ağa-xanım 2021
ağabacı
OBASTAN VİKİ
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. == Tarixi == XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Abbas ağa
Abbas bin Əbdürrəzzaq (türk. Abbas bin Abdürrezzak) və ya sadəcə Abbas ağa (v. Qahirə) — Osmanlı sultanı IV Mehmet dövründə Topqapı sarayında qızlar ağası. == Həyatı == Abbas ağa Tuxan Xədicə Sultanın başağası idi və Müslih ağanın vəfatı ilə 9 aprel 1668-ci ildə qızlar ağalığına təyin edilmişdir. O, 16 iyul 1671-ci ildə işdən çıxarılaraq Misirə göndərilmişdir. Abbas ağa Misirdə vəfat etmişdir. O, qəbri Qahirədə İmam Şafii türbəsinin yaxınlığındadır.
Ağa (titul)
Ağa (osm. أغا türk. ağa azərb. ağa‎ fars. آقا‎ Qədim türk dilində aka — böyük) — bəzi Şərq ölkələrində (Osmanlı İmperiyası, Səfəvi dövləti və s.) rütbəli bir başçıya müraciət forması, qəbilə zadəganlığının və titulunun təyin edilməsi anlamında işlədilirdi. Osmanlı İmperatorluğunda yeniçəri komandiri - yeniçeri ağası və sipahi komandiri - sipahi ağası adlanırdı. Habelə bəzi məhkəmə işçiləri qruplarının başçıları da daxil olmaqla hərbi rəhbərlərin adı ada adlanması ilə seçilirdi. Yeniçərilər ləğv edildikdən sonra (1826) Osmanlı ordusunun kiçik və orta zabitləri bu cür adlandırılırdı. XX əsrə qədər Türkiyə və Azərbaycanda ağa çiçəklənən torpaq mülkiyyətçilərinə edilən müraciət forması idi. Bəzən bir adın ayrılmaz bir hissəsi ola bilirdi.
Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı — Azərbaycan mühəndisi, energetik. == Həyatı == Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağa Ağayev
Ağa Əli oğlu Ağayev (4 aprel 2001, Yeni Həyat, Qusar rayonu – 25 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağa Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağa Ağayev oktyabrın 25-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], RSFSR[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir.Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi. A.Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda "Astoriya" mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak etmişdir.
Ağa Bəşirzadə
Ağa Bəşir oğlu Bəşirzadə (1914 – noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974). == Həyatı == Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir.1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir.Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir.Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.
Ağa Eminov
Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı – 1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır.Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır. Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir. Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir. == Siyasi fəaliyyəti == Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır. ==== Parlamentdə ==== Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olmuşdur.Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920 tarixində keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq sinifl ərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olmuşdur.
Ağa Hüseynli
Ağa Aydın oğlu Hüseynli (7 sentyabr 2001, Moranlı, Sabirabad rayonu – 5 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008–2019-cu ildə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Cüdo ilə məşğul olan Ağa Hüseynli bu sahədə bir çox medallar və sertifikatlar qazanmışdır. Subay idi. == Döyüş yolu == Ağa Hüseynli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 3 ay Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində xidmət etdikdən sonra könüllü rabitəçi olaraq Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ağa Hüseynov
Ağa Hüseynov- azərbaycanlı rəssam. == Həyatı == Ağa Hüseynov 1962-ci ildə Bakıda anadan olmuşdur. 1986-cı ildə V.İ.Surikov adına Moskva Rəngkarlıq və Heykəltaraşlıq İnstitutunda təhsil almışdır. 1992-ci ildən etibarən Nyu-Yorkda yaşayır. == Fəaliyyəti == Ağa Hüseynov 2005-ci ildə Nyu-Yorkda “Kağız üzərində iş”, “Palçıq”, “Böyük tur”, İtaliyada “Bəzi Kağızlar” sərgisi keçirilmişdir. b2008-ci ildə Nyu-Yorkda MC Qalereyasında “Alternativ Uçuş Metodları” fərdi sərgisi, Almaniyada “Zamanın addımları” sərgisi, Bakıda Müasir İncəsənət Mərkəzində “SSRİ-Remiks” sərgisi keçirilmişdir. 2009-cu ildə Nyu-Yorkda “Gallery MC” salonunda “Böyük Tur”, “Uçuşun Alternativ Metodları” sərgiləri, Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalında iştirak etmişdir. 2010-cu ildə Nyu-Yorkda Xristofer Qalereyasında, Moskva Beynəlxalq Sərgi Salonunda “Kağız üzərində iş”, Bakı Müasir İncəsənət Muzeyində və Böyük Britaniyanın Ober Qalereyasında “Uçuşun müşahidəçiləri” adlı sərgiləri keçirilmişdir. == Mənbə == Xaricdə yaşayan azərbaycanlı rəssamların kataloqu. Bakı, "Adventa", 2011.316 səh.
Ağa Laçınlı
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi. == Həyatı == Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb. 1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb. Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub.
Ağa Mehdiyev
Ağa Cəfər oğlu Mehdiyev (21 mart 1920, Lahıc, Şamaxı qəzası – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır. Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Ağa Mustafayev
Ağa Məmməd oğlu Mustafayev (9 may 1942, Mağaracıq, Amasiya rayonu) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Mustafayev Ağa Məmməd oğlu 9 may 1942-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçıllıq fakultəsinə qəbul olunmuş və 1963-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilərək 1963-1966-cı illərdə orada kimyaçı vəzifəsində işləmişdir. O, 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. Mustafayev Ağa Məmməd oğlu 1969-1972-ci illərdə NKPİ-də kiçik elmi işçi kimi çalışmış, 1972-ci ildən AMEA-nın Polimer Materialları İnstitutuna keçirilərək kiçik elmi işçi, sonra böyük və aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Mustafayev Ağa Məmməd oğlu 1997-ci ildən “Doymamış Poliefirlər” sektorunun, 2007-2014-cü illərdə “Doymamış Poliefirlər”, 2014-cü ildən isə “Poliefir və polikarbonat materiallar” laboratoriyasının müdiridir. O, 1971-ci ildə kimya elmləri üzrə namizədlik, 1991-ci ildə Kazan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında doktorluq disseretasiyasını müdafiə etmişdir. 2007-ci ildə ona “Üzvi Kimya” ixtisası üzrə professor adı verilmişdir. Bakı Dövlət Universitetinin Üzvi Kimya kafedrasının professoru və universitetin nəzdində fəliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Ağa Nemətulla
Ağa Nemətulla (1896, Sərab, Şərqi Azərbaycan ostanı – 1 yanvar 1958, Bakı — SSRİ neft sənayesi yenilikçisi, SSRİ dövlət mükafatı laureatı, SSRİ neft sənayesi yenilikçisidir. == Həyatı == Ağa Nemətulla 1896-cı il fevralın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Dörd yaşında ikən anasını itirən Ağa atası ilə birlikdə mülkədar Sultan bəyə məxsus kənddə çalışmışdır. Atası Sultan bəyin torpaq sahələrində işləmiş, Ağa isə bəyin mal-qarasını otarmışdır. O uşaqkəb dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayaraq və Bakıya getməyi qərara alır. Onun dayısl Podryadçik Cavanşirova məxsus neft mədənlərində işləyirdi. Ağa imkanı olmadığı üçünMir Ağa adlı bir kişi ilə tanış olur və bu xeyirxah insanın köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir.1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır. 1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri, 1956–58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli Gürgən qazma kontorunda buruq ustası işləmişdir. 1942–43-cü illərdə Özbəkistan SSR-də neft quyularında qazılmasında iştirak etmişdir. A. Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir.
Ağa Qocayev
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi. == Həyatı == Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır.1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa SultanovAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.Gürcüstan K(b)P MK və UİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub, Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Ağa Sultanov 12 iyun 1936-cı ildə Axalsıx şəhərində vəfat etmişdir.
Ağa Xəlilov
Ağa Xəlilov İsmayıl oğlu (d. 1920, Tiflis; ö.1992-ci il) – coğrafiya elmlər doktoru. == Həyatı == A.İ.Xəlilov Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1936-cı ildə Tiflis Dəmir yol mühəndisləri institutunu bitirmişdir. 1946–1947-ci illərdə Odessa Dəniz mühəndisləri institutunda, 1954–1956-cı illərdə isə Leninqrada Dəniz Flotiliya Akademiyasında çalışıb. == Elmi fəaliyyəti == 1963-cü ildə elmlər namizədi elmi dərəcəsi almışdır.1979-cü ildə "Müasir şəraitdə Xəzərin qərb sahillərinin formalaşması qanunauyğunluqları və mühafizəsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1956–1957-ci illərdə Bakı şəhərində Xəzər Dəniz yolu şöbəsinin rəisi.1957–1959-cu illərdə Dəniz layihə bölməsinin direktoru.1959–1975-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda laboratoriya rəhbəri.1975–1979-cu illərdə Coğrafiya institutunda "Xəzər" elmi mərkəzində laboratoriya müdiri.1979–1984-cü illərdə Azərbaycan EA Geologiya institutunda geofizika elmi mərkəzinin rəhbəri işləmişdir.1984–1985-ci illərdə Azərbaycan EA Kosmik tədqiqatlar elmi mərkəzində baş elmi işçi.1985-ci ildən həmin müəssisədə laboratoriya müdiri işləmişdir.Əmək fəaliyyətinə görə 1958-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülüb. 70-dən çox elmi əsərin müəllifidir.
Ağa hamamı
Ağa Hamamı — İstanbulun Taksim səmtində yerləşən, 1454-cü ildə Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam. Memarı İbrahim Ağadır. == Memarlıq üslubu == Xarici görünüşü 650 mt kv torpaq üzərində qurulmuş üç mərtəbəli bir binadır. İlk iki mərtəbə ev, giriş mərtəbəsi isə hamam olaraq tikilmişdir. Xarici görünüşü və hamam üstü (günbəz) günəş çıxandan batana qədər gün işığını alacaq şəkildə hazırlanmışdır. Günbəz dairəvi formada və girdə şüşələri ilə günün hər saatı işıq alacaq şəkildədir. Hamamın isidilməsi üçün arxa tərəfdə 250 kvadratmetrlik bir hissə var. O illərdə bu sahəyə odluq adı verilmişdir. Quruluş XV əsrdə ortaya çıxan klassik dövrdən təsirlənmiş bir quruluşdur. Fateh Sultan Mehmetin İstanbulun fəthindən dərhal sonra inşa etdirdiyi bir çox struktur da bu qisimdəndir.
Ağa körpüsü
Ağa körpüsü - Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə olan körpü. == Tarixi == İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı. Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır. “Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir.
Ağa kəndi
Ağakəndi (İrəvan)
жеребя́чий заинвентаризи́ровать микрофотосъёмка наостри́ть созида́ние усва́тываться утемни́ться эвтана́зия гала́нтус готтенто́тка изве́риваться нескладно́й обозва́ть отделе́нческий перископи́ческий пропе́рчиться -пирать ceremonialism propene Romanized script spacebar undergraduate квасить отглотнуть рей