Zaur bəy Daqirov (tam adı: Zaur bəy Yusif oğlu Daqirov; d.11.5.1902, Şimali Osetiya, Vladiqafqaz - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Zaur bəy Daqirov | |
---|---|
Zaur bəy Yusif oğlu Daqirov | |
Doğum tarixi | |
Doğum yeri | Vladiqafqaz, Rusiya imperiyası |
Zaur Daqirov 1902-ci ildə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda anadan olmuşdu. 1918-ci ildə Tiflis kadet korpusunu bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini etnoqrafiya sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.[1]