camadar
camallı
OBASTAN VİKİ
Cövdət Camal
Cövdət Camal- Qarabağın məşhur Sarıcalılar nəslindən olan tanınmış rəssam, Heydər Camalın atası Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.
Elgün Camal
Heydər Camal
Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva – 5 dekabr 2016, Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H. Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Orxan Camal
Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim. Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Pir Camal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar. Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Camal Feyziyev
Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran şəhəri) — Azərbaycanı təmsil edən güləşçi. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq çəki dərəcəsində 1-ci yeri tutub. 2016-cı ildən idman növünü dəyişib Sumoya keçərək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb. Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, Dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib. Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarıstanın paytaxtı Kazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafatı qazanıb. 2020-ci ildə, Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 2021-ci ildə, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb. İdmançı əvvəlcə Kureş yarışında çıxış edib.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Lasri
Camal Lasri (6 sentyabr 1973, Kasablanka) — King Abdulaziz University (Ciddə, Səudiyyə Ərəbistanı) elmi işçisi, kimya elmləri doktoru.
Camal Madanoğlu
Camal Madanoğlu (22 mart 1907 – 28 iyul 1993, İstanbul) — Türkiyəli hərbçi. 1960-cı il 27 may hərbi çevrilişinin liderlərindən biri. == Həyatı == Camal Madanoğlu 1907-ci ildə Uşak ilində dünyaya gəlib. 1923-cü ildə orta məktəbi bitirdikdən sonra Qülləli Hərbi Liseyinə daxil olur. 1926-cı ildə bu məktəbi bitirdikdən sonra 1926-1936-ci illər arasında Muğlada Dağ Alay Komandirliyi, Niğdədə 12-ci piyada alayında, Cizrədə 7-ci Sərhəd batalyonunda, Urfada Jandarmeriya Komandirliyində, Siirtdə Səyyar Jandarmeriya Batalyonunda müxtəlif vəzifələri icra edir. 1936-cı ildə Yüzbaşı rütbəsini alır. Həmin il Quru Qüvvələrinin Siirt 1-ci Piyada Alayı Bölük Komandiri vəzifəsinə gəlir. Daha sonra 189-cu Piyada Alayında və 1-ci Topçu alayında çalışdı. 1938-1941-ci illərdə Hərbi Akademiyada ali təhsil aldı. Uzun illər müxtəlif ordu hissələrində işləyən Madanoğlu 1953-cü ildə Koreyada Türk Briqada Komandiri köməkçisi vəzifəsini aldı və ölkə xaricinə yollandı.
Camal Mustafayev
Camal Vəli oğlu Mustafayev (1928, Kosalı, Qarayazı rayonu – 2 dekabr 2017, Bakı) — fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935–1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxumuşur. 1946–1948-ci illərdə Kosalı kəndində müəllim işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib. 1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur.
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Camal Məmmədov
Camal Balaca oğlu Məmmədov ( ) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.
Camal Məmmədxanov
Camal (Camali) İslam oğlu Məmmədxanov (25 dekabr 1938, Bakı) — azərbaycanlı alim; fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Camal (Camali) İslam oğlu Məmmədxanov 25 dekabr 1938-ci ildə anadan olmuşdur, 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə getmiş, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi başa vurmuşdur. Atası İslam Kərim oğlu Məmmədxanov 1904-cü ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə əlili olmuşdur. İslam Məmmədxanov 1932-ci ildə Azərbaycan Tibb Institutunu bitirmiş və respublikanın bir çox rayonlarında cərrah kimi fəaliyyət göstərmiş, 1977-ci ildə dünyasını dəyişmişdir. Camal Məmmədxanov 1954–1956-cı illərdə həmin məktəbin Komsomol Komitəsinin katibi olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1961-ci ildə həmin fakültənin fizika-mexanika şöbəsini bitirmişdir. Universitetdə təhsil aldığı dövrlərdə idmanla məşğul olmuş və gənclər arasında üzgüçülük üzrə respublika çempionu olmuşdur. 1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə fəaliyyətə başlamışdır. == Elmi fəaliyyəti == 1964-cü ildə Leninqrad şəhərində dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Camal Məmmədxanov elmi araşdırmalarını davam etdirərək 1984-cü ilin mart ayında müvəffəqiyyətlə müdafiə edərək elmlər doktorlu adını qazanmışdır.
Camal Mərsinli
Mərsinli Mehmet Camal Paşa (1875, Mersin – 7 oktyabr 1941, Ankara) bir türk əsgəri və siyasətçisi idi. == Həyatı == 1875-ci ildə Mersində anadan olub. Osman Hasip bəyin oğludur. 1892-ci ildə daxil olduğu Quru Qoşunları Hərbi Məktəbindən (Hərbi Akademiya) 1895-ci ildə leytenant piyada rütbəsi ilə məzun oldu. Sonra Hərbi akademiyanın Baş Qərargahına girərək (Hərbi Akademiya) məktəbi 1898-ci ildə qərargah kapitanı olaraq bitirdi. Baş Qərargahın 3-cü qolundan sonra, 1898-ci ildə 2-ci Diviziya. Bu ordu əmr verildi. 1900-cu ildə Frakiyadakı Dəmir Yolları və Stansiyalarının müfəttişi olaraq Kolağası (Baş kapitan) olaraq təyin edildi. 1903-cü ildə mayor rütbəsi alındıqdan sonra podpolkovnik oldu. Dersim qiyamını yatırmaqda əla xidmətinə görə 1908-ci ildə Polkovnik oldu və Hərbi Məktəbdə İşçi Heyəti Müəllimliyi vəzifəsinə təyin edildi.
Camal Paşa
Camal Paşa (əsl adı Əhməd Camal) (6 may 1872[…], Mitilini – 21 iyul 1922[…], Tiflis) — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. == Həyatı == 1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdir. 1918-22 illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. Daşnaksutyun partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə Daşnaksutyun partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi. == Əsərləri == Plevne Müdafaası (1898) Alte Denkmaeler aus Syrien,Palastina und West Arabien (1918) (Suriye, Filistin ve Batı Arabistan'daki Eski Anıtlar) Cemal Paşa Hatırası 1913-1922 (1923) Birinci Dünya Harbi'nde Suriye Hatıraları (2003) — Ali Fuad Erden == Mənbə == Залесский К.А. Кто был кто в Первой мировой войне. — М.: АСТ, 2003.
Camal Paşayev
Paşayev Camal Məmməd oğlu (1895 —1953) — İqtisadçı == Həyatı == Azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyovun böyük bacısı Sayad xanımın böyük oğludur. Gənc yaşlarından musiqiyə böyük həvəs göstərmiş, Üzeyir Hacıbəyovun təklifi ilə bir müddət «Leyli və Məcnun» operasında Leylinin atası partiyasını ifa etmişdir. 1934—39 illərdə Üzeyir Hacıbəyovun şəxsi katibi, 1939-cu ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləmişdir. == Nəsil ağacı == == Xarici keçidlər == http://uzeyir.musigi-dunya.az/az/maktub1.html.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Camal Dəbuz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Camal Şakar
Camal Şakar- Türkiyə ədəbiyyatı tədqiqatçısı,yazıçı Camal Şakar 1962-ci ildə Türkiyənin Balıkəsir /Gönen viyalətində doğulub. Karesi İlkokul (1973), Atatürk ortaokul (1976), Muharrem Nasbi Liseyi (1979), GÜ iqtisadi və İdarəetmə fakültəsini bitirmiş (1983). 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Balikesirdə ailə şirkətində işə başlamış, bu günə qədər də bu istiqamətdə fəaliyyətini davam etdirir. 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Hekayələri "Aylık Dərgi", "Mavera", "Yedi iklim", "Hece" və "Hece öykü" jurnallarında çap olundu. "Esenlik zamanları" kitabı Türkiyə Yazıçılar Birliyi tərəfindən 1999- cu ildə mükafata layiq görüldü. Gidenler Gidenler, Yedi İklim Yayınevi, İstanbul, 1990.
Aşıq Camal
Aşıq Camal (d.1850, Baş Göynük kəndi, Şəki - 1907, Zəyəm kəndi, Qax) — azərbaycanlı aşıq. == Haqqında == Aşıq Camal şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Qax rayonu, Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı “Şahbaz və Camalşah” dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.
Camal Cəfərov
Camal Cəfərov (25 fevral 2002) — Azərbaycan Premyer Liqasında "Sabah"ın hücumçusu kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Karyera == Cəfərov 17 aprel 2021-ci ildə Azərbaycan Premyer Liqasında "Sabah"ın "Şamaxı" ilə oyununda debüt edib.
Dera Murad Camali
Dera Murad Camali qısaldılmış formada D.M.Camali — Bəlucistan əyalətinin Nəsirabad rayonunda şəhər. Dera sözü Brahi, Urdu, Baluc, Puştu və bir çox digər dillərdə məskunlaşma deməkdir. Dera Murad Camali beləliklə Murad Camali qəsəbəsi və ya şəhər deməkdir. Pakistanda bir çox şəhər adlarında Dera prefiks şəklində var, məsələn Dera İsmayıl Xan, Dera Qazi Xan və Dera Allah Yar. Şəhərə sui-qəsd nəticəsində ölmüş Pakistan lideri Mir Murad Camalinin adı verilib. Mir Məhəmməd Murad Camali Pakistan Müsəlman Birliyinin aparıcı siyasi şəxsiyyətlərindən biri idi və Pakistanın müstəqilliyi və Bəlucistan əyalətinin rifahı üçün Məhəmməd Əli Cinnahın yaxın müttəfiqi idi. Mir Murad naməlum şəxslər tərəfindən cümə namazından sonra Kvetta şəhərində bir məsciddən çıxarkən öldürülmüşdü. Cinayət xəbərindən sonra ölkənin təhlükəsizliyi üçün Sind və Bəlucistanda tətil elan edildi.
Dilruba Camalova
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000). Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı. Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.
Dilrubə Camalova
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000). Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı. Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.
Elvin Camalov
Elvin Sərkər oğlu Camalov (4 fevral 1995, Qax ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır. Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır. Elvin 2013-cü ildən "Qəbələ" klubunun əsas yığmasının oyunçusudur. O, klub ilə debütünü 25 oktyabr 2013-cü ildə Premyer Liqanın XI turunda "Sumqayıt" klubuna qarşı oyunda etmişdir. O, bir müddət klub daxilində № 33 forma ilə çıxış etmişdir.
Eucalyptus camaldulensis
Dimdikvari evkalipt (lat. Eucalyptus camaldulensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Təbii halda Avstraliyada bitir. Aralıq dənizyanı ölkələrdə, tropik, subtropik və cənub-mülayim rayonlarda yayılmışdır. Hündürlüyü 70 m-ə çatan iri gövdəli, həmişəyaşıl ağacdır. Vətənində hündürlüyü 100 m-ə qədər olur. Budaqları uzunsov, qabığı hamar, narıncı və ya çəhrayı-ağ, pulcuqları çatlayan, töküləndir. Cavan yarpaqları üzbəüz, göyümtül, ürəkvari, yumru və ya ellipsvari, uzunluğu 6-9 sm və eni 2,5-4 sm, oturaq və ya qısa saplaqlarda yerləşir. Orta yarpaqlar növbəli düzülüşlü, ellipsvari və ya uzunsov, yaşıl və ya göyümtül hissəlidir. İri yarpaqları növbəli düzülüşlü, ensiz və ya enli-neştərvari, saplaqlı, uzunluğu 12-22 sm, eni 8–15 mm, nazik, yaşıl, əsas damarlanması aydın görünür.
Famil Camalzadə
Fariz Camalov
Fariz Camalov (azərb. Camalov Fariz Hidayət oğlu;‎) — Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, birinci Qarabağ müharibəsinin veteranı 1963-cü ildə Şərur rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Gül-Camal Dördüncü Qadın Əfəndi
Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (d. 1826 — ö. 15 dekabr 1851) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası. Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Kamal Camalov
Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir.
