və Qidalanma, Beynəlxalq Tropik Meşəçilik, Təhsil və Sosial İnkişaf, Psixologiya və Sosial İşlər, İncəsənət Araşdırmaları, Kompüter Elmləri və Biznes və Beynəlxalq Maliyyə məktəbləri. 2002-ci ilə qədər universitet 11 Təhsil proqramı yaratdı.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Axşam konserti (film, 1948)
Axşam konserti qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1948-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Burada Bülbül, Niyazi, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Əminə Dilbazi, Qara Qarayev, Nəcibə Məlikova, İsmayıl Dağıstanlı və başqalarını görürük.

Digər lüğətlərdə