BÖYÜKXANIM

bax: Böyük və Xanım; böyük xanım.
BÖYÜKBACI
BÖYÜKQIZ
OBASTAN VİKİ
Böyükxanım Əliyeva
Böyükxanım Həsənbala qızı Əliyeva (28 sentyabr 1945, Xaçmaz) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur. Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s. 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi.
Böyükxanım Əliyeva (həkim)
Böyükxanım Abdulla qızı Əliyeva (18 iyun 1923, Əmircan, Bakı qəzası – 22 oktyabr 1997, Ərçivan, Astara rayonu) — Azərbaycanlı Sovet həkimi, Sosialist Əməyi Qəhrəmanı (1978). == Həyatı və fəaliyyəti == Böyükxanım Əliyeva 1923-cü il iyunun 18-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1944-cü ildə Astara rayonunun Mötalayataq kəndində tibb məntəqəsinin müdiri vəzifəsində başlayıb. 1946-cı ildən Ərçivan kəndində poliklinika müdiri, 1950-ci ildən isə təqaüdə çıxana qədər Ərçivan kənd ərazi xəstəxanasının baş həkimi işləyib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 oktyabr 1978-ci il tarixli qərarı ilə milli səhiyyə xidmətlərinin inkişafında böyük xidmətlərinə görə Əliyeva Böyükxanım Abdulla qızı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və çəkic" qızıl medalı və Lenin ordeni ilə təltif edilmişdir. 2001-ci ildə Astara rayonunun Ərçivan kəndində vəfat edib. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (1978) Lenin ordeni (1978) Qırmızı Əmək Bayrağı ordeni (1961) Azərbaycan SSR əməkdar həkimi (1960) Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı == Mənbə == Депутаты Верховного Совета СССР. Десятый созыв.. — Москва: Известия СДТ СССР, 1979. АЛИЕВА Бёюкханум Абдулла кызы // Ученые-медики — Герои Социалистического Труда.