Miri Yusif & Nigar Camal (konsert)
22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Mirzə Camal Cavanşir Qarabaği
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzə Camal Cavanşir Qarabağlı
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzə Camal Yusifzadə
Mirzə Cəlal Yusifzadə (1862, Şuşa – 1931, Şuşa, DQMV) — azərbaycanlı şair, yazıçı, redaktor. "Fərhad və Şirin" operasının müəlliflərindən biri, tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri və redaktoru, Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü. Mirzə Cəlal Yusifzadə 1862-ci ildə ildə Şuşada anadan olub. İlk təhsilini burada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib. Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edib. 6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.
Mithəd Camal Küntay
Mithəd Camal Küntay (türk. Mithat Cemal Kuntay 1 yanvar 1885, Konstantinopol – 30 mart 1956, İstanbul) — Türkiyə yazıçısı və şairi, hüquqşünası və ədəbiyyatşünası. Bir sıra bioqrafik əsərlərin, eləcə də "Üç İstanbul" (türk. Üç İstanbul) romanının müəllifidir. 1885-ci ildə İstanbulda anadan olan Mithəd Camal Küntay Şkoderdən olan mühacir ailənin oğludur. Atası Selim Sırrı bəy, anası Rumelinin Tırhala qəsəbəsindən Samiye Hanımdır. Atasının ailəsi Rus-türk müharibələri zamanı doğma yerlərini tərk etmişdilər.. Anasının uşaq ikən oxuduğu Namik Kamalın "Çezmi" romanı ona ilk ədəbi zövqünü yetişməsində böyük rol oynamışdı. Orta təhsilini Aksaraydaki "Mekteb-i Osmaniye" litseyində və fransız "Saint Joseph" litseyində tamamladıqdan sonra tam orta məktəb təhsilini Vefa Litseyində başa vurdu. Sonradan "Mekteb-i Hukuk"u birinci yerlə bitirdi.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Natiq Camal Afşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.
Natiq Camal Əfşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.
Natiq Camalov
Natiq Yunis oğlu Camalov - Tabur komandiri, baş leytenant. Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. Kərbəlayi Miralılar nəslindəndir. Natiq Yunis oğlu Camalov 1957-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız havadarlarının himayəsi ilə Qarabağda fitnə-fəsad törədəndə Kərbəlayi Miralılar nəslinin qəhrəman övladı olan Tabur komandiri baş leytenant Natiq Camalov silahdaşları ilə vətənimizin hər qarışı uğrunda xain düşmənlə döyüşdü. Göstərdiyi qəhrəmanlıqlarla döyüş yoldaşları arasında hörmət, etibar qazandı. Natiq Camalov 15 iyun 1992-ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı.
Qasım bəy Camalbəyov
Qasım bəy Camalbəyov (tam adı:Qasım bəy Abbasqulu bəy oğlu Camalbəyov; 1881, Naxçıvan – 9 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası onu, 7 yaşında olarkən, təhsil almaq üçün mədrəsəyə vermiş, daha sonra təhsilini 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi açılan məktəbdə davam etdirmişdir. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olmuşdur. Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir. O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvan Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sınaqlardan uğurla çıxmış, beləliklə, 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər o, İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləmişdir. 1903–1904-cü ildən Qasım bəy Camalbəyov gizli siyasi fəaliyyətə başlayır. Bir qədər sonra Bakıda başlayan və sonra digər şəhərlərə, o cümlədən Naxçıvana keçən erməni qətliamı (ermənilərin bütün Azərbaycan ərazisində həyata keçirdiyi türk soyqırımı) Qasım bəy Camalbəyovu Naxçıvana qayıtmağa məcbur edir. Bu zaman Naxçıvanda (bir qədər sonra isə Culfada) R. S. D. F. P.-ın özəyi yaradılır. Şimal-qərbi Persiyada (İran) Heydər Xan Əmoğlunun (1925-ci ildə Rəştdə fars kazakları ilə döyüşdə həlak olur) rəhbərliyi altında olan azadlıq hərəkatına böyük kömək göstərən bu təşkilatda o, təftiş komissiyasına rəhbərlik etmişdir.

Digər lüğətlərdə