Eyvazlılar (Beyləqan)
Eyvazalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd.
Eyvazalılar kəndi Beyləqan rayonunun tərəkəmə kəndlərindən biridir. Beyləqan rayonunda kənd. Eyvazalılar kəndinin daxil olduğu Eyvazalılar inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimalda, Ağcabədi-İmişli şose yolundan və Yuxarı Qarabağ kanalından sağ sahilində Mil düzündədir. Şimaldan və şimal-şərqdən Yuxarı Qarabağ kanalı, Ağcabədi-Bəhramtəpə şose yolu, şərqdən və cənub-şərqdən rayonun ikinci Aşıqlı, cənubdan və cənub-qərbdən Təzəkənd, qərbdən və şimal-qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1584 ha-dır. Ondan dövlət mülkiyyətində 147 ha, bələdiyyə mülkiyyətində 284,4 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 15, örüş 25, suvarma kanalları və arxlar 54,5, kollektor-drenaj şəbəkəsi 122, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 74,6, yollar 47, məktəb 1,5, qəbiristanlıq 6,3, yararsız şoran torpaq 8, meydança 1,5 ha), xüsusi mülkiyyətdə 1052,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 992,60, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmiş, hər nəfərə 0,48 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 562, ailələrin sayı 465, əhalisi 2446 nəfərdir (2009